Ziyarətnamə: İmam Rzanın (ə) ziyarətnaməsi — 1
Şeyx Abbas Qumi deyir: «Qeyd etməliyəm ki, o həzrət üçün bir çox ziyarətnamələr nəql olunubdur və bu ziyarətnamələrin içərisindən ən məşhuru demək olar ki, bütün mötəbər dua və ziyarətnamə kitablarında nəql olunubdur. Bu ziyarətnamənin cənab Şeyx Səduqun ustadlarından sayılan möhtərəm Şeyx Məhəmməd ibn Həsən ibn Vəlidə mənsub olduğu bildirilibdir və İbn Qavlaveyh[1] “Məzar” adlı kitabında da qeyd etmişdir ki, o möhtərəm şeyx bu ziyarətnaməni imamlardan (ə) nəql etmişdir.»
Şeyx Səduqun “Mən la yəhzuruhul fəqih” kitabında İmam Rzanın (ə) ziyarəti aşağıdakı qaydada şərh verilibdir:
İmam Rzanın (ə) Tus vilayətində yerləşən qəbrini ziyarət etmək istədiyin vaxt əvvəlcə evində Qüsl ver. Qüsl verdiyin vaxt bu duanı oxu:
İmam Rza ziyarəti_1
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə təhhirni və təhhir qəlbi, vəşrəh li sədri, və əcir əla lisani midhətəkə vəs sənaə ələyk, fəinnəhu la quvvətə illa bik, Əllahumməc`əlhu li təhurən və şifaa. | İlahi, məni pakla, qəlbimi təharətli et, sinəmi genişləndir və Öz tərifini dilimə gətir. Çünki Səndən başqa güc və qüdrət yoxdur. İlahi, bu qüslü mənim üçün paklıq və şəfa qərar ver! | اللَّهُمَّ طَهِّرْنِي وَ طَهِّرْ لِي قَلْبِي وَ اشْرَحْ لِي صَدْرِي وَ أَجْرِ عَلَى لِسَانِي مِدْحَتَكَ وَ الثَّنَاءَ عَلَيْكَ فَاِنَّهُ لا قُوَّةَ إِلا بِكَ اللَّهُمَّ اجْعَلْهُ لِي طَهُورا وَ شِفَاءً |
Sonra bayıra çıxarkən deyirsən:
İmam Rza ziyarəti_2
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahi və billahi və iləllahi və iləbni rəsulillah, həsbiyəllahu təvəkkəltu ələllah, Əllahummə iləykə təvəccəhtu və iləykə qəsədtu və ma indəkə ərədt. | Allahın adı ilə, Allaha və Onun Peyğəmbərinin övladına doğru. Allah mənə bəs edər və mən Ona təvəkkül edirəm. İlahi, üzümü yalnız Sənə tuturam və məqsədim yalnız Sənsən və Sənin dərgahında olanı istəyirəm. | بِسْمِ اللَّهِ وَ بِاللَّهِ وَ إِلَى اللَّهِ وَ إِلَى ابْنِ رَسُولِ اللَّهِ حَسْبِيَ اللَّهُ تَوَكَّلْتُ عَلَى اللَّهِ اللَّهُمَّ إِلَيْكَ تَوَجَّهْتُ وَ إِلَيْكَ قَصَدْتُ وَ مَا عِنْدَكَ أَرَدْتُ |
Sonra evinin qapısından bayıra çıxıb dayan de:
İmam Rza ziyarəti_3
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə iləykə vəccəhtu vəchi, və ələykə xəlləftu əhli və mali, və ma xəvvəltəni və bikə vəsiqtu fəla tuxəyyibni, ya mən la yuxəyyibu mən əradəhu və la yuzəyyiu mən həfizəh, salli əla Muhəmmədin və ali Muhəmməd, vəhfəzni bihifzikə fəinnəhu la yəziu mən həfizt. | İlahi, üzümü Sənə tutur, ailəmi, malımı və mənə hər nə veribsənsə, hamısını Sənə tapşırır və Sənə söykənirəm. Ey Onu istəyənlərin ümidini üzməyən və qoruyub-saxlayanları zay etməyən, mənim ümidimi üzmə. Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir. Məni Öz mühafizəndə qoru! Çünki Sənin qoruduğun heç vaxt aradan getməz. | اللَّهُمَّ إِلَيْكَ وَجَّهْتُ وَجْهِي وَ عَلَيْكَ خَلَّفْتُ أَهْلِي وَ مَالِي وَ مَا خَوَّلْتَنِي وَ بِكَ وَثِقْتُ فَلا تُخَيِّبْنِي يَا مَنْ لا يُخَيِّبُ مَنْ أَرَادَهُ وَ لا يُضَيِّعُ مَنْ حَفِظَهُ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ [وَ آلِهِ] وَ احْفَظْنِي بِحِفْظِكَ فَاِنَّهُ لا يَضِيعُ مَنْ حَفِظْتَ |
Sağ-salamat çatandan sonra hər vaxt ziyarətə getmək istəsən qüsl et. Qüsl edən vaxt de:
İmam Rza ziyarəti_4
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə təhhirni və təhhir li qəlbi, vəşrəh li sədri və əcri əla lisani midhətəkə və məhəbbətəkə vəs sənaə ələyk, fəinnəhu la quvvətə illa bik, və qəd əlimtu ənnə qivamə dinit təslimu liəmrik, vəl ittibau li sunnəti nəbiyyik, vəş şəhadətu əla cəmii xəlqik, Əllahumməc`əlhu li şifaən və nura, innəkə əla kulli şəy`in qədir. | İlahi, məni pak, qəlbimi təharətli et, sinəmi genişləndir, Öz tərif və məhəbbətini dilimə gətir! Çünki Səndən başqa heç bir güc və qüdrət yoxdur. Həqiqətən, mən bunu bilmişəm ki, dinimin sabitliyi və möhkəmliyi Sənin əmrinə təslim, peyğəmbərlərin sünnəsinə tabe olmaqda və bütün məxluqatına şəhadət verməkdədir. İlahi, bu qüslü mənim üçün şəfa və nur qərar ver! Həqiqətən, Sən hər bir şeyə qadirsən! | اللَّهُمَّ طَهِّرْنِي وَ طَهِّرْ لِي قَلْبِي وَ اشْرَحْ لِي صَدْرِي وَ أَجْرِ عَلَى لِسَانِي مِدْحَتَكَ وَ مَحَبَّتَكَ وَ الثَّنَاءَ عَلَيْكَ فَاِنَّهُ لا قُوَّةَ إِلا بِكَ وَ قَدْ عَلِمْتُ أَنَّ قِوَامَ دِينِي التَّسْلِيمُ لِأَمْرِكَ وَ الاتِّبَاعُ لِسُنَّةِ نَبِيِّكَ وَ الشَّهَادَةُ عَلَى جَمِيعِ خَلْقِكَ اللَّهُمَّ اجْعَلْهُ لِي شِفَاءً وَ نُورا اِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ |
Sonra ən təmiz paltarlarını geyinib, ayaqyalın, ürəyində Allahı yad edərək, aram-aram və vüqarla hərəkət et. «Allahu əkbər», «Lə ilahə illəllah» , «Subhənəllah» və «Əlhəmdulillah» deyə-deyə addımlarını kiçik götürüb, müqəddəs hərəmə daxil olan kimi de:
İmam Rza ziyarəti_5
