Salavat: Muhəmməd Peyğəmbərə (ə) məxsusən cümə günündə göndərilən salavat.

Print Friendly, PDF & Email

Həzrət Peyğəmbəri Əkrəmə (s) həzrət Əlinin (ə) bir cümə günündə buyurduğu xütbədəki salavatı göndərmək daha yaxşı olar. «Rövzətul-kafi» kitabında İmam Əlinin (ə) salavatı belə qeyd olunmuşdur[1]:

Peyğəmbərin ziyarəti_18

TranskripsiyaTərcüməƏrəbcə
İnəllahə və məlaikətəhu yusəllunə ələn nəbiyy, ya əyyuhəlləzinə amənu səllu ələyhi və səllimu təslima, Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd, və barik əla Muhəmmədin və Ali Muhəmməd, və təhənnən əla Muhəmmədin və Ali Muhəmməd, və səllim əla Muhəmmədin və Ali Muhəmməd, kəəfzəli ma salləytə və barəktə və tərəhhəmtə və təhənnəntə və səlləmtə əla İbrahimə və Ali İbrahim, innəkə həmidun məcid, Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam və salavat göndərirlər, ey iman gətirənlər, (siz də) ona salam və salavat göndərin və tamamilə (onun əmrinə) təslim olun! İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir! Muhəmməd və Muhəmmədin Əhlibeytinə bərəkət ver! Muhəmməd və Muhəmmədin Əhlibeytinə məhəbbət göstər! Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir; elə bir salam ki, İbrahim və İbrahimin övladlarına göndərdiyin salavat, verdiyin bərəkət, göstərdiyin məhəbbət və göndərdiyin salamdan üstün və fəzilətli olsun. Həqiqətən, Sən tərifəlayiq və böyüksən! اِنَّ اللَّهَ وَ مَلائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَ سَلِّمُوا تَسْلِيما اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ بَارِكْ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ تَحَنَّنْ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ سَلِّمْ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ كَأَفْضَلِ مَا صَلَّيْتَ وَ بَارَكْتَ وَ تَرَحَّمْتَ وَ تَحَنَّنْتَ وَ سَلَّمْتَ عَلَى إِبْرَاهِيمَ وَ آلِ إِبْرَاهِيمَ اِنَّكَ حَمِيدٌ مَجِيدٌ
Əllahummə ə`ti Muhəmmədənəl vəsilətə vəş şərəfə vəl mənzilətəl kəriməh, Əllahumməc`əl Muhəmmədən və alə Muhəmməd, ə`zəməl xəlayiqi kullihim şərəfən yəvməl qiyaməh, və əqrəbəhum minkə məq`əda, və əvcəhəhum indəkə yəvməl qiyaməti caha, və əfzələhum indəkə mənzilətən və nəsiba, İlahi, Muhəmmədə “vəsilə” (şəfaət məqamı), şərəf, fəzilət və böyük məqam əta et! İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytini qiyamətdə məxluqatın ən şərafətlisi, Özünə ən yaxın və Öz dərgahında məqamca hamıdan başıuca və fəzilətli qərar ver! اللَّهُمَّ أَعْطِ مُحَمَّدا الْوَسِيلَةَ وَ الشَّرَفَ وَ الْفَضِيلَةَ وَ الْمَنْزِلَةَ الْكَرِيمَةَ اللَّهُمَّ اجْعَلْ مُحَمَّدا وَ آلَ مُحَمَّدٍ أَعْظَمَ الْخَلائِقِ كُلِّهِمْ شَرَفا يَوْمَ الْقِيَامَةِ وَ أَقْرَبَهُمْ مِنْكَ مَقْعَدا وَ أَوْجَهَهُمْ عِنْدَكَ يَوْمَ الْقِيَامَةِ جَاها وَ أَفْضَلَهُمْ عِنْدَكَ مَنْزِلَةً وَ نَصِيبا
Əllahummə ə`ti Muhəmmədən əşrəfəl məqam, və hibaəs səlami və şifaətəl islam, Əllahummə və əlhiqna bihi ğəyrə xəzaya və la nakisinə və la nadimin, və la mubəddilinə ilahəl həqqi amin.İlahi, Muhəmmədə ən şərafətli məqam, İslam hədiyyəsi və İslam şəfaəti əta et və bizi rüsvay və xar olanlar, əhd-peymanını pozanlar, peşman olanlar və hökmləri təhrif edənlər zümrəsinə deyil, əksinə o həzrətə qovuşdur!اللَّهُمَّ أَعْطِ مُحَمَّدا أَشْرَفَ الْمَقَامِ وَ حِبَاءَ السَّلامِ وَ شَفَاعَةَ الْإِسْلامِ اللَّهُمَّ وَ أَلْحِقْنَا بِهِ غَيْرَ خَزَايَا وَ لا نَاكِثِينَ وَ لا نَادِمِينَ وَ لا مُبَدِّلِينَ إِلَهَ الْحَقِّ آمِينَ

Mənbə:
[1] Şeyx Kuleyni – Usuli-kafi, c 8, səh 175

Читайте также: