Ziyarətnamə: İmam Hüseynin (ə) istənilən vaxt yerinə yetirilən mütləq ziyarəti — Varis ziyarəti — 7
Şeyx Tusi “Misbahul-mutəhəccid” kitabında nəql edir ki, Səfvan Cəmmal dedi: “Mövlam imam Hüseynin (ə) ziyarətinə getmək üçün imam Sadiqdən (ə) rüxsət istədim və o həzrətdən xahiş etdim ki, imamı ziyarət etməyin bəzi qaydalarını mənə öyrətsin. O, buyurdu: “Ey Səfvan, ziyarətə yola düşməmişdən 3 gün qabaq oruc tut. Üçüncü gün qüsl ver və ailən üzvlərini yanına çağırıb de: “Əllahummə inni əstəvdiukə…” Sonra o həzrət, Səfvana Fərat çayına yetişdiyi vaxt oxunan duanı öyrədib, dedi: “Fərat çayında qüsl ver. Mənim atam öz ata-babalarından nəql edir ki, Allahın elçisi (s) buyurmuşdur: “Mənim bu nəvəm Hüseyn (ə) məndən sonra Fərat çayının kənarında qətlə yetiriləcək. Odur ki, Fərat çayında qüsl verib, onu ziyarət edən şəxsin bütün günahları tökülər və yeni anadan dünyaya gələn körpə kimi pak olar. Qüsl verərkən bu sözləri de:
İmam Hüseyn ziyarəti_29
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahi və billah | Allahın adı və Allahın köməyi ilə! | بِسْمِ اللَّهِ وَ بِاللَّهِ |
| Əllahumməc`əlhu nurən və təhurən və hirza, və şifaən min kulli dain və suqmin və afətin və ahəh | İlahi, onu aydınlıq, təmizləyici, gözətçi, hər bir dərd və xəstəliyə, afət və zərərə şəfa qərar ver! | اللَّهُمَّ اجْعَلْهُ نُورا وَ طَهُورا وَ حِرْزا وَ شِفَاءً مِنْ كُلِّ دَاءٍ وَ سُقْمٍ وَ آفَةٍ وَ عَاهَةٍ |
| Əllahummə təhhir bihi qəlbi vəşrəh bihi sədri və səhhil li bihi əmri. | İlahi, qəlbimi pakla, sinəmi genişləndir və işlərimi asanlaşdır! | اللَّهُمَّ طَهِّرْ بِهِ قَلْبِي وَ اشْرَحْ بِهِ صَدْرِي وَ سَهِّلْ لِي بِهِ أَمْرِي |
Qüsl verdikdən sonra əyninə təmiz paltar geyinib, “Məşrəə” deyilən müqəddəs məkanın kənarında iki rəkət namaz qıl. Namazdan sonra aramlıqla hərəmə tərəf yola düş. Kiçik addımlar atıb, vüqarla hərəkət et. Atdığın hər bir addıma Allah taala həcc və ümrə ziyarətinin savabını yazar. Xüşu halında ağlaya-ağlaya və “Allahu Əkbər” və “Lə ilahə illəllah” zikrlərini deyə-deyə yol get. Allaha çoxlu həmd-səna və peyğəmbərə (s), xüsusilə imam Hüseynə (ə) salavat göndər. O həzrətin qatillərinə, ümumiyyətlə Əhli-beytə qarşı zülmün əsasını qoyanlara çoxlu lənət oxu. Hərəmin qapısına yetişdikdə dayan və bu sözləri de:
İmam Hüseyn ziyarəti_30
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahu əkbəru kəbirən vəl həmdu lillahi kəsira | Allah daha böyükdür! Hədsiz həmd Allaha məxsusdur | اللَّهُ أَكْبَرُ كَبِيرا وَ الْحَمْدُ لِلَّهِ كَثِيرا |
| və subhanəllahi bukrətən və əsila | Səhər-axşam Allah bütün eyiblərdən pak və uzaqdır | وَ سُبْحَانَ اللَّهِ بُكْرَةً وَ أَصِيلا |
| əlhəmdu lillahilləzi hədana lihaza və ma kunna linəhtədiyə ləv la ən hədanəllah | Həmd olsun Allaha ki, məni sizin vasitənizlə doğru yola yönəltdi və əgər Allah məni doğru yola yönəltməsəydi, heç vaxt doğru yola yönəlməzdim | الْحَمْدُ لِلَّهِ الَّذِي هَدَانَا لِهَذَا وَ مَا كُنَّا لِنَهْتَدِيَ لَوْ لا أَنْ هَدَانَا اللَّهُ |
| ləqəd caət rusulu rəbbina bil həqq. | Həqiqətən, Rəbbimizin elçiləri haqq olaraq gəldilər. | جَاءَتْ رُسُلُ رَبِّنَا بِالْحَقِّ |
Sonra bu sözləri de:
İmam Hüseyn ziyarəti_31
| Tranksripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə ya rəsuləllah. Əssəlamu ələykə ya nəbiyyəllah | Salam olsun sənə, ey Allahın Rəsulu! Salam olsun sənə, ey Allahın Peyğəmbəri! | السَّلامُ عَلَيْكَ يَا رَسُولَ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا نَبِيَّ اللَّهِ |
| əssəlamu ələykə ya xatəmən nəbiyyin, əssəlamu ələykə ya səyyidəl mursəlin | Salam olsun sənə, ey peyğəmbərlərin sonuncusu! Salam olsun sənə, ey elçilərin sərvəri! | السَّلامُ عَلَيْكَ يَا خَاتَمَ النَّبِيِّينَ السَّلامُ عَلَيْكَ يَا سَيِّدَ الْمُرْسَلِينَ |
| əssəlamu ələykə ya həbibəllah | Salam olsun sənə, ey Allahın həbibi! | السَّلامُ عَلَيْكَ يَا حَبِيبَ اللَّهِ |
| əssəlamu ələykə ya əmirəl mu`minin, əssəlamu ələykə ya səyyidəl vəsiyyin | Salam olsun sənə, ey Əmirəlmöminin! Salam olsun sənə, ey vəsilərin sərvəri! | السَّلامُ عَلَيْكَ يَا أَمِيرَ الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكَ يَا سَيِّدَ الْوَصِيِّينَ |
| əssəlamu ələykə ya qaidəl ğurril muhəccəlin | Salam olsun sənə, ey üzüağ və başıuca bəndələrin rəhbəri! | السَّلامُ عَلَيْكَ يَا قَائِدَ الْغُرِّ الْمُحَجَّلِينَ |
| əssəlamu ələykə yəbnə Fatimətə səyyidəti nisail aləmin, əssəlamu ələykə və ələl əimməti min vuldik | Salam olsun sənə, ey aləmlərin qadınlarının xanımı Fatimənin oğlu! Salam olsun sənə və sənin övladlarından olan imamlara! | السَّلامُ عَلَيْكَ يَا ابْنَ فَاطِمَةَ سَيِّدَةِ نِسَاءِ الْعَالَمِينَ السَّلامُ عَلَيْكَ وَ عَلَى الْأَئِمَّةِ مِنْ وُلْدِكَ |
| əssəlamu ələykə ya vəsiyyə əmiril mu`minin | Salam olsun sənə, ey Əmirəlmömininin canişini! | السَّلامُ عَلَيْكَ يَا وَصِيَّ أَمِيرِ الْمُؤْمِنِينَ |
| əssəlamu ələykə əyyuhəs siddiquş şəhid | Salam olsun sənə, ey düzdanışan və şəhid! | الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكَ أَيُّهَا الصِّدِّيقُ الشَّهِيدُ |
| əssəlamu ələykum ya məlaikətəllahil muqimin fi hazəl məqamiş şərif | Salam olsun sizə, ey bu mübarək məkanda məskunlaşan ilahi mələklər! | السَّلامُ عَلَيْكُمْ يَا مَلائِكَةَ اللَّهِ [رَبِّي] الْمُقِيمِينَ فِي هَذَا الْمَقَامِ الشَّرِيفِ |
| əssəlamu ələykum ya məlaikətə rəbbil muhdiqin, biqəbril Husəyn ələyhis səlam | Salam olsun sizə, ey Hüseynin (salam olsun ona) qəbrinin ətrafına toplaşan mələklər! | السَّلامُ عَلَيْكُمْ يَا مَلائِكَةَ رَبِّي الْمُحْدِقِينَ بِقَبْرِ الْحُسَيْنِ عليه السلام |
| əssəlamu ələykum minni əbədən ma bəqitu və bəqiyəl ləylu vən nəhar. | Mən yaşadığım və gecə-gündüz durduğu vaxta qədər, mənim tərəfimdən həmişəlik salam olsun sizə! | السَّلامُ عَلَيْكُمْ مِنِّي أَبَدا مَا بَقِيتُ وَ بَقِيَ اللَّيْلُ وَ النَّهَارُ |
Sonra bu ziyarətnaməni oxu:
İmam Hüseyn ziyarəti_32
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə ya Əba Əbdillah, | Salam olsun sənə, ey Əba Əbdillah! | السَّلامُ عَلَيْكَ يَا أَبَا عَبْدِ اللَّهِ |
| əssəlamu ələykə yəbnə rəsulillah | Salam olsun sənə, ey Rəsulullahın oğlu! | السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ |
| əssəlamu ələykə yəbnə əmiril mu`minin | Salam olsun sənə, ey Əmirəlmömininin oğlu! | السَّلامُ عَلَيْكَ يَا ابْنَ أَمِيرِ الْمُؤْمِنِينَ |
| əbdukə vəbnu əbdik vəbnu əmətikəl muqirru bir riqqi vət tariku lil xilafi ələykum, vəl muvali livəliyyukum vəl muadi liəduvvikum, qəsədə hərəməkə vəstəcarə biməşhədikə və təqərrəbə iləykə biqəsdik | Sizə bəndəçiliyini iqrar edən, sizinlə əsla müxalifətçilik etməyən, dostlarınızı sevən, düşmənlərinizi isə düşmən bilən bəndən, bəndənin və kənizinin oğlu sənin türbəni ziyarət etmək məqsədilə gəlmiş, ziyarətgahına sığınmış və həmin məqsədlə də sənə yaxınlaşmışdır | عَبْدُكَ وَ ابْنُ عَبْدِكَ وَ ابْنُ أَمَتِكَ الْمُقِرُّ بِالرِّقِّ وَ التَّارِكُ لِلْخِلافِ عَلَيْكُمْ وَ الْمُوَالِي لِوَلِيِّكُمْ وَ الْمُعَادِي لِعَدُوِّكُمْ قَصَدَ حَرَمَكَ وَ اسْتَجَارَ بِمَشْهَدِكَ وَ تَقَرَّبَ إِلَيْكَ بِقَصْدِكَ |
| Əədxulu ya rəsuləllah, Əədxulu ya nəbiyyəllah | Ey Allahın Rəsulu, daxil olummu? | أَ أَدْخُلُ يَا رَسُولَ اللَّهِ أَ أَدْخُلُ يَا نَبِيَّ اللَّهِ |
| Əədxulu ya əmirəl mu`minin, əədxulu ya səyyidəl vəsiyyin | Ey Əmirəlmöminin, daxil olummu? Ey vəsilərin sərvər, daxil olummu? | أَ أَدْخُلُ يَا أَمِيرَ الْمُؤْمِنِينَ أَ أَدْخُلُ يَا سَيِّدَ الْوَصِيِّينَ |
| Əədxulu ya Fatimətu səyyidətə nisail aləmin | Ey aləmlərin qadınların xanımı Fatimə, daxil olummu? | أَ أَدْخُلُ يَا فَاطِمَةُ سَيِّدَةَ نِسَاءِ الْعَالَمِينَ |
| əədxulu ya məvlayə ya Əba Əbdillah, | Ey mənim mövlam, ey Əba Əbdillah, daxil olummu? | أَ أَدْخُلُ يَا مَوْلايَ يَا أَبَا عَبْدِ اللَّهِ |
| əədxulu ya məvlayə yəbnə rəsulillah. | Ey mənim mövlam, ey Rəsulullahın övladı, daxil olummu? | أَ أَدْخُلُ يَا مَوْلايَ يَا ابْنَ رَسُولِ اللَّهِ |
Bu ziyarətnaməni oxuduqdan sonra əgər gözün yaşarıb, imamın hüzurunda kiçildiyini hiss etsən, bil ki, hərəmə daxil olmaq icazəsi sənə verilmişdir. Odur ki, içəriyə daxil ol və bu sözləri de:
| Ərəbcə | الْحَمْدُ لِلَّهِ الْوَاحِدِ الْأَحَدِ الْفَرْدِ الصَّمَدِ الَّذِي هَدَانِي لوِلايَتِكَ وَ خَصَّنِي بِزِيَارَتِكَ وَ سَهَّلَ لِي قَصْدَكَ |
| Tərcümə | Məni sənin vilayət və məhəbbətinə doğru yönəldən, ziyarətinə müvəffəq edən və ziyarətini mənə asanlaşdıran yeganə, bir, tək və ehtiyacsız Allaha həmd olsun! |
| Transkripsiya | Əlhəmdu lillahil vahidil əhədil fərdis səmədilləzi hədani livilayətik, və xəssəni biziyarətikə və səhhələ li qəsdək. |
Sonra qəbrin baş tərəfində dayanıb, de:
İmam Hüseyn ziyarəti_34
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə ya varisə Adəmə səfvətillah, əssəlamu ələykə ya varisə Nuhin nəbiyyillah | Salam olsun sənə, ey Allahın seçdiyi Adəmin varisi! Salam olsun sənə, ey Allahın peyğəmbəri Nuhun varisi! | السَّلامُ عَلَيْكَ يَا وَارِثَ آدَمَ صَفْوَةِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ نُوحٍ نَبِيِّ اللَّهِ |
| əssəlamu ələykə ya varisə İbrahimə xəlilillah, əssəlamu ələykə ya varisə Musa kəlimillah | Salam olsun sənə, ey Allahın dostu İbrahimin varisi! Salam olsun sənə, ey Allahla həmsöhbət olan Musanın varisi! | السَّلامُ عَلَيْكَ يَا وَارِثَ إِبْرَاهِيمَ خَلِيلِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ مُوسَى كَلِيمِ اللَّهِ |
| əssəlamu ələykə ya varisə İsa ruhillah, əssəlamu ələykə ya varisə Muhəmmədin həbibillah | Salam olsun sənə, ey Allahın ruhu İsanın varisi! Salam olsun sənə, ey Allahın həbibi Muhəmmədin varisi! | لسَّلامُ عَلَيْكَ يَا وَارِثَ عِيسَى رُوحِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ مُحَمَّدٍ حَبِيبِ اللَّهِ |
| əssəlamu ələykə ya varisə əmiril mu`minin ələyhissəlam | Salam olsun sənə, ey Əmirəlmömininin varisi! Salam olsun ona! | السَّلامُ عَلَيْكَ يَا وَارِثَ أَمِيرِ الْمُؤْمِنِينَ عليه السلام ]وَلِيِّ اللَّهِ[ |
| əssəlamu ələykə yəbnə Muhəmmədinil Mustəfa, əssəlamu ələykə yəbnə Əliyyinil Murtəza | Salam olsun sənə, ey Muhəmməd Mustafanın övladı! Salam olsun sənə, ey Əli Mürtəzanın oğlu! | السَّلامُ عَلَيْكَ يَا ابْنَ مُحَمَّدٍ الْمُصْطَفَى السَّلامُ عَلَيْكَ يَا ابْنَ عَلِيٍّ الْمُرْتَضَى |
| əssəlamu ələykə yəbnə Fatimətəz Zəhra, əssəlamu ələykə yəbnə Xədicətəl Kubra | Salam olsun sənə, ey Fatimeyi Zəhranın oğlu! Salam olsun sənə, ey Xədiceyi Kübranın oğlu! | السَّلامُ عَلَيْكَ يَا ابْنَ فَاطِمَةَ الزَّهْرَاءِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ خَدِيجَةَ الْكُبْرَى |
| əssəlamu ələykə ya sarəllahi vəbnə sarihi vəl vitrəl məvtur | Salam olsun sənə, ey Allahın qanı (Allah yolunda tökülən qan), Onun qanının (Onun yolunda tökülən qanın – şəhid olanın) oğlu və yardımsız qalıb intiqamı alınmayan! | السَّلامُ عَلَيْكَ يَا ثَارَ اللَّهِ وَ ابْنَ ثَارِهِ وَ الْوِتْرَ الْمَوْتُورَ |
| əşhədu ənnəkə qəd əqəmtəs səlatə və atəytəz zəkatə və əmərtə bil mə`ruf və nəhəytə ənil munkər, və ətə`təllahə və rəsuləhu hətta ətakəl yəqin | Allah səni qətlə yetirənlərə lənət etsin! | أَشْهَدُ أَنَّكَ قَدْ أَقَمْتَ الصَّلاةَ وَ آتَيْتَ الزَّكَاةَ وَ أَمَرْتَ بِالْمَعْرُوفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ وَ أَطَعْتَ اللَّهَ وَ رَسُولَهُ حَتَّى أَتَاكَ الْيَقِينُ |
| fələənəllahu ummətən qətələtk, və ləənəllahu ummətən zələmətkə və ləənəllahu ummətən səmiət bizalikə fərəziyət bih | Allah sənə zülm edənlərə lənət etsin! Allah bu xəbəri eşidib sevinənlərə lənət etsin! | فَلَعَنَ اللَّهُ أُمَّةً قَتَلَتْكَ وَ لَعَنَ اللَّهُ أُمَّةً ظَلَمَتْكَ وَ لَعَنَ اللَّهُ أُمَّةً سَمِعَتْ بِذَلِكَ فَرَضِيَتْ بِهِ |
| ya məvlayə ya Əba Əbdillah, əşhədu ənnəkə kuntə nurən fil əslabiş şamixəh, vəl ərhamil mutəhhərəh | Ey mənim mövlam, ey Əba Əbdillah, şəhadət verirəm ki, sən nəcib nəsillər və pak bətnlərdə nur idin | يَا مَوْلايَ يَا أَبَا عَبْدِ اللَّهِ أَشْهَدُ أَنَّكَ كُنْتَ نُورا فِي الْأَصْلابِ الشَّامِخَةِ وَ الْأَرْحَامِ الْمُطَهَّرَةِ |
| ləm tunəcciskəl cahiliyətu bi əncasiha, və ləm tulbiskə min mudhəlimmati siyabiha | Cahiliyyət öz çirkinlikləri ilə səni aludə etməmiş və öz murdar libasını sənin cisminə geyindirməmişdir | لَمْ تُنَجِّسْكَ الْجَاهِلِيَّةُ بِأَنْجَاسِهَا وَ لَمْ تُلْبِسْكَ مِنْ مُدْلَهِمَّاتِ ثِيَابِهَا |
| əşhədu ənnəkə min dəaimid dini və ərkanil mu`minin | Şəhadət verirəm ki, sən dinin sütunları və möminlərin dayaqlarındansan | وَ أَشْهَدُ أَنَّكَ مِنْ دَعَائِمِ الدِّينِ وَ أَرْكَانِ الْمُؤْمِنِينَ |
| və əşhədu ənnəkəl imamul bərrut təqiyyur rəziyyuz zəkiyyul hadil məhdiyy | Şəhadət verirəm ki, sən xeyirxah, təqvalı, bəyənilmiş, pak, hidayət edən və hidayət olunmuş imamsan | أَشْهَدُ أَنَّكَ الْإِمَامُ الْبَرُّ التَّقِيُّ الرَّضِيُّ الزَّكِيُّ الْهَادِي الْمَهْدِيُّ |
| və əşhədu ənnəl əimmətə min vuldikə kəlimətut təqva və ə`lamul huda vəl urvətul vusqa vəl huccətu əla əhlid dunya | Şəhadət verirəm ki, sənin nəslindən olan imamlar təqva kəlmələri (təqvanın həqiqəti), hidayət nişanələri, (Allahla məxluqatı arasında) möhkəm rabitə ipləri, (Allahın) dünya əhli üçün höccətləridir | وَ أَشْهَدُ أَنَّ الْأَئِمَّةَ مِنْ وُلْدِكَ كَلِمَةُ التَّقْوَى وَ أَعْلامُ الْهُدَى وَ الْعُرْوَةُ الْوُثْقَى وَ الْحُجَّةُ عَلَى أَهْلِ الدُّنْيَا |
| uşhidullahə və məlaikətəhu və ənbiyaəhu və rusuləh, ənni bikum mu`minun və bi iyabikum (biayatikum) muqin, bişərayii dini və xəvatimi əməli | Mən Allahı, Onun mələklərini, peyğəmbər və rəsullarını şahid tuturam ki, dinimin qanunları və əməllərimin aqibətinə əsasən, sizin haqq olmağınıza inanır və rəcətinizə (qayıdışınıza) etiqad bəsləyirəm | وَ أُشْهِدُ اللَّهَ وَ مَلائِكَتَهُ وَ أَنْبِيَاءَهُ وَ رُسُلَهُ أَنِّي بِكُمْ مُؤْمِنٌ وَ بِإِيَابِكُمْ [بِآيَاتِكُمْ] مُوقِنٌ بِشَرَائِعِ دِينِي وَ خَوَاتِيمِ عَمَلِي |
| və qəlbi liqəlbikum silm, və əmri liəmrikum muttəbi | Qəlbim sizin qəlbinizə təslim və əməllərim əməllərinizə tabedir | وَ قَلْبِي لِقَلْبِكُمْ سِلْمٌ وَ أَمْرِي لِأَمْرِكُمْ مُتَّبِعٌ |
| sələvatullahi ələykum və əla ərvahikum və əla əcsadikum və əla əcsamikum və əla şahidukum və əla ğaibikum və əla zahirikum və əla batinikum. | Allahın salamı olsun sizə və sizin pak ruhlarınıza, cəsədlərinizə, cisimlərinizə, sizin şahid və qaibinizə, zahir və batininizə! | صَلَوَاتُ اللَّهِ عَلَيْكُمْ وَ عَلَى أَرْوَاحِكُمْ وَ عَلَى أَجْسَادِكُمْ وَ عَلَى أَجْسَامِكُمْ وَ عَلَى شَاهِدِكُمْ وَ عَلَى غَائِبِكُمْ وَ عَلَى ظَاهِرِكُمْ وَ عَلَى بَاطِنِكُمْ |
Sonra qəbri qucaqlayıb öp və bu sözləri de:
İmam Hüseyn ziyarəti_35
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Biəbi əntə və ummi yəbnə rəsulillah | Atam-anam sənə fəda olsun, ey Rəsulullahın oğlu! | بِأَبِي أَنْتَ وَ أُمِّي يَا ابْنَ رَسُولِ اللَّهِ |
| biəbi əntə və ummi ya Əba Əbdillah | Atam-anam sənə fəda olsun, ey Əba Əbdillah! | بِأَبِي أَنْتَ وَ أُمِّي يَا أَبَا عَبْدِ اللَّهِ |
| ləqəd əzumətir rəziyyətu və cəllətil musibətu bikə ələyna, və əla cəmii əhlis səmavati vəl ərz | Həqiqətən, sənin müsibətin bizə və bütün yer-göy əhlinə hədsiz dərəcədə ağır və böyükdür | لَقَدْ عَظُمَتِ الرَّزِيَّةُ وَ جَلَّتِ الْمُصِيبَةُ بِكَ عَلَيْنَا وَ عَلَى جَمِيعِ أَهْلِ السَّمَاوَاتِ وَ الْأَرْضِ |
| fələənəllahu ummətən əsrəcət və əlcəmət və təhəyyəət liqitalik | Səninlə müharibə etmək üçün atlarını yəhərləyib cilovlayan və ciddi hazırlıq görən camaata Allah lənət etsin! | فَلَعَنَ اللَّهُ أُمَّةً أَسْرَجَتْ وَ أَلْجَمَتْ وَ تَهَيَّأَتْ لِقِتَالِكَ |
| ya məvlayə ya Əba Əbdillah, qəsədtu hərəməkə və atəytu ila məşhədik | Ey mənim mövlam, ey Əba-Əbdillah! Mən səni ziyarət etmək məqsədilə şəhid olduğun yerə gəlmişəm | يَا مَوْلايَ يَا أَبَا عَبْدِ اللَّهِ قَصَدْتُ حَرَمَكَ وَ أَتَيْتُ إِلَى مَشْهَدِكَ |
| əs`əlullahə biş şə`nilləzi ləkə indəh, və bil məhəllilləzi ləkə lədəyhi ən yusalliyə əla Muhəmmədin və ali Muhəmməd | Allahdan sənin Onun dərgahındakı məqam və dərəcənin xatirinə istəyirəm ki, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam göndərsin | أَسْأَلُ اللَّهَ بِالشَّأْنِ الَّذِي لَكَ عِنْدَهُ وَ بِالْمَحَلِّ الَّذِي لَكَ لَدَيْهِ أَنْ يُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ |
| və ən yəc`ələni məəkum fid dunya vəl axirəh. | məni də dünya və axirətdə sizinlə birgə etsin (sizdən ayırmasın)! | وَ أَنْ يَجْعَلَنِي مَعَكُمْ فِي الدُّنْيَا وَ الْآخِرَةِ |
Sonra ayağa qalxıb, qəbrin baş tərəfində iki rəkət namaz qıl. Bu namazda «Həmd» surəsindən sonra istədiyin surələri oxuya bilərsən. Namazı qılıb qurtardıqdan sonra bu duanı oxu:
İmam Hüseyn ziyarəti_36
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni səlləytu və rəkə`tu və səcədtu | İlahi, həqiqətən, mən Sənə xatir namaz qılıb, rüku və səcdə etdim | اللَّهُمَّ إِنِّي صَلَّيْتُ وَ رَكَعْتُ وَ سَجَدْتُ |
| ləkə vəhdəkə la şərikə ləkə liənnəs səlatə vər rukuə vəs sucudə la təkunu illa lək | ən təksən və Sənin heç bir şərikin yoxdur. Çünki namaz, rüku və səcdə Səndən başqasına layiq deyil | وَحْدَكَ لا شَرِيكَ لَكَ لِأَنَّ الصَّلاةَ وَ الرُّكُوعَ وَ السُّجُودَ لا يَكُونُ إِلا لَكَ |
| liənnəkə əntəllahu la ilahə illa ənt | Təkcə Sənsən ki, Səndən başqa heç bir tanrı yoxdur | لِأَنَّكَ أَنْتَ اللَّهُ لا إِلَهَ إِلا أَنْتَ |
| Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd | İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir | اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ |
| və əbliğhum ənni əfzələs səlami vət təhiyyəh, vərdud ələyyə minhumus səlam | mənim tərəfimdən onlara ən yaxşı salam yetir və onların da salamını mənə çatdır | وَ أَبْلِغْهُمْ عَنِّي أَفْضَلَ السَّلامِ وَ التَّحِيَّةِ وَ ارْدُدْ عَلَيَّ مِنْهُمُ السَّلامَ |
| Əllahummə vəhətənir rək`ətəni hədiyyə minni ila movlayəl Huseynibni Əli ələyhiməs səlam | İlahi, bu iki rəkət namaz məndən mövlam Hüseyn ibn Əliyə (salam olsun onların hər ikisinə) hədiyyədir | اللَّهُمَّ وَ هَاتَانِ الرَّكْعَتَانِ هَدِيَّةٌ مِنِّي إِلَى مَوْلايَ الْحُسَيْنِ بْنِ عَلِيٍّ عَلَيْهِمَا السَّلامُ |
| Əllahummə salli əla Muhəmmədin və ələyhi və təqəbbəl minni | İlahi, Muhəmməd və Hüseynə salam yetir, bu əməli məndən qəbul et | اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ عَلَيْهِ وَ تَقَبَّلْ مِنِّي |
| və`curni əla zalikə bi əfzəli əməli və rəcai fikə və fi vəliyyik, ya vəliyyəl mu`minin. | Səndən və Sənin dostundan ümid bəslədiyim ən yaxşı mükafatı mənə əta et, ey möminlərin vəlisi! | وَ أْجُرْنِي عَلَى ذَلِكَ بِأَفْضَلِ أَمَلِي وَ رَجَائِي فِيكَ وَ فِي وَلِيِّكَ يَا وَلِيَّ الْمُؤْمِنِينَ |
Sonra ayağa qalxıb, qəbrin ayaq tərəfində və Əli ibni Hüseynin (ə) (Əli Əkbər (ə)) qəbrinin baş tərəfində dayanıb de:
İmam Hüseyn ziyarəti_37
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə nəbiyyillah | Salam olsun sənə, ey Allahın Rəsulunun oğlu! Salam olsun sənə, ey Allahın Peyğəmbərinin oğlu! | السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ نَبِيِّ اللَّهِ |
| əssəlamu ələykə yəbnə əmiril mu`minin, əssəlamu ələykə yəbnəl Huseyniş şəhid | Salam olsun sənə, ey Əmirəlmömininin oğlu! Salam olsun sənə, ey şəhid Hüseynin oğlu! | السَّلامُ عَلَيْكَ يَا ابْنَ أَمِيرِ الْمُؤْمِنِينَ السَّلامُ عَلَيْكَ يَا ابْنَ الْحُسَيْنِ الشَّهِيدِ |
| əssəlamu ələkyə əyyuhəş şədid, əssəlamu ələykə əyyuhəl məzlum vəbnul məzlum | Salam olsun sənə, ey şəhid! Salam olsun sənə, ey məzlum oğlu məzlum! | السَّلامُ عَلَيْكَ أَيُّهَا الشَّهِيدُ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْمَظْلُومُ وَ ابْنُ الْمَظْلُومِ |
| ləənəllahu ummətən qətələtkə | Allah səni qətlə yetirən camaata lənət etsin! | لَعَنَ اللَّهُ أُمَّةً قَتَلَتْكَ |
| və ləənəllahu ummətən zələmətk | Allah sənə zülm edən camaata lənət etsin! | وَ لَعَنَ اللَّهُ أُمَّةً ظَلَمَتْكَ |
| və ləənəllahu ummətən səmiət bizalikə fərəziyət bih. | Allah bu xəbəri eşidib sevinən camaata lənət etsin! | وَ لَعَنَ اللَّهُ أُمَّةً سَمِعَتْ بِذَلِكَ فَرَضِيَتْ بِهِ |
Sonra o həzrətin qəbrini qucaqlayıb öp və bu cümlələri de:
İmam Hüseyn ziyarəti_38
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə ya vəliyyəllah vəbnə vəliyyih | Salam olsun sənə, ey Allahın vəlisi və vəlisinin oğlu! | السَّلامُ عَلَيْكَ يَا وَلِيَّ اللَّهِ وَ ابْنَ وَلِيِّهِ |
| ləqəd əzumətil musibətu və cəllətir rəziyyətu bikə ələyna və əla cəmiil muslimin | Həqiqətən, sənin müsibətin bizə və bütün yer-göy əhlinə hədsiz dərəcədə ağır və böyükdür | لَقَدْ عَظُمَتِ الْمُصِيبَةُ وَ جَلَّتِ الرَّزِيَّةُ بِكَ عَلَيْنَا وَ عَلَى جَمِيعِ الْمُسْلِمِينَ |
| fələənəlahu ummətən qətələtkə və əbrəu iləllahi və iləykə minhum. | Allah səni qətlə yetirən camaata lənət etsin! Mən Allahın və sənin hüzurunda onlara nifrət edirəm! | فَلَعَنَ اللَّهُ أُمَّةً قَتَلَتْكَ وَ أَبْرَأُ إِلَى اللَّهِ وَ إِلَيْكَ مِنْهُمْ |
Sonra Əli ibn Hüseynin(ə) ayaq tərəfində olan qapıdan çıxıb, üzünü Kərbəla şəhidlərinə tərəf tut və de:
İmam Hüseyn ziyarəti_39
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykum ya əvliyəllah və əhibbaəh | Salam olsun sizə, ey Allahın övliyaları və dostları! | السَّلامُ عَلَيْكُمْ يَا أَوْلِيَاءَ اللَّهِ وَ أَحِبَّاءَهُ |
| əssəlamu ələykum ya əsfiyaəllahi və əviddaəh | Salam olsun sizə, ey Allahın seçdiyi bəndələri və dostları! | السَّلامُ عَلَيْكُمْ يَا أَصْفِيَاءَ اللَّهِ وَ أَوِدَّاءَهُ |
| əssəlamu ələykum ya ənsarə dinillah | alam olsun sizə, ey Allahın dininin köməkçiləri! | السَّلامُ عَلَيْكُمْ يَا أَنْصَارَ دِينِ اللَّهِ |
| əssəlamu ələykum ya ənsarə rəsulillah | Salam olsun sizə, ey Rəsulullahın köməkçiləri! | السَّلامُ عَلَيْكُمْ يَا أَنْصَارَ رَسُولِ اللَّهِ |
| əssəlamu ələykum ya ənsarə əmiril mu`minin | Salam olsun sizə, ey Əmirəlmömininin köməkçiləri! | السَّلامُ عَلَيْكُمْ يَا أَنْصَارَ أَمِيرِ الْمُؤْمِنِينَ |
| əssəlamu ələykum ya ənsarə Fatimətə səyyidəti nisail aləmin | Salam olsun sizə, ey aləmlərin qadınlarının xanımı Fatimənin köməkçiləri! | السَّلامُ عَلَيْكُمْ يَا أَنْصَارَ فَاطِمَةَ سَيِّدَةِ نِسَاءِ الْعَالَمِينَ |
| əssəlamu ələykum ya ənsarə Əbi Muhəmmədinil Həsənibni Əliy-yinil vəliyyin (zəkiyyin) nasih | Salam olsun sizə, ey xeyirxah (və pakizə) rəhbər Əbu Muhəmməd Həsən ibn Əlinin köməkçiləri! | السَّلامُ عَلَيْكُمْ يَا أَنْصَارَ أَبِي مُحَمَّدٍ الْحَسَنِ بْنِ عَلِيٍّ الْوَلِيِّ [الزَّكِيِ] النَّاصِحِ |
| əssəlamu ələykum ya ənsarə Əbi Əbdillah | Salam olsun sizə, ey Əba Əbdillahın köməkçiləri! | السَّلامُ عَلَيْكُمْ يَا أَنْصَارَ أَبِي عَبْدِ اللَّهِ |
| biəbi əntum və ummi | Atam-anam sizə fəda olsun! | بِأَبِي أَنْتُمْ وَ أُمِّي |
| tibtum və tabətil ərzulləti (əntum) fiha dufintum və fuztum fəvzən əzima | Xoş olsun sizin və dəfn olunduğunuz pak yerin halına! Siz böyük səadətə nail oldunuz | طِبْتُمْ وَ طَابَتِ الْأَرْضُ الَّتِي [أَنْتُمْ] فِيهَا دُفِنْتُمْ وَ فُزْتُمْ فَوْزا عَظِيما |
| fəya ləytəni kuntu məəkum fəəfuzə məəkum. | Kaş mən də sizinlə birlikdə olub, səadətə nail olaydım! | فَيَا لَيْتَنِي كُنْتُ مَعَكُمْ فَأَفُوزَ مَعَكُمْ |
Sonra imam Hüseynin(ə) qəbri üstünə gəlib, özün, ailən, övladların, atan və anan və bütün din bacı qardaşların üçün dua et. Çünki bu mütəhhər hərəmdə dua edən şəxsin duası və arzu diləyən şəxsin arzusu geri qaytarılmaz. [1]
Əlavə mühüm qeyd:
Şeyx Abbas Qumi «Məfahitul-cihan» kitabında vurğulayır: “Bu ziyarətnamə “Varis” ziyarətnaməsi adı ilə tanınmışdır və din alimlərinin nəzərində çox mötəbər sayılan Şeyx Tusinin “Misbahul-mutəcəhhid” kitabından götürülmüşdür. Mən bu ziyarətnaməni vasitəsiz olaraq bu kitabdan nəql etdim və şəhidlərin ziyarətinin axırıncı cümləsi bundan ibarət idi: “Fəya ləytəni kuntu məəkum fəəfuzə məəkum”. Odur ki, bəzilərinin qeyd etdikləri aşağıdakı cümlələr sonradan artırılan cümlələrdir: “…fil cinani məən nəbiyyinə vəs siddiqinə vəş şuhədai vəs salihinə və həsunə ulaikə rəfiqa. Əssəlamu əla mən kanə fil hairi minkum və əla mən ləm yəkun fil hairi məəkum …” Hacı Nuri “Lölö və mərcan” kitabında yazır: “Bu kəlmələr açıq-aşkar yalan olmaqdan əlavə bidət və imamın buyruğuna əlavələr etmək sayılır. Təəssüflər olsun ki, bu kəlmələr gecə-gündüz ərzində Əba Əbdillah Hüseynin (ə) münəvvər hərəmində, Allah Taalanın yaxın mələklərinin hüzurunda və peyğəmbərlərin ziyarətgahı olan bu məkanda uca səslə oxunur və heç kim də buna qarşı etirazını bildirmir və günah sayılan bu yalana qarşı nəhy əz münkər etmir. Odur ki, tədricən bu kəlmələr avam camaat arasında yayılaraq, daha sonralar dua və ziyarətnamə topluları şəklində çap olunur. Belə ki, bəzi dini tələbələr də səhvə düçar olurlar. Günlərin birində gördüm ki, tələbələrdən biri bu qəbih kəlmələri şəhidlər üçün oxuyur. Əlimi onun çiyninə qoydum. Dönüb mənə baxdıqda dedim: “Sizin kimi bir elm əhli üçün belə bir məkanda bu yalanları oxumaq eyib deyilmi?” O, dedi: “Bəyəm bunlar bizim hədislərdən götürülməyibdir?” Təəccüblə dedim: “Xeyr.” O, dedi: “Mən özüm bunları bir kitabda oxumuşam”. Ondan soruşdum ki, bunları hansı kitabda oxumusan? Cavab verdi ki, “Miftahul-cinan” kitabında oxumuşam. Daha heç bir söz demədim. Əfsuslar olsun ki, nə qədər zəvvar bilmədən avam insanların uydurduğu bu yalanları kitablardan oxuyub, bu kitabları mötəbər hesab edirlər. Şeyx Tusi bu barədə geniş söhbət açdıqdan sonra buyurur: “Nəzərə kiçik çarpan belə məsələlər də bidət sayıldığı üçün avam camaata doğru yolu göstərməmək nəhy əz münkərin tərk edilməsi və haqqı açıqlamağın lazımlı olduğu bir yerdə sükut etmək sayılır…”
Şeyx Tusi deyir: “Bu böyük şəriət aliminin (yəni Şeyx Tusinin) öz kitabında bu barədə açdığı geniş söhbətdən bəlli olur ki, bu məsələ kiçik bir məsələ deyildir. Çünki avam və Əhlibeytin(ə) təlim etdiyi elmlərdən məhrum olan şəxslərdən fərqli olaraq bu böyük alim, belə bidətlərin hansı mənfi təsirlər qoya biləcəyindən xəbərdardır. Dini maarifdən xəbərsiz və yalnız bəzi dini terminlərlə tanış olan fərdlərin əməlləri ucbatından iş o yerə gəlib çıxmışdır ki, “Misbahul-mutəcəhhid”, “İqbal”, “Muhcud-dəəvat”, “Cəmalul-usbu”, “Misbahuz-zair” “Bələdul əmin”, “Cənnətul vaqiyə”, “Miftahul fəlah”, “Miqbas”, “Rəbiul əsabi”, “Tuhfə”, “Zadul məad” və s. bu kimi mötəbər kitablar kənara qoyulmuş və açıq-aşkar yalanlarla dolu olan bu dua topluları gəzməkdədir. Belə ki, “Mücir” duası kimi mötəbər və hədislərdə qeyd olunan bir duada səksən yerdə “…biəfvikə…” kəlməsi artırılmış və heç kəs də buna qarşı etirazını bildirmir. Həmçinin, yüz fəsildən ibarət olan “Coşan kəbir” duasının hər bir fəsli üçün müxtəlif fəzilətlər uydurublar. O cümlədən, əldə bu qədər mötəbər və yüksək mənalı ziyarətnamələr və dualar ola-ola mənasız və bəzən də iftira olan dualar və ziyarətnamələr uydururlar. Bundan əlavə özlərindən quraşdırdıqları bu dualar üçün elə fəzilətlər bəyan edirlər ki, adam lap mat-məəttəl qalır. Məsələn, uydurduqları “Hubbi” adlı duanın fəziləti barəsində deyiblər: “Həzrət Cəbrayıl Allah Taala tərəfindən Peyğəmbəri-əkrəmə (s) nazil etdi ki, cəhənnəm oduna layiq olan, bütün ömrünü günah işlətməklə keçirən və ömründə mənə bircə dəfə səcdə etməyən bir bəndəm, əgər bu duanı üstündə gəzdirərsə, onu axirət əzabından asudə edərəm. Mən, bu bəndəmə yetmiş min peyğəmbərin, yetmiş min zahidin, yetmiş min şəhidin, yetmiş min namaz qılan şəxsin, yemiş min çılpağı geyindirən şəxsin və yetmiş min acı doyduran şəxsin savabını verərəm. Mən, bu bəndəmə səhraların qumlarının sayı qədər savab yazaram. Mən, bu bəndəmə İsa Ruhullahın (ə), İbrahim Xəlilullahın (ə), İsmayıl Zəbihullahın (ə), Musa Kəlimullahın (ə), Yəqub Nəbiyyullahın (ə), Adəm Səfiyyullahın (ə), Cəbrayıl (ə), Əzrayıl (ə), Mikayıl (ə), İsrafil (ə) və bütün mələklərin savabını əta edərəm. Ey Məhəmməd (s), hər kəs bu əzəmətli duanı oxusa və ya üstündə gəzdirsə, onun bütün günahlarını bağışlayaram və bu şəxsə əzab verməkdən çəkinərəm…” Doğrudur ki, bu sözləri eşitdikdə, adamı gülmək tutur, lakin gülmək əvəzinə ağlamaq lazımdır. Şiə firqəsinə mənsub olan dua kitablarını dini alimlər öz əlyazmaları ilə əvvəlki alimlərin yazdıqları nüsxələrdən köçürtdükləri üçün mötəbər hesab olunurdu. Onlar belə dua kitablarını yazdıqları zaman qarşılaşdıqları dəyişiklikləri kitabın haşiyəsində qeyd edərdilər. Məsələn, “Məkarimul-əxlaq” duasında “…və bəlliğ biimani” cümləsinin haşiyəsində qeyd olunmuşdur ki, İbn Əşnasın nüsxəsində bu cümlə, “ …vəbluğ biimani” və İbn Şazanın nəql etdiyi rəvayətdə “…əbliğ imani” yazılmışdır. Yaxud da məsələn, müəyyən bir söz İbn Səkunun əlyazmasında o cür və Şəhidin əlyazmasında bu cür yazılmışdır. Bu minvalla dua nüsxələri bir yerə toplanaraq “Miftah” adlı bir kitabda xülasələşdi və ərəb-əcəmin, ümum-xüsusun müraciət etdiyi bir dua kitabına çevrildi. Bununla da elm əhli artıq məsum imamlardan nəql olunan hədislərə və bu barədəki mötəbər kitablara müraciət etməyə etina göstərmədikləri üçün bəzi nadanların bu kitaba əlavə etdikləri bidətləri həqiqətdən ayırd etmək qüdrətini əldən verdilər. İş o yerə gəlib çıxdı ki, bəziləri istədikləri mənalarda dualar düzüb-qoşmağa, yeni ziyarətnamələr və salavatlar ixtira etməyə başladılar. Daha sonralar bu uydurma duaların toplusu çap olundu və bu kitablardan müntəxəblər meydana çıxaraq camaat arasında yayıldı. Yeri gəlmişkən xatırlatmaq istəyərdim ki, mənim yeni çap olunan “Müntəhəl-amal” kitabımda bəzi naşirlər öz səliqələrinə uyğun dəyişikliklər aparıblar. Məsələn, məlun Malik ibn Yəsərin şərhi-halında belə yazıblar: “İmam Hüseynin (ə) etdiyi nifrin nəticəsində onun iki əli qurudu. Əlhəmdulillah. Yay fəslində quru bir çubuq kimi oldu. Əlhəmdulillah. Qışda onun qollarından qan damırdı. Əlhəmdulillah. Bununla da o, müflisləşdi. Əlhəmdulillah”. Bu sətirlərdəki dörd dəfə təkrar olunan “Əlhəmdulillah” kəlməsini naşir özü artırmışdır. Yaxud da bəzi yerlərdə Zeynəb və Ümmi Külsümdən sonra onlara ehtiram məqsədilə “xanım” sözünü əlavə etmişdir. Habelə, “Əbdu Rəbbəh” adını məsləhət bilib, “Əbdullah” və “Ümmü Sələmə”nin yazılışını səhv bilib, “Ümmüs-Sələmə” yazmışdır. Burada bunları xatırlatmaqda iki məqsədim vardır: birincisi odur ki, bu dəyişiklikləri aparan şəxs, öz yazdığının düzgün və müəllifin yazdığını səhv hesab edir. Bir halda ki, onun bu əməli kitabın etibarını azaldır. Buradan bu nəticəyə gəlirik ki, nadanlıq üzündən bəzilərinin dualara və ya ziyarətnamələrə etdiyi əlavələr nəticəsində bu dua və ziyarətnamələr öz etibarını itirir. Odur ki, heç kimin belə dəyişikliklər və ya artırmalar aparmağa haqqı yoxdur və yaxşı olar ki, bu barədə bizə göstəriş verilən şəkildə əməl edək. İkinci məqsədim bundan ibarətdir ki, əgər müəllifi sağ və qarşıya çıxan anlaşılmamazlıqlara cavab verməyə hazır olan bir kitabda belə təhrifatlar aparırlarsa, görəsən başqa kitablar haqqında hansı təhrifatlara yol verərlər? Bundan əlavə, növbəti çaplara necə etimad göstərmək olar? Onda gərək yalnız tanınmış müəlliflərin öz əlyazması ilə yazdıqları və ya öz ixtisasında məşhur olan alimlərin imzaladıqları kitablara müraciət edək! Belə rəvayət olunur ki, böyük və möhtərəm din alimi və məsumların (ə) səhabələrindən biri olan Yunis ibn Əbdürrəhmanın gecə-gündüz zəhmətə qatlaşaraq, təlif etdiyi kitabı cənab Əbu Haşim Cəfəri imam Həsən Əskəriyə(ə) təqdim edir və imam onu əvvəldən axıradək mütaliə edib buyurur: “Haza dini və dini abai kulluhu və huvəl həqqu kulluh”. (Bu kitabdakıların hamısı mənim və ata-babalarımın dini əsasındadır və hamısı doğrudur.) Diqqət etmək lazımdır ki, Əbu Haşim Cəfəri cənab Yusifin elmi səviyyəsindən və onun dindar bir şəxsiyyət olduğundan xəbərdar ola-ola öz nəzəri ilə kifayətlənməyib, bu kitabı öz dövrünün imamına göstərərək, onun nəzərini bilmək istəyir. Həmçinin, doğruçuluq, saleh əməl və təqvası ilə tanınmış Burəq Şəncani Hərati belə nəql edir ki, Samirra şəhərində imam Həsən Əskərinin(ə) hüzuruna gedib, möhtərəm şeyx Fəzl ibn Şazan Neyşaburinin təlif etdiyi “Yəvmun və ləylun” kitabını o həzrətə göstərib dedim: “Canım sizə fəda olsun, sizdən təmənnam budur ki, bu kitabı bütünlüklə oxuduqdan sonra onun barəsində öz nəzərinizi bildirəsiniz”. O həzrət buyurdu: “Haza səhihun yənbəği ən təmələ bihi”. (Bu kitabdakıların hamısı doğrudur və siz, ona əməl edə bilərsiniz.) Mən, Allahın həqir bəndəsi, camaatın belə məsələlərə qarşı etinasız olduğunu bildiyim üçün höccəti tamamlamağa xatir bu kitabda nəql etdiyim dua və ziyarətnamələri bacardığım qədər əsli nüsxələrdən köçürtmüşəm. Həmçinin bir çox qeyri-əsli nüsxələrə müraciət etmiş və səhv olduğunu ehtimal verdiyim yerləri bacardığım həddə islah etmişəm ki, onlara əməl etmək istəyən şəxsin etimadını cəlb edə bilim. Ümüdvaram ki, naşirlər, bu kitabda təhrifatlara yol verməsin və bəzi oxucular istədikləri şəkildə onları tələffüz etməsinlər və öz yeni ixtira etdikləri dua və ziyarətnamələri kənara qoysunlar. Şeyx Kuleyni Əbdürrəhim Qəsirdən belə nəql edir ki, o, imam Sadiqin(ə) hüzuruna gedib dedi: “Canım sizə fəda olsun, mən, özümdən yeni bir dua ixtira etmişəm”. O həzrət buyurdu: “Məni öz ixtirandan uzaq et!” Yəni, bu ixtira etdiyin duanı kənara qoy və mənim üçün oxuma.[2] İmam, ona özündən quraşdırdığı o duanı oxumağa icazə verməyib, başqa bir duanı ona təlim etdi. Şeyx Səduq, Abdullah ibn Sənnandan nəql edir ki, o dedi: “İmam Sadiq(ə) buyurdu ki , tezliklə siz, bir çətinliklə üzləşəcəksiniz ki, sizə yol göstərən bir başçı və ya öhdənizdə haqqı batildən ayırd etmək üçün bir nişanə olmayacaqdır. Bu çətin ruzigarda yalnız “Ğəriq” duasını oxuyan şəxs nicat tapar. O həzrətdən soruşdum: “O hansı duadır”. İmam buyurdu: “Bu duanı oxuyun:
| Ərəbcə | يَا اللَّهُ يَا رَحْمَانُ يَا رَحِيمُ يَا مُقَلِّبَ الْقُلُوبِ ثَبِّتْ قَلْبِي عَلَى دِينِكَ |
| Tərcümə | Ey Allah, ey bağışlayan, ey mehriban, ey qəlbləri döndərən, mənim qəlbimi Öz dinində sabit və möhkəm saxla! |
| Transkripsiya | Ya Əllahu, ya rəhmanu, ya rəhim, ya muqəllibəl qulubi səbbit qəlbi əla dinik. |
Mən isə bu duanı oxudum:
| Ərəbcə | يَا مُقَلِّبَ الْقُلُوبِ وَ الْأَبْصَارِ ثَبِّتْ قَلْبِي عَلَى دِينِكَ |
| Tərcümə | Ey qəlbləri və gözləri döndərən, mənim qəlbimi Öz dinində sabit və möhkəm saxla! |
| Transkripsiya | Ya muqəllibəl qulub vəl əbsar, səbbit qəlbi əla dinik. |
İmam Sadiq (ə) buyurdu: “Şübhəsiz ki, Allah taala qəlbləri və gözləri dəyişdirəndir, amma sən, mən dediyim kimi de[3]: “Ya muqəllibəl qulubi səbbit qəlbi əla dinik.” Ümidvaram ki, dualara öz zövqlərinə uyğun əlavələr edib, onlarda dəyişikliklər aparan şəxs, bu iki mübarək hədisə diqqət yetirməklə ibrət dərsi götürsün.
Mənbələr:
[1] Şeyx Tusi — Misbahul-mutəhəccid, səh 717,
Əllamə Məclisi — Biharul-ənvar, c 98, səh 197, hədis 32
[2] Şeyx Kuleyni — Usuli-kafi, c 3, səh 476, hədis 1
[3] Seyid ibn Tavus — Muhəcud-də`əvat, səh 332,
Əllamə Məclisi — Biharul-ənvar, c 52, səh 148, hədis 73
