Ziyarətnamə: İmam Hüseynin (ə) istənilən vaxt yerinə yetirilən mütləq ziyarəti — 4
İmam Hüseynin(ə) yaxından 2 növ ziyarəti vardır:
1) Mütləq ziyarəti (müəyyən vaxta məxsus olmayan ziyarətdir, istənilən vaxt yerinə yetirmək olar)
2) Məxsus ziyarəti (müəyyən vaxtlara təyin olunmuş ziyarət)
Birinci növ ziyarətnamələrin sayı çox olduğu üçün biz burada onlardan yalnız bir neçəsini sizin üçün qeyd edirik.
Müaviyə ibni Əmmar belə nəql edir ki, imam Sadiqə (ə) ərz etdim:”İmam Hüseyni (ə) ziyarət etdikdə nə deyək?” O həzrət buyurdu:” Bu sözləri[1] de:
İmam Hüseyn ziyarəti_26
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə ya Əba Əbdillah | Salam olsun sənə, ey Əba Əbdillah! | السَّلامُ عَلَيْكَ يَا أَبَا عَبْدِ اللَّهِ |
| səlləllahu ələykə ya Əba Əbdillah | Allahın salamı olsun sənə, ey Əba Əbdillah! | صَلَّى اللَّهُ عَلَيْكَ يَا أَبَا عَبْدِ اللَّهِ |
| rəhiməkəllahu ya Əba Əbdillah | Allah sənə rəhmət etsin, ey Əba Əbdillah! | رَحِمَكَ اللَّهُ يَا أَبَا عَبْدِ اللَّهِ |
| ləənəllahu mən ğətələk | Allah səni qətlə yetirənlərə lənət etsin! | لَعَنَ اللَّهُ مَنْ قَتَلَكَ |
| ləənəllahu mən şərikə fi dəmik | Allah sənin qanına şərik olanlara lənət etsin! | وَ لَعَنَ اللَّهُ مَنْ شَرِكَ فِي دَمِكَ |
| və ləənəllahu mən bələğəhu zalikə fərəziyə bih | Allah bu xəbəri eşidib sevinənlərə lənət etsin! | وَ لَعَنَ اللَّهُ مَنْ بَلَغَهُ ذَلِكَ فَرَضِيَ بِهِ |
| ənə iləllahi min zalikə bəriy. | Mən Allah dərgahında onlara nifrət edirəm! | أَنَا إِلَى اللَّهِ مِنْ ذَلِكَ بَرِيءٌ |
Mənbə:
[1] İbn Qavlaveyh — Kamiluz-ziyarat, bölüm 79, səh 205, hədis 4
