Ziyarətnamə: Naib ünvanında ziyarət — Başqasının əvəzindən ziyarət etmək

Print Friendly, PDF & Email

Burada, naib ünvanında ziyarət etməyin qaydasını sizin üçün bəyan edəcəyik. Bilin ki, Allahın elçisini (s) və məsum imamları (ə) ziyarət edib, bu ziyarətin savabını özlərinin müqəddəs ruhlarına və həmçinin möminlərin ruhlarına hədiyyə etmək olar. Habelə, möminlərin əvəzindən də məsumları ziyarət edə bilərsiniz. Bu mövzuda bir necə hədis qeyd edəcəyik:
1) Mötəbər sənədli bir hədisdə rəvayət olunur ki, Davud Sərəmi həzrət imam Əli Nəqiyə (ə) ərz etdi: “Mən, sizin atanızı ziyarət edib, bu ziyarətin savabını sizə hədiyyə etdim.” O həzrət buyurdu: “Allah Taala bu əməlinə görə, sənə böyük savab əta etmişdir və biz də səni mədh edirik.”[1]
2) Başqa bir mötəbər hədisdə deyilir ki, imam Əli Nəqi (ə) bir nəfəri onun yerinə ziyarət və dua etmək üçün imam Hüseynin (ə) hərəminə yola saldı.
3) İbrahim Həzrəmi deyir: Mədinədə İmam Musa Kazim (ə) ilə görüşdüm. O, Rəsulallahın (s) minbəri ilə qəbri arasında əyləşmişdi. Ona ərz etdim: “Öz vətənimdən həcc səfərinə yola düşdüyüm zaman bəziləri mənə tapşırdılar ki, onların yerindən 7 dəfə təvaf edim və 2 rəkət namaz qılım. Amma mən bunu unutdum. İndi bilmirəm qayıdanda onlara nə deyim.” İmam (ə) buyurdu: “Əgər Məkkəyə daxil olub həcc əməllərini yerinə yetirdikdən sonra 7 dəfə təvaf edib və 2 rəkət namaz qılıb: “Ey Allahım, mən bu təvafı və 2 rəkət namazı atamın, anamın, həyat yoldaşımın, övladlarımın, dostlarımın və bütün həmşəhərlilərimin yerindən yerinə yetirdim” — desəydin, vətəninə döndükdən sonra onların hər birinə: “Mən sizin yerinizdən təvaf etdim və 2 rəkət namaz qıldım” —  desən, doğru danışmış olardın. Həmçinin Mədinədə öz vəzifələrini yerinə yetirdikdən sonra 2 rəkət namaz qılıb Rəsulullahın (s) qəbrinin baş tərəfində dayanaraq:

Ərəbcəالسَّلامُ عَلَيْكَ يَا نَبِيَّ اللَّهِ مِنْ أَبِي وَ أُمِّي وَ زَوْجَتِي وَ وَلَدِي وَ حَامَّتِي وَ مِنْ جَمِيعِ أَهْلِ بَلَدِي حُرِّهِمْ وَ عَبْدِهِمْ وَ أَبْيَضِهِمْ وَ أَسْوَدِهِمْ
TərcüməAtam, anam, ailəm, övladlarım, yaxınlarım və mənimlə bir şəhərdə yaşayan azad, qul, qara və ağdərili bütün kəslər tərəfindən sənə salam olsun, ey Allahın Peyğəmbəri!
TranskripsiyaƏssəlamu ələykə ya nəbiyyəllahi min əbi və ummi və zəvcəti və vələdi və hamməti, və min cəmii əhli bələdi, hurrihim və əbdihim və əbyəzihim və əsvədihim.
