TAM İmam Səccaddan (ə) çərşənbə gününün duası
İmam Səccadın (ə) buyurduğu bu dualar – həftənin günlərinin duaları – kiçik olsalar da, ali məzmuna malikdirlər. Heç şübhəsiz, ruhunu bu mənalar ilə yetişdirən fərd səadətə qovuşar. Hamıya, xüsusilə də cavanlara bu duaları oxumağı tövsiyə edirik. Bu dualar Əllamə Məclisinin “Biharul-ənvar” kıtabının 87-ci cildində qeyd olunubdur.
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim. | Bağışlayan və mehriban Allahın adı ilə. | بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |
| Əlhəmdu lillahilləzi cəələl ləylə libasən vən nəvmə subata, | Həmd olsun (insanlar üçün) gecəni libas, yuxunu asayiş, | الْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَ اللَّيْلَ لِبَاسا وَ النَّوْمَ سُبَاتا |
| və cəələn nəharə nuşura, | gündüzü təlaş və hərəkət səbəbi qərar verən Allaha! | وَ جَعَلَ النَّهَارَ نُشُورا |
| ləkəl həmdu ən bəəstəni min mərqədi, və ləv şi`tə cəəltəhu sərməda, | Sitayiş Sənə məxsusdur ki, məni yataqdan qaldırdın və istəsəydin yuxumu həmişəlik edərdin; | لَكَ الْحَمْدُ أَنْ بَعَثْتَنِي مِنْ مَرْقَدِي وَ لَوْ شِئْتَ جَعَلْتَهُ سَرْمَدا |
| həmdən daimən la yənqətiu əbəda, və la yuhsi ləhul xəlaiqu ədada, | elə bir sitayiş ki, daimidir, qırılmazdır və insanlar onu hesablaya bilməz. | حَمْدا دَائِما لا يَنْقَطِعُ أَبَدا وَ لا يُحْصِي لَهُ الْخَلائِقُ عَدَدا |
| Əllahummə ləkəl həmdu ən xələqtə fəsəvvəytə və qəddərtə və qəzəytə və əməttə və əhyəyt, | Sitayiş Sənə məxsusdur ki, yaratdın, ödədin, ölçüyə saldın, ötürdün, öldürdün, diriltdin, | اللَّهُمَّ لَكَ الْحَمْدُ أَنْ خَلَقْتَ فَسَوَّيْتَ وَ قَدَّرْتَ وَ قَضَيْتَ وَ أَمَتَّ وَ أَحْيَيْتَ |
| və əmrəztə və şəfəytə və afəytə və əbləyt, və ələl ərşistəvəyt, və ələl mulkihtəvəyət, | xəstələndirdin, şəfa verdin, sağlam etdin, çətinliyə saldın, ərşi hökmün altına aldın, varlığı əhatə etdin. | وَ أَمْرَضْتَ وَ شَفَيْتَ وَ عَافَيْتَ وَ أَبْلَيْتَ وَ عَلَى الْعَرْشِ اسْتَوَيْتَ وَ عَلَى الْمُلْكِ احْتَوَيْتَ |
| əd`ukə duaə mən zəufət vəsilətuh, vənqətəət hiylətuh, | Səni bir şəxsin çağırışı ilə çağırıram ki, vasitəsi gücdən düşmüş, çarəsi kəsilmiş, | أَدْعُوكَ دُعَاءَ مَنْ ضَعُفَتْ وَسِيلَتُهُ وَ انْقَطَعَتْ حِيلَتُهُ |
| vəqtərəbə əcəluh, və tədani fid dunya əməluh, vəştəddət ila rəhmətikə faqətuh, | ölümü yaxınlaşmış, dünya arzusu azalmış, rəhmətinə çox möhtac olmuş, | وَ اقْتَرَبَ أَجَلُهُ وَ تَدَانَى فِي الدُّنْيَا أَمَلُهُ وَ اشْتَدَّتْ إِلَى رَحْمَتِكَ فَاقَتُهُ |
| və əzumət litəfritihi həsrətuh, və kəsurət zəllətuhu və əsrətuh, və xəlusət li vəchikə təvbətuh, | süstlükdə əfsusu və öz təqsiri böyümüş, büdrəməsi artmış, dərgahına tövbəsi xalis olmuşdur. | وَ عَظُمَتْ لِتَفْرِيطِهِ حَسْرَتُهُ وَ كَثُرَتْ زَلَّتُهُ وَ عَثْرَتُهُ وَ خَلُصَتْ لِوَجْهِكَ تَوْبَتُهُ |
| fəsalli əla Muhəmmədin xatəmin nəbiyyin, və əla əhli bəytihit tahirin, | Salam yetir peyğəmbərlərin sonuncusu Muhəmməd və onun pak Əhlibeytinə! | فَصَلِّ عَلَى مُحَمَّدٍ خَاتَمِ النَّبِيِّينَ وَ عَلَى أَهْلِ بَيْتِهِ الطَّيِّبِينَ الطَّاهِرِينَ |
| vərzuqni şəfaətə Muhəmmədin salləllahu ələyhi və alih, | Muhəmməd səlləllahu ələyhi və alihi və səlləmin şəfaətini mənə ruzi et, | وَ ارْزُقْنِي شَفَاعَةَ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ |
| və la təhrimni suhbətəhu innəkə əntə ərhəmur rahimin, | məni onunla yoldaşlıqdan mərhum etmə ki, Sən rəhm edənlərin ən rəhmlisisən! | وَ آلِهِ وَ لا تَحْرِمْنِي صُحْبَتَهُ اِنَّكَ أَنْتَ أَرْحَمُ الرَّاحِمِينَ |
| Əllahumməqzi li fil ərbəai ərbəənic`əl quvvəti fi taətik, və nəşati fi ibadətikə | Allahım, çərşənbə günü mənim dörd arzumu yerinə yetir: gücümü Sənə itaətdə, sevincimi Sənə ibadətdə, | اللَّهُمَّ اقْضِ لِي فِي الْأَرْبَعَاءِ أَرْبَعا اجْعَلْ قُوَّتِي فِي طَاعَتِكَ وَ نَشَاطِي فِي عِبَادَتِكَ |
| və rəğbəti fi səvabik,və zuhdi fima yucibu li əlimə iqabik, | rəğbətimi gözəl mükafatında, pəhrizimi mənə ağrılı əzab olacaq şeylərdə qərar ver ki, | وَ رَغْبَتِي فِي ثَوَابِكَ وَ زُهْدِي فِيمَا يُوجِبُ لِي أَلِيمَ عِقَابِكَ |
| innəkə lətifun lima təşa. | həqiqətən, Sən istədiyinlə müdara edirsən! | اِنَّكَ لَطِيفٌ لِمَا تَشَاءُ |
Mənbə:
Əllamə Məclisi — Biharul-ənvar, c 87, səh 200, hədis 33
