Ziyarətnamə: İmam Əlinin (ə) Məzar-Qədim kitabından mütləqa ziyarəti

Print Friendly, PDF & Email

Hacı Mirzə Hüseyn Nuri öz “Müstədrəkul-vəsail” kitabında “Məzar-Qədim” kitabına istinadən nəql edir ki, bizim imamımız İmam Muhəmməd Baqirin (ə) belə buyurduğu deyilir: “Atamla Nəcəf Əşrəfə cəddimiz Həzrət Əmirəlmöminin Əlinin (ə) qəbrinin ziyarətinə getdim. Atam qəbrin yanında dayanıb ağlayaraq belə oxudu:

TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu əla əbil əimməti və xəlilin nubuvvəti vəl məxsusi bil uxuvvəhSalam olsun imamların atası, nübüvvət dostu və qardaşlığa məxsus olana (Peyğəmbərlə qardaşlığa seçilənə)! السَّلامُ عَلَى أَبِي الْأَئِمَّةِ وَ خَلِيلِ النُّبُوَّةِ وَ الْمَخْصُوصِ بِالْأُخُوَّةِ
əssəlamu əla yə`subil imani və mizanil ə`mali və səyfi zil cəlal,Salam olsun iman rəhbəri, əməllərin tərəzisi və böyüklük sahibi olan Allahın qılıncına!السَّلامُ عَلَى يَعْسُوبِ الْإِيمَانِ وَ مِيزَانِ الْأَعْمَالِ وَ سَيْفِ ذِي الْجَلالِ
əssəlamu əla salihil mu`mininə və varisi ilmin nəbiyyinəl hakimi fi yəvmid din, Salam olsun möminlərin əməlisalehi, peyğəmbərlərin elminin varisi və qiyamət gününün hakiminə! السَّلامُ عَلَى صَالِحِ الْمُؤْمِنِينَ وَ وَارِثِ عِلْمِ النَّبِيِّينَ الْحَاكِمِ فِي يَوْمِ الدِّينِ
əssəlamu əla şəcərətit təqva, əssəlamu əla huccətillahil baliğəti və ni`mətihis sabiğəti və niqmətihid damiğəh, Salam olsun təqva ağacına! Salam olsun Allahın yetkin höccəti, geniş rəhməti və üzücü əzabına (düşmənləri həlak edənə)!السَّلامُ عَلَى شَجَرَةِ التَّقْوَى السَّلامُ عَلَى حُجَّةِ اللَّهِ الْبَالِغَةِ وَ نِعْمَتِهِ السَّابِغَةِ وَ نِقْمَتِهِ الدَّامِغَةِ
ssəlamu ələs siratil vazihi vən nəcmil laihi vəl imamin nasih, və rəhmətullahi və bərəkatuh.Salam olsun aydın yola, parlaq ulduza və xeyirxah imama! Allahın rəhmət və bərəkətləri olsun ona!السَّلامُ عَلَى الصِّرَاطِ الْوَاضِحِ وَ النَّجْمِ اللائِحِ وَ الْإِمَامِ النَّاصِحِ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ

O vaxt dedi[1]:
TranskripsiyaTərcüməƏrəbcə
Əntə vəsiləti iləllahi və zəriəti, vəli həqqu muvalati və tə`mili, Mənim Allaha doğru vəsilə və vasitəm sənsən! Səni sevmək və səni arzulamaq mənim haqqımdırأَنْتَ وَسِيلَتِي إِلَى اللَّهِ وَ ذَرِيعَتِي وَ لِي حَقُّ مُوَالاتِي وَ تَأْمِيلِي
fəkun li şəfii iləllahi əzzə və cəll, fil vuqufi əla qəzai hacəti, və hiyə fəkaku rəqəbəti minən nar, vəsrifni fi məvqifi haza bin nuch, və bima səəltuhu kullihi birəhmətikə və qudrətih, Elə isə böyük və uca Allah dərgahında məni cəhənnəm odundan xilas edən hacətimin rəva olunmasında mənə şəfaətçi ol, məni bu məkandan Allahın rəhmət və qüdrəti sayəsində müvəffəqiyyətlə və bütün istəklərimin qəbul olunduğu halda geri qaytar! فَكُنْ لِي شَفِيعِي إِلَى اللَّهِ عَزَّ وَ جَلَّ فِي الْوُقُوفِ عَلَى قَضَاءِ حَاجَتِي وَ هِيَ فَكَاكُ رَقَبَتِي مِنَ النَّارِ وَ اصْرِفْنِي فِي مَوْقِفِي هَذَا بِالنُّجْحِ وَ بِمَا سَأَلْتُهُ كُلَّهُ [كُلِّهِ‏] بِرَحْمَتِهِ وَ قُدْرَتِهِ
Əllahummərzuqni əqlən kamilən və lubbən racihən və qəlbən zəkiyya, və əmələn kəsirən və ədəbən baria, vəc`əl zalikə kulləhu li və la təc`əlhu ələyy, birəhmətikə ya ərhəmər rahimin.İlahi, mənə kamil ağıl, fərqli şüur, pak qəlb, çoxlu əməl və layiqli ədəb nəsib et, bütün bunları mənim zərərimə yox, xeyrimə tamamla! Sənə and verirəm Öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi!اللَّهُمَّ ارْزُقْنِي عَقْلا كَامِلا وَ لُبّا رَاجِحا وَ قَلْبا زَكِيّا وَ عَمَلا كَثِيرا وَ أَدَبا بَارِعا وَ اجْعَلْ ذَلِكَ كُلَّهُ لِي وَ لا تَجْعَلْهُ عَلَيَّ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Mənbə:
[1] Mirzə Hüseyn Nuri – Mustədrəkul-vəsail, c10, səh 222, hədis 1

Читайте также: