Hədislər: Xanım Fatimənin (səlamullahi əleyha) vəsiyyətnaməsi

Print Friendly, PDF & Email

Xanım Fatimənin (səlamullahi əleyha) vəsiyyətnaməsi

Xanım Fatimə (səlamullahi əleyha) dünyasını dəyişdikdən sonra Həzrət Əli (əleyhissəlam) Onun başının kənarından bir kağız parçası tapdı. Orada yazılmışdı:

TərcüməƏrəbcə
"Bağışlayan və mehriban Allahın adı ilə.
Bu Fatimə binti Muhəmmədin vəsiyyətidir. O, şəhadət verir ki, Allahdan başqa heç bir ilah yoxdur. Muhəmməd Onun qulu və rəsuludur. Cənnət və cəhənnəm haqdır. Qiyamət günü olacaq və onun olacağı barədə heç bir şəkk-şübhə yoxdur. Allah qəbirdə olanları dirildəcək.
Ey Əli, mən Fatimə binti Muhəmmədəm. Allah dünya və axirətdə sənin olum deyə məni səninlə evləndirdi. Sən mənə digərlərindən daha yaxınsan. Mənə gecə qüsl ver və məni gecə kəfənlə. Mənə gecə namaz qıl və məni gecə dəfn et. Heç kimə bu barədə xəbər vermə. Səni Allaha tapşırıram. Qiyamət gününə qədər olacaq övladlarıma mənim salamımı çatdır".

Mənbə: Əllamə Məclisi, Biharul-ənvar, c. 43, səh. 214
İsnad: https://t.me/besiretaz

Читайте также: