Ziyarətnamə: Cənab Salmani Muhəmmədinin (Salmani Farsinin) (r) ziyarəti

Print Friendly, PDF & Email

Kazimeyn şəhərinə ziyarətə gələn zəvvarlara tövsiyə olunan əməllərdən biri də Mədaində yerləşən “Səlmanu minna əhləl bəyti” tarixi cümləsinin iftixarını kəsb edən və peyğəmbərin məsum Əhlibeytinin sırasına daxil olan salehli bəndə cənab Salmanın (rizvanullahi ələyh) qəbrini ziyarət etməkdir. Onun fəziləti barəsində buyurulub:
1) Allahın elçisi (s) buyurubdur: «Salman (r) heç vaxt suyu tükənməyən dərya, cah-calalı qurtarmayan xəzinədir, o, biz Əhli betdəndir, hikmət danışar, dəlil və sübut bəxş edər.» [1]
2) Həzrət Əli (ə) onu, Loğmanın misli[2], həzrət Sadiq (ə) isə onu Loğmandan da üstün olduğunu buyurubdurlar. Həzrət Baqir (ə) Salmanı, mütəvəssimlərdən biri kimi tanıtdırmışdır. Hədislərdən aydın olunur ki, o, “İsmi-əzəm”i bilirmiş və mötəbər bir hədisçi imiş.
3) Əllamə Məclisi yazır: Müxtəlif sənədlərlə İmam Sadiqdən (ə) nəql olunur: “İmanın 10 dərəcəsi vardır: Miqdad onun 8-ci dərəcəsində, Əbuzər 9-cu dərəcəsində və Salman 10-cu dərəcəsində qərar tutmuşdur.”[3]
4) O, qeyb aləminin hadisələrini bilib və dünyada ikən cənnət meyvələrindən yeyibdir. Cənnət, onun aşiqi olub, onun intizarını çəkibdir. Allah Taala və onun elçisi (s) ona xüsusi məhəbbət bəsləyibdirlər.
5) Allah Taala öz peyğəmbərinə (s) 4 nəfəri əziz tutmağı əmr edibdir ki, onlardan biri də cənab Salmandır. Onun mədhi barəsində Quran ayələri nazil olmuşdur. Cənab Cəbrayıl (ə) hər dəfə həzrət Rəsulillahın (s) hüzuruna nazil olduqda Allah Taalanın cənab Salmana salam göndərdiyini peyğəmbərə ərz edərək, buyurarmış: “Allah Taala əmr edir ki, Onun salamını Salmana çatdırın və onu qeyb aləminin xəbərləri ilə agah edin.”
6) Bəzi gecələr peyğəmbər (s) onunla xüsusi söhbət edərmiş. Həzrət Rəsulillah (s) və həzrət Əli (ə) “Elmullah” (ilahi elm) xəzinəsindən ona bəzi elmləri təlim edərmişlər və ondan savayı heç kim bu elmləri öyrənməyə layiq görülməmişdir. Həzrət Sadiq (ə) onun barəsində buyurubdur: “Ədrəkə Səlmanu əl-ilməl əvvələ vəl ilməl axirə və huvə bəhrun la yunzəhu və huvə minna Əhləl bəyt.” Yəni, Salman əvvəlinci və sonuncu elmi dərk etmişdir. O, bir dənizə bənzəyir ki, suyundan nə qədər götürsələr də tükənməz. O, bizdən yəni Əhlibeytdəndir.
Zəvvarları o cənabın ziyarətinə rəğbətləndirmək üçün sonuncu sözüm olaraq bildirmək istəyirəm ki, peyğəmbərin (s) səhabələri və bütün İslam ümməti içərisində onun ən uca məqama malik olduğunu sübuta yetirmək üçün bunu xatırlatmaq kifayətdir ki, Həzrət Əli (ə) onun dəfn mərasimində bir gecənin içərisində Mədinə şəhərindən Mədainə səfər edərək, onu öz mübarək əlləri ilə qüsl vermiş, onu kəfənləyərək, dəstə-dəstə mələklərlə birlikdə ona meyyit namazı qılmış və həmin gecədə Mədinəyə geri dönmüşdür. Bəli, nübüvvət ocağına olan belə şiddətli məhəbbət və hörmət, insanı bu uca məqamlara çatdırır.
Seyid ibni Tavus “Misbahuz-zair” adlı kitabında cənab Salman üçün 4 qaydada ziyarət nəql etmişdir və biz, burada onlardan yalnız 1-ni sizin nəzərinizə çatdırırıq. Qeyd etmək istəyirik ki, Şeyx Abbas Qumi “Hədiyyə” adlı kitabında və Şeyx Tusi “Təhzib” adlı kitabında Seyid ibn Tavusun nəql etdiyi ziyarətlərdən dördüncüsünü də nəql ediblər.
O cənabın qəbrinin kənarında üzü qibləyə tərəf dayanıb, de:

TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu əla rəsulillahi Muhəmməd ibni Əbdillahi xatəmin nəbiyyin, əssəlamu əla əmiril mu`minin səyyidil vəsiyyin, əssəlamu əla əimmətil mə`suminər raşidin, əssəlamu ələl məlaikətil muqərrəbin, əssəlamu ələykə ya sahibə rəsulillahil əmin, əssəlamu ələykə ya vəliyyə əmiril mu`minin, əssəlamu ələykə ya mudəə əsraris sadətil məyamin, əssəlamu ələykə ya bəqiyyətəllahi minəl bərərətil mazin, əssəlamu ələykə ya Əba Əbdillahi və rəhmətullahi və bərəkatuh, əşhədu ənnəkə ətə`təllahə kəma əmərəkə vəttəbə`tər rəsulə kəma nədəbəkə və təvəlləytə xəlifətəhu kəma əlzəmək, və dəəvtə iləl ihtimami bi zurriyyətihi kəma vəqəfək (qəffəqək), və əlimtəl həqqə yəqinən və`təmədtəhu kəma əmərək, əşhədu ənnəkə babu vəsiyyil Mustəfa və təriqu huccətillahil Murtəza, və əminullahi fiməstudi`tə min ulumil əsfiya, əşhədu ənnəkə min əhli bəytin nəbiyyin nucəbail muxtarin li nusrətil vəsiyy, əşhədu ənnəkə sahibul aşirəti vəl bərahini vəd dəlailil qahirəh, və əqəmtəs səlatə və atəytəz zəkatə və əmərtə bil mə`rufi və nəhəytə ənil munkər, və əddəytəl əmanətə və nəsəhtə lillahi və li rəsulih, və səbərtə ələl əza fi cənbihi hətta ətakəl yəqin, ləənəllahu mən cəhədəkə həqqəkə və həttə min qudrətik, ləənəllahu mən əzakə fi məvalik, ləənəllahu mən ə`tənəkə fi əhli bəytik, ləənəllahu mən laməkə fi sadatik, ləənəllahu əduvvə ali Muhəmmədin minəl cinni vəl insi minəl əvvəlinə vəl axirin, və zaəfə ələyhimul əzabəl əlim. səlləllahu ələykə ya Əba Əbdillah, səlləllahu ələykə ya sahibə rəsulillah, səlləllahu ələyhi və alih, və ələykə ya məvla əmiril mu`minin, və salləllahu əla ruhikət təyyibəti və cəsədikət tahir, və əlhəqəna bi mənnihi və rə`fətih, iza təvəffana bikə və bi məhəllis sadətil məyamin, və cəməəna məəhum bi cəvarihim fi cənnatin nəim, (səlləllahu ələykə) ya Əba Əbdillah, və salləllahu əla ixvanikəş şi`ətil bərərəti minəs sələfil məyamin, və ədxələr rəvhə vər rizvanə ələl xələfi minəl mu`minin, və əlhəqəna və iyyahum bimən təvəllahu minəl itrətit tahirin, və ələykə və ələyhumus səlamu və rəhmətullahu və bərəkatuh.Salam olsun peyğəmbərlərin sonuncusu Abdullahın oğlu Muhəmməd Rəsulullaha! Salam olsun vəsilərin sərvəri Əmirəlmömininə! Salam olsun hidayətçi məsum imamlara! Salam olsun (Allaha) yaxın mələklərə! Salam olsun sənə, ey əmanətdar Rəsulullahın səhabəsi! Salam olsun sənə, ey Əmirəlmöminin Əlinin dostu! Salam olsun sənə, ey səadət sərvərinin sirlərinin xəzinəsi! Salam olsun sənə, ey keçmiş xeyirxah bəndələrdən qalmış Allahın yadigarı! Salam olsun sənə, ey Əbu Əbdullah! Allahın rəhmət və bərəkətləri olsun sənə! Şəhadət verirəm ki, sən, əmr olunduğun kimi Allaha itaət etdin, Peyğəmbərin səni dəvət etdiyi kimi ona tabe oldun, sənə vacib etdiyi ki, onun xəlifəsinə yardım etdin və ümməti o həzrətin övladına əhəmiyyət vermək və ehtiram göstərməyə dəvət etdin, Allahın əmr buyurduğu kimi haqqa yəqin şəkildə əməl etdin və ona arxalandın. Şəhadət verirəm ki, sən Muhəmməd Mustafanın canişininin qapısı, Allahın höccəti Əli Mürtəzanın yolu və seçilmiş bəndələrin elmlərindən sənə tapşırılanlarda Allahın əmanətdarısan. Şəhadət verirəm ki, sən Peyğəmbərin şərafətli Əhlibeytindən sayılırsan ki, onun canişininə yardım etmək üçün seçilmişlər. Şəhadət verirəm ki, sən imanın onluq dərəcəsinə (imanın bütün dərəcələrinə), tutarlı bürhan və dəlillərə sahibsən. Əcəlin çatana qədər namazı bərpa etdin, zəkat verdin, yaxşılığa əmr etdin, pislikdən çəkindirdin, əmanəti qaytardın, Allah və Peyğəmbər yolunda xeyirxahlıq etdin və Onun yolunda düşmənlərin əzan-əziyyətlərinə səbir etdin. Sənin haqqını inkar edən və məqamını alçaldanlara Allah lənət etsin. Dostlarınla bağlı səni incidənlərə Allah lənət etsin. Peyğəmbərin Əhlibeytinə məhəbbət bəslədiyin üçün səni qınayanlara Allah lənət etsin. Sərvər və ağalarına məhəbbət bəslədiyin üçün səni məzəmmət edənlərə Allah lənət etsin. Allah Muhəmmədin Əhlibeytinin cin və insan, birinci və axırıncı düşmənlərinə lənət etsin və onların şiddətli əzabını artırsın. Allahın salamı olsun sənə, ey Əbu Əbdullah! Allahın salamı olsun sənə, ey Rəsulullahın səhabəsi! Allahın salamı olsun ona, onun Əhlibeytinə və sənə, ey Əmirəlmömininin dostu! Allahın salamı olsun sənin pak-pakizə ruhun və cisminə! Allah Öz lütf və mehribanlığı ilə bizi ölüm vaxtı sənə və səadət əhlinin qabaqcıllarının mənzilinə (behiştə) qovuşdursun, bizi nemətlə dolu behiştdə sizinlə və sizin kənarınızda birgə qərar versin. Allahı salamı olsun sənə, ey Əbu Əbdullah! Allahın salamı olsun keçmiş xoşbəxt və xeyirxah şiələrdən olan qardaşlarına! Gələcək nəsildən olan möminlərə də sevinc və razılıq bəxş etsin, bizi və onları sevdiyin pak-pakizə Əhlibeytə qovuşdursun. Salam olsun sənə və onlara! Allahın rəhmət və bərəkətləri olsun sənə və onlara!السَّلامُ عَلَى رَسُولِ اللَّهِ مُحَمَّدِ بْنِ عَبْدِ اللَّهِ خَاتَمِ النَّبِيِّينَ السَّلامُ عَلَى أَمِيرِ الْمُؤْمِنِينَ سَيِّدِ الْوَصِيِّينَ السَّلامُ عَلَى الْأَئِمَّةِ الْمَعْصُومِينَ الرَّاشِدِينَ السَّلامُ عَلَى الْمَلائِكَةِ الْمُقَرَّبِينَ السَّلامُ عَلَيْكَ يَا صَاحِبَ رَسُولِ اللَّهِ الْأَمِينِ السَّلامُ عَلَيْكَ يَا وَلِيَّ أَمِيرِ الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكَ يَا مُودَعَ أَسْرَارِ السَّادَةِ الْمَيَامِينِ السَّلامُ عَلَيْكَ يَا بَقِيَّةَ اللَّهِ مِنَ الْبَرَرَةِ الْمَاضِينَ السَّلامُ عَلَيْكَ يَا أَبَا عَبْدِ اللَّهِ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ أَشْهَدُ أَنَّكَ أَطَعْتَ اللَّهَ كَمَا أَمَرَكَ وَ اتَّبَعْتَ الرَّسُولَ كَمَا نَدَبَكَ وَ تَوَلَّيْتَ خَلِيفَتَهُ كَمَا أَلْزَمَكَ وَ دَعَوْتَ إِلَى الاهْتِمَامِ بِذُرِّيَّتِهِ كَمَا وَقَفَكَ [وَفَّقَكَ‏] وَ عَلِمْتَ الْحَقَّ يَقِينا وَ اعْتَمَدْتَهُ كَمَا أَمَرَكَ [وَ] أَشْهَدُ أَنَّكَ بَابُ وَصِيِّ الْمُصْطَفَى وَ طَرِيقُ حُجَّةِ اللَّهِ الْمُرْتَضَى وَ أَمِينُ اللَّهِ فِيمَا اسْتُودِعْتَ مِنْ عُلُومِ الْأَصْفِيَاءِ أَشْهَدُ أَنَّكَ مِنْ أَهْلِ بَيْتِ النَّبِيِّ النُّجَبَاءِ الْمُخْتَارِينَ لِنُصْرَةِ الْوَصِيِّ أَشْهَدُ أَنَّكَ صَاحِبُ الْعَاشِرَةِ وَ الْبَرَاهِينِ وَ الدَّلائِلِ الْقَاهِرَةِ وَ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ وَ أَدَّيْتَ الْأَمَانَةَ وَ نَصَحْتَ لِلَّهِ وَ لِرَسُولِهِ وَ صَبَرْتَ عَلَى الْأَذَى فِي جَنْبِهِ حَتَّى أَتَاكَ الْيَقِينُ لَعَنَ اللَّهُ مَنْ جَحَدَكَ حَقَّكَ وَ حَطَّ مِنْ قَدْرِكَ لَعَنَ اللَّهُ مَنْ آذَاكَ فِي مَوَالِيكَ لَعَنَ اللَّهُ مَنْ أَعْنَتَكَ فِي أَهْلِ بَيْتِكَ [نَبِيِّكَ‏] لَعَنَ اللَّهُ مَنْ لامَكَ فِي سَادَاتِكَ لَعَنَ اللَّهُ عَدُوَّ آلِ مُحَمَّدٍ مِنَ الْجِنِّ وَ الْإِنْسِ مِنَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ وَ ضَاعَفَ عَلَيْهِمُ الْعَذَابَ الْأَلِيمَ صَلَّى اللَّهُ عَلَيْكَ يَا أَبَا عَبْدِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْكَ يَا صَاحِبَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ عَلَيْكَ يَا مَوْلَى أَمِيرِ الْمُؤْمِنِينَ وَ صَلَّى اللَّهُ عَلَى رُوحِكَ الطَّيِّبَةِ وَ جَسَدِكَ الطَّاهِرِ وَ أَلْحَقَنَا بِمَنِّهِ وَ رَأْفَتِهِ إِذَا تَوَفَّانَا بِكَ وَ بِمَحَلِّ السَّادَةِ الْمَيَامِينِ وَ جَمَعَنَا مَعَهُمْ بِجِوَارِهِمْ فِي جَنَّاتِ النَّعِيمِ [صَلَّى اللَّهُ عَلَيْكَ‏] يَا أَبَا عَبْدِ اللَّهِ وَ صَلَّى اللَّهُ عَلَى إِخْوَانِكَ الشِّيعَةِ الْبَرَرَةِ مِنَ السَّلَفِ الْمَيَامِينِ وَ أَدْخَلَ الرَّوْحَ وَ الرِّضْوَانَ عَلَى الْخَلَفِ مِنَ الْمُؤْمِنِينَ وَ أَلْحَقَنَا وَ إِيَّاهُمْ بِمَنْ تَوَلاهُ مِنَ الْعِتْرَةِ الطَّاهِرِينَ وَ عَلَيْكَ وَ عَلَيْهِمُ السَّلامُ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُه

Sonra 7 dəfə «Qədr»  surəsini oxu və istədiyin müstəhəb namazları qıl. [4]
Şeyx Abbas Qumi deyir: “Cənab Salmanın ziyarətgahını tərk etmək istədikdə, Seyid ibn Tavusun öz kitabında nəql etdiyi 4-cü ziyarətin sonundakı bu vida sözlərini de:
TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykə ya Əba Əbdillah, əntə babullahil mu`ta minhu vəl mə`xuzu ənh, əşhədu ənnəkə qultə həqqən və nətəqtə sidqən və dəəvtə ila məvlayə və məvlakə əlaniyətən və sirra, ətəytukə zairən və hacati ləkə mustəvdia, və ha ənə za muvəddiukə əstəvdiukə dini və əmanəti, və xəvatimə əməli və cəvamiə əməli ila muntəha əcəli, vəs səlamu ələykə və rəhmətullahi və bərəkatuh, və salləllahu əla Muhəmmədin və alihil əxyar.Salam olsun sənə, ey Əbu Əbdullah! Sən Allahın qapısısan; elə bir qapı ki, insanlar (elm və mərifət kəsb etmək üçün) ondan daxil olmalı və ondan tutmalıdırlar. Şəhadət verirəm ki, sən haqq və doğru danışdın, (camaatı) aşkar və gizli şəkildə mənim və öz mövlana doğru dəvət etdin. Sənin ziyarətinə gəlmişəm. Hacətlərimi Sənin yanında əmanət qoymuşam. İndi isə səninlə vidalaşıram. Dinimi, əmanətimi, işimin sonunu və ömrümün sonuna qədər bütün arzularımı Sənə tapşırıram. Salam olsun sənə! Allahın rəhmət və bərəkətləri olsun sənə! Allahın salamı olsun Muhəmməd və onun xeyirxah Əhlibeytinə!السَّلامُ عَلَيْكَ يَا أَبَا عَبْدِ اللَّهِ أَنْتَ بَابُ اللَّهِ الْمُؤْتَى مِنْهُ وَ الْمَأْخُوذُ عَنْهُ أَشْهَدُ أَنَّكَ قُلْتَ حَقّا وَ نَطَقْتَ صِدْقا وَ دَعَوْتَ إِلَى مَوْلايَ وَ مَوْلاكَ عَلانِيَةً وَ سِرّا أَتَيْتُكَ زَائِرا وَ حَاجَاتِي لَكَ مُسْتَوْدِعا وَ هَا أَنَا ذَا مُوَدِّعُكَ أَسْتَوْدِعُكَ دِينِي وَ أَمَانَتِي وَ خَوَاتِيمَ عَمَلِي وَ جَوَامِعَ أَمَلِي إِلَى مُنْتَهَى أَجَلِي وَ السَّلامُ عَلَيْكَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الْأَخْيَارِ

Bu vaxt Allahı çoxlu zikr et və oranı tərk et.[5]
Şeyx Abbas Qumi  deyir: “Həzrət Salmanı ziyarət etdikdən sonra zəvvarlara bu 2 əməli də yerinə yetirmək tövsiyə olunur:
1) Kəsra Tavanın ziyarəti
2) Huzeyfə ibn Yəmaninin ziyarəti

Mənbələr:
[1] Əllamə Məclisi — Biharul-ənvar, c 22, səh 348, hədis 64
[2] Əllamə Məclisi — Biharul-ənvar, c 22, səh 329, hədis 38
[3] Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 291
[4] Seyid ibn Tavus — Misbahuz-zair, səh 505,
Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 287, hədis 1
[5] Seyid ibn Tavus — Misbahuz-zair, səh 511,
Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 291 (bir qədər fərqlə)

Читайте также: