Ziyarətnamə: İmam Hüseynin (ə) istənilən vaxt yerinə yetirilən mütləq ziyarəti — 3

Print Friendly, PDF & Email

İmam Hüseynin(ə) yaxından 2 növ ziyarəti vardır:
1) Mütləq ziyarəti (müəyyən vaxta məxsus olmayan ziyarətdir, istənilən vaxt yerinə yetirmək olar)
2) Məxsus ziyarəti (müəyyən vaxtlara təyin olunmuş ziyarət)
Birinci növ ziyarətnamələrin sayı çox olduğu üçün biz burada onlardan yalnız bir neçəsini sizin üçün qeyd edirik.

Seyid ibni Tavus bu müxtəsər ziyarəti “Məzar” adlı kitabında və məzhəbimizin digər alimləridə öz mötəbər kitablarıda nəql etmişlər.Bu ziyarətnamənin böyük savabı vardır. Ziyarətnamə belədir: Cabir Cofi nəql edir ki, imam Sadiq (ə) ona buyurdu: “Sizinlə imam Hüseynin (ə) qəbri arasında nə qədər məsafə vardır?” Mən dedim: “ Bir gündən bir az çox”. O həzrət buyurdu: “ İmamın ziyarətinə gedirsiniz?”
-Bəli.
-İstəyirsən ki, səni sevindirim və sənə bu ziyarətin savabı ilə bəşarət verim?”
-Bəli, canım sizə fəda olsun.
-Sizlərdən hər biriniz o həzrəti ziyarət etmək qərarına gəldikdə, göy əhli bir-birinə müjdə verər. Ziyarətə yola düşən şəxs imam Hüseynin(ə) qəbrinə yetişənədək, istər payi-piyada, istərsə də miniklə olsun, Allah Taala 1000 (və ya 4000) mələyə ona salam göndərməyi əmr edər. Sonra imam Sadiq (ə) buyurdu: “İmam Hüseynin (ə) ziyarətgahının qapısında dayanıb bu sözləri de! Şübhəsiz ki, bu sözlərin hər birinin müqabilində ilahi rəhmətə nail olarsan.” Mən soruşdum:” Canım sizə fəda olsun, o hansı sözlərdir?”. O, buyurdu:

İmam Hüseyn ziyarəti_24

TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykə ya varisə Adəmə səfvətillahSalam olsun sənə, ey Allahın seçdiyi Adəmin varisi!السَّلامُ عَلَيْكَ يَا وَارِثَ آدَمَ صَفْوَةِ اللَّهِ
əssəlamu ələykə ya varisə Nuhin nəbiyyillahSalam olsun sənə, ey Allahın peyğəmbəri Nuhun varisi!السَّلامُ عَلَيْكَ يَا وَارِثَ نُوحٍ نَبِيِّ اللَّهِ
əssəlamu ələykə ya varisə İbrahimə xəlilillahSalam olsun sənə, ey Allahın dostu İbrahimin varisi!السَّلامُ عَلَيْكَ يَا وَارِثَ إِبْرَاهِيمَ خَلِيلِ اللَّهِ
əssəlamu ələykə ya varisə Musa kəlimillahSalam olsun sənə, ey Allahla həmsöhbət olan Musanın varisi!السَّلامُ عَلَيْكَ يَا وَارِثَ مُوسَى كَلِيمِ اللَّهِ
əssəlamu ələykə ya varisə İsa ruhillahSalam olsun sənə, ey Allahın ruhu İsanın varisi!السَّلامُ عَلَيْكَ يَا وَارِثَ عِيسَى رُوحِ اللَّهِ
əssəlamu ələykə ya varisə Muhəmmədin səyyidi rəsulillahSalam olsun sənə, ey Allahın elçilərinin sərvəri Muhəmmədin varisi!السَّلامُ عَلَيْكَ يَا وَارِثَ مُحَمَّدٍ سَيِّدِ رُسُلِ اللَّهِ
əssəlamu ələykə ya varisə Əliyyin əmiril mu`minin və xəyril vəsiyyinSalam olsun sənə, ey Əmirəlmöminin Əli və vəsilərin ən yaxşısının varisi! السَّلامُ عَلَيْكَ يَا وَارِثَ عَلِيٍّ أَمِيرِ الْمُؤْمِنِينَ وَ خَيْرِ الْوَصِيِّينَ
əssəlamu ələykə ya varisəl Həsənir rəziyyit tahirir razil mərziyySalam olsun sənə, ey bəyənilmiş, pak, Allahdan razı olan və Allahın da ondan razı olduğu Həsənin varisi! السَّلامُ عَلَيْكَ يَا وَارِثَ الْحَسَنِ الرَّضِيِّ الطَّاهِرِ الرَّاضِي الْمَرْضِيِّ
əssəlamu ələykə əyyuhəs siddiqul əkbərSalam olsun sənə, ey böyük “siddiq” (düzdanışan)! السَّلامُ عَلَيْكَ أَيُّهَا الصِّدِّيقُ الْأَكْبَرُ
əssəlamu ələykə əyyuhəl vəsiyyul bərrut təqiyySalam olsun sənə, ey xeyirxah və təqvalı vəsi!السَّلامُ عَلَيْكَ أَيُّهَا الْوَصِيُّ الْبَرُّ التَّقِيُّ
Əssəlamu ələykə və ələl ərvahilləti həllət bifinaik və ənaxət birəhlikSalam olsun sənə və sənin türbənə nazil olub kənarında yaşayan (dəfn olunan) ruhlara!السَّلامُ عَلَيْكَ وَ عَلَى الْأَرْوَاحِ الَّتِي حَلَّتْ بِفِنَائِكَ وَ أَنَاخَتْ بِرَحْلِكَ
əssəlamu ələykə və ələl məlaikətil haffin bikSalam olsun sənə və sənin ətrafına toplaşan ilahi mələklərə!السَّلامُ عَلَيْكَ وَ عَلَى الْمَلائِكَةِ الْحَافِّينَ بِكَ
əşhədu ənnəkə qəd əqəmtəs səlatə və atəytəz zəkah, və əmərtə bil mə`ruf və nəhəytə ənil munkərŞəhadət verirəm ki, həqiqətən, sən əbədiyyətə qovuşana qədər namazı bərpa etdin, zəkat verdin, (insanları) yaxşılıqlara dəvət etdin, pisliklərdən çəkindirdinأَشْهَدُ أَنَّكَ قَدْ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ
və cahədtəl mulhidin, və əbədtəllahə hətta ətakəl yəqindinsizlərlə mübarizə apardın və Allaha ibadət etdinوَ جَاهَدْتَ الْمُلْحِدِينَ وَ عَبَدْتَ اللَّهَ حَتَّى أَتَاكَ الْيَقِينُ
əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh.Salam olsun sənə! Allahın rəhmət və bərəkətləri olsun sənə!السَّلامُ عَلَيْكَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ

Sonra imamın pak qəbrinə tərəf get. Atdığın hər addıma Allah yolunda ölən və qanını bürünən şəhidin savabı yazılar. Qəbrə yetişib, dayan və əlini ona sürtüb de:
Ərəbcəالسَّلامُ عَلَيْكَ يَا حُجَّةَ اللَّهِ فِي أَرْضِهِ
TərcüməSalam olsun sənə, ey Allahın yer üzündəki höccəti!
TranskripsiyaƏssəlamu ələykə ya huccətəllahi fi ərzih.

Sonra namaza hazırlaş. O həzrətin qəbri kənarında qılınan namazın hər bir rəkətinə 1000 həcc ziyaratinin savabı, 1000 ümrə ziyarətinin savabı , 1000 qul azad etməyin və haqq peyğəmbərlə 1000 dəfə döyüşə çıxan şəxsin savabı yazılar. [1]

Mənbələr:
[1] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 229, hədis36
İbn Qavlaveyh —  Kamiluz-ziyarat, bölüm 79, səh 205, hədis 5 (cüzi fərqlə).

Читайте также: