Ziyarətnamə: İmam Əlinin (ə) «Kafi» kitabından mütləqa ziyarəti

Print Friendly, PDF & Email

Şeyx Kuleyni «Usuli-kafi» və İbn Qavlaveyh «Kamiluz-ziyarat»  kitablarında imam Əliyyən Nəqidən (ə) rəvayət edir ki, Əmirəlmöminin Əlinin (ə) qəbrinin üstünə yetişdikdə belə de[1]:

İmam Əli ziyarəti_33

TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykə ya vəliyyəllah, əntə əvvəlu məzlumin və əvvəlu mən ğusibə həqquh, səbərtə vəhtəsəbtə hətta ətakəl yəqinSalam olsun sənə, ey Allahın vəlisi! Sən ilk məzlum və haqqı mənimsənilən birinci şəxssən! (Bununla belə,) əcəlin çatana qədər savab məqsədilə səbir edib dözdünاَلسَّلَامُ عَلَیْکَ یَا وَلِىَّ اللهِ. اَنْتَ اَوَّلُ مَظْلُومٍ، وَ اَوَّلُ مَنْ غُصِبَ حَقُّهُ. صَبَرْتَ وَ احْتَسَبْتَ حَتَّىٰ اَتَاکَ الْیَقِینُ
fəəşhədu ənnəkə ləqitəllahə və əntə şəhid, əzzəbəllahu qatiləkə biənvail əzab, və cəddədə ələyhil əzabŞəhadət verirəm ki, sən Allahla şəhid olduğun halda görüşdün. Allah sənin qatilini müxtəlif əzablarla cəzalandırsın və yeni-yeni əzablara düçar etsin!فَاَشْهَدُ اَنَّکَ لَقِیتَ اللهَ وَ اَنْتَ شَهِیدٌ. عَذَّبَ اللهُ قَاتِلَکَ بِاَنْوَاعِ الْعَذَابِ، وَ جَدَّدَ عَلَیْهِ الْعَذَابَ
ci`tukə arifən bihəqqikə mustəbsirən bişə`nikə muadiyən liə`daik, və mən zələməkə əlqa əla zalikə rəbbi inşaəllahMən sənin haqqını tanıdığım, məqamına bəsirətli olduğum, düşmənlərini və sənə zülm edənləri düşmən bildiyim halda qapına gəlmişəm və Allahın istəyi ilə elə bu halda da Rəbbimlə görüşəcəyəm!جِئْتُکَ عَارِفاً بِحَقِّکَ، مُسْتَبْصِرًا بِشَأْنِکَ، مُعَادِیًا لِاَعْدَآئِکَ وَ مَنْ ظَلَمَکَ. اَلْقَىٰ عَلَىٰ ذٰلِکَ رَبِّى اِنْ شَآءَ اللهُ
ya vəliyyəllahi innə li zunubən kəsirətən fəşfə` li ila rəbbik, fəinnə ləkə indəllahi məqamən mə`luma, və innə ləkə indəllahi cahən və şəfaəh, və qəd qaləllahu təala və la yəşfəunə illa limənirtəza.Ey Allahın vəlisi, mənim günahlarım böyükdür! Elə isə Rəbbinin dərgahında mənə şəfaətçi ol ki, həqiqətən, sənin Allah dərgahında məlum (uca) məqamın var, sən Allahın dərgahında üzüağ və şəfaət məqamına sahibsən! Allah-Taala buyurmuşdur: “Onlar Allahın bəyəndiyi kəsdən başqa heç kəsə şəfaət etməzlər.” یَا وَلِىَّ اللهِ، اِنَّ لِى ذُنُوبًا کَثِیرَةً، فَاشْفَعْ لِى اِلَىٰ رَبِّکَ، فَاِنَّ لَکَ عِنْدَ اللهِ مَقَامًا مَحْمُودًا مَعْلُومًا، وَ اِنَّ لَکَ عِنْدَ اللهِ جَاهًا وَ شَفَاعَةً. وَ قَدْ قَالَ اللهُ تَعَالَىٰ: وَ لَا یَشْفَعُونَ اِلَّا لِمَنِ ارْتَضَىٰ

Mənbələr:
[1] Şeyx Kuleyni – Usuli kafi, c 4, səh 569, hədis 1
İbn Qavlaveyh – Kamiluz ziyarat, bölüm 11, səh 45, hədis 3

Читайте также: