Ziyarətnamə: İmam Hüseynin (ə) istənilən vaxt yerinə yetirilən mütləq ziyarəti — 1
İmam Hüseynin(ə) yaxından 2 növ ziyarəti vardır:
1) Mütləq ziyarəti (müəyyən vaxta məxsus olmayan ziyarətdir, istənilən vaxt yerinə yetirmək olar)
2) Məxsus ziyarəti (müəyyən vaxtlara təyin olunmuş ziyarət)
Birinci növ ziyarətnamələrin sayı çox olduğu üçün biz burada onlardan yalnız bir neçəsini sizin üçün qeyd edirik.
Şeyx Kuleyni “Üsuli-Kafi” adlı kitabında (həmçinin İbn Qavlaveyh öz “Kamiluz-Ziyarat” kitabında) öz sənədi ilə nəql edir ki, Hüseyn ibni Süvəyr belə demişdir:“Mən, Yunis ibni Zibyan, Müfəzzəl ibn Ömər və Əbu Sələmə Sərrac həzrət Əbi Əbdillah Cəfər ibn Muhəmmədin (s) ətrafında əyləşmişdik. Yaşda hamıdan böyük olan Yunis söhbət edirdi. Bu əsnada o, üzünü o həzrətə tutub dedi:“Canım sizə fəda olsun, mən tez-tez həzrət Abbasın övladlarının tutduğu məclislərdə iştirak edirəm. Orada hansı zikri desəm yaxşıdır?
O həzrət buyurdu:“Belə məclislərdə iştirak etdikdə bizi yad etdiyin zaman bu zikri de: “Əllahummə ərinər rəxaə vəs surur”. Bu vaxt istədiyin hər bir savaba, habelə rəcət zamanı geri dönmək istəyinə nail olarsan.”
Yunis yenə də soruşdu:“Canım sizə fəda olsun, imam Hüseyni yad edərkən nə deyək?”
O həzrət buyurdu: “3 dəfə bu zikri de” — “Səlləllahu ələykə ya Əba Əbdillah”. İstər yaxında ol, istərsə də uzaqda bu salamın o həzrətə yetişər.[1] Həzrət Əba Əbdillah Hüseyn şəhid edildiyi vaxt göyün və yerin 7 qatı və onlarda sakin olan hər bir məxluqat, habelə cənnətdə və cəhənnəmdə Allahın yaratdığı məxluqatlar, gözlə müşahidə edilən və edilməyən hər bir şey onun üçün göz yaşı tökdülər. Yalnız 3 şey o həzrət üçün ağlamadı”.
Mən soruşdum:“ O 3 şey nədir?”
O həzrət buyurdu:“Bəsrə şəhəri, Dəməşq şəhəri və Ali Osman o həzrət üçün ağlamadılar”.
Mən yenə də soruşdum:“Canım sizə fəda olsun, bu yaxınlarda imam Hüseynin(ə) ziyarətinə getmək istəyirəm, hansı zikrləri deməli və hansı əməlləri yerinə yetirməliyəm?”
O həzrət buyurdu: “İmam Hüseynin ziyarətinə getmək istədiyin zaman Fərat çayında qüsl verib, əyninə təmiz paltar geyin. Sonra ayaq yalın o həzrətin hərəminə tərəf hərəkət et. Yadda saxla ki, sən, Allahın və Rəsulullahın (s) hərəmlərindən birinə gedirsən. Yol gedə-gedə təkbir (Allahu Əkbər) və təhlil (La ilahə illəllah) və təmcid (Sübhanəllah), təzim (Əlhəmdulillah) zikrlərini, həmçinin Allaha sitayiş mənasını daşıyan digər zikrləri tez-tez təkrar et və Muhəmməd və onun Əhlibeytinə Salavat göndər. Hərəmin qapısına yetişdikdə belə söylə:
| Ərəbcə | السَّلامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ وَ ابْنَ حُجَّتِهِ السَّلامُ عَلَيْكُمْ يَا مَلائِكَةَ اللَّهِ وَ زُوَّارَ قَبْرِ ابْنِ نَبِيِّ اللَّهِ |
| Tərcümə | Salam olsun sənə, ey Allahın höccəti və höccətinin oğlu! Salam olsun sizə, ey Allahın mələkləri və Onun Peyğəmbərinin övladının qəbrinin zəvvarları! |
| Transkripsiya | Əssəlamu ələykə ya huccətəllah vəbnə huccətih, Əssəlamu ələykum ya məlaikətəllahi və zuvvarə qəbri ibni nəbiyyillah. |
10 addım atdıqdan sonra dayan və 30 dəfə “Allahu Əkbər” de. Həzrətin qəbrinə yaxınlaş və qəbrin qarşısında arxan qibləyə tərəf dayanaraq de:
İmam Hüseyn ziyarəti_14
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə ya huccətəllahi vəbnə huccətih | Salam olsun sənə, ey Allahın höccəti və höccətinin oğlu! | لسَّلامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ وَ ابْنَ حُجَّتِهِ |
| Əssəlamu ələykə ya qətiləllah vəbnə qətlih | Salam olsun sənə, ey Allah yolunda qətlə yetirilən və Onun yolunda qətlə yetirilən şəxsin oğlu! | السَّلامُ عَلَيْكَ يَا قَتِيلَ اللَّهِ وَ ابْنَ قَتِيلِهِ |
| Əssəlamu ələykə ya sarəllahi vəbnə sarih | Salam olsun sənə, ey Allahın qanı (Allah yolunda tökülən qan) və Allahın qanının (Allah yolunda tökülən qanın – şəhid olanın) oğlu! | السَّلامُ عَلَيْكَ يَا قَتِيلَ اللَّهِ وَ ابْنَ قَتِيلِهِ |
| Əssəlamu ələykə ya vitrəllahil məvtur fis səmavati vəl ərzi | Salam olsun sənə, ey yer və göylərdə Allahın misilsiz bəndəsi! | السَّلامُ عَلَيْكَ يَا وِتْرَ اللَّهِ الْمَوْتُورَ فِي السَّمَاوَاتِ وَ الْأَرْضِ |
| əşhədu ənnə dəməkə səkənə fil xuldi vəqşəərrət ləhu əzillətul ərşi və bəka ləhu cəmiul xəlaiq, və bəkət ləhus səmavatus səb`u vəl ərəzunəs səb`u ma fihinnə və ma bəynəhunn, və mən yətəqəlləbu fil cənnəti vən nari min xəlqi rəbbina, və ma yura və ma la yura | Şəhadət verirəm ki, həqiqətən, sənin qanın əbədi behiştdə məskunlaşdı, ərşin kölgəsi ona görə titrədi, bütün məxluqat, yeddi səma, yeddi yer, onların içində və arasındakılar, Rəbbimizin cənnət və cəhənnəmdə gəzən varlıqları, gözlə görünən və görünməyənlər onun üçün ağladı | أَشْهَدُ أَنَّ دَمَكَ سَكَنَ فِي الْخُلْدِ وَ اقْشَعَرَّتْ لَهُ أَظِلَّةُ الْعَرْشِ وَ بَكَى لَهُ جَمِيعُ الْخَلائِقِ وَ بَكَتْ لَهُ السَّمَاوَاتُ السَّبْعُ وَ الْأَرَضُونَ السَّبْعُ وَ مَا فِيهِنَّ وَ مَا بَيْنَهُنَّ وَ مَنْ يَتَقَلَّبُ فِي الْجَنَّةِ وَ النَّارِ مِنْ خَلْقِ رَبِّنَا وَ مَا يُرَى وَ مَا لا يُرَى |
| Əşhədu ənnəkə huccətəllahi vəbnə huccətih, və əşhədu ənnəkə qətilullah vəbnu qətilih | Şəhadət verirəm ki, həqiqətən, sən Allahın höccəti və höccətinin oğlusan! Şəhadət verirəm ki, həqiqətən, sən Allah yolunda qətlə yetirilən və Onun yolunda qətlə yetirilən şəxsin oğlusan! | أَشْهَدُ أَنَّكَ حُجَّةُ اللَّهِ وَ ابْنُ حُجَّتِهِ وَ أَشْهَدُ أَنَّكَ قَتِيلُ اللَّهِ وَ ابْنُ قَتِيلِهِ |
| və əşhədu ənnəkə sarullahi vəbnu sarih (sairulahi fil ərzi vəbnu sarih), və əşhədu ənnəkə vitrullahil məvturu fis səmavati vəl ərz | Şəhadət verirəm ki, həqiqətən, sən Allahın qanı (Allah yolunda tökülən qan) və Allahın qanının (Allah yolunda tökülən qanın – şəhid olanın) oğlusan! Şəhadət verirəm ki, həqiqətən, sən yer və göylərdə Allahın misilsiz bəndəsisən! | وَ أَشْهَدُ أَنَّكَ ثَارُ اللَّهِ وَ ابْنُ ثَارِهِ [ثَائِرُ اللَّهِ فِي الْأَرْضِ وَ ابْنُ ثَائِرِهِ] وَ أَشْهَدُ أَنَّكَ وِتْرُ اللَّهِ الْمَوْتُورُ فِي السَّمَاوَاتِ وَ الْأَرْضِ |
| Və əşhədu ənnəkə qəd bəlləğtə və nəsəhtə və vəfəytə və əvfəytə və cahədtə fi səbilillah, və məzəytə lilləzi kuntə ələyhi şəhidən və mustəşhidən və şahidən və məşhud | Şəhadət verirəm ki, həqiqətən, sən (ilahi vəzifəni) çatdırdın, (ümmətə) xeyirxahlıq göstərdin, Allahın əhdinə sadiq qaldın, vəzifəni yerinə yetirdin, Allah yolunda mübarizə apardın, məqsədin uğrunda şəhid, şəhadət ardınca və şahid ikən dünyadan getdin | وَ أَشْهَدُ أَنَّكَ قَدْ بَلَّغْتَ وَ نَصَحْتَ وَ وَفَيْتَ وَ أَوْفَيْتَ وَ جَاهَدْتَ فِي سَبِيلِ اللَّهِ وَ مَضَيْتَ لِلَّذِي كُنْتَ عَلَيْهِ شَهِيدا وَ مُسْتَشْهِدا وَ شَاهِدا وَ مَشْهُودا |
| ənə əbdullahi və məvlakə və fi taətikə vəl vafidu iləyk, əltəmisu kəmaləl mənziləti indəllah, və səbatəl qədəmi fil hicrəti iləyk, vəs səbiləlləzi la yəxtələcu dunəkə minəd duxuli fi kifalətikəlləti umirtə bih | Mən Allahın bəndəsi, sənin dostun və sənə itaətdəyəm. Allahın dərgahından kamil məqam, sənə doğru hicrətdə sabitqədəmlik və sənin məmur olunduğun rəhbərliyini qəbul etməklə həyəcanı aradan qaldıran yolun arzusunda olduğum halda hüzuruna gəlmişəm | أَنَا عَبْدُ اللَّهِ وَ مَوْلاكَ وَ فِي طَاعَتِكَ وَ الْوَافِدُ إِلَيْكَ أَلْتَمِسُ كَمَالَ الْمَنْزِلَةِ عِنْدَ اللَّهِ وَ ثَبَاتَ الْقَدَمِ فِي الْهِجْرَةِ إِلَيْكَ وَ السَّبِيلَ الَّذِي لا يُخْتَلَجُ دُونَكَ مِنَ الدُّخُولِ فِي كَفَالَتِكَ الَّتِي أُمِرْتَ [أَمَرْتَ] بِهَا |
| mən əradəllahə bədəə bikum, bikum yubəyyinullahul kəzibə və bikum yubaidullahuz zəmanəl kəlib, və bikum fətəhəllahu və bikum yəxtimullah, və bikum yəmhu ma yəşau və (bikum) yusbit, və bikum yəfukkuz zullə min riqabina, və bikum yudrikullahu tirətə kulli mu`minin yutləbu biha | Allahı istəyən sizdən başlayır. Allah sizin vasitənizlə yalanı aşkar edir, sizə görə dövrün çətinliklərini aradan qaldırır, rəhmət qapılarını açır, işləri sona çatdırır, istədiyini aradan aparır, istədiyini isə təsbit edir, sizin vasitənizlə xarlıq boyunduruğunu boyunlardan açır, sizin haqq hakimiyyətiniz vasitəsilə hər bir möminin tələb olunan qanının intiqamını alır | مَنْ أَرَادَ اللَّهَ بَدَأَ بِكُمْ بِكُمْ يُبَيِّنُ اللَّهُ الْكَذِبَ وَ بِكُمْ يُبَاعِدُ اللَّهُ الزَّمَانَ الْكَلِبَ وَ بِكُمْ فَتَحَ اللَّهُ وَ بِكُمْ يَخْتِمُ اللَّهُ وَ بِكُمْ يَمْحُو مَا يَشَاءُ وَ [بِكُمْ] يُثْبِتُ وَ بِكُمْ يَفُكُّ الذُّلَّ مِنْ رِقَابِنَا وَ بِكُمْ يُدْرِكُ اللَّهُ تِرَةَ كُلِّ مُؤْمِنٍ يُطْلَبُ بِهَا |
| və bikum tunbitul ərzə əşcarəha və bikum tuxricul ərzu simarəha, və bikum tunzilus səmau qətrəha və rizquha | sizin vasitənizlə yerdən ağaclar bitir, yer öz sərvətlərini üzə çıxarır, Allah səmadan yağış yağdırır və ruzi göndərir | وَ بِكُمْ تُنْبِتُ الْأَرْضُ أَشْجَارَهَا وَ بِكُمْ تُخْرِجُ الْأَرْضُ ثِمَارَهَا وَ بِكُمْ تُنْزِلُ السَّمَاءُ قَطْرَهَا وَ رِزْقَهَا |
| və bikum yəkşifullahul kərbə və bikum yunəzzilullahul ğəys, və bikum tusəbbihul (təsixul) ərzulləti təhmilu əbdanəkum | sizin vasitənizlə qəm-qüssəni aradan qaldırır, sizin bədənlərinizi daşıyan yer Allaha təsbeh deyir | وَ بِكُمْ يَكْشِفُ اللَّهُ الْكَرْبَ وَ بِكُمْ يُنَزِّلُ اللَّهُ الْغَيْثَ وَ بِكُمْ تُسَبِّحُ [تَسِيخُ] الْأَرْضُ الَّتِي تَحْمِلُ أَبْدَانَكُمْ |
| və təstəqirru cibaluha ən (əla) mərasiha, iradətur rəbbi fi məqadiri umurihi təhbitu iləykum, və təsduru min buyutikum, vəs sadiru əmma fussilə min əhkamil ibad | onun dağları ləngərləri vasitəsilə möhkəmlənir, Allah Öz işlərini müqəddər etmək üçün iradə və istəyini sizə doğru göndərir, Öz iradə və istəyini, bəndələrin hökmləri ilə bağlı təfsilatı sizin evlərinizdən sadir edir | وَ تَسْتَقِرُّ جِبَالُهَا عَنْ [عَلَى] مَرَاسِيهَا إِرَادَةُ الرَّبِّ فِي مَقَادِيرِ أُمُورِهِ تَهْبِطُ إِلَيْكُمْ وَ تَصْدُرُ مِنْ بُيُوتِكُمْ وَ الصَّادِرُ عَمَّا فُصِّلَ مِنْ أَحْكَامِ الْعِبَادِ |
| luinət ummətun qətələtkum və ummətun xaləfətkum, və ummətun cəhədət vilayətəkum və ummətun zahərət ələykum və ummətun şəhidət və ləm tustəşhəd | Sizi qətlə yetirən, sizinlə müxalifətçilik edən, sizin vilayət məqamınızı danan, əleyhinizə əlbir olan və sizin yanınızda olduqları halda, xeyrinizə şəhadət verməyən camaata lənət olsun! | لُعِنَتْ أُمَّةٌ قَتَلَتْكُمْ وَ أُمَّةٌ خَالَفَتْكُمْ وَ أُمَّةٌ جَحَدَتْ وِلايَتَكُمْ وَ أُمَّةٌ ظَاهَرَتْ عَلَيْكُمْ وَ أُمَّةٌ شَهِدَتْ وَ لَمْ تُسْتَشْهَدْ |
| əlhəmdu lillahilləzi cəələn narə mə`vahum və bi`sə virdul varidin, və bi`sə virdul məvrud, vəl həmdu lillahi rəbbil aləmin. | Həmd olsun Allaha ki, cəhənnəmi onların yeri təyin etdi və cəhənnəmə daxil olanların yeri necə də pisdir! Həmd olsun aləmlərin Rəbbi Allaha! | الْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَ النَّارَ مَأْوَاهُمْ وَ بِئْسَ وِرْدُ الْوَارِدِينَ وَ بِئْسَ الْوِرْدُ الْمَوْرُودُ وَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ |
Sonra 3 dəfə de:
| Ərəbcə | وَ صَلَّى اللَّهُ عَلَيْكَ يَا أَبَا عَبْدِ اللَّهِ |
| Tərcümə | Allahın salamı olsun sənə, ey Əba Əbdillah! |
| Transkripsiya | Və səlləllahu ələykə ya Əba Əbdillah. |
Daha sonra 3 dəfə de:
| Ərəbcə | أَنَا إِلَى اللَّهِ مِمَّنْ خَالَفَكَ بَرِيءٌ |
| Tərcümə | Mən Allah dərgahında səninlə müxalifətçilik edən şəxsə nifrət edirəm! |
| Transkipsiya | Ənə iləllahi mimmən xaləfəkə bəriy. |
Sonra ayağa qalx və o həzrətin ayaq tərəfində dəfn olunan övladı həzrət Əli ibni Hüseynin (ə) (Əli Əkbər) qəbrinə yaxınlaşıb 3 dəfə de:
İmam Hüseyn ziyarəti_17
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə əmiril mu`minin | Salam olsun sənə, ey Rəsulullahın övladı! Salam olsun sənə, ey Əmirəlmömininin oğlu! | السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ أَمِيرِ الْمُؤْمِنِينَ |
| əssəlamu ələykə yəbnəl Həsən vəl Husəyn, əssəlamu ələykə yəbnə Xədicətə və Fatiməh | Salam olsun sənə, ey Həsən və Hüseynin oğlu! Salam olsun sənə, ey Xədicə və Fatimənin oğlu! | السَّلامُ عَلَيْكَ يَا ابْنَ الْحَسَنِ وَ الْحُسَيْنِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ خَدِيجَةَ وَ فَاطِمَةَ |
| səlləllahu ələykə səlləllahu ələykə səlləllahu ələyk, ləənəllahu mən qətələk. | Allahın salamı olsun sənə! Allahın salamı olsun sənə! Allahın salamı olsun sənə! Allah səni qətlə yetin şəxsə lənət etsin! | صَلَّى اللَّهُ عَلَيْكَ صَلَّى اللَّهُ عَلَيْكَ صَلَّى اللَّهُ عَلَيْكَ لَعَنَ اللَّهُ مَنْ قَتَلَكَ |
Bu sözləri və
| Ərəbcə | اِنَّا [أَنَا] إِلَى اللَّهِ مِنْهُمْ بَرِيءٌ |
| Tərcümə | Biz Allah dərgahında onlara nifrət edirik! |
| Transkripsiya | İnna (ənə) iləllahi minhum bəriy |
cümləsini 3 dəfə deyirsən.
Sonra ayağa qalx və əlin ilə Kərbəla şəhidlərinə işarə edərək de:
İmam Hüseyn ziyarəti_19
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykum əssəlamu ələykum əssəlamu ələykum, | Salam olsun sizə! Salam olsun sizə! Salam olsun sizə! | السَّلامُ عَلَيْكُمْ السَّلامُ عَلَيْكُمْ السَّلامُ عَلَيْكُمْ |
| fuztum vəllahi fələytə ənni məəkum fəəfuzə fəvzən əzima | Allaha and olsun ki, səadətə nail oldunuz! Allaha and olsun ki, səadətə nail oldunuz! Allaha and olsun ki, səadətə nail oldunuz! Kaş mən də sizinlə birgə olub, böyük səadətə nail olaydım! | عَلَيْكُمْ فُزْتُمْ وَ اللَّهِ فُزْتُمْ وَ اللَّهِ فُزْتُمْ وَ اللَّهِ فَلَيْتَ أَنِّي مَعَكُمْ فَأَفُوزَ فَوْزا عَظِيما |
Sonra üzünü pak qəbirdən döndər yəni üzü qibləyə tərəf dayanıb 6 rəkət namaz qıl. Bununla, ziyarət sona yetir. Bundan sonra əgər istəsən orada qala bilərsən, istəsən gedə bilərsən.[2] (Heç şübhəsiz, hal-hazırda zəvvarların hamısının bütün bu qaydalara riayət etməsi olduqca çətin və qeyri-mümkündür. Odur ki, bir kənarda dayanıb hüzur ilə ziyarətnaməni oxumaq kifayət edir.)
Şeyx Abbas Qumi deyir: “Şeyx Tusi “Təhzib” və Şeyx Səduq “Mən la yəhzuruhul fəqih”[3] adlı kitablarında da bu ziyarətnaməni nəql edibdirlər”.
Mənbələr:
[1] “Usuli-kafi”də “Əssəlamu ələykə ya Əba Əbdillah” cümləsinin yerinə “Səlləllahu ələykə ya Əba Əbdillah” işlənmişdir. Lakin “Kamiluz-ziyarat”dakı cümlə (yəni “Əssəlamu ələykə ya Əba Əbdillah” ) hədisin davamı ilə uyğun gəlir. Çünki hər iki kitabda qeyd edilən hədisdə İmam Sadiq (ə) sözünün davamında belə buyurur: “Çünki istər yaxından, istərsə də uzaqdan deyilən salam ona çatır”.
[2] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 79, səh 197, hədis 2
Şeyx Kuleyni — Usuli-kafi, c 4, səh 575, hədis 2,
Şeyx Səduq — Mən la yəhzruhul fəqih, c 2, səh 594, hədis 3199.
[3] Şeyx Səduq adı çəkilən kitabın 2-ci cildi 597-ci səhifəsində yazır: “Baxmayaraq ki, mən başqa kitablarımda (Məqtəl və Məzar) İmam Hüseynin (ə) bir çox ziyarətlərini qeyd etmişəm, amma bu kitabda yalnız bu ziyarətlə kifayətlənirəm. Çünki onu sənədi baxımından ən düzgün ziyarət hesab edirəm. Odur ki, elə bu bizə yetər.”
