Ziyarətnamə: İmam Əli (ə) ziyarətnaməsi (3-cü hissə)
Seyid Əbdül-Kərim ibni Tavus, Səfvan Cəmmaldan belə nəql etmişdir: “Həzrət Sadiqlə (ə) birlikdə Kufəyə getdik. O həzrət Əbu Cəfər Dəvaniqinin (Abbasi xəlifəsi) yanına gedirdi. Mənə buyurdu: “Ey Səfvan! Dəvəni yatırd, cəddim Əmirəlmöminin Əlinin (ə) qəbrinin yaxınlığındayıq. Sonra o həzrət qüsl etdi, paltarını dəyişdi, ayaqqabılarını çıxartdı və mənə də belə etməyi göstəriş verdi. Sonra Nəcəfə doğru hərəkət etdik. Mənə yavaş-yavaş yol getməyi, addımları qısa atmağı, başı aşağı salmağı göstəriş verir və buyururdu ki, Allah taala sənə götürdüyün hər bir qədəmə görə, yüz min savab verir, yüz min günahını bağışlayır, yüz min dəfə məqamını yüksəldir, yüz min hacətini qəbul edir, hər bir şəhid və siddiqin (özündə-sözündə doğru olanın) savabını yazır. Mən, o həzrətin ardınca gedirdim, qəlbim, bədənim aram və sakit idi, Allaha həmd-səna edir, zikr deyirdim. Sonra təpə olan yerlərə çatdıq. Həzrət dayanıb, sağına-soluna baxdı, əlindəki çubuqla bir xətt çəkib buyurdu: “Axtarmağa başla!” Mən bir az axtarış apardıqdan sonra, bir qəbir tapdım. Bu zaman Həzrətin mübarək üzünə göz yaşları axmağa başladı və dedi:- “İnna lillahi və inna iləyhi raciun”. Sonra dedi:
İmam Əli ziyarəti_28
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə əyyuhəl vəsiyyul bərrut təqiyy, əssəlamu ələykə əyyuhən nəbəul əzim, əssəlamu ələykə əyyuhəs siddiqur rəşid, əssəlamu ələykə əyyuhəl bərruz zəkiyy, əssəlamu ələykə ya vəsiyyə rəsuli rəbbil aləmin | Salam olsun sənə, ey xeyirxah və təqvalı vəsi! Salam olsun sənə, ey böyük xəbər! Salam olsun sənə, ey düzdanışan və şücaətli! Salam olsun sənə, ey pak-pakizə xeyirxah! Salam olsun sənə, ey aləmlərin Rəbbinin Rəsulunun canişini! | السَّلامُ عَلَيْكَ أَيُّهَا الْوَصِيُّ الْبَرُّ التَّقِيُّ السَّلامُ عَلَيْكَ أَيُّهَا النَّبَأُ الْعَظِيمُ السَّلامُ عَلَيْكَ أَيُّهَا الصِّدِّيقُ الرَّشِيدُ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْبَرُّ الزَّكِيُّ السَّلامُ عَلَيْكَ يَا وَصِيَّ رَسُولِ رَبِّ الْعَالَمِينَ |
| əssəlamu ələykə ya xiyərətəllahi ələl xəlqi əcməin, əşhədu ənnəkə həbibullahi və xassətullahi və xalisətuh, əssəlamu ələykə ya vəliyyəllahi və məvziə sirrih, və əybətə ilmihi və xazinə vəhyih. | Salam olsun sənə, ey Allahın bütün məxluqat arasından bəyənib-seçdiyi! Şəhadət verirəm ki, sən Allahın həbibi, xas və xalis bəndəsisən! Salam olsun sənə, ey Allahın vəlisi, sirrinin məkanı, elminin xəzinəsi və vəhyinin xəzinədarı! | السَّلامُ عَلَيْكَ يَا خِيَرَةَ اللَّهِ عَلَى الْخَلْقِ أَجْمَعِينَ أَشْهَدُ أَنَّكَ حَبِيبُ اللَّهِ وَ خَاصَّةُ اللَّهِ وَ خَالِصَتُهُ السَّلامُ عَلَيْكَ يَا وَلِيَّ اللَّهِ وَ مَوْضِعَ سِرِّهِ وَ عَيْبَةَ عِلْمِهِ وَ خَازِنَ وَحْيِهِ |
Sonra özünü qəbrə yapışdırdı və dedi:
İmam Əli ziyarəti_29
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Biəbi əntə və ummi ya Əmirəl mu`minin, biəbi əntə və ummi ya huccətəl xisam | Atam-anam sənə fəda olsun, ey Əmirəlmöminin! Atam-anam sənə fəda olsun, ey düşmənlərə höccət! | بِأَبِي أَنْتَ وَ أُمِّي يَا أَمِيرَ الْمُؤْمِنِينَ بِأَبِي أَنْتَ وَ أُمِّي يَا حُجَّةَ الْخِصَامِ |
| biəbi əntə və ummi ya babəl məqam, biəbi əntə və ummi ya nurəllahit tam, | Atam-anam sənə fəda olsun, ey haqq yolçularının qapısı! Atam-anam sənə fəda olsun, ey Allahın kamil nuru! | بِأَبِي أَنْتَ وَ أُمِّي يَا بَابَ الْمَقَامِ بِأَبِي أَنْتَ وَ أُمِّي يَا نُورَ اللَّهِ التَّامَّ |
| əşhədu ənnəkə qəd bəlləğtə ənillahi və ən rəsulillah, salləllahu ələyhi və alih, ma hummiltə və rəəytə məstuhfiztə və həfiztə məstudi`t, | Şəhadət verirəm ki, sən əbədiyyətə qovuşana qədər Allah və Onun Rəsulu (Allahın salamı olsun ona və Əhli-beytinə) tərəfindən üzərinə götürdüklərini (insanlara) çatdırdın, qorumağa məmur olduqlarının haqqını gözlədin, sənə tapşırılanları qoruyub-saxladın, | أَشْهَدُ أَنَّكَ قَدْ بَلَّغْتَ عَنِ اللَّهِ وَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ مَا حُمِّلْتَ وَ رَعَيْتَ مَا اسْتُحْفِظْتَ وَ حَفِظْتَ مَا اسْتُودِعْتَ |
| və həlləltə həlaləllahi və hərrəmtə həraməllahi və əqəmtə əhkaməllah, və ləm tətəəddə hududəllah, və əbədtəllahə muxlisən hətta ətakəl yəqin, salləllahu ələykə və ələl əimməti min bə`dik. | Allahın halalını halal və haramını haram bildin, Allahın hökmlərini bərpa etdin, Onun hüdudlarını əsla aşmadın və Ona ixlasla ibadət etdin! Allahın salamı olsun sənə və səndən sonrakı imamlara! | وَ حَلَّلْتَ حَلالَ اللَّهِ وَ حَرَّمْتَ حَرَامَ اللَّهِ وَ أَقَمْتَ أَحْكَامَ اللَّهِ وَ لَمْ تَتَعَدَّ حُدُودَ اللَّهِ وَ عَبَدْتَ اللَّهَ مُخْلِصا حَتَّى أَتَاكَ الْيَقِينُ صَلَّى اللَّهُ عَلَيْكَ وَ عَلَى الْأَئِمَّةِ مِنْ بَعْدِكَ |
Sonra o həzrət qalxdı və o həzrətin başı üstündə neçə rəkət namaz qıldı və buyurdu: “Ey Səfvan, hər kəs Əmirəlmöminin Əlini (ə) ziyarət edə, bu ziyarəti oxuya və bu namazı qıla, günahları bağışlanar, əməlləri qəbul olar və ona, mələklərin o Həzrəti ziyarətin savabı da verilər.” Səfvan təəccüb edərək dedi: “Yəni, onu həzrəti ziyarət edən bütün mələklərin savabı!!!?” Buyurdu: “Bəli, hər gecə mələklərin yetmiş tayfası gəlib Həzrəti ziyarət edirlər.” Soruşdu: “Hər bir tayfa neçə mələkdən ibarətdir?” Buyurdu: “Yüz min mələk”. Sonra Həzrət arxa-arxaya çıxaraq belə deyirdi:
İmam Əli ziyarəti_30
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya cəddahu ya səyyidahu ya təyyibahu ya tahirah, la cəələhullahu axirəl əhdi mink, və rəzəqənil əvdə iləykə vəl məqamə fi hərəmik, vəl kəvnə məəkə və məəl əbrari min vuldik, salləllahu ələykə və ələl məlaikətil muhdiqinə bik. | Ey cəddim, ey sərvərim, ey pak, ey pakizə! Allah səninlə bu görüşü son görüş qərar verməsin, yenidən sənə doğru qayıdışı, ziyarətgahında durmağı, səninlə və sənin xeyirxah övladlarınla birgə olmağı mənə qismət etsin! Allahın salamı olsun sənə və sənin ətrafına toplaşan mələklərə! | يَا جَدَّاهْ يَا سَيِّدَاهْ يَا طَيِّبَاهْ يَا طَاهِرَاهْ لا جَعَلَهُ اللَّهُ آخِرَ الْعَهْدِ مِنْكَ وَ رَزَقَنِي الْعَوْدَ إِلَيْكَ وَ الْمَقَامَ فِي حَرَمِكَ وَ الْكَوْنَ مَعَكَ وَ مَعَ الْأَبْرَارِ مِنْ وُلْدِكَ صَلَّى اللَّهُ عَلَيْكَ وَ عَلَى الْمَلائِكَةِ الْمُحْدِقِينَ بِكَ |
Səfvan deyir: “Həzrətə dedim ki, mənə icazə verirsiz öz kufəli səhabələrə deyim və bu qəbri onlara göstərim?” Hz.buyurdu: “Bəli”. Mənə də bir neçə dirhəm verdilər ki, mən qəbri düzəltdirim.
