Ziyarətnamə: İmam Hüseynin (ə) istənilən vaxt yerinə yetirilən mütləq ziyarəti — 2
İmam Hüseynin(ə) yaxından 2 növ ziyarəti vardır:
1) Mütləq ziyarəti (müəyyən vaxta məxsus olmayan ziyarətdir, istənilən vaxt yerinə yetirmək olar)
2) Məxsus ziyarəti (müəyyən vaxtlara təyin olunmuş ziyarət)
Birinci növ ziyarətnamələrin sayı çox olduğu üçün biz burada onlardan yalnız bir neçəsini sizin üçün qeyd edirik.
Şeyx Kuleyni və həmçinin İbn Qavlaveyh yazırlar ki, Süleyman ibn Həfz Mərzəvi imam Əli Nəqidən (ə) nəql edir ki, o həzrət belə buyurub[1]: “İmam Hüseynin (ə) məzarı kənarında bu ziyarətnaməni oxu:
İmam Hüseyn ziyarəti_20
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə ya Əba Əbdillah | Salam olsun sənə, ey Əba-Əbdillah! | السَّلامُ عَلَيْكَ يَا أَبَا عَبْدِ اللَّهِ |
| əssəlamu ələykə ya huccətəllahi fi ərzihi və şahidəhu əla xəlqih | Salam olsun sənə, ey Allahın yer üzündəki höccəti və məxluqatına şahidi! | السَّلامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ فِي أَرْضِهِ وَ شَاهِدَهُ عَلَى خَلْقِهِ |
| Əssəlamu ələykə yəbnə Rəsulillah, Əssəlamu ələykə yəbnə Əliyyinil Murtəza, əssəlamu ələykə yəbnə Fatimətəz Zəhra | Salam olsun sənə, ey Rəsulullahın övladı! Salam olsun sənə, ey Əli Mürtəzanın oğlu! Salam olsun sənə, ey Fatimeyi-Zəhranın oğlu! | السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ عَلِيٍّ الْمُرْتَضَى السَّلامُ عَلَيْكَ يَا ابْنَ فَاطِمَةَ الزَّهْرَاءِ |
| əşhədu ənnəkə qəd əqəmtəs səlatə və atəytəz zəkatə və əmərtə bil mə`ruf və nəhəytə ənil munkər | Şəhadət verirəm ki, həqiqətən, sən şəhadətə qovuşana qədər namazı bərpa etdin, zəkat verdin, (insanları) yaxşılıqlara dəvət etdin, pisliklərdən çəkindirdin | أَشْهَدُ أَنَّكَ قَدْ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ |
| və cahədtə fi səbilillah hətta ətakəl yəqin. fə salləllahu ələykə həyyən və məyyita. | və Allah yolunda layiqincə cihad etdin! Diri və şəhid ikən Allahın salamı olsun sənə! | وَ جَاهَدْتَ فِي سَبِيلِ اللَّهِ حَتَّى أَتَاكَ الْيَقِينُ فَصَلَّى اللَّهُ عَلَيْكَ حَيّا وَ مَيِّتا |
Sonra sağ yanağını qəbrin üzərinə (zərihə) qoyub de:
İmam Hüseyn ziyarəti_21
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əşhədu ənnəkə əla bəyyinətin min rəbbikə ci`tu muqirrən biz zunubi litəşfəu li ində rəbbik, yəbnə Rəsulillah. | Şəhadət verirəm ki, həqiqətən, sənin (öz işlərinlə bağlı) Rəbbin tərəfindən aydın dəlil və sübutun var idi! Ey Rəsulullahın övladı, mən günahlarımı iqrar etdiyim halda, hüzuruna gəlmişəm ki, Rəbbinin dərgahında mənə şəfaət edəsən! | أَشْهَدُ أَنَّكَ عَلَى بَيِّنَةٍ مِنْ رَبِّكَ جِئْتُ مُقِرّا بِالذُّنُوبِ لِتَشْفَعَ لِي عِنْدَ رَبِّكَ يَا ابْنَ رَسُولِ اللَّهِ |
Sonra imamların hər birinin adını çəkə-çəkə de:
| Ərəbcə | أَشْهَدُ أَنَّكُمْ حُجَجُ اللَّهِ |
| Tərcümə | Şəhadət verirəm ki, həqiqətən, siz Allahın höccətlərisiniz! |
| Transkipsiya | Əşhədu ənnəkum hucəcullah. |
Daha sonra bu cümləni de:
İmam Hüseyn ziyarəti_23
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Uktub li indəkə misaqən və əhda, inni ətəytukə mucəddidənil misaq | Öz yanında mənim üçün əhd-peyman yaz! Mən həmin əhd-peymanı yeniləmək üçün hüzuruna gəlmişəm | اكْتُبْ لِي عِنْدَكَ مِيثَاقا وَ عَهْدا إِنِّي أَتَيْتُكَ مُجَدِّدا الْمِيثَاقَ |
| fəşhəd li ində rəbbikə əntəş şahid. | Elə isə Rəbbinin dərgahında mənim xeyrimə şəhadət ver ki, həqiqətən, sən (Allah dərgahında) şahidsən! | فَاشْهَدْ لِي عِنْدَ رَبِّكَ اِنَّكَ أَنْتَ الشَّاهِدُ |
Mənbə:
[1] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 79, səh 210, hədis 7
