Ziyarətnamə: Kufə məscidinin əməlləri — 6-ci hissə — Babul-fərəc əməlləri
“Üçüncü sütun”un əməllərini yerinə yetirib qurtardıqdan sonra hal-hazırda “Nuhun (ə) məqamı” adı ilə tanınan “Dəkkətu Babi Əmirilmuminin”ə (“Əmirəlmöminin (ə) qapısı” səkisinə) get. Orada 4 rəkət (2 rəkət- 2 rəkət) namaz qıl: «Həmd» surəsindən sonra istədiyin surəni oxuya bilərsən. Namazdan sonra Xanım Fatimeyi Zəhranın (s) təsbihini de. Zikrdən sonra isə de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd, vəqzi hacəti ya Əllahu ya mən la yəxibu sailuh, və la yənfədu nailuh, ya qaziyəl hacati ya mucibəd dəəvat, ya rəbbəl ərəzinə vəs səmavat, ya kaşifəl kurubati ya vasiəl ətiyyati ya dafiən nəqimat, ya mubəddiləs səyyiati həsənat, ud ələyyə bitəvlikə və fəzlikə və ihsanik, vəstəcib duai fima səəltukə və tələbtu mink, bihəqqi nəbiyyikə və vəsiyyikə və əvliyaikəs salihin. | İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir və hacətimi rəva et! Ey Allah, ey Ondan hacət istəyənləri naümid etməyən və bəxşişi tükənməyən! Ey hacətləri rəva edən, ey duaları qəbul edən, ey yer və göylərin Rəbbi, ey qəmləri aradan qaldıran, ey bəxşişləri geniş olan, ey bəlaları dəf edən, ey pislikləri yaxşılığa çevirən, Öz nemətin, fəzlin və ehsanınla mənə doğru qayıt və Səndən istədiyim duamı qəbul et, Sənə and verirəm Peyğəmbərinin, canişinin və saleh dostlarının haqqını! | اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اقْضِ حَاجَتِي يَا اللَّهُ يَا مَنْ لا يَخِيبُ سَائِلُهُ وَ لا يَنْفَدُ نَائِلُهُ يَا قَاضِيَ الْحَاجَاتِ يَا مُجِيبَ الدَّعَوَاتِ يَا رَبَّ الْأَرَضِينَ وَ السَّمَاوَاتِ يَا كَاشِفَ الْكُرُبَاتِ يَا وَاسِعَ الْعَطِيَّاتِ يَا دَافِعَ النَّقِمَاتِ يَا مُبَدِّلَ السَّيِّئَاتِ حَسَنَاتٍ عُدْ عَلَيَّ بِطَوْلِكَ وَ فَضْلِكَ وَ إِحْسَانِكَ وَ اسْتَجِبْ دُعَائِي فِيمَا سَأَلْتُكَ وَ طَلَبْتُ مِنْكَ بِحَقِّ نَبِيِّكَ وَ وَصِيِّكَ وَ أَوْلِيَائِكَ الصَّالِحِينَ |
Bu məqamda başqa bir namaz
Bu namaz 2 rəkətdir, elə ki, bitirdin və Fatimeyi Zəhranın (s) təsbihatını dedin bu duanı oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni hələltu bisaətikə liilmi bivəhdaniyyətikə və səmədaniyyətik, və ənnəhu la qadirə (qadirən) əla qəzai hacəti ğəyruk, və qəd əlimtu ya rəbbi ənnəhu kulləma şahədtu ni`mətəkə ələyyəştəddət faqəti iləyk, və qəd tərəqəni ya rəbbi muhimmi əmri ma qəd ərəftəh, liənnəkə alimun ğəyru muəllim, və əs`əlukə bil ismilləzi vəzə`təhu ələs səmavati fənşəqqət, və ələl ərəzinə fənbəsətət, və ələn nucumi fəntəşərət, və ələl cibali fəstəqərrət, və əs`əlukə bil ismilləzi cəəltəhu ində Muhəmmədin və ində Əliyyin və indəl Həsəni və indəl Husəyni və indəl əimməti kullihim, sələvatullahi ələyhim əcməin, ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təqziyə li ya rəbbi hacəti, və tuyəssirə əsirəha, və təkfiyəni muhimməha və təftəhə li qufləha, fəin fəəltə zalikə fələkəl həmd, və in ləm təf`əl fələkəl həmdu ğəyrə cairin fi hukmik, və la haifin fi ədlik. | İlahi, Sənin dərgahına gəlmişəm, çünki Sənin yeganəliyini, ehtiyacsızlığını və hacətlərimi Səndən başqasının rəva etməyə qadir olmadığını yaxşı bilirəm! Ey Rəbbim, yaxşı bilirəm ki, Sənin nemətini nə qədər çox görürəmsə, Sənə ehtiyacım bir o qədər də artır! Ey Rəbbim, mənim mühüm bir işim varİlahi, Sənin dərgahına gəlmişəm, çünki Sənin yeganəliyini, ehtiyacsızlığını və hacətlərimi Səndən başqasının rəva etməyə qadir olmadığını yaxşı bilirəm! Ey Rəbbim, yaxşı bilirəm ki, Sənin nemətini nə qədər çox görürəmsə, Sənə ehtiyacım bir o qədər də artır! Ey Rəbbim, mənim mühüm bir işim var ki, məni taqətdən salıb və Sən onu yaxşı bilirsən. Çünki Sən müəllimsiz hər bir şeydən xəbərdarsan. Səndən səmalara qoyduqda onları bir-birindən ayıran, yerə qoyduqda onu genişləndirən, ulduzlara qoyduqda onları yayan, dağlara qoyduqda onları möhkəmləndirən adlar vasitəsilə istəyirəm; Səndən Muhəmməd, Əli, Həsən, Hüseyn və bütün imamların (Allahın salamı olsun onların hamısına) yanında qoyduğun adlar vasitəsilə istəyirəm ki, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam göndərəsən və ey Rəbbim, hacətimi rəva edəsən, onun çətinliyini aradan qaldırasan, mühüm hissəsində mənə kifayət edəsən və açarını açasan! Əgər həmin hacətimi rəva etsən, onda həmd olsun Sənə! Əgər rəva etməsən də, yenə həmd olsun Sənə! Sənin hökmündə zülm və ədalətində cəfa ola bilməz! ki, məni taqətdən salıb və Sən onu yaxşı bilirsən. Çünki Sən müəllimsiz hər bir şeydən xəbərdarsan. Səndən səmalara qoyduqda onları bir-birindən ayıran, yerə qoyduqda onu genişləndirən, ulduzlara qoyduqda onları yayan, dağlara qoyduqda onları möhkəmləndirən adlar vasitəsilə istəyirəm; Səndən Muhəmməd, Əli, Həsən, Hüseyn və bütün imamların (Allahın salamı olsun onların hamısına) yanında qoyduğun adlar vasitəsilə istəyirəm ki, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam göndərəsən və ey Rəbbim, hacətimi rəva edəsən, onun çətinliyini aradan qaldırasan, mühüm hissəsində mənə kifayət edəsən və açarını açasan! Əgər həmin hacətimi rəva etsən, onda həmd olsun Sənə! Əgər rəva etməsən də, yenə həmd olsun Sənə! Sənin hökmündə zülm və ədalətində cəfa ola bilməz! | اللَّهُمَّ إِنِّي حَلَلْتُ بِسَاحَتِكَ لِعِلْمِي بِوَحْدَانِيَّتِكَ وَ صَمَدَانِيَّتِكَ وَ أَنَّهُ لا قَادِرَ [قَادِرا] عَلَى قَضَاءِ حَاجَتِي غَيْرُكَ وَ قَدْ عَلِمْتُ يَا رَبِّ أَنَّهُ كُلَّمَا شَاهَدْتُ نِعْمَتَكَ عَلَيَّ اشْتَدَّتْ فَاقَتِي إِلَيْكَ وَ قَدْ طَرَقَنِي يَا رَبِّ مِنْ مُهِمِّ أَمْرِي مَا قَدْ عَرَفْتَهُ لِأَنَّكَ عَالِمٌ غَيْرُ مُعَلَّمٍ وَ أَسْأَلُكَ بِالاسْمِ الَّذِي وَضَعْتَهُ عَلَى السَّمَاوَاتِ فَانْشَقَّتْ وَ عَلَى الْأَرَضِينَ فَانْبَسَطَتْ وَ عَلَى النُّجُومِ فَانْتَشَرَتْ وَ عَلَى الْجِبَالِ فَاسْتَقَرَّتْ وَ أَسْأَلُكَ بِالاسْمِ الَّذِي جَعَلْتَهُ عِنْدَ مُحَمَّدٍ وَ عِنْدَ عَلِيٍّ وَ عِنْدَ الْحَسَنِ وَ عِنْدَ الْحُسَيْنِ وَ عِنْدَ الْأَئِمَّةِ كُلِّهِمْ صَلَوَاتُ اللَّهِ عَلَيْهِمْ أَجْمَعِينَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَقْضِيَ لِي يَا رَبِّ حَاجَتِي وَ تُيَسِّرَ عَسِيرَهَا وَ تَكْفِيَنِي مُهِمَّهَا وَ تَفْتَحَ لِي قُفْلَهَا فَإِنْ فَعَلْتَ ذَلِكَ فَلَكَ الْحَمْدُ وَ إِنْ لَمْ تَفْعَلْ فَلَكَ الْحَمْدُ غَيْرَ جَائِرٍ فِي حُكْمِكَ وَ لا حَائِفٍ فِي عَدْلِكَ |
Sonra üzünün sağ tərəfinin yerə qoyub deyirsən:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə innə Yunusəbnə Mətta əbdəkə və nəbiyyəkə dəakə fi bətnil hut, fəstəcibtə ləhu və ənə əd`uk, fəstəcib li bihəqqi Muhəmmədin və ali Muhəmməd. | İlahi, bəndən və peyğəmbərin Yunus ibn Mətta (salam olsun ona) balığın qarnında Səni çağırdıqda, ona cavab verdin! Mən də Səni çağırıram, Muhəmməd və Muhəmmədin Əhlibeytinin xatirinə mənə cavab ver! | اللَّهُمَّ اِنَّ يُونُسَ بْنَ مَتَّى عَبْدَكَ وَ نَبِيَّكَ دَعَاكَ فِي بَطْنِ الْحُوتِ فَاسْتَجَبْتَ لَهُ وَ أَنَا أَدْعُوكَ فَاسْتَجِبْ لِي بِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ |
Ürəyin istəyən duanı elə, sonra üzünün sol tərəfini yerə qoyub belə de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə innəkə əmərtə bid duai və təkəffəltə bil icabəh, və ənə əd`ukə kəma əmərtəni fasəlli əla Muhəmmədin və ali Muhəmməd, vəstəcib li kəma vəədtəni ya kərim. | İlahi, (bəndələrini) duaya əmr etdin və onun qəbul olunmasını Öz öhdənə götürdün. Əmr etdiyin kimi Səni çağırıram! Elə isə Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir və vəd etdiyin kimi duamı qəbul et, ey kərim Allah! | اللَّهُمَّ اِنَّكَ أَمَرْتَ بِالدُّعَاءِ وَ تَكَفَّلْتَ بِالْإِجَابَةِ وَ أَنَا أَدْعُوكَ كَمَا أَمَرْتَنِي فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اسْتَجِبْ لِي كَمَا وَعَدْتَنِي يَا كَرِيمُ |
Sonra alnını yerə qoyub de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya muizzə kulli zəlilin və ya muzillə kulli əzizin tə`ləmu kurbəti, fəsalli əla Muhəmmədin və alihi (və ali Muhəmmədin) və fərric ənni ya kərim. | Ey hər bir alçağı ucaldan və ey hər bir ucanı alçaldan, Sən mənim qəm-qüssəmdən xəbərdarsan, belə isə Muhəmməd və onun Əhlibeytinə salam yetir və mənim də qəm-qüssəmi aradan qaldır, ey Kərim Allah! | يَا مُعِزَّ كُلِّ ذَلِيلٍ وَ يَا مُذِلَّ كُلِّ عَزِيزٍ تَعْلَمُ كُرْبَتِي فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ [وَ آلِ مُحَمَّدٍ] وَ فَرِّجْ عَنِّي يَا كَرِيمُ |
Burada başqa bir hacət namazı
Burada 4 rəkət namaz qıldıqdan sonra Fatimeyi Zəhranın (s) təsbihatını deyib bu duanı oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni əs`əlukə ya mən la tərahul uyunu və la tuhitu bihiz zunun, və la yəsifuhul vasifunə və la tuğəyyiruhul həvadisu və la tufnihid duhur, tə`ləmu məsaqiləl cibali və məkailəl bihar, və vərəqəl əşcari və rəmləl qifar, və ma əzaət bihiş şəmsu vəl qəmər, və əzləmə ələyhil ləylu və vəzəhə ələyhin nəhar, və la tuvari minkə (minhu) səmaun səmaən və la ərzun ərza, və la cəbəlun ma fi əslihi və la bəhrun ma fi qə`rih, əs`əlukə ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təc`ələ xəyrə əmri axirəhu və xəyrə ə`mali xatiməha, və xəyrə əyyami yəvmə əlqak, innəkə əla kulli şəy`in qədir, Əllahummə mən əradəni bisuin fəəridh, və mən kadəni fəkidhu və mən bəğani bihələkətin fəəhlikh, vəkfini ma əhəmməni mimmən dəxələ həmmuhu ələyyə, Əllahummə ədxilni fi dir`ikəl həsinəti vəsturni bisitrikəl vaqi, ya mən yəkfi min kulli şəy`in və la yəkfi minhu şəy, ikfini ma əhəmməni min əmrid dunya vəl axirəh, və səddiq qəvli və fi`li ya şəfiqu ya rəfiq, fərric ənnil məziqə və la tuhəmmilni ma la utiq, Əllahumməhrusni biəynikəlləti la tənam, vərhəmni biqudrətikə ələyyə ya ərhəmər rahimin, ya əliyyu ya əzimu əntə alimun bihacəti və əla qəzaiha qədir, və hiyə lədəykə yəsirun və ənə iləykə fəqir, fəmunnə biha ələyyə ya kərimu innəkə əla kulli şəy`in qədir. | İlahi, Səndən istəyirəm, ey gözlərin görə bilmədiyi, ey gümanlara sığmayan, vəsf edənlərin vəsf edə bilmədiyi, hadisələrin dəyişə bilmədiyi və ruzigarın aradan apara bilmədiyi! Sən dağların ağırlığı, dənizlərin ölçüsü, ağacların yarpaqları və səhraların çınqıllarının sayı, günəş və ayın üzərinə saçdıqları, gecənin əhatə etdikləri və gündüzün işıqlandırdıqlarından xəbərdarsan. Bir səma başqa bir səmanı, yer başqa bir yeri, dağ içindəkiləri və dəniz dərinliklərindəkini Səndən gizlədə bilməz. Səndən istəyirəm ki, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam göndərəsən, işlərim və əməllərimin sonunu xeyirlə bitirəsən, Səninlə görüşəcəyim günü günlərimin ən xeyirlisi qərar verəsən! Həqiqətən, Sən hər bir şeyə qadirsən! İlahi, mənə pislik etmək istəyənin pisliyini özünə qaytar, mənə qurğu qurana qurğu qur, mənim həlak olmağımı arzulayanları həlakətə yetir və mühüm işləri üçün mənə üz tutanın işlərini həll etməkdə mənə yetərli ol! İlahi, məni möhkəm zirehinə daxil et və qoruyan örtüyünə bürü! Ey hər bir işdə yetərli olan və heç bir şeyin Ona yetərli olmadığı, dünya və axirətlə bağlı mühüm işlərimdə mənə yetərli ol, sözümü və əməlimi doğrult, ey mehriban, ey dost, sıxıntılarımı aradan qaldır və gücüm çatmayanları mənə yükləmə! İlahi, yuxulamayan gözünlə məni qoru, qüdrətinlə mənə rəhm et, ey rəhmlilərin ən rəhmlisi, ey uca, ey böyük! Sən mənim hacətimdən xəbərdar və onu rəva etməyə qadirsən. Onun rəva olması Sənin üçün asandır. Mən də Sənə möhtacam, bəs, mənə minnət qoy və hacətimi rəva et ki, həqiqətən, Sən hər bir şeyə qadirsən! | اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ يَا مَنْ لا تَرَاهُ الْعُيُونُ وَ لا تُحِيطُ بِهِ الظُّنُونُ وَ لا يَصِفُهُ الْوَاصِفُونَ وَ لا تُغَيِّرُهُ الْحَوَادِثُ وَ لا تُفْنِيهِ الدُّهُورُ تَعْلَمُ مَثَاقِيلَ الْجِبَالِ وَ مَكَايِيلَ الْبِحَارِ وَ وَرَقَ الْأَشْجَارِ وَ رَمْلَ الْقِفَارِ وَ مَا أَضَاءَتْ بِهِ الشَّمْسُ وَ الْقَمَرُ وَ أَظْلَمَ عَلَيْهِ اللَّيْلُ وَ وَضَحَ عَلَيْهِ النَّهَارُ وَ لا تُوَارِي مِنْكَ [مِنْهُ] سَمَاءٌ سَمَاءً وَ لا أَرْضٌ أَرْضا وَ لا جَبَلٌ مَا فِي أَصْلِهِ وَ لا بَحْرٌ مَا فِي قَعْرِهِ أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَجْعَلَ خَيْرَ أَمْرِي آخِرَهُ وَ خَيْرَ أَعْمَالِي خَوَاتِيمَهَا وَ خَيْرَ أَيَّامِي يَوْمَ أَلْقَاكَ اِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ اللَّهُمَّ مَنْ أَرَادَنِي بِسُوءٍ فَأَرِدْهُ وَ مَنْ كَادَنِي فَكِدْهُ وَ مَنْ بَغَانِي بِهَلَكَةٍ فَأَهْلِكْهُ وَ اكْفِنِي مَا أَهَمَّنِي مِمَّنْ دَخَلَ هَمُّهُ عَلَيَّ اللَّهُمَّ أَدْخِلْنِي فِي دِرْعِكَ الْحَصِينَةِ وَ اسْتُرْنِي بِسِتْرِكَ الْوَاقِي يَا مَنْ يَكْفِي مِنْ كُلِّ شَيْءٍ وَ لا يَكْفِي مِنْهُ شَيْءٌ اكْفِنِي مَا أَهَمَّنِي مِنْ أَمْرِ الدُّنْيَا وَ الْآخِرَةِ وَ صَدِّقْ قَوْلِي وَ فِعْلِي يَا شَفِيقُ يَا رَفِيقُ فَرِّجْ عَنِّي الْمَضِيقَ وَ لا تُحَمِّلْنِي مَا لا أُطِيقُ اللَّهُمَّ احْرُسْنِي بِعَيْنِكَ الَّتِي لا تَنَامُ وَ ارْحَمْنِي بِقُدْرَتِكَ عَلَيَّ يَا أَرْحَمَ الرَّاحِمِينَ يَا عَلِيُّ يَا عَظِيمُ أَنْتَ عَالِمٌ بِحَاجَتِي وَ عَلَى قَضَائِهَا قَدِيرٌ وَ هِيَ لَدَيْكَ يَسِيرٌ وَ أَنَا إِلَيْكَ فَقِيرٌ فَمُنَّ بِهَا عَلَيَّ يَا كَرِيمُ اِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ |
Sonra səcdəyə gedib deyirsən:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| İlahi qəd əlimtə həvaici, fəsalli əla Muhəmmədin və ali Muhəmməd, vəqziha və qəd əhsəytə zunubi, fəsalli əla Muhəmmədin və alih, vəğfirha ya kərim. | İlahi, Sən mənim hacətlərimdən xəbərdarsan, bəs, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir və hacətlərimi rəva et! Sən günahlarımı sayıbsan, bəs, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir və günahlarımı bağışla, ey kərim Allah! | إِلَهِي قَدْ عَلِمْتَ حَوَائِجِي فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اقْضِهَا وَ قَدْ أَحْصَيْتَ ذُنُوبِي فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ اغْفِرْهَا يَا كَرِيمُ |
Sonra üzünün sağ tərəfini yerə qoyub deyirsən:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| İn kuntu bi`səl əbd, fəəntə ni`mər rəbb, if`əl bi ma əntə əhluh, və la təf`əl bi ma ənə əhluh, ya ərhəmər rahimin. | Əgər mən pis bəndəyəmsə, Sən isə yaxşı Rəbsən. Sənə layiq olduğu kimi mənimlə rəftar et və mənə layiq olduğu kimi mənimlə rəftar etmə, ey mehribanların ən mehribanı! | إِنْ كُنْتُ بِئْسَ الْعَبْدُ فَأَنْتَ نِعْمَ الرَّبُّ افْعَلْ بِي مَا أَنْتَ أَهْلُهُ وَ لا تَفْعَلْ بِي مَا أَنَا أَهْلُهُ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
Sonra üzünün sol tərəfini yerə qoyub deyirsən:
| Ərəbcə | اللَّهُمَّ إِنْ عَظُمَ الذَّنْبُ مِنْ عَبْدِكَ فَلْيَحْسُنِ الْعَفْوُ مِنْ عِنْدِكَ يَا كَرِيمُ |
| Tərcümə | İlahi, əgər bəndənin günahı böyükdürsə, bəs, Sənin əfvin daha yaxşı olmalıdır, ey kərim Allah! |
| Transkripsiya | Əllahummə in əzuməz zənbu min əbdikə fəlyəhsunil əfvu min indikə ya kərim. |
Sonra alnını yerə qoyub de[1]:
| Ərəbcə | ارْحَمْ مَنْ أَسَاءَ وَ اقْتَرَفَ وَ اسْتَكَانَ وَ اعْتَرَفَ |
| Tərcümə | Pislik edən, cinayətə əl atan, çarəsiz qalan və (günahlarını) etiraf edən şəxsə rəhm et! |
| Transkripsiya | İrhəm mən əsaə vəqtərəfə vəstəkanə və`tərəf. |
Şeyx Abbas Qumi deyir: “Bu dua “vəğfirha ya kərim”-ə qədər həmin duadır ki, “Qədim məzar” kitabıbda Səhlə məscidinin səhn əməllərində, imam Zeynulabidinin (ə) məqamında nəql olunubdur”.
Mənbə:
[1] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 416