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahi və billah, və əla milləti rəsulillahi salləllahu ələyhi və alih, əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh, və ənnə Əliyyən vəliyyullah. | Allahın adı və Allahın köməyi ilə. Rəsulullahın (Allahın salamı olsun ona və onun Əhlibeytinə) dininə müvafiq olaraq, şəhadət verirəm ki, şəriksiz və yeganə olan Allahdan başqa heç bir tanrı yoxdur. Şəhadət verirəm ki, Muhəmməd (s) onun bəndəsi və elçisi, Əli Allahın vəlisidir. | بِسْمِ اللَّهِ وَ بِاللَّهِ وَ عَلَى مِلَّةِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ أَشْهَدُ أَنْ لا إِلَهَ إِلا اللَّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدا عَبْدُهُ وَ رَسُولُهُ وَ أَنَّ عَلِيّا وَلِيُّ اللَّهِ |
Sonra zərihə yaxınlaşıb həzrətlə üzbəüz, arxan qibləyə tərəf dayanıb belə de:
İmam Rza ziyarəti_6
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əşhədu ən lə ilahə illəllah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh, və ənnəhu səyyidul əvvəlinə vəl axirin, və ənnəhu səyyidul ənbiyai vəl mursəlin, Əllahummə salli əla Muhəmmədin əbdikə və rəsulikə və nəbiyyikə və səyyidi xəlqikə əcməin, səlatən la yəqva əla ihsaiha ğəyruk, Əllahummə salli əla əmiril mu`mininə Əliyyibni əbi Talib, əbdikə və əxi rəsulikəlləzintəcəbtəhu biilmik, və cəəltəhu hadiyən limən şi`tə min xəlqik, vəd dəlilə əla mən bəəstəhu birisalatik, və dəyyanəd dini biədlik, və fəslə (fəsli) qəzaikə bəynə xəlqik, vəl muhəyminə əla zalikə kullih, vəs səlamu ələyhi və rəhmətullahi və bərəkatuh, Əllahummə salli əla Fatimətə binti nəbiyyikə və zəvcəti vəliyyik, və ummis sibtəynil Həsəni vəl Husəyni səyyidəy şəbabi əhlil cənnəh, ət tuhrətit tahirətil mutəhhərətit təqiyyətin nəqiyyətir rəziyyətiz zəkiyyəh, səyyidəti nisai əhlil cənnəti əcməin, səlatən la yəqva əla ihsaiha ğəyruk, Əllahummə salli ələl Həsəni vəl Husəyni sibtəy nəbiyyik, və səyyidəy şəbabi əhlil cənnətil qaiməyni fi xəlqik, vəd dəliləyni əla mən bəəstə (bəəstəhu) birisalatik, və dəyyanəyid dini biədlik, və fəsləy qəzaikə bəynə xəlqik, Əllahummə salli əla Əliyyibnil Husəyni əbdikəl qaimi fi xəlqik, vəd dəlili əla mən bəəstə birisalatik, və dəyyanid dini biədlik, və fəsli qəzaikə bəynə xəlqikə səyyidil abidin, Əllahummə salli əla Muhəmmədibni Əliyyin əbdik, və xəlifətikə fi ərzikə Baqiri ilmin nəbiyyin, Əllahummə salli əla Cə`fəribni Muhəmmədinis Sadiqi əbdikə və vəliyyi dinik, və huccətikə əla xəlqikə əcməinəs Sadiqil barr, Əllahummə salli əla Musəbni Cə`fərin əbdikəs salih, və lisanikə fi xəlqikən natiqi bihukmik (bihikmətik), vəl huccəti əla bəriyyətik, Əllahummə salli əla Əliyyibni Musər Rizəl Murtəza, əbdikə və vəliyyi dinikəl qaimi biədlik, vəd dai ila dinikə və dini abaihis sadiqin, səlatən la yəqva əla ihsaiha ğəyruk, Əllahummə salli əla Muhəmmədibni Əliyyin əbdikə və vəliyyikəl qaimi biəmrik, vəd dai ila səbilik, Əllahummə salli əla Əliyyibni Muhəmmədin əbdikə və vəliyyi dinik, Əllahummə salli ələl Həsənibni Əliyyinil amili biəmrikəl qaimi fi xəlqik, və huccətikəl muəddi ən nəbiyyikə və şahidikə əla xəlqikəl məxsusi bikəramətikəd dai ila taətik, və taəti rəsulikə sələvatukə ələyhim əcməin, Əllahummə salli əla huccətikə və vəliyyikəl qaimi fi xəlqik, səlatən tammətən namiyətən bəqiyətən tuəccilu biha fərəcəhu və tənsuruhu biha, və təc`əluna məəhu fid dunya vəl axirəh, Əllahummə inni ətəqərrəbu iləykə bihubbihim və uvali vəliyyəhum və uadi əduvvəhum, fərzuqni bihim xəyrəd dunya vəl axirəh, vəsrif ənni bihim şərrəd dunya vəl axirəh, və əhvalə yəvmil qiyaməh. | Şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur. Onun heç bir şəriki yoxdur. Şəhadət verirəm ki, Muhəmməd (Allahın salamı olsun ona və onun Əhlibeytinə) Onun bəndəsi və elçisidir. O, həqiqətən də, ilk və son məxluqların, peyğəmbər və elçilərin sərvəridir. İlahi, Öz bəndən, rəsulun, peyğəmbərin və bütün məxluqatının sərvəri olan Muhəmmədə (s) Səndən başqa kimsənin saymağa qüdrəti olmayan salam yetir! İlahi, Öz bəndən və Rəsulunun qardaşı Əli ibn Əbu Talibə salam yetir! Elə bir kəsə ki, onu Öz elminlə seçib, istədiyin bəndələrin üçün hidayətçi, Öz risalətin üçün göndərdiyin şəxsi tanımaqda yol göstərən, Öz dinində ədalətli hakim, yaratdıqlarının arasında qəti hökm yürüdən seçib, məqamını hamıdan üstün etmisən. Salam olsun ona, Allahın rəhmət və bərəkətləri olsun ona! İlahi, Peyğəmbərinin qızı, seçdiyin vəlinin zövcəsi, Peyğəmbərin iki nəvəsi, behişt cavanlarının sərvərləri Həsən və Hüseynin anası Fatiməyə – pak-pakizə xanıma, zahiri və batini çirkinliklərdən paklanmış, Təqiyyə (təqvalı), Nəqiyyə (təmiz), Rəziyyə (Allahın əmrinə razı), Zəkiyyə (pak) və behişt qadınlarının xanımına salam yetir! Elə bir salam ki, Səndən başqası onu saya bilməsin. İlahi, Həsən və Hüseynə – Peyğəmbərin (s) iki nəvəsinə, behişt cavanlarının sərvərlərinə, bəndələrinin arasında haqq uğrunda qiyam edənlərə, Öz risalətin üçün göndərdiyin şəxsi tanımaqda “dəlil” (nişanə) olanlara, dininin ədalətli hakimlərinə və yaratdıqlarının arasında qəti hökm yürüdənlərə salam yetir! İlahi, bəndələrin arasında qiyam edən bəndən, Öz risalətinə göndərdiyin şəxsi tanımaqda “dəlil” olan, dininin ədalətli hakimi olan, yaratdıqlarının arasında qəti hökm yürüdən Əli ibn Hüseynə salam yetir! İlahi, Öz bəndən, yer üzündə xəlifən və peyğəmbərlərin elmini yarıb incəliklərinə varan Muhəmməd ibn Əliyə salam yetir! İlahi, Öz bəndən, dininin başçısı, bütün yaratdıqlarına höccət olan sadiq və xeyirxah Cəfər ibn Muhəmməd əs-Sadiqə salam yetir! İlahi, saleh bəndən, yaratdıqlarının arasında hikmətlə danışan dilin və bəndələrin üçün höccət olan Musa ibn Cəfərə salam yetir! İlahi, Səndən razı olan, bəndən, dininin başçısı, ədalətini bərqərar edən, Sənin və öz sədaqətli ata-babalarının dininə dəvət edən Əli ibn Musər-Rzaya salam yetir! Elə bir salam ki, Səndən başqa kimsə onu saya bilməsin. İlahi, Öz bəndən, dostun, Sənin əmrini bərpa edən və Sənin yoluna dəvət edən Muhəmməd ibn Əliyə salam yetir! İlahi, Öz bəndən, dininin başçısı və gözətçisi Əli ibn Muhəmmədə salam yetir! İlahi, Sənin Peyğəmbərin tərəfindən haqq dini bərpa edən, yaratdıqlarına şahid olan, lütf və kəramətdə xüsusi olan, Sənin və Peyğəmbərinin yoluna dəvət edən höccətin Həsən ibn Əliyə salam yetir! Sənin salamın olsun onların hamısına! İlahi, Öz höccətin və yaratdıqlarının haqqını bərpa edən dostuna (imam Zamana) salam yetir! Ona tam, artan və davamlı salam yetir, o salamın səbəbi ilə zühurunu tezləşdir, ona kömək yetir, dünya və axirətdə bizi onunla birgə et! İlahi, həqiqətən, mən onlara məhəbbət bəsləməklə Sənin dərgahına yaxınlaşır, dostlarını dost və düşmənlərini düşmən bilirəm. Onların hörmətinə xatir mənə dünya və axirət xeyrini nəsib et, dünya və axirət şərini, qiyamət gününün dəhşətli məqamlarını məndən uzaqlaşdır! | أَشْهَدُ أَنْ لا إِلَهَ إِلا اللَّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ وَ أَشْهَدُ أَنْ مُحَمَّدا عَبْدُهُ وَ رَسُولُهُ وَ أَنَّهُ سَيِّدُ الْأَوَّلِينَ وَ الْآخِرِينَ وَ أَنَّهُ سَيِّدُ الْأَنْبِيَاءِ وَ الْمُرْسَلِينَ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ عَبْدِكَ وَ رَسُولِكَ وَ نَبِيِّكَ وَ سَيِّدِ خَلْقِكَ أَجْمَعِينَ صَلاةً لا يَقْوَى عَلَى إِحْصَائِهَا غَيْرُكَ اللَّهُمَّ صَلِّ عَلَى أَمِيرِ الْمُؤْمِنِينَ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ عَبْدِكَ وَ أَخِي رَسُولِكَ الَّذِي انْتَجَبْتَهُ بِعِلْمِكَ وَ جَعَلْتَهُ هَادِيا لِمَنْ شِئْتَ مِنْ خَلْقِكَ وَ الدَّلِيلَ عَلَى مَنْ بَعَثْتَهُ بِرِسَالاتِكَ وَ دَيَّانَ [دَيَّانِ] الدِّينِ بِعَدْلِكَ وَ فَصْلَ [فَصْلِ] قَضَائِكَ بَيْنَ خَلْقِكَ وَ الْمُهَيْمِنَ [الْمُهَيْمِنِ] عَلَى ذَلِكَ كُلِّهِ وَ السَّلامُ عَلَيْهِ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ اللَّهُمَّ صَلِّ عَلَى فَاطِمَةَ بِنْتِ نَبِيِّكَ وَ زَوْجَةِ وَلِيِّكَ وَ أُمِّ السِّبْطَيْنِ الْحَسَنِ وَ الْحُسَيْنِ سَيِّدَيْ شَبَابِ أَهْلِ الْجَنَّةِ الطُّهْرَةِ الطَّاهِرَةِ الْمُطَهَّرَةِ التَّقِيَّةِ النَّقِيَّةِ الرَّضِيَّةِ الزَّكِيَّةِ سَيِّدَةِ نِسَاءِ أَهْلِ الْجَنَّةِ أَجْمَعِينَ صَلاةً لا يَقْوَى عَلَى إِحْصَائِهَا غَيْرُكَ اللَّهُمَّ صَلِّ عَلَى الْحَسَنِ وَ الْحُسَيْنِ سِبْطَيْ نَبِيِّكَ وَ سَيِّدَيْ شَبَابِ أَهْلِ الْجَنَّةِ الْقَائِمَيْنِ فِي خَلْقِكَ وَ الدَّلِيلَيْنِ عَلَى مَنْ بَعَثْتَ [بَعَثْتَهُ] بِرِسَالاتِكَ وَ دَيَّانَيِ الدِّينِ بِعَدْلِكَ وَ فَصْلَيْ قَضَائِكَ بَيْنَ خَلْقِكَ اللَّهُمَّ صَلِّ عَلَى عَلِيِّ بْنِ الْحُسَيْنِ عَبْدِكَ الْقَائِمِ فِي خَلْقِكَ وَ الدَّلِيلِ عَلَى مَنْ بَعَثْتَ بِرِسَالاتِكَ وَ دَيَّانِ الدِّينِ بِعَدْلِكَ وَ فَصْلِ قَضَائِكَ بَيْنَ خَلْقِكَ سَيِّدِ الْعَابِدِينَ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدِ بْنِ عَلِيٍّ عَبْدِكَ وَ خَلِيفَتِكَ فِي أَرْضِكَ بَاقِرِ عِلْمِ النَّبِيِّينَ اللَّهُمَّ صَلِّ عَلَى جَعْفَرِ بْنِ مُحَمَّدٍ الصَّادِقِ عَبْدِكَ وَ وَلِيِّ دِينِكَ وَ حُجَّتِكَ عَلَى خَلْقِكَ أَجْمَعِينَ الصَّادِقِ الْبَارِّ اللَّهُمَّ صَلِّ عَلَى مُوسَى بْنِ جَعْفَرٍ عَبْدِكَ الصَّالِحِ وَ لِسَانِكَ فِي خَلْقِكَ النَّاطِقِ بِحُكْمِكَ [بِحِكْمَتِكَ] وَ الْحُجَّةِ عَلَى بَرِيَّتِكَ اللَّهُمَّ صَلِّ عَلَى عَلِيِّ بْنِ مُوسَى الرِّضَا الْمُرْتَضَى عَبْدِكَ وَ وَلِيِّ دِينِكَ الْقَائِمِ بِعَدْلِكَ وَ الدَّاعِي إِلَى دِينِكَ وَ دِينِ آبَائِهِ الصَّادِقِينَ صَلاةً لا يَقْوَى عَلَى إِحْصَائِهَا غَيْرُكَ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدِ بْنِ عَلِيٍّ عَبْدِكَ وَ وَلِيِّكَ الْقَائِمِ بِأَمْرِكَ وَ الدَّاعِي إِلَى سَبِيلِكَ اللَّهُمَّ صَلِّ عَلَى عَلِيِّ بْنِ مُحَمَّدٍ عَبْدِكَ وَ وَلِيِّ دِينِكَ اللَّهُمَّ صَلِّ عَلَى الْحَسَنِ بْنِ عَلِيٍّ الْعَامِلِ بِأَمْرِكَ الْقَائِمِ فِي خَلْقِكَ وَ حُجَّتِكَ الْمُؤَدِّي عَنْ نَبِيِّكَ وَ شَاهِدِكَ عَلَى خَلْقِكَ الْمَخْصُوصِ بِكَرَامَتِكَ الدَّاعِي إِلَى طَاعَتِكَ وَ طَاعَةِ رَسُولِكَ صَلَوَاتُكَ عَلَيْهِمْ أَجْمَعِينَ اللَّهُمَّ صَلِّ عَلَى حُجَّتِكَ وَ وَلِيِّكَ الْقَائِمِ فِي خَلْقِكَ صَلاةً تَامَّةً نَامِيَةً بَاقِيَةً تُعَجِّلُ بِهَا فَرَجَهُ وَ تَنْصُرُهُ بِهَا وَ تَجْعَلُنَا مَعَهُ فِي الدُّنْيَا وَ الْآخِرَةِ اللَّهُمَّ إِنِّي أَتَقَرَّبُ إِلَيْكَ بِحُبِّهِمْ وَ أُوَالِي وَلِيَّهُمْ وَ أُعَادِي عَدُوَّهُمْ فَارْزُقْنِي بِهِمْ خَيْرَ الدُّنْيَا وَ الْآخِرَةِ وَ اصْرِفْ عَنِّي بِهِمْ شَرَّ الدُّنْيَا وَ الْآخِرَةِ وَ أَهْوَالَ يَوْمِ الْقِيَامَةِ |
Sonra həzrətin baş tərəfində oturub deyirsən:
İmam Rza ziyarəti_7
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə ya vəliyyəllah, əssəlamu ələykə ya huccətəllah, əssəlamu ələykə ya nurəllahi fi zulumatil ərz, əssəlamu ələykə ya əmudəd din, əssəlamu ələykə ya varisə Adəmə sifvətillah, əssəlamu ələykə ya varisə Nuhin nəbiyyillah, əssəlamu ələykə ya varisə İbrahimə xəlilillah, əssəlamu ələykə ya varisə İsmailə zəbihillah, əssəlamu ələykə ya varisə Musa kəlimillah, əssəlamu ələykə ya varisə İsa ruhillah, əssəlamu ələykə ya varisə Muhəmmədin rəsulillah, əssəlamu ələykə ya varisə əmiril mu`mininə Əliyyin vəliyyillah, və vəsiyyi rəsuli rəbbil aləmin, əssəlamu ələykə ya varisə Fatimətəz Zəhra, əssəlamu ələykə ya varisəl Həsəni vəl Husəyni səyyidəy şəbabi əhlil cənnəh, əssəlamu ələykə ya varisə Əliyyibnil Husəyni Zəynil abidin, əssəlamu ələykə ya varisə Muhəmmədibni Əliyyin Baqiri ilmil əvvəlinə vəl axirin, əssəlamu ələykə ya varisə Cə`fəribni Muhəmmədinis Sadiqil barr, əssəlamu ələykə ya varisə Musəbni Cə`fər, əssəlamu ələykə əyyuhəs siddiquş şəhid, əssəlamu ələykə əyyuhəl vəsiyyul barrut təqiyy, əşhədu ənnəkə qəd əqəmtəs səlatə və atəytəz zəkah, və əmərtə bil mə`rufi və nəhəytə ənil munkər, və əbədtəllahə (muxlisən) hətta ətakəl yəqin, əssəlamu ələykə ya əbəl Həsəni və rəhmətullahi və bərəkatuh. | Salam olsun sənə, ey Allahın nümayəndəsi! Salam olsun sənə, ey Allahın höccəti! Salam olsun sənə, ey yer üzünün zülmətlərindəki Allah nuru! Salam olsun sənə, ey dinin sütunu! Salam olsun sənə, ey Allahın seçdiyi Adəmin varisi! Salam olsun sənə, ey Allahın peyğəmbəri Nuhun varisi! Salam olsun sənə, ey Allahın dostu olan İbrahimin varisi! Salam olsun sənə, ey Allah qurbanı olan İsmayılın varisi! Salam olsun sənə, ey Allahla həmsöhbət olan Musanın varisi! Salam olsun sənə, ey Allah ruhu olan İsanın varisi! Salam olsun sənə, ey Allah rəsulu Muhəmmədin (s) varisi! Salam olsun sənə, ey Allahın nümayəndəsi, aləmlərin Rəbbinin Rəsulunun canişini Əli ibn Əbu Talibin varisi! Salam olsun sənə, ey Fatimeyi-Zəhranın varisi! Salam olsun sənə, ey behişt cavanlarının sərvərləri olan Həsən və Hüseynin varisi! Salam olsun sənə, ey abidlərin zinəti olan Əli ibn Hüseynin varisi! Salam olsun sənə, ey əvvəldəki və axırdakıların elmini yarıb incəliklərinə varan Muhəmməd ibn Əlinin varisi! Salam olsun sənə, ey xeyirxah və Sadiq olan Cəfər ibn Muhəmmədin varisi! Salam olsun sənə, ey Musa ibn Cəfərin varisi! Salam olsun sənə, ey Siddiq (düzdanışan) və Şəhid! Salam olsun sənə, ey (Peyğəmbərin) canişin, ey xeyirxah, ey təqvalı! Şəhadət verirəm ki, həqiqətən, sən ömrünün axırınadək namazı bərqərar etdin, zəkat verdin, yaxşılığa əmr etdin, pislikdən çəkindirdin və Allaha (ixlasla) ibadət etdin. Salam olsun sənə, ey Əbəlhəsən! Allahın rəhmət və bərəkətləri olsun sənə! | السَّلامُ عَلَيْكَ يَا وَلِيَّ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا نُورَ اللَّهِ فِي ظُلُمَاتِ الْأَرْضِ السَّلامُ عَلَيْكَ يَا عَمُودَ الدِّينِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ آدَمَ صِفْوَةِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ نُوحٍ نَبِيِّ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ إِبْرَاهِيمَ خَلِيلِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ إِسْمَاعِيلَ ذَبِيحِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ مُوسَى كَلِيمِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ عِيسَى رُوحِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ مُحَمَّدٍ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ أَمِيرِ الْمُؤْمِنِينَ عَلِيٍّ وَلِيِّ اللَّهِ وَ وَصِيِّ رَسُولِ رَبِّ الْعَالَمِينَ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ فَاطِمَةَ الزَّهْرَاءِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ الْحَسَنِ وَ الْحُسَيْنِ سَيِّدَيْ شَبَابِ أَهْلِ الْجَنَّةِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ عَلِيِّ بْنِ الْحُسَيْنِ زَيْنِ الْعَابِدِينَ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ مُحَمَّدِ بْنِ عَلِيٍّ بَاقِرِ عِلْمِ الْأَوَّلِينَ وَ الْآخِرِينَ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ جَعْفَرِ بْنِ مُحَمَّدٍ الصَّادِقِ الْبَارِّ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ مُوسَى بْنِ جَعْفَرٍ السَّلامُ عَلَيْكَ أَيُّهَا الصِّدِّيقُ الشَّهِيدُ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْوَصِيُّ الْبَارُّ التَّقِيُّ أَشْهَدُ أَنَّكَ قَدْ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ وَ عَبَدْتَ اللَّهَ [مُخْلِصا] حَتَّى أَتَاكَ الْيَقِينُ السَّلامُ عَلَيْكَ يَا أَبَا الْحَسَنِ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ |
Sonra özünü zərihə yapışdırıb deyirsən:
İmam Rza ziyarəti_8
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə iləykə səmədtu min ərzi və qətə`tul biladə rəcaə rəhmətik, fəla tuxəyyibni və la təruddəni biğəyri qəzai hacəti, vərhəm təqəllubi əla qəbribni əxi rəsulikə sələvatukə ələyhi və alih, bi əbi əntə və ummi ya məvlay, ətəytukə zairən vafidən aizən mimma cənəytu əla nəfsi, vəhtətəbtu əla zəhri fəkun li şafiən iləllahi yəvmə fəqri faqəti, fələkə indəllahi məqamun məhmudun və əntə indəhu vəcih. | İlahi, rəhmətinə ümid bəslədiyim üçün öz vətənimdən çıxaraq şəhərlərdən keçib Sənə doğru gəldim, mənim ümidimi üzmə, istəklərimi yerinə yetirməmiş məni geri qaytarma! Sənin Peyğəmbərinin (salamın olsun ona və onun Əhlibeytinə) qardaşı oğlunun qəbrinə sığındığım üçün mənə rəhm et. Ata-anam sənə fəda olsun, ey mənim mövlam! Ey mövlam, sənin qəbrinin ziyarətçisiyəm. Nəfsimə etdiyim cinayətlərdən çiyinlərimə yüklədiyim günahlarımın bağışlanması üçün Sənin dərgahına gəlmişəm. Mənim üçün ehtiyac və yoxsulluq olan günü Allahın yanında şəfaətçi ol. Çünki Allahın yanında sənin üçün bəyənilmiş bir məqam var. Sən də Allah yanında sevimli və hörmət sahibisən. | اللَّهُمَّ إِلَيْكَ صَمَدْتُ مِنْ أَرْضِي وَ قَطَعْتُ الْبِلادِ رَجَاءَ رَحْمَتِكَ فَلا تُخَيِّبْنِي وَ لا تَرُدَّنِي بِغَيْرِ قَضَاءِ حَاجَتِي وَ ارْحَمْ تَقَلُّبِي عَلَى قَبْرِ ابْنِ أَخِي رَسُولِكَ صَلَوَاتُكَ عَلَيْهِ وَ آلِهِ بِأَبِي أَنْتَ وَ أُمِّي يَا مَوْلايَ أَتَيْتُكَ زَائِرا وَافِدا عَائِذا مِمَّا جَنَيْتُ عَلَى نَفْسِي وَ احْتَطَبْتُ عَلَى ظَهْرِي فَكُنْ لِي شَافِعا إِلَى اللَّهِ يَوْمَ فَقْرِي وَ فَاقَتِي فَلَكَ عِنْدَ اللَّهِ مَقَامٌ مَحْمُودٌ وَ أَنْتَ عِنْدَهُ وَجِيهٌ |
Sonra sağ əlini yuxarı qaldırıb sol əlini qəbrə tərəf açıb deyirsən:
İmam Rza ziyarəti_9
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni ətəqərrəbu iləykə bihubbihim, və bivilayətihim ətəvəlla axirəhum bima təvəlləytu bihi əvvələhum, və əbrəu min kulli vəlicətin dunəhum. Əllahumməl`ənilləzinə bəddəlu ni`mətək, vəttəhəmu nəbiyyəkə və cəhədu biayatik, və səxiru bi imamik, və həməlun nasə əla əktafi ali Muhəmməd, Əllahummə inni ətəqərrəbu iləykə bil lə`nəti ələyhim vəl bəraəti minhum fid dunya vəl axirəh, ya Rəhman. | İlahi, imamların (ə) məhəbbəti və vilayəti ilə Sənin dərgahına yaxınlaşıram. Onların birincisinə məhəbbət bəslədiyim kimi axırıncısına da məhəbbət bəsləyirəm. Onlardan başqa hər bir vasitədən uzağam. İlahi, Sənin nemətini (imamətini üsyankarlıqla) dəyişdirənlərə, Peyğəmbərinə (xilafət məsələsində) ittiham vuranlara, ayələrini inkar edənlərə, imamına istehza edənlərə, camaatı Muhəmmədin Əhlibeyti ilə düşmənçiliyə vadar edənlərə lənət et! İlahi, mən dünya və axirətdə onlara lənət edib, onlardan üz çevirməklə Sənin dərgahına yaxınlaşıram. Ey mehriban Allah! | اللَّهُمَّ إِنِّي أَتَقَرَّبُ إِلَيْكَ بِحُبِّهِمْ وَ بِوِلايَتِهِمْ أَتَوَلَّى آخِرَهُمْ بِمَا تَوَلَّيْتُ بِهِ أَوَّلَهُمْ وَ أَبْرَأُ مِنْ كُلِّ وَلِيجَةٍ دُونَهُمْ اللَّهُمَّ الْعَنِ الَّذِينَ بَدَّلُوا نِعْمَتَكَ وَ اتَّهَمُوا نَبِيَّكَ وَ جَحَدُوا بِآيَاتِكَ وَ سَخِرُوا بِإِمَامِكَ وَ حَمَلُوا النَّاسَ عَلَى أَكْتَافِ آلِ مُحَمَّدٍ اللَّهُمَّ إِنِّي أَتَقَرَّبُ إِلَيْكَ بِاللَّعْنَةِ عَلَيْهِمْ وَ الْبَرَاءَةِ مِنْهُمْ فِي الدُّنْيَا وَ الْآخِرَةِ يَا رَحْمَانُ |
Sonra qayıdıb həzrətin ayaq tərəfinə gedib deyirsən:
İmam Rza ziyarəti_10
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Salləllahu ələykə ya əbəl Həsən, salləllahu əla ruhikə və bədənik, səbərtə və əntəs sadiqul musəddəq, qətələllahu mən qətələkə bil əydi vəl əlsun. | Allahın salamı olsun sənə, ey Əbəlhəsən. Allahın salamı olsun sənin ruhun və bədəninə, sən düzdanışan və təsdiqlənmiş olduğun halda (müsibətlərə) səbir etdin. Səni dil və əlləri ilə öldürənləri Allah öldürsün. | صَلَّى اللَّهُ عَلَيْكَ يَا أَبَا الْحَسَنِ صَلَّى اللَّهُ عَلَى رُوحِكَ وَ بَدَنِكَ صَبَرْتَ وَ أَنْتَ الصَّادِقُ الْمُصَدَّقُ قَتَلَ اللَّهُ مَنْ قَتَلَكَ بِالْأَيْدِي وَ الْأَلْسُنِ |
Sonra Əmiril-möminin Əlinin (ə), Həsən (ə) və Hüseynin (ə) və Allahın elçisinin qatillərinə qəni-qəni lənət yağdır. Daha sonra qəbrin baş tərəfinə keçib, 2 rəkət namaz qıl. Namazın 1-ci rəkətində «Yasin» və 2-ci rəkətində «Ər-Rəhman» surələrini oxu. Namazdan sonra çoxlu-çoxlu dua et atana, anana, özünə və bütün mömin bacı-qardaşlarına. [2] Sonra istədiyin qədər o həzrətin qəbrinin baş tərəfində əyləş və çox yaxşı olar ki, namazlarını da orada qılasan.
Şeyx Abbas Qumi deyir: “Bu ziyarət, o həzrətin (ə) seçilmiş ziyarətidir.
“Fəqih”, “Uyun”, Əllamə Məclisinin təlif etdiyi kitablarda və başqa bir sıra kitablarda bu ziyarətnamənin axırıncı cümləsi olan “və səxiru bi imamikə” cümləsində iki “mim” hərfi işlədilibdir və bu vaxt cümlənin mənası aşağıdakı kimi olacaqdır:
“İlahi, Sənin onlara təyin etdiyin imamı istehza etdikləri üçün onları lənət et!”
Lakin Seyid ibn Tavusun “Misbahuz zair” kitabında bu cümlə “səxiru bi əyyamik” olaraq gətirilibdir və bu şəkildə də cümlənin mənası doğrudur. Burada imamlara (ə) məxsus olan günlər nəzərdə tutulduğu üçün birinci fəslin beşinci bölümündə Səqər ibni Əbi Düləfin nəql etdiyi hədisə əsaslanaraq demək olar ki, bu məna, daha da üstündür.
Bilin ki, imamların (ə) qatillərinə hər bir dildə lənət yağdırmaq olar və dualardan götürülən bu cümlələri demək isə daha çox bəyənilir[3]:
İmam Rza ziyarəti_11
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahumməl`ən qətələtə əmiril mu`mininə və qətələtəl Həsəni vəl Husəyni ələyhəmus səlam, və qətələtə əhli bəyti nəbiyyik, Əllahumməl`ən ə`daə ali Muhəmmədin və qətələtəhum və zidhum əzabən fəvqəl əzab, və həvanən fəvqə həvan, və zullən fəvqə zullin və xizyən fəvqə xizy, Əllahummə du`əhum ilən nari dəa, və ərkishum fi əlimi əzabikə rəksa, vəhşurhum və ətbaəhum ila cəhənnəmə zuməra. | İlahi, Əmirəlmömininin qatillərinə, Həsən və Hüseynin (salam olsun onlara) qatillərinə və Peyğəmbərinin Əhlibeytinin qatillərinə lənət et! İlahi, Muhəmmədin Əhlibeytinin düşmənləri və onların qatillərinə lənət et, onların əzablarına əzab, alçaqlıqlarına alçaqlıq, zillətlərinə zillət və zəlilliklərinə zəlillik artır! İlahi, onları cəhənnəm oduna at və onlara şiddətli əzab libası geyindir, onları və onların davamçılarını dəstə-dəstə cəhənnəmə at! | اللَّهُمَّ الْعَنْ قَتَلَةَ أَمِيرِ الْمُؤْمِنِينَ وَ قَتَلَةَ الْحَسَنِ وَ الْحُسَيْنِ عَلَيْهِمُ السَّلامُ وَ قَتَلَةَ أَهْلِ بَيْتِ نَبِيِّكَ اللَّهُمَّ الْعَنْ أَعْدَاءَ آلِ مُحَمَّدٍ وَ قَتَلَتَهُمْ وَ زِدْهُمْ عَذَابا فَوْقَ الْعَذَابِ وَ هَوَانا فَوْقَ هَوَانٍ وَ ذُلا فَوْقَ ذُلٍّ وَ خِزْيا فَوْقَ خِزْيٍ اللَّهُمَّ دُعَّهُمْ إِلَى النَّارِ دَعّا وَ أَرْكِسْهُمْ فِي أَلِيمِ عَذَابِكَ رَكْسا وَ احْشُرْهُمْ وَ أَتْبَاعَهُمْ إِلَى جَهَنَّمَ زُمَرا |
Şeyx Mufid “Töhfətuz zair” kitabında zikr etmişdir ki, İmam Rzanın (ə) ziyarət namazından sonra bu duanı oxumaq müstəhəbdir:
İmam Rza ziyarəti_12
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni əs`əlukə ya Allahud daimu fi mulkihil qaimu fi izzihil mutau fi sultanih, əl mutəfərridu fi kibriyaihil mutəvəhhidu fi dəymumiyyəti bəqaihil adilu fi bəriyyətih, əl alimu fi qəziyyətihil kərimu fi tə`xiri uqubətih, ilahi hacəti məsrufətən iləykə və amali məvqufətən lədəyk, və kulləma vəffəqtəni min xəyrin (bixəyrin) fəəntə dəlili ələyhi və təriqəti iləyh, ya qədirən la təuduhul mətalib, ya məliyyən yəlcəu iləyhi kullu rağibin ma ziltu məsbuhən minkə bin niəm, cariyən əla adatil ihsani vəl kərəm, əs`əlukə bil qudrətin nafizəti fi cəmiil əşya, və qəzaikəl mubrəmilləzi təhcubuhu biəysərid dua, və bin nəzrətil ləti nəzərtə biha iləl cibal fətəşaməxət, və iləl ərəzinə fətəsəttəhət, və iləs səmavati fərtəfəət, və iləl bihari fətəfəccərət, ya mən cəllə ən ədəvati ləhəzatil bəşər, və lətufə ən dəqaiqi xətəratil fikər, la tuhmədu ya səyyidi illa bitəvfiqin minkə yəqzi həmda, və la tuşkəru əla əsğəri minnətin illəstəvcəbtə biha şukrən fəməta tuhsa nə`mauk, ya ilahi və tucaza alauk, ya məvlayə və tukafəu sənaiuk, ya səyyidi və min niəmikə yəhmədul hamidun, və min şukrikə yəşkuruş şakirun, və əntəl mu`təmədu liz zunubi fi əfvik, vən naşiru ələl xatiinə cənahə sitrik (sətrik), və əntəl kaşifu liz zurri biyədik, fəkəm min səyyiətin əxfaha hilmukə hətta dəxilət, və həsənətin zaəfəha fəzluk, hətta əzumət ələyha mucazatukə cələltə ən yuxafə minkə illəl ədl, və ən yurca minkə illəl ihsanu vəl fəzl, fəmnun ələyyə bima əvcəbtəhu fəzluk, və la təxzulni bima yəhkumu bihi ədluk, səyyidi ləv əlimətil ərzu bizunubi ləsaxət bi, əvil cibalu ləhəddətni, əvis səmavatu ləxtətəfətni, əvil biharu ləəğrəqətni, səyyidi səyyidi səyyidi, məvlayə məvlayə məvlay, qəd təkərrərə vuqufi liziyafətik, fəla təhrimni ma vəədtəl mutəərrizinə liməs`ələtik, ya mə`rufəl arifin, ya mə`budəl abidin, ya məşkurəş şakirin, ya cəlisəz zakirin, ya məhmudə mən həmidəh, ya məvcudə mən tələbəh, ya məvsufə mən vəhhədəh, ya məhbubə mən əhəbbəh, ya ğəvsə mən əradəh, ya məqsudə mən ənabə iləyh, ya mən la yə`ləmul ğəybə illa hu, ya mən la yəsrifus suə illa hu, ya mən la yudəbbirul əmrə illa hu, ya mən la yəğfiruz zənbə illa hu, ya mən la yəxluqul xəlqə illa hu, ya mən la yunəzzilul ğəysə illa hu, salli əla Muhəmmədin və ali Muhəmməd, vəğfir li ya xəyrəl ğafirin, rəbbi inni əstəğfirukəstiğfarə həya, və əstəğfirukəstiğfarə rəca, və əstəğfirukəstiğfarə inabəh, və əstəğfirukəstiğfarə rəğbəh, və əstəğfirukəstiğfarə rəhbəh, və əstəğfirukəstiğfarə taəh, və əstəğfirukəstiğfarə iman, və əstəğfirukəstiğfarə iqrar, və əstəğfirukəstiğfarə ixlas, və əstəğfirukəs tiğfarə təqva, və əstəğfirukəstiğfarə təvəkkul, və əstəğfirukəstiğfarə zilləh, və əstəğfirukəstiğfarə amilin ləkə haribin minkə iləyk, fəsəlli əla Muhəmmədin və ali Muhəmməd, və tub ələyyə və əla validəyyə bima tubtə və tətubu əla cəmii xəlqik, ya ərhəmər rahimin, ya mən yusəmma (tusəmma) bil ğəfurir rəhim, ya mən yusəmma (tusəmma) bil ğəfurir rəhim, ya mən yusəmma bil ğəfurir rəhim, salli əla Muhəmmədin və ali Muhəmməd, vəqbəl təvbəti və zəkki əməli vəşkur sə`yi vərhəm zəraəti, və la təhcub səvti, və la tuxəyyib məs`ələti ya ğəvsəl mustəğisin, və əbliğ əimməti səlami və duai, və şəffi`hum fi cəmii ma səəltuk, və əvsil hədiyyəti iləyhim kəma yənbəği ləhum, və zidhum min zalikə ma yənbəği ləkə biəz`afin la yuhsiha ğəyruk, və la həvlə və la quvvətə illa billahil əliyyil əzim, və salləllahu əla ətyəbil mursəlin, Muhəmmədin və alihit tahirin. | İlahi, Səndən istəyirəm, ey hakimliyi əbədi, izzəti möhkəm və səltənətində bütün varlıqların tabe olduğu, əzəmət və böyüklükdə tək, həmişəlik bəqada yeganə, məxluqları arasında ədalətlə rəftar edən, qəzavətdə alim, cəzanın təxirə salınmasında kərim! İlahi, mənim hacətlərim Sənə doğru yönəlmiş və arzularım Sənin dərgahında dayanmışdır! Məni hər bir yaxşı əmələ nail etmisən, o işdə mənim hidayətçim və ona tərəf mənim yolum Sən olubsan. Ey istəklərin (çoxluğundan) aciz qalmayan qadir və ey hər müştağın pənah gətirdiyi qəni! Həmişə Sənin nemətlərinə yaxın olmuş və (mənə qarşı olan) ehsan və kərəminin yollarında addım atmışam. Hər bir şeyə nüfuz edən qüdrətin və (bəndənin kiçik duası ilə dəyişən) qəti hökmünlə Səndən istəyirəm. Dağlara baxdığın zaman dağları ucaldan, yerlərə baxdığın zaman yerləri düzənləyən, səmalara baxdığın zaman onları yüksəldən, dənizlərə baxdığın zaman onları təlatümə gətirən inayət və nəzərinlə Səndən istəyirəm. Ey bəşərin baxışlarından daha yüksək, düşüncələrdən keçən incəliklərdən daha lətif, ey mənim mövlam, bizi sitayişə də Sən müvəffəq etmisən! Ən kiçik nemətə şükür olunsa da, o şükürə də şükür lazımdır. Bəs nə zaman nemətlərin saya gələr, ey mənim məbudum! Əta etdiklərinə şükür olunan, ey mənim sevincim, verdiklərinə təşəkkür olunan, ey mənim mövlam! O da sənin nemətlərindəndir ki, sitayiş edənlər sənə sitayiş edir. Sənin şüküründür ki, şükür edənlər Sənə şükür edir. Günahların əfv olunmasında Sənə etimad olunur və xatakarların xətalarını örtən Sənsən. Qüdrətinlə çətinliyi aradan qaldıran Sənsən. Nə çoxdur günahlar ki, Sənin səbrin onları yox olana qədər gizlətdi. Nə çoxdur yaxşı işlər ki, Sənin fəzlin onu çoxalanadək neçə qat mükafatlandırdı. Sənin yalnız ədalətindən qorxmaq lazımdır. Sənə yalnız fəzlinə görə ümid bəslənməlidir. Sənin fəzlinin nəticəsi olanla mənə minnət qoy və məni ədalətinin hökm etdiyi ilə xar etmə, ey mənim mövlam! Doğrusu, yer mənim günahlarımdan agah olsaydı, mütləq məni udardı, yaxud dağlar onlardan xəbər tutsaydı, məni sındırar və səmalar bilsəydilər, məni məhv edərdilər. Ey mənim sərvərim, ey mənim sərvərim, ey mənim sərvərim, ey mənim mövlam, ey mənim mövlam, ey mənim mövlam! Doğrusu, dəfələrlə oldu ki, qonaqlığına gəldim. Belə ki, diləyənlərə vəd etdiyindən məni məhrum etmə, ey ariflərin tanıdığı, ey abidlərin məbudu, ey şükür edənlərin şükür etdiyi, ey zikr əhlinin munisi, ey sitayiş edənlərin həmd etdiyi, ey Səni axtaranın yanında hazır, ey yeganəliyinə pərəstiş edən kəsin vəsf ediləni, ey Onu sevənin məbudu, ey Onu səsləyənin fəryadına çatan, ey Ona tərəf qayıdan kəsin məqsədi! Ondan başqa kimsə qeybi bilməz. Ondan başqa heç kim pislik və bəlanı dəyişməz. Ondan başqa heç kim işin tədbirini görməz. Ondan başqa heç kim günahı bağışlamaz, Ondan başqa heç kim məxluq yaratmaz. Ondan başqa heç kim yağışı yağdırmaz. Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir. Ey bağışlayanların ən yaxşısı, məni bağışla! Ey mənim Rəbbim, Səndən bağışlanma istəyirəm, həya və utancaqlıq bağışlanması! Səndən bağışlanma istəyirəm, ümidvarlıq bağışlanması! Səndən bağışlanma istəyirəm, tövbə və qayıdış bağışlanması! Səndən bağışlanma istəyirəm, şövq üzündən bağışlanma! Səndən bağışlanma istəyirəm, qorxu üzündən bağışlanma! Səndən bağışlanma istəyirəm, itaət üzündən bağışlanma! Səndən bağışlanma istəyirəm, iman üzündən bağışlanma! Səndən bağışlanma istəyirəm, günahı etiraf üzündən bağışlanma! Səndən bağışlanma istəyirəm, ixlas üzündən bağışlanma! Səndən bağışlanma istəyirəm, təqva və pəhrizkarlıq bağışlanması! Səndən bağışlanma istəyirəm, zəlillik üzündən bağışlanma! Səndən (qorxundan) Sənə tərəf qaçan kəsin bağışlanmasını istəyirəm! Belə isə, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, mənim və ata-anamın tövbəsini qəbul et! Necə ki, bəndələrinin hər birinin tövbəsini qəbul edirsən, ey mehribanların ən mehribanı! Ey “bağışlayan” və “rəhm edən” adı ilə adlandırılan, ey “bağışlayan” və “rəhm edən” adı ilə adlandırılan, ey “bağışlayan” və “rəhm edən” adı ilə adlandırılan! Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, mənim tövbəmi qəbul et, əməlimi pakla, çalışqanlığımı mükafatlandır, Sənin müqabilində əyilməyimə görə rəhm et, dua və istəyimi geri qaytarma, ey dada yetənlərin dadına yetən, salam və duamı imamlarıma çatdır, onları bütün istəklərimdə şəfaətçi et! Hədiyyəmi onların məqamına layiq şəkildə onlara yetir! Onu Öz tərəfindən layiq bildiyin kimi elə çoxalt ki, Səndən başqa heç kim onu hesablaya bilməsin. Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur. Allahın salamı peyğəmbərlərin ən yaxşısı Muhəmməd və onun pak Əhlibeytinə olsun! | اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ يَا اللَّهُ الدَّائِمُ فِي مُلْكِهِ الْقَائِمُ فِي عِزِّهِ الْمُطَاعُ فِي سُلْطَانِهِ الْمُتَفَرِّدُ فِي كِبْرِيَائِهِ الْمُتَوَحِّدُ فِي دَيْمُومِيَّةِ بَقَائِهِ الْعَادِلُ فِي بَرِيَّتِهِ الْعَالِمُ فِي قَضِيَّتِهِ الْكَرِيمُ فِي تَأْخِيرِ عُقُوبَتِهِ إِلَهِي حَاجَاتِي مَصْرُوفَةٌ إِلَيْكَ وَ آمَالِي مَوْقُوفَةٌ لَدَيْكَ وَ كُلَّمَا وَفَّقْتَنِي مِنْ خَيْرٍ [بِخَيْرٍ] فَأَنْتَ دَلِيلِي عَلَيْهِ وَ طَرِيقِي إِلَيْهِ يَا قَدِيرا لا تَئُودُهُ الْمَطَالِبُ يَا مَلِيّا يَلْجَأُ إِلَيْهِ كُلُّ رَاغِبٍ مَا زِلْتُ مَصْحُوبا مِنْكَ بِالنِّعَمِ جَارِيا عَلَى عَادَاتِ الْإِحْسَانِ وَ الْكَرَمِ أَسْأَلُكَ بِالْقُدْرَةِ النَّافِذَةِ فِي جَمِيعِ الْأَشْيَاءِ وَ قَضَائِكَ الْمُبْرَمِ الَّذِي تَحْجُبُهُ بِأَيْسَرِ الدُّعَاءِ وَ بِالنَّظْرَةِ الَّتِي نَظَرْتَ بِهَا إِلَى الْجِبَالِ فَتَشَامَخَتْ وَ إِلَى الْأَرَضِينَ فَتَسَطَّحَتْ وَ إِلَى السَّمَاوَاتِ فَارْتَفَعَتْ وَ إِلَى الْبِحَارِ فَتَفَجَّرَتْ يَا مَنْ جَلَّ عَنْ أَدَوَاتِ لَحَظَاتِ الْبَشَرِ وَ لَطُفَ عَنْ دَقَائِقِ خَطَرَاتِ الْفِكَرِ لا تُحْمَدُ يَا سَيِّدِي إِلا بِتَوْفِيقٍ مِنْكَ يَقْتَضِي حَمْدا وَ لا تُشْكَرُ عَلَى أَصْغَرِ مِنَّةٍ إِلا اسْتَوْجَبْتَ بِهَا شُكْرا فَمَتَى تُحْصَى نَعْمَاؤُكَ يَا إِلَهِي وَ تُجَازَى آلاؤُكَ يَا مَوْلايَ وَ تُكَافَأُ صَنَائِعُكَ يَا سَيِّدِي وَ مِنْ نِعَمِكَ يَحْمَدُ الْحَامِدُونَ وَ مِنْ شُكْرِكَ يَشْكُرُ الشَّاكِرُونَ وَ أَنْتَ الْمُعْتَمَدُ لِلذُّنُوبِ فِي عَفْوِكَ وَ النَّاشِرِ عَلَى الْخَاطِئِينَ جَنَاحَ سِتْرِكَ وَ أَنْتَ الْكَاشِفُ لِلضُّرِّ بِيَدِكَ فَكَمْ مِنْ سَيِّئَةٍ أَخْفَاهَا حِلْمُكَ حَتَّى دَخِلَتْ وَ حَسَنَةٍ ضَاعَفَهَا فَضْلُكَ حَتَّى عَظُمَتْ عَلَيْهَا مُجَازَاتُكَ جَلَلْتَ أَنْ يُخَافَ مِنْكَ إِلا الْعَدْلُ وَ أَنْ يُرْجَى مِنْكَ إِلا الْإِحْسَانُ وَ الْفَضْلُ فَامْنُنْ عَلَيَّ بِمَا أَوْجَبَهُ فَضْلُكَ وَ لا تَخْذُلْنِي بِمَا يَحْكُمُ بِهِ عَدْلُكَ سَيِّدِي لَوْ عَلِمَتِ الْأَرْضُ بِذُنُوبِي لَسَاخَتْ بِي أَوِ الْجِبَالُ لَهَدَّتْنِي أَوِ السَّمَاوَاتُ لاخْتَطَفَتْنِي أَوِ الْبِحَارُ لَأَغْرَقَتْنِي سَيِّدِي سَيِّدِي سَيِّدِي مَوْلايَ مَوْلايَ مَوْلايَ قَدْ تَكَرَّرَ وُقُوفِي لِضِيَافَتِكَ فَلا تَحْرِمْنِي مَا وَعَدْتَ الْمُتَعَرِّضِينَ لِمَسْأَلَتِكَ يَا مَعْرُوفَ الْعَارِفِينَ يَا مَعْبُودَ الْعَابِدِينَ يَا مَشْكُورَ الشَّاكِرِينَ يَا جَلِيسَ الذَّاكِرِينَ يَا مَحْمُودَ مَنْ حَمِدَهُ يَا مَوْجُودَ مَنْ طَلَبَهُ يَا مَوْصُوفَ مَنْ وَحَّدَهُ يَا مَحْبُوبَ مَنْ أَحَبَّهُ يَا غَوْثَ مَنْ أَرَادَهُ يَا مَقْصُودَ مَنْ أَنَابَ إِلَيْهِ يَا مَنْ لا يَعْلَمُ الْغَيْبَ إِلا هُوَ يَا مَنْ لا يَصْرِفُ السُّوءَ إِلا هُوَ يَا مَنْ لا يُدَبِّرُ الْأَمْرَ إِلا هُوَ يَا مَنْ لا يَغْفِرُ الذَّنْبَ إِلا هُوَ يَا مَنْ لا يَخْلُقُ الْخَلْقَ إِلا هُوَ يَا مَنْ لا يُنَزِّلُ الْغَيْثَ إِلا هُوَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اغْفِرْ لِي يَا خَيْرَ الْغَافِرِينَ رَبِّ إِنِّي أَسْتَغْفِرُكَ اسْتِغْفَارَ حَيَاءٍ وَ أَسْتَغْفِرُكَ اسْتِغْفَارَ رَجَاءٍ وَ أَسْتَغْفِرُكَ اسْتِغْفَارَ اِنَّابَةٍ وَ أَسْتَغْفِرُكَ اسْتِغْفَارَ رَغْبَةٍ وَ أَسْتَغْفِرُكَ اسْتِغْفَارَ رَهْبَةٍ وَ أَسْتَغْفِرُكَ اسْتِغْفَارَ طَاعَةٍ وَ أَسْتَغْفِرُكَ اسْتِغْفَارَ إِيمَانٍ وَ أَسْتَغْفِرُكَ اسْتِغْفَارَ إِقْرَارٍ وَ أَسْتَغْفِرُكَ اسْتِغْفَارَ إِخْلاصٍ وَ أَسْتَغْفِرُكَ اسْتِغْفَارَ تَقْوَى وَ أَسْتَغْفِرُكَ اسْتِغْفَارَ تَوَكُّلٍ وَ أَسْتَغْفِرُكَ اسْتِغْفَارَ ذِلَّةٍ وَ أَسْتَغْفِرُكَ اسْتِغْفَارَ عَامِلٍ لَكَ هَارِبٍ مِنْكَ إِلَيْكَ فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ تُبْ عَلَيَّ وَ عَلَى وَالِدَيَّ بِمَا تُبْتَ وَ تَتُوبُ عَلَى جَمِيعِ خَلْقِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ يَا مَنْ يُسَمَّى بِالْغَفُورِ الرَّحِيمِ يَا مَنْ يُسَمَّى بِالْغَفُورِ الرَّحِيمِ يَا مَنْ يُسَمَّى بِالْغَفُورِ الرَّحِيمِ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اقْبَلْ تَوْبَتِي وَ زَكِّ عَمَلِي وَ اشْكُرْ سَعْيِي وَ ارْحَمْ ضَرَاعَتِي وَ لا تَحْجُبْ صَوْتِي وَ لا تُخَيِّبْ مَسْأَلَتِي يَا غَوْثَ الْمُسْتَغِيثِينَ وَ أَبْلِغْ أَئِمَّتِي سَلامِي وَ دُعَائِي وَ شَفِّعْهُمْ فِي جَمِيعِ مَا سَأَلْتُكَ وَ أَوْصِلْ هَدِيَّتِي إِلَيْهِمْ كَمَا يَنْبَغِي لَهُمْ وَ زِدْهُمْ مِنْ ذَلِكَ مَا يَنْبَغِي لَكَ بِأَضْعَافٍ لا يُحْصِيهَا غَيْرُكَ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ وَ صَلَّى اللَّهُ عَلَى أَطْيَبِ الْمُرْسَلِينَ مُحَمَّدٍ وَ آلِهِ الطَّاهِرِينَ |
Şeyx Abbas Qumi deyir: “Əllamə Məclisi “Biharul-ənvar” adlı kitabında “Cəvadiyyə” başlığı altında qədim səhabələrin yazdığı bəzi kitablardan bir sıra ziyarətnamələri nəql etmişdir. O ziyarətnaməni oxuduqdan sonra ziyarət namazı qıl və namazdan sonra Allahı zikr edib, savabını o həzrətə göndər. Sonra bu duanı axıradək oxu: “Əllahummə inni əs`əlukə ya Allahud daim” Əllamə Məclisi adını çəkdiyimiz kitabda bu duanı nəql etmişdir və tövsiyə olunur ki, o müqəddəs hərəmdə bu ziyarətnaməni oxuyan əziz zəvvar, ziyarətnamədən sonra bu duanı da tərk etməsin.[4]
Mənbələr:
[1] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 102, səh 309, hədis 2
[2] Şeyx Səduq — Uyunu əxbarir-Rza, c 2, səh 267, hədis 1,
İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 102, səh 309, hədis 2,
Seyid ibn Tavus Misbahuz-zair, səh 389
[3] Əllamə Məclisi — Biharul-ənvar, c 30, səh 393
[4] Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 57
