Ziyarətnamə: İmam Hüseynin (ə) istənilən vaxt yerinə yetirilən mütləq ziyarəti — 6
İmam Hüseynin(ə) yaxından 2 növ ziyarəti vardır:
1) Mütləq ziyarəti (müəyyən vaxta məxsus olmayan ziyarətdir, istənilən vaxt yerinə yetirmək olar)
2) Məxsus ziyarəti (müəyyən vaxtlara təyin olunmuş ziyarət)
Birinci növ ziyarətnamələrin sayı çox olduğu üçün biz burada onlardan yalnız bir neçəsini sizin üçün qeyd edirik.
İmam Sadiq (ə) Əmmar Sabatiyə buyurdu: “İmam Hüseynin (ə) qəbri üstündə bu sözləri[1] de:
İmam Hüseyn ziyarəti_28
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə yəbnə rəsulillah | Salam olsun sənə, ey Rəsulullahın övladı! | السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ |
| Əssəlamu ələykə yəbnə əmiril mu`minin, əssəlamu ələykə ya Əba Əbdillah | Salam olsun sənə, ey Əmirəlmömininin oğlu! Salam olsun sənə, ey Əba Əbdillah! | السَّلامُ عَلَيْكَ يَا ابْنَ أَمِيرِ الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكَ يَا أَبَا عَبْدِ اللَّهِ |
| əssəlamu ələykə ya səyyidə şəbabi əhlil cənnəh, və rəhmətullahi və bərəkatuh | Salam olsun sənə, ey cənnət əhlinin cavanlarının sərvəri! Allahın rəhmət və bərəkətləri olsun sənə! | السَّلامُ عَلَيْكَ يَا سَيِّدَ شَبَابِ أَهْلِ الْجَنَّةِ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ |
| əssəmu ələykə ya mən rizahu min rizər rəhman, və səxətuhu min səxətir rəhman | Salam olsun sənə, ey razılığı rəhman Allahın razılığı və qəzəbi rəhman Allahın qəzəbi olan! | السَّلامُ عَلَيْكَ يَا مَنْ رِضَاهُ مِنْ رِضَى الرَّحْمَنِ وَ سَخَطُهُ مِنْ سَخَطِ الرَّحْمَنِ |
| əssəlamu ələykə ya əminəllah və huccətəllah, və babəllahi vəd dəlilə ələllahi vəd daiyə iləllah | Salam olsun sənə, ey Allahın əmanətdarı, Allahın höccəti, Allahın qapısı, Allaha doğru bələdçi və Allaha doğru dəvət edən! | السَّلامُ عَلَيْكَ يَا أَمِينَ اللَّهِ وَ حُجَّةَ اللَّهِ وَ بَابَ اللَّهِ وَ الدَّلِيلَ عَلَى اللَّهِ وَ الدَّاعِيَ إِلَى اللَّهِ |
| əşhədu ənnəkə qəd həlləltə həlaləllahi və hərrəmtə həraməllah, və əqəmtəs səlatə və atəytəz zəkatə və əmərtə bil mə`rufi və nəhəytə ənil munkər | Şəhadət verirəm ki, sən Allahın halalını halal, haramını isə haram bildin, namazı bərpa etdin, zəkat verdin, (insanları) yaxşılıqlara dəvət etdin, pisliklərdən çəkindirdin | أَشْهَدُ أَنَّكَ قَدْ حَلَّلْتَ حَلالَ اللَّهِ وَ حَرَّمْتَ حَرَامَ اللَّهِ وَ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ |
| və dəəvtə ila səbili rəbbikə bil hikməti vəl məv`izətil həsənəh | hikmət və yaxşı moizə ilə Rəbbinin yoluna dəvət etdin! | وَ دَعَوْتَ إِلَى سَبِيلِ رَبِّكَ بِالْحِكْمَةِ وَ الْمَوْعِظَةِ الْحَسَنَةِ |
| və əşhədu ənnəkə və mən qutilə məəkə şuhədau əhyaun ində rəbbikum turzəqun | Şəhadət verirəm ki, sən və səninlə birlikdə qətlə yetirilənlər şəhiddir və Rəbbinin yanında ruzi yeyirlər | وَ أَشْهَدُ أَنَّكَ وَ مَنْ قُتِلَ مَعَكَ شُهَدَاءُ أَحْيَاءٌ عِنْدَ رَبِّكُمْ تُرْزَقُونَ |
| və əşhədu ənnə qatiləkə fin nar | Şəhadət verirəm ki, sənin qatilin cəhənnəmlikdir | وَ أَشْهَدُ أَنَّ قَاتِلَكَ فِي النَّارِ |
| ədinullahə bil bəraəti mimmən qətələkə və minmən qatələk, və şayəə ələykə və min mən cəməə ələyk, və min mən səmiə səvtəkə və ləm yuink | Səni qətlə yetirən, səninlə döyüşən, sənin düşmənlərinə itaət edən, əleyhinə əlbir olan və səsini eşidib yardım etməyənlərə nifrət bəsləməklə Allaha itaət edirəm | أَدِينُ اللَّهَ بِالْبَرَاءَةِ مِمَّنْ قَتَلَكَ وَ مِمَّنْ قَاتَلَكَ وَ شَايَعَ عَلَيْكَ وَ مِمَّنْ جَمَعَ عَلَيْكَ وَ مِمَّنْ سَمِعَ صَوْتَكَ وَ لَمْ يُعِنْكَ |
| ya ləytəni kuntu məəkum fəəfuzə fəvzən əzima. | Kaş sizinlə birlikdə olub, böyük səadətə nail olaydın! | يَا لَيْتَنِي كُنْتُ مَعَكُمْ فَأَفُوزَ فَوْزا عَظِيما |
Mənbə:
[1] Mirzə Hüseyn Nuri — Mustədrəkul-vəsail, c 10, səh 304, hədis 7,
İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 79, səh 212, hədis 9 (cüzi fərqlə).