— desən və vətəninə qayıtdıqdan sonra həmşəhərlilərindən hər birinə: “Mən sizin yerinizdən Peyğəmbərə (s) salam dedim (və 2 rəkət namaz qıldım)” – desən, doğru demisən”.[2]
4) Həmçinin bir çox hədislərdə rəvayət olunur ki, bəzi məsum imamlardan (ə) soruşurlar: “2 rəkət namaz qılıb və ya 1 gün oruc tutub və ya Ümrə və Həcc ziyarətlərini yerinə yetirib, yaxud da həzrət Rəsulullahı (s) və ya məsum imamları (ə) ziyarət edib, savabını öz ata-anasına və ya mömin qardaşlarına hədiyyə edən şəxsin özünə də savab yazılır?” O həzrət buyurdu: “Bu əməlin savabı nəzərdə tutduğu şəxsə yetişər, bir halda ki, onun özünə də bu əməlin savabı yazılar və bu savabdan heç bir şey azalmaz.”[3]

Əcir tutulan (yəni yol xərci başqası tərəfindən ödənilən) şəxsin naib olma qaydısı:                                           
Şeyx Tusi “Təhzib” adlı kitabında buyurur: “Muzd alaraq, mömin qardaşının əvəzindən ziyarətə gedən şəxs, ziyarət qüslunu verdikdən sonra və bəzi nüsxələrə əsasən, ziyarətdən sonra bu sözləri desin:

Ərəbcəاللَّهُمَّ مَا أَصَابَنِي مِنْ تَعَبٍ أَوْ نَصَبٍ أَوْ شَعَثٍ أَوْ لُغُوبٍ فَأْجُرْ فُلانَ بْنَ فُلانٍ فِيهِ وَ أْجُرْنِي فِي قَضَائِي عَنْهُ
Tərcüməİlahi, düçar olduğum qızdırma, əziyyət, toz-torpaq və yaxud yorğunluqların muzdunu filankəsin oğlu filankəsə ver və məni də onun əvəzində işlərini yerinə yetirməkdə mükafata layiq bil!
TranskripsiyaƏllahummə ma əsabəni min təəbin əv nəsəbin əv şəəsin əv luğub. Fə`cur fulanəbnə fulanin fih, və`curni fi qəzai ənh.

“Fulan ibn fulan” sözünün yerinə həmin şəxsin adını və atasının adını desin.
Ziyarət etdikdən sonra axırda belə desin:
Ərəbcə السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ عَنْ فُلانِ بْنِ فُلانٍ أَتَيْتُكَ زَائِرا عَنْهُ فَاشْفَعْ لَهُ عِنْدَ رَبِّكَ
TərcüməFilankəsin oğlu filankəs tərəfindən salam olsun sənə, ey mənim mövlam! Mən onun tərəfindən ziyarətinə gəlmişəm! Elə isə Allah dərgahında ona şəfaətçi ol!
TranskripsiyaƏssəlamu ələykə ya məvlayə ən fulanibni fulan, ətəytukə zairən ənhu fəşfə ləhu ində rəbbik.
İstədiyin duanı onun haqqında elə.[4] Yenə də deyilir ki, əgər bir şəxs naib kimi ziyarət etmək istəsə belə desin:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə innə fulanəbnə fulanin əvfədəni ila məvalihi və məvaliyy, liəzurə ənhu rəcaən licəzilis səvab, və firarən min suil hisab, Əllahummə innəhu yətəvəccəhu iləykə biəv`liyaihid (biəv`liyaikəd) dallinə ələyk. fi ğufranikə zunubəhə və hətti səyyiatih, və yətəvəssəlu iləykə bihim ində məşhədi imamihi sələvatullahi ələyhim, Əllahummə fətəqəbbəl minh, vəqbəl şəfaətə əvliyaihi sələvatullahi ələyhim fih, Əllahummə cazihi əla husni niyyətih, və səhihi əqidətihi və sihhəti muvalatih, əhsənə ma cazəytə əhədən min əbidikəl mu`minin, və ədim ləhu ma xəvvəltəh, vəstə`milhu salihən fima atəytəh, və la təc`əlni axirə vafidin ləhu yufiduh, Əllahummə ə`tiq rəqəbətəhu minən nar, və əvsi` ələyhi min rizqikəl həlalit təyyib, vəc`əlhu min rufəqai Muhəmmədin və ali Muhəmməd, və barik ləhu fi vuldihi və malihi və əhlihi və ma mələkət yəminuh, Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, və hul bəynəhu və bəynə məasik, hətta la yə`siyəkə və əinhu əla taətikə və taəti əvliyaik, hətta la təfqidəhu həysu əmərtəh, və la tərahu həysu nəhəytəh, Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, vəğfir ləhu vərhəmhu və`fu ənhu və ən cəmiil mu`mininə vəl mu`minat, Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, və əizhu min həvlil muttələi və min fəzəi yəvmil qiyaməh, və suil munqələbi və min zulmətil qəbri və vəhşətih, və min məvaqifil xizyi fid dunya vəl axirəh, Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, vəc`əl caizətəhu fi məvqifi haza ğufranək, və tuhfətəhu fi məqami haza ində imami, səlləllahu ələyhi ən tuqilə əsrətəhu və təqbələ mə`zirətəh, və tətacavəzə ən xətiətih, və təc`ələt təqva zadəh, və ma indəkə xəyrən ləhu fi məadih, və təhşurəhu fi zumrəti Muhəmmədin və ali Muhəmməd, səlləllahu ələyhi və alih, və təğfirə ləhu və livalidəyhi fəinnəkə xəyru mərğubin iləyh, və əkrəmu məs`ulini`təmədəl ibadu iləyh, Əllahummə və likulli mufidin caizətun və likulli zairin kəraməh, fəc`əl caizətəhu fi məvqifi haza ğufranək, vəl cənnətə ləhu və licəmiil mu`mininə vəl mu`minat, Əllahummə və ənə əbdukəl xatiul muznibul muqirru bizunubih, fə əs`əlukə ya Əllahu bihəqqi Muhəmmədin və ali Muhəmməd, ən la təhriməni bə`də zalikəl əcr, vəs səvabə min fəzli ətaikə və kərəmi təfəzzulik.İlahi, filankəsin oğlu məni gözəl mükafat və (qiyamət günü) çətin hesab-kitabdan amanda qalmaq ümidi ilə öz sərvərləri və mənim sərvərlərimi ziyarət etmək üçün göndərmişdir! İlahi, o, Sənin dərgahına yol göstərən sərvərlərin vasitəsilə günahlarının bağışlanması, pis işlərinin aradan qaldırılması və Sənə təvəssül etməsi üçün Sənə üz tutmuş və öz imamının (Sənin salamın olsun ona) ziyarətgahına gəlmişdir. İlahi, onun bu əməlini və sərvərlərinin (Sənin salamın olsun onlara) şəfaətini qəbul et, onların xoşbin düşüncə, düzgün etiqadları və doğru dostluqlarına görə, onlara mömin bəndələrindən birinə verdiyin ən yaxşı mükafat kimi mükafat ver, ona bəxş etdiyin nemətləri davam etdir, əta etdiyin ləyaqətə vadar et və məni onun göndərdiyi son nümayəndə təyin etmə! İlahi, onu cəhənnəm atəşindən xilas et, halal və pak ruzilərini onun üçün artır, onu Muhəmməd və onun Əhlibeytinin dostlarından seç və mal övladları, ailəsi və sahib olduqlarında ona bərəkət ver! İlahi! Muhəmməd və onun Əhlibeytinə salam yetir, onunla Sənə itaət etməyənlər arasında maneə yarat ki, o da Sənə itaətsizlik etməsin. Ona Sənin və övliyalarının əmrlərini yerinə yetirməkdə yardım et ki, əmr etdiyin işlərdə onun hazır olduğunu və qadağan etdiklərindən də çəkindiyini görəsən! İlahi, Muhəmməd və onun Əhlibeytinə salam yetir, onu bağışla, ona rəhm et, onun və bütün mömin kişi və möminə qadınların günahından keç! İlahi, Muhəmməd və onun Əhlibeytinə salam yetir, ona (öz halından xəbərdar olsun deyə) qiyamət gününün qorxusundan, dönüş yerinin çətinliyindən, qəbrin qaranlığı və vəhşətindən, dünya və axirətdə xarlığa səbəb olan dayanacaqlardan pənah ver! İlahi, Muhəmməd və onun Əhlibeytinə salam yetir, mənim durduğum yerdə bağışlanmağı onun mükafatı təyin et, imamın (Sənin salamın olsun ona) (qəbri) yaxınlığında dayandığım bu məqamda ona töhfə olaraq xətalarına göz yum, üzrünü qəbul et, xətalarından keç, ehtiyat və azuqəsini təqva və pəhrizkarlıq qərar ver, Sənin dərgahında olanları qiyamət günü onun üçün xeyir və yaxşılığa çevir, onu Muhəmməd və onun Əhlibeytinin (Allahın salamı olsun onlara) zümrəsində məşhur et, onu, onun ata və anasını bağışla! Həqiqətən, Sən istənilənlərin ən yaxşısı, bəndələrin etimad etdiyi ən böyük arzusan! İlahi, kimisə öz tərəfindən nümayəndə olaraq bir yerə göndərən şəxs üçün müəyyən bir mükafat, hər bir zəvvar üçün kəramət vardır. Elə isə mənim dayandığım yerdə onun, bütün mömin kişi və möminə qadınların mükafatını bağışlanmaq və cənnət təyin et! İlahi, mən də xətakar və günahkar bəndən olaraq günahlarımı etiraf edərək dərgahına gəlmişəm və ilahi, Səndən istəyirəm ki, Muhəmməd və onun Əhlibeytinə xatir onun mükafatından sonra məni də böyüklüyünə xatir mükafatdan məhrum etməyəsən!اللَّهُمَّ اِنَّ فُلانَ بْنَ فُلانٍ أَوْفَدَنِي إِلَى مَوَالِيهِ وَ مَوَالِيَّ لِأَزُورَ عَنْهُ رَجَاءً لِجَزِيلِ الثَّوَابِ وَ فِرَارا مِنْ سُوءِ الْحِسَابِ اللَّهُمَّ اِنَّهُ يَتَوَجَّهُ إِلَيْكَ بِأَوْلِيَائِهِ [بِأَوْلِيَائِكَ‏] الدَّالِّينَ عَلَيْكَ فِي غُفْرَانِكَ ذُنُوبَهُ وَ حَطِّ سَيِّئَاتِهِ وَ يَتَوَسَّلُ إِلَيْكَ بِهِمْ عِنْدَ مَشْهَدِ إِمَامِهِ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمْ اللَّهُمَّ فَتَقَبَّلْ مِنْهُ وَ اقْبَلْ شَفَاعَةَ أَوْلِيَائِهِ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمْ فِيهِ اللَّهُمَّ جَازِهِ عَلَى حُسْنِ نِيَّتِهِ وَ صَحِيحِ عَقِيدَتِهِ وَ صِحَّةِ مُوَالاتِهِ أَحْسَنَ مَا جَازَيْتَ أَحَدا مِنْ عَبِيدِكَ الْمُؤْمِنِينَ وَ أَدِمْ لَهُ مَا خَوَّلْتَهُ وَ اسْتَعْمِلْهُ صَالِحا فِيمَا آتَيْتَهُ وَ لا تَجْعَلْنِي آخِرَ وَافِدٍ لَهُ يُوفِدُهُ اللَّهُمَّ أَعْتِقْ رَقَبَتَهُ مِنَ النَّارِ وَ أَوْسِعْ عَلَيْهِ مِنْ رِزْقِكَ الْحَلالِ الطَّيِّبِ وَ اجْعَلْهُ مِنْ رُفَقَاءِ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ بَارِكْ لَهُ فِي وُلْدِهِ وَ مَالِهِ وَ أَهْلِهِ وَ مَا مَلَكَتْ يَمِينُهُ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ حُلْ بَيْنَهُ وَ بَيْنَ مَعَاصِيكَ حَتَّى لا يَعْصِيَكَ وَ أَعِنْهُ عَلَى طَاعَتِكَ وَ طَاعَةِ أَوْلِيَائِكَ حَتَّى لا تَفْقِدَهُ حَيْثُ أَمَرْتَهُ وَ لا تَرَاهُ حَيْثُ نَهَيْتَهُ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اغْفِرْ لَهُ وَ ارْحَمْهُ وَ اعْفُ عَنْهُ وَ عَنْ جَمِيعِ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَعِذْهُ مِنْ هَوْلِ الْمُطَّلَعِ وَ مِنْ فَزَعِ يَوْمِ الْقِيَامَةِ وَ سُوءِ الْمُنْقَلَبِ وَ مِنْ ظُلْمَةِ الْقَبْرِ وَ وَحْشَتِهِ وَ مِنْ مَوَاقِفِ الْخِزْيِ فِي الدُّنْيَا وَ الْآخِرَةِ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اجْعَلْ جَائِزَتَهُ فِي مَوْقِفِي هَذَا غُفْرَانَكَ وَ تُحْفَتَهُ فِي مَقَامِي هَذَا عِنْدَ إِمَامِي صَلَّى اللَّهُ عَلَيْهِ أَنْ تُقِيلَ عَثْرَتَهُ وَ تَقْبَلَ مَعْذِرَتَهُ وَ تَتَجَاوَزَ عَنْ خَطِيئَتِهِ وَ تَجْعَلَ التَّقْوَى زَادَهُ وَ مَا عِنْدَكَ خَيْرا لَهُ فِي مَعَادِهِ وَ تَحْشُرَهُ فِي زُمْرَةِ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ تَغْفِرَ لَهُ وَ لِوَالِدَيْهِ فَاِنَّكَ خَيْرُ مَرْغُوبٍ إِلَيْهِ وَ أَكْرَمُ مَسْئُولٍ اعْتَمَدَ الْعِبَادُ عَلَيْهِ اللَّهُمَّ وَ لِكُلِّ مُوفِدٍ جَائِزَةٌ وَ لِكُلِّ زَائِرٍ كَرَامَةٌ فَاجْعَلْ جَائِزَتَهُ فِي مَوْقِفِي هَذَا غُفْرَانَكَ وَ الْجَنَّةَ لَهُ وَ لِجَمِيعِ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ اللَّهُمَّ وَ أَنَا عَبْدُكَ الْخَاطِئُ الْمُذْنِبُ الْمُقِرُّ بِذُنُوبِهِ فَأَسْأَلُكَ يَا اللَّهُ بِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ أَنْ لا تَحْرِمَنِي بَعْدَ ذَلِكَ الْأَجْرَ وَ الثَّوَابَ مِنْ فَضْلِ عَطَائِكَ وَ كَرَمِ تَفَضُّلِكَ

Sonra müqəddəs zərihin yanına getsin, və üzü qibləyə əllərini səmaya tərəf qaldırıb desin:
TranskripsiyaTərcüməƏrəbcə
Ya məvlayə ya imami əbdukə fulanubnu fulan, əvfədəni zairən liməşhədik, yətəqərrəbu iləllahi əzzə və cəllə bizalik, və ila rəsulihi və iləykə yərcu bizalikə fəkakə rəqəbətihi minən nari minəl uqubəh, fəğfir ləhu və licəmiil mu`mininə vəl mu`minat, ya Əllahu ya Əllahu ya Əllah, ya Əllahu ya Əllahu ya Əllah, ya Əllahu lə ilahə illəllahul həlimul kərim, lə ilahə illəllahul əliyyul əzim, əs`əlukə ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, və təstəcibə li fihi və fi cəmii ixvani və əxəvati, və vələdi və əhli, bicudikə və kərəmik, ya ərhəmər rahimin.Ey mənim mövlam, ey imamım, bəndən filankəs oğlu filankəs məni öz nümayəndəsi olaraq sənin qəbrinin ziyarətinə göndərmiş və beləcə, Allahın dərgahına, Peyğəmbərə və sənin qəbrinə yaxınlaşmaq istəyir, əzab və cəhənnəm atəşindən amanda qalacağına ümid bəsləyir! Elə isə, ilahi, onu və bütün mömin kişi və möminə qadınları bağışla! Ya Allah, ya Allah, ya Allah, ya Allah, ya Allah, ya Allah, ya Allah! Səbirli və kəramətli Allahdan başqa heç bir tanrı yoxdur! İlahi, Səndən başqa uca və böyük tanrı yoxdur! Səndən istəyirəm ki, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam göndərəsən, onun və bütün qardaş və bacılarım, övladlarım və əhli-əyalım barədə ehsan və bəxşişinə xatir duamı qəbul edəsən, ey mehribanların ən mehribanı!يَا مَوْلايَ يَا إِمَامِي عَبْدُكَ فُلانُ بْنُ فُلانٍ أَوْفَدَنِي زَائِرا لِمَشْهَدِكَ يَتَقَرَّبُ إِلَى اللَّهِ عَزَّ وَ جَلَّ بِذَلِكَ وَ إِلَى رَسُولِهِ وَ إِلَيْكَ يَرْجُو بِذَلِكَ فَكَاكَ رَقَبَتِهِ مِنَ النَّارِ مِنَ الْعُقُوبَةِ فَاغْفِرْ لَهُ وَ لِجَمِيعِ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ يَا اللَّهُ يَا اللَّهُ يَا اللَّهُ يَا اللَّهُ يَا اللَّهُ يَا اللَّهُ يَا اللَّهُ لا إِلَهَ إِلا اللَّهُ الْحَلِيمُ الْكَرِيمُ لا إِلَهَ إِلا اللَّهُ الْعَلِيُّ الْعَظِيمُ أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ تَسْتَجِيبَ لِي فِيهِ وَ فِي جَمِيعِ إِخْوَانِي وَ أَخَوَاتِي وَ وَلَدِي وَ أَهْلِي بِجُودِكَ وَ كَرَمِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Mənbələr:
[1] Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 256, hədis 3
[2] Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 255, hədis 1
[3] Əllamə Məclisi — Biharul-ənvar, c 85, səh 311 və 313
[4] Şeyx Tusi — Təhzibul-əhkam, c 6, səh 105,
Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 255

Читайте также: