Minacat: 2-ci Minacat: Şikayət edənlərin minacatı
4-cü İmam — imam Zeynulabidindən (Əli ibn Hüseyn) (ə) qalan və bizlərə çatan «şikayət edənlərin» minacatı.
Mərhum Əllamə Məclisi «Biharul-ənvar» kitabında belə qeyd edir: «Mən bu minacatı bəzi səhabələrin kitablarından əxz etdim və onlar bunu İmam Zeynulabidindən (ə) nəql etmişlər».
Bu, Allah dərgahına şikayət edənlərin minacatıdır. Onlar nəfsi-əmmarədən və tüğyankar nəfsin istəklərindən, qəlbin bərkliyindən və şeytanın vəsvəsələrindən şikayətlənir, bütün bunlara qalib gəlmək üçün Allahdan imdad diləyirlər:
2-ci Minacat: Şikayət edənlərin minacatı
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim | Bağışlayan və mehriban Allahın adı ilə! | بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |
| İlahi iləykə əşku nəfsən bissui əmmarəh | İlahi, Sənə şikayət edirəm daim məni pis işlərə əmr edən, | إِلَهِي إِلَيْكَ أَشْكُو نَفْسا بِالسُّوءِ أَمَّارَةً |
| və iləl xətiəti mubadirəh | xətalara sürükləyən, | وَ إِلَى الْخَطِيئَةِ مُبَادِرَةً |
| və biməasikə muləəh | əmr və fərmanların qarşısında günah və üsyankarlığa həddən artıq həris, | وَ بِمَعَاصِيكَ مُولَعَةً |
| və lisəxətikə mutəərrizəh | qəzəbinə səbəb olan işləri yerinə yetirən nəfsdən. | وَ لِسَخَطِكَ مُتَعَرِّضَةً |
| təsluku bi məsalikəl məhalik | Həmin nəfs məni həlakət yollarına apararaq | تَسْلُكُ بِي مَسَالِكَ الْمَهَالِكِ |
| və təc`əluni indəkə əhvənə halik | məni Sənin nəzərində həlak olanların ən zəlil və xarı edir. | وَ تَجْعَلُنِي عِنْدَكَ أَهْوَنَ هَالِكٍ |
| kəsirətəl iləli təvilətəl əməl | Onun bəhanələri həddən artıq, arzuları tükənməzdir. | كَثِيرَةَ الْعِلَلِ طَوِيلَةَ الْأَمَلِ |
| in məssəhəş şərru təczə` | Ona pis (şər) iş üz versə, ah-nalə qoparar, | إِنْ مَسَّهَا الشَّرُّ تَجْزَعُ |
| və in məssəhəl xəyru təmnə` | mənfəət çatsa, (onun başqalarına da çatmasına) mane olar; | وَ إِنْ مَسَّهَا الْخَيْرُ تَمْنَعُ |
| məyyalətən iləl ləibi vəl ləhv | əbəs işlərə çox meyl edən, | مَيَّالَةً إِلَى اللَّعِبِ وَ اللَّهْوِ |
| məmluvvətən bil ğəfləti vəs səhv | qəflət və yanlışlıqlarla dolu | مَمْلُوَّةً بِالْغَفْلَةِ وَ السَّهْوِ |
| tusriu bi iləl həvbəh | məni günah və həlakətə sürətlə tələsdirən | تُسْرِعُ بِي إِلَى الْحَوْبَةِ |
| və tusəvvifuni bit təvbəh | və tövbə etməyimi hər gün yubandırandır. | وَ تُسَوِّفُنِي بِالتَّوْبَةِ |
| ilahi əşku iləykə əduvvən yuzilluni | İlahi, Sənə şikayət edirəm məni azdıran düşməndən, | إِلَهِي أَشْكُو إِلَيْكَ عَدُوّا يُضِلُّنِي |
| və şəytanən yuğvini | zəlalətə yönəldən şeytandan | وَ شَيْطَانا يُغْوِينِي |
| qəd mələə bil vəsvasi sədri | şeytanın qəlbimi dolduran vəsvəsələri | قَدْ مَلَأَ بِالْوَسْوَاسِ صَدْرِي |
| və əhatət həvacisuhu biqəlbi | və qəlbimi əhatə edən batil fikirlərindən | وَ أَحَاطَتْ هَوَاجِسُهُ بِقَلْبِي |
| yuazidu liyəl həva | və nəfsə pərəstiş etmək, | يُعَاضِدُ لِيَ الْهَوَى |
| və yuzəyyuni li hubbəd dunya | dünya məhəbbətini gözümdə cilvələndirmək | وَ يُزَيِّنُ لِي حُبَّ الدُّنْيَا |
| və yəhulu bəyni və bəynət taəti vəz zulfa | və mənimlə itaət və Sənə yaxınlıq arasında fasilə və ayrılıq salmaqda yardımçı olan (Şeytandan)! | وَ يَحُولُ بَيْنِي وَ بَيْنَ الطَّاعَةِ وَ الزُّلْفَى |
| ilahi iləykə əşku qəlbən qasiyən məəl vəsvasi mutəqəlliba və bir rəyni vət təb`i mutələbbisa, | İlahi, Sənə şikayət edirəm bərkiyən, vəsvəsələr və günah pası ilə örtülən bir qəlbdən, | إِلَهِي إِلَيْكَ أَشْكُو قَلْبا قَاسِيا مَعَ الْوَسْوَاسِ مُتَقَلِّبا وَ بِالرَّيْنِ وَ الطَّبْعِ مُتَلَبِّسا |
| və əynən ənil bukai min xovfikə camidəh və ila ma yəsurruha tamiəh | Sənin xofundan ağlamayan və xoşladığı hər bir şeyə nəzər salan gözdən! | وَ عَيْنا عَنِ الْبُكَاءِ مِنْ خَوْفِكَ جَامِدَةً وَ إِلَى مَا يَسُرُّهَا طَامِحَةً |
| ilahi la həvlə li və la quvvəti illa biqudrətik | İlahi, Sənin qüdrətindən başqa, mənim üçün onların qarşısında maneə olacaq heç bir güc və qüvvət, | إِلَهي لا حَوْلَ لِي وَ لا قُوَّةَ إِلا بِقُدْرَتِكَ |
| və la nəcatə li min məkarihid dunya illa biismətik | dünyanın hiylə və xoşagəlməz hadisələri müqabilində Sənin qorumağından başqa, mənə hansısa bir nicat yolu yoxdur! | وَ لا نَجَاةَ لِي مِنْ مَكَارِهِ الدُّنْيَا إِلا بِعِصْمَتِكَ |
| fəəs`əlukə bibəlağəti hikmətikə | Səndən tükənməz hikmət, | فَأَسْأَلُكَ بِبَلاغَةِ حِكْمَتِكَ |
| və nəfazi məşiyyətik | qarşısıalınmaz iradə və istəyin vasitəsilə | وَ نَفَاذِ مَشِيَّتِكَ |
| ən la təc`ələni liğeyri cudikə mutəərriza | məni Öz ehsanından başqa, heç bir şeyə ehtiyaclı, | أَنْ لا تَجْعَلَنِي لِغَيْرِ جُودِكَ مُتَعَرِّضا |
| və la tusəyyirəni lil fitəni ğərəza | imtahan və bəla selinə giriftar və tuş etməməyini, | وَ لا تُصَيِّرَنِي لِلْفِتَنِ غَرَضا |
| və kun li ələl ə`dai nasira | düşmənlərim qarşısında mənə yardımçı olmağın, | وَ كُنْ لِي عَلَى الْأَعْدَاءِ نَاصِرا |
| və ələl məxazi vəl uyubi satira | günah və zəlilliyimin (rüsvayedici əməllərimin) üstünü örtməyin, | وَ عَلَى الْمَخَازِي وَ الْعُيُوبِ سَاتِرا |
| və minəl bəlai vaqiya | bəlalardan qorumağın, | وَ مِنَ الْبَلاءِ [الْبَلايَا] وَاقِيا |
| və ənil məasi asima | günahlardan amanda saxlamağını diləyirəm, | وَ عَنِ الْمَعَاصِي عَاصِما |
| birə`fətikə və rəhmətikə ya ərhəmər rahimin. | ey haqq və rəhməti uca, ey mehribanların ən mehribanı! | بِرَأْفَتِكَ وَ رَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
Mənbə:
Əllamə Məclisi — Biharul-ənvar, c.91, səh. 143
