Ziyarətnamə: «Nüdbə» duası

Print Friendly, PDF & Email

İmam Zamanı (ə.f) — dövrün imamını yada salmaq, ona dua etmək, ona olan sevgini ifadə etmək və zühurunun tezləşməsi üçün dua etmək həqiqi bir şiənin nişanəsidir. Heç şübhəsiz, dünyanın islahedicisinin zühuru üçün dua edən bir şəxs özünü və yaşadığı cəmiyyəti islah etmək istiqamətində çalışacaqdır. Bəşəriyyətin xilaskarı və haqq imamın gəlişinin intizarını çəkən, onun yolunu gözləyən şəxs fədakar və itaətkar bir əsgər tək İslam yolunda fədakarlıq edəcək və məzlumların nicatı üçün çalışacaqdır.
«Nüdbə» duası[1] aşiqlərin zümzüməsi və intizar çəkən şiənin rəmzidir. Bu dua ilə o, həm İmam Zamanın (ə.f) nazənin vücuduna dua edir, həm ona olan sevgisini ibraz edir, həm o imama əsgər olmağın şərtlərini öyrənir, həm də ilahi peyğəmbərlərin göndərilməsi (ə) və Əmirəlmöminin Əlinin (ə) imamlığının dəlinini öyrənmiş olur.
Nüdbə duasını dörd böyük bayramda: 1) Cümə günləri, 2) Fitr bayramı, 3) Qurban bayramı və 4) Ğədir-xum bayramında oxumaq müstəhəbdir.[2]
«Nüdbə» duası belədir:

TranskripsiyaTərcüməƏrəbcə
Əlhəmdu lillahi rəbbil aləmin, və salləllahu əla səyyidina Muhəmmədin nəbiyyihi və alihi və səlləmə təslima, Əllahummə ləkəl həmdu əla ma cəra bihi qəzaukə fi əvliyaik, əlləzinəstəxləstəhum linəfsikə və dinik, izixtərtə ləhum cəzilə ma indəkə minən nəimil muqim, əlləzi la zəvalə ləhu və ləzmihlalə bə`də ən şərəttə ələyhimuz zuhd, fi dərəcati hazihid dunyəd dəniyyəh, və zuxrufiha və zibriciha, fəşərətu ləkə zalikə və əlimtə minhumul vəfaə bih, fəqəbiltəhum və qərrəbtəhum, və qəddəmtə ləhumuz zikrəl əliyyə vəs sənaəl cəliyy, və əhbəttə ələyhim məlaikətəkə və kərrəmtəhum bivəhyik, və rəfədtəhum bi ilmikə və cəəltəhumuz zəriətə (zəraiə) iləyk, vəl vəsilətə ila rizvanik, fəbə`zun əskəntəhu cənnətəkə ila ən əxrəctəhu minha, və bə`zun həməltəhu fi fulkikə və nəccəytəhu və (məə) mən amənə məəhu minəl hələkəti birəhmətik, və bə`zuninittəxəztəhu linəfsikə xəlila, və səələkə lisanə sidqin fil axirin, fə əcəbtəhu və cəəltə zalikə əliyya, və bə`zun kəlləmtəhu min şəcərətin təklima, və cəəltə ləhu min əxihi ridən və vəzira, və bə`zun əvlədtəhu min ğəyri əbin və atəytəhul bəyyinat, və əyyədtəhu biruhil qudus, və kullun (və kullən) şərə`tə ləhu şəriəh, və nəhəctə ləhu minhaca, və təxəyyərtə ləhu əvsiyaə (əvsiyaəhu) mustəhfizən (mustəhfəzən) bə`də mustəhfizin (mustəhfəzin) min muddətin ila muddəh, iqamətən lidinikə və huccətən əla ibadik, və liəlla yəzuləl həqqu ən məqərrih, və yəğlibəl batilu əla əhlih, və la (liəlla) yəqulu əhədun ləv la ərsəltə iləyna rəsulən munzira, və əqəmtə ləna ələmən hadiya, fənəttəbiə ayatikə min qəbli ən nəzillə və nəxza, ila ənin təhəytə bil əmri ila həbibikə və nəcibik, Muhəmmədin salləllahu ələyhi və alih, fəkanə kəməntəcəbtəhu səyyidə mən xələqtəh, və səfvətə mənistəfəytəh, və əfzələ mənictəbəytəh, və əkrəmə məni`təmədtəhu qəddəmtəhu əla ənbiyaik, və bəəstəhu iləs səqəyni min ibadik, və əvtə`təhu məşariqəkə və məğaribək, və səxxərtə ləhul buraq, və ərəctə biruhihi (bihi) ila səmaik, və əvdə`təhu ilmə ma kanə və ma yəkunu ilənqizai xəlqik, summə nəsərtəhu bir ru`bi və həfəftəhu bi Cəbrəilə və Mikail, vəl musəvviminə min məlaikətik, və vəədtəhu ən tuzhirə dinəhu ələd dini kullih, və ləv kərihəl muşrikun, və zalikə bə`də ən bəvvə`təhu mubəvvəə sidqin min əhlih, və cəəltə ləhu və ləhum əvvələ bəytin vuziə lin nasi ləlləzi bibəkkətə mubərəkən və hudən lil aləmin, fihi ayatun bəyyinatun məqamu İbrahimə və mən dəxələhu kanə amina, Və qultə innəma yuridullahu liyuzhibə ənkumur ricsə əhləl bəyti və yutəhhirəkum təthira, summə cəəltə əcrə Muhəmmədin sələvatukə ələyhi və alihi məvəddətəhum fi kitabik, fəqultə qul la əs`əlukum ələyhi əcrən illəl məvəddətə fil qurba, və qultə ma səəltukum min əcrin fəhuvə ləkum, və qultə ma əs`əlukum ələyhi min əcrin illa mən şaə ən yəttəxizə ila rəbbihi səbila, fəkanu humus səbilə iləykə vəl məsləkə ila rizvanik, fələmmənqəzət əyyamuhu əqamə vəliyyəh, Əliyyəbnə Əbi Talibin sələvatukə ələyhima və alihima, hadiyən iz kanə huvəl munzirə və likulli qəvmin had, fəqalə vəl mələu əmaməhu mən kuntu məvlahu fə Əliyyun məvlah, Əllahummə vali mən valah, və adi mən adah, vənsur mən nəsərəh, vəxzul mən xəzələh, və qalə mən kuntu ənə nəbiyyəhu fə Əliyyun əmiruh, və qalə ənə və Əliyyun min şəcərətin vahidəh, və sayirun nasi min şəcərin şətta, və əhəlləhu məhəllə Harunə min Musa, fə qalə ləhu əntə minni bimənziləti Harunə min Musa illa ənnəhu la nəbiyyə bə`di, və zəvvəcəhubnətəhu səyyidətə nisail aləmin, və əhəllə ləhu min məscidihi ma həllə ləhu və səddəl əbvabə illa babəh, summə əvdəəhu ilməhu və hikmətəhu fəlyə`tiha min babiha, summə qalə əntə əxi və vəsiyyi və varisi ləhmukə min ləhmi və dəmukə min dəmi, və silmukə silmi və hərbukə hərbi, vəl imanu muxalitun ləhməkə və dəmək, kəma xalətə ləhmi və dəmi, və əntə ğədən ələl həvzi xəlifəti və əntə təqzi dəyni və tuncizu idati, və şi`ətukə əla mənabirə min nurin mubyəzzətən vucuhuhum həvli fil cənnəh, və hum cirani, və ləv la əntə ya Əliyyu ləm yu`rəfil mu`minunə bə`di, və kanə bə`dəhu hudən minəz zəlali və nurən minəl əma, və həbləllahil mətin, və siratəzul mustəqim, la yusbəqu biqərabətin fi rəhimin və la bisabiqin fi din, və la yulhəqu fi mənqəbətin min mənaqibih, yəhzu həzvər rəsuli salləllahu ələyhima və alihima, və yuqatilu ələt tə`vili və la tə`xuzuhu fillahi ləvmətu laim, qəd vətərə fihi sənadidəl ərəb, və qətələ əbtaləhum və navəşə (nahəşə) zu`banəhum, fə əvdəə qulubəhum əhqadən bədriyyəh, və xəybəriyyətən və hunəyniyyətən və ğəyrəhunn, fə əzəbbət (fə əsənnət) (fə əsənə) əla ədavətih, və əkəbbət əla munabəzətihi hətta qətələn nakisinə vəl qasitinə vəl mariqin, və ləmma qəza nəhbəhu və qətələhu əşqəl (əşqiya minəl əvvəlinə vəl axirinə) axirin, yətbəu əşqəl əvvəlin, ləm yumtəsəl əmru rəsulillahi salləllahu ələyhi və alih, fil hadinə bə`dəl hadin, vəl ummətu musirrətun əla məqtihi muctəmiətun əla qətiəti rəhimih, və iqsai vuldihi illəl qəlilə mimmən vəfa liriayətihil həqqi fihim, fəqutilə mən qutil, və subiyə mən subiy, və uqsiyə mən uqsi, və cərəl qəzau ləhum bima yurca ləhu husnul məsubəh, iz kanətil ərzu lillahi yurisuha mən yəşau min ibadih, vəl aqibətu lil muttəqin, və subhanə rəbbina in kanə və`du rəbbina ləməf`ula, və lən yuxlifəllahu və`dəhu və huvəl əzizul həkim, fəələl ətayibi min əhli bəyti Muhəmmədin və Əliyyin salləllahu ələyhima və alihima, fəlyəbkil bakunə və iyyahum fəlyəndubin nadibun, və limislihim fəltuzrəfid (fəltədurrəd) dumu`, vəl yəsruxis sarixun, və yəziccuz (yəzicəz) zaccun, və yəiccul (yəicəl) accun, əynəl Həsənu əynəl Husəyn, əynə əbnaul Husəyn, salihun bə`də salihin və sadiqun bə`də sadiq, Əynəs səbilu bə`dəs səbili əynəl xiyərətu bə`dəl xiyərəh, əynəş şumusut taliəh, əynəl əqmarul munirəh, əynəl əncumuz zahirəh, əynə ə`lamud dini və qəvaidul ilm, əynə bəqiyyətitullahilləti la təxlu minəl itrətil hadiyəh, əynəl muəddu liqət`i dabiriz zələməh, əynəl muntəzəru li iqamətil əmti vəl ivəc, əynəl murtəca li izalətil cəvri vəl udvan, əynəl muddəxəru litəcdidil fəraizi vəs sunən, əynəl mutəxəyyəru (muttəxəzu) li iadətil milləti vəş şəriəh, əynəl muəmməlu li ihyail kitabi və hududih, əynə muhyi məalimid dini və əhlih, əynə qasimu şəvkətil mu`tədin, əynə hadimu əbniyətiş şirki vən nifaq, əynə mubidu əhlil fusuqi vəl isyani vət tuğyan, əynə hasidu furuil ğəyyi vəş şiqaq (vən nifaq), əynə tamisu asariz zəyği vəl əhva, əynə qatiu həbailil kizbi (kəzibi) vəl iftira, əynə mubidul utati vəl mərədəh, əynə mustə`silu əhlil inadi vət təzlili vəl ilhad, əynə muizzul əvliyai və muzillul əyda, əynə camiul kəliməti (kəlimi) ələt təqva, əynə babullahilləzi minhu yu`ta, əynə vəchullahilləzi iləyhi yətəvəccəhul əvliya, əynəs səbəbul muttəslu bəynəl ərzi vəs səma, əynə sahibu yəvmil fəthi və naşiru rayətil huda, əynə muəllifu şəmlis səlahi vər riza, əynət talibu bizuhulil ənbiyai və əbnail ənbiya, əynət talibu (əynəl mutalibu) bidəmil məqtuli bi Kərbəla, əynəl mənsuru əla məni`təda ələyhi vəftəra, əynəl muztərrulləzi yuxabu iza dəa, əynə sədrul xəlaiqi (xəlaifi) zul birri vət təqva, əynəbnun nəbiyyil Mustəfa vəbnu Əliyyinil Murtəza vəbnu Xədicətəl ğərra, vəbnu Fatimətəl Kubra, bi əbi əntə və ummi və nəfsi ləkəl viqau vəl hima, yəbnəs sadətil muqərrəbin, yəbnən nucəbail əkrəmin, yəbnəl hudatil məhdiyyin (muhtədin), yəbnəl xiyərətil muhəzzəbin, yəbnəl ğətarifətil əncəbin, yəbnəl ətayibil mutəhhərin (mustəzhərin), yəbnəl xəzarimətil muntəcəbin, yəbnəl qəmaqimətil əkrəmin (əkbərin), yəbnəl buduril munirəh, yəbnəs surucil muziəh, yəbnəş şuhubis saqibəh, yəbnəl əncumiz zahirəh, yəbnəs subulil vazihəh, yəbnəl ə`lamil laihəh, yəbnəl ulumil kamiləh, yəbnəs sunənil məşhurəh, yəbnəl məalimil mə`surəh, yəbnəl mu`cizatil məvcudəh, yəbnəd dəlailil məşhudəh (məşhurəh), yəbnəs siratil mustəqim, yəbnən nəbəil əzim, yəbnə mən huvə fi ummil kitabi lədəllahi əliyyun həkim, yəbnəl ayati vəl bəyyinat, yəbnəd dəlailiz zahirat, yəbnəl bərahinil vazihatil bahirat, yəbnəl hucəcil baliğat, yəbnən niəmis sabiğat, yəbnə Taha vəl muhkəmat, yəbnə Yasin vəz zariyat, yəbnət Turi vəl adiyat, yəbnə mən dəna fətədəlla, fəkanə qabə qəvsəyni əv ədna dunuvvən vəqtirabən minəl əliyyil ə`la, ləytə şi`ri əynəs təqərrət bikən nəva, bəl əyyu ərzin tuqillukə əv səra, əbirəzva əv ğəyriha əm zi tuva, əzizun ələyyə ən ərəl xəlqə və la tura, və la əsməə (əsməu) ləkə həsisən və la nəcva, əzizun ələyyə ən tuhitə bikə duniyəl (la tuhitə bi dunəkəl) bəlva, və la yənaləkə minni zəcicun və la şəkva, binəfsi əntə min muğəyyəbin ləm yəxlu minna, binəfsi əntə min nazihin ma nəzəhə (yənzəhu) ənna, binəfsi əntə umniyyətu şayiqin yətəmənna min mu`minin və mu`minətin zəkəra fəhənna, binəfsi əntə min əqidi izzin la yusama, binəfsi əntə min əsili məcdin la yucara (yuhaza), binəfsi əntə min tiladi niəmin la tuzaha, binəfsi əntə min nəsifi şərəfin la yusava, ila məta əharu (əc`əru) fikə ya məvlay, və ila məta və əyyə xitabin əsifu fikə və əyyə nəcva, əzizun ələyyə ən ucabə dunəkə və (əv) unağa, əzizun ələyyə ən əbkiyəkə və yəxzuləkəl vəra, əzizun ələyyə ən yəcriyə ələykə dunəhum ma cəra, həl min muinin fə utilə məəhul əvilə vəl buka, həl min cəzuin fəusaidə cəzəəhu iza xəla, həl qəziyət əynun fəsaədətha əyni ələl qəza, həl iləykə yəbnə Əhmədə səbilun fətulqa, həl yəttəsilu yəvmuna minkə bi idətin (biğədihi) fənəhza, məta nəridu mənahiləkər rəviyyətə fənərva, məta nəntəqiu min əzbi maikə fəqəd taləs səda, məta nuğadikə və nuravihukə fənuqirru (fənuqirrə) əyna (uyunəna), məta tərana (və) nərakə və qəd nəşərtə livaən nəsri tura, ətərana nəhuffu bikə və əntə təummul mələə və qəd mələ`təl ərzə ədla, və əzəqtə ə`daəkə həvanən və iqaba, və əbərtəl utatə və cəhədətəl həqqi və qətə`tə dabirəl mutəkəbbirin, vəctəsəstə usuləz zaliminə və nəhnu nəqulul həmdu lillahi rəbbil aləmin, Əllahummə əntə kəşşaful kərbi vəl bəlva, və iləykə əstə`di fə indəkəl ədva, və əntə rəbbul axirəti vəd dunya (ula), fə əğis ya ğiyasəl mustəğisin, ubəydəkəl mubtəla və ərihi səyyidəhu ya şədidəl quva, və əzil ənhu bihil əsa vəl cəva, və bərrid ğəliləhu ya mən ələl ərşistəva və mən iləyhir ruc`a vəl muntəha, Əllahummə və nəhnu əbidukət taiqunə (ş şaiqunə) ila vəliyyikəl muzəkkiri bik, və bi nəbiyyikə xələqtəhu ləna ismətən və məlaza, və əqəmtəhu ləna qivamən və məaza, və cəəltəhu lil mu`mininə minna imama, fəbəlliğhu minna təhiyyətən və səlama, və zidna bizalikə ya rəbbi ikrama, vəc`əl mustəqərrəhu ləna mustəqərrən və muqama, və ətmim ni`mətəkə bi təqdimikə iyyahu əmaməna hətta turidina cinanək (cənnatik), və murafəqətəş şuhədai min xuləsaik, Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd, və salli əla Muhəmmədin cəddihi (və) rəsulikəs səyyidil əkbər, və əla (Əliyyin) əbihis səyyidil əsğəri və cəddətihis siddiqətil kubra Fatimətə bintə Muhəmməd, və əla mənistəfəytə min abaihil bərərəh, və ələyhi əfzələ və əkməl, və ətəmmə və ədvəmə və əksərə və əvfərə ma səlləytə əla əhədin min əsfiyaikə və xiyərətikə min xəlqik, və salli ələyhi səlatən la ğayətə liədədiha, və la nihayətə limədədiha və la nəfadə liəmədiha, Əllahummə və əqim bihil həqqə və ədhiz bihil batil, və ədil bihi əvliyaəkə və əzlil bihi ə`daək, vəsilillahummə bəynəna və bəynəhu vuslətən tuəddi ila murafəqəti sələfih, vəc`əlna mimmən yə`xuzu bihuczətihim və yəmkusu fi zillihim, və əinna əla tə`diyəti huquqihi iləyh, vəl ictihadi fi taətih, vəctinabi mə`siyətih, vəmnun ələyna birizahu və həb ləna rə`fətəhu və rəhmətəh, və duaəhu və xəyrəhu ma nənalu bihi səətən min rəhmətikə və fəvzən indək, vəc`əl səlatəna bihi məqbulətən və zunubəna bihi məğfurətən və duaəna bihi mustəcaba, vəc`əl ərzaqəna bihi məbsutətən və humuməna bihi məkfiyyətən və həvaicəna bihi məqziyyəh, və əqbil iləyna bivəchikəl kərim, vəqbəl təqərrubəna iləyk, vənzur iləyna nəzrətən rəhimətən nəstəkmilu bihəl kəramətə indək, summə la təsrifha ənna bicudikə vəsqina min həvzi cəddihi salləllahu ələyhi və alih, bikə`sihi və biyədihi rəyyən rəviyyən həniən saiğən la zəməə bə`dəh, ya ərhəmər rahimin.Həmd yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allahın salavat və salamı olsun sərvərimiz, ağamız və Onun Peyğəmbəri Muhəmməd və Əhlibeytinə! İlahi, Özün və dinin üçün saflaşdırdığın övliyalarınla bağlı cərəyan edən qəza və qədərində Sənə həmd olsun. Çünki onlara Öz dərgahında olan əbədi nemətlər bəxş etdin ki, həmin nemətlər ötəri deyil və heç vaxt aradan getməz. (O nemətləri) bu alçaqtəbiətli dünyanın, onun bər-bəzək və zər-zivərli dərəcələrində zahidliyi onlar üçün şərt etdikdən, onların da bu şərti qəbul edib öz əhdlərinə sadiq olduqlarını bildikdən sonra əta etdin və onları qəbul və (Öz dərgahına) yaxınlaşdırdın. Yüksək zikri, aşkar tərifi onlara təqdim etdin. Mələk nazil edib Öz vəhyinlə onları əzizlədin, Öz elminlə onlara yardım etdin, onları Özünə doğru şəfatəçi, razılığına çatmaq üçün vasitə qərar verdin. Sonra onların bəzilərini (həzrət Adəmi) cənnətdən çıxarana qədər orada məskunlaşdırdın. Bəzilərini (həzrət Nuhu) nicat gəmisinə mindirib, onu və onunla birlikdə iman gətirənləri Öz rəhmətinlə həlakətdən nicat verdin. Bəzilərini Özünə dost seçdin, o da Səndən sonrakı ümmətlər içrə sadiq dil (həqiqəti söyləyən, düzdanışan canişin) istədi. Sən də onun istəyini qəbul edib, onları uca məqama yüksəltdin. Bəziləri (həzrət Musa) ilə ağac vasitəsi ilə danışdın və qardaşını (Harunu) onun üçün arxa, kömək və vəzir təyin etdin. Bəzilərini isə (həzrət İsa) atasız olaraq dünyaya gətirdin və ona aşkar möcüzələr əta edib, Ruhul-Qudusla təsdiqlədin. Onların hər birinə “şəriət” verdin. Onlar üçün canişinlər seçdin ki, hər biri digərindən sonra, müəyyən müddətdə dini qoruyub-saxladılar. Sənin dinini bərqərar edənlər (dirçəldənlər) bəndələrinə höccət və dəlil olsunlar ki, haqq öz yerindən çıxıb aradan getməsin və nəticədə, batil əhli haqq əhlinə qələbə çalmasın. Həmçinin bir kəs deməsin ki, “Ey Rəbbimiz, nə üçün bizi (əzabından) qorxudan bir elçi göndərmədin? Nə üçün biz xar olmamışdan qabaq (onları) bizə hidayətçi göndərmədin ki, Sənin möcüzələrinə tabe olaq?” Nəhayət, işləri həbibin və seçilmiş bəndən Muhəmmədə (Allahın salamı olsun ona və Əhlibeytinə) həvalə etdin. Beləcə, o, Sənin seçdiyin bir şəxs, məxluqatın ağası, seçdiyin bəndələrin üstünü, onların əfzəli, etimad etdiyin bəndələrin ən kəramətlisi oldu. Sən onu Öz peyğəmbərlərindən önə keçirtdin, Öz bəndələrindən olan “səqəleyn”ə (cinlər və insanlara) peyğəmbər seçdin. Öz məğrib və məşriqlərini onun ayaqları altından keçirtdin. “Büraq”ı (“Büraq” – Peyğəmbəri-Əkrəmin (s) “merac”a gedərkən mindiyi vasitə, at) ona ram etdin, ruhunu səmaya apardın, xilqətin vaxtı qurtarana kimi olmuş və olacaq hər bir şeyin elmini ona əmanət verdin. Sonra (düşmənlərinin möminlərdən qorxması ilə) onu qələbəyə yetirdin, onu Cəbrail, Mikail, xüsusi əlamət və nişanəsi olan mələklərinlə əhatə etdin. Ona vəd etdin ki, onun dinini müşriklər xoşlmasalar da, bütün dinlərə qalib edəsən və bu hadisə onu dini qorumaq üçün təyin etdikdən sonra baş verdi və oranı (qayıtdığı evi) onun və Əhlibeyti üçün ilkin ev qərar verdin ki, “Şübhəsiz, insanlar(ın ibadəti) üçün (təməli) qoyulmuş ilk ev, həmin Bəkkədəkidir (müqəddəs Məkkə şəhərindəkidir) ki, (o,) xeyir və bərəkətlə dolu və aləmdəkilər üçün hidayət vasitəsidir. Onda (Allahın tövhid, hikmət və rəhmətindən) aşkar nişanələr (və həmçinin o nişanələrdən biri olan) İbrahimin məqamı var. Kim ora daxil olsa amandadır (“Ali-İmran” surəsi, ayə 96-97). Əhlibeyt (ə) barəsində buyurdun: “Həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz Əhlibeytdən (əqidə, əxlaq və əməllərdə) hər cür pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak-pakizə etmək istəyir.”( “Əhzab” surəsi, ayə 33) Sonra Muhəmmədin (Sənin salamın olsun ona və Əhlibeytinə) muzdunu onlara aşkar məhəbbət qərar verdin və buyrdun ki: “(Ya Muhəmməd!) Xalqa de: Mən bu risalət müqabilində sizdən, Əhlibeytimə məhəbbət bəsləməkdən savayı bir muzd istəmirəm.” Yenə buyurdun: “Bu iş müqabilində sizdən bir şey istəyirəmsə, o, sizin xeyrinizədir.” Həmçinin buyurdun ki: “Bu iş müqabilində sizdən bir haqq, muzd istəmirəm.” “De: Mən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində – sizdən kiminsə öz Rəbbinə tərəf yol tutmaq istəməsi istisna olmaqla, bir muzd istəmirəm.” Yalnız onlar (imamlar) Sənə və Sənin razılığına doğru bir yol və vasitədirlər. Onun ömrü sona çatdıqda, (Qədir-Xumda) Əli ibn Əbu Talibi (Sənin salamın olsun onların hər ikisinə və onlaırn övladlarına) ayağa qaldırıb (Allahın əmri ilə) hidayətçi təyin etdi. Çünki o (Peyğəmbər), hamını ilahi əzabdan qorxdudur və hər bir qövm üçün bir hidayətçi idi. O həzrət öz ətrafına toplaşan camaata buyurdu: “Mən hər kimin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir. İlahi, onu sevənləri sev, ona kömək edənlərə kömək et! Onu xar etmək istəyənləri xar et!” Sonra buyurdu: “Mən hər kəsin peyğəmbəriyəmsə, Əli də onun əmiridir.” Yenə buyurdu: “Mən və Əli vahid bir şəcərədənik, sair şəxslər isə müxtəlif şəcərələrdəndirlər.” Peyğəmbər özünü Musaya, Əlini isə onun vəziri və canişini olan Haruna bənzədib buyurdu: “Sənin mənimlə olan münasibətin Harunun Musa ilə olan münasibəti kimidir; bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər yoxdur.” O həzrət aləmlərin qadınlarının xanımı və sərvəri olan öz qızını ona ərə verdi və məscidi ilə bağlı özünə halal olanları ona (imam Əli) da halal etdi, onun qapısından başqa (məsçidə açılan) bütün qapıları bağladı, sonra öz elm və hikmətini ona tapşırıb buyurdu: “Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır, hər kəs həmin şəhərə daxil olub hikmət istəsə, onun qapısından daxil olmalıdır.” Sonra buyurdu: “Ey Əli, Sən mənim qardaşım, canişinim və varisimsən, ətin mənim ətimdən, qanın mənim qanımdandır. Sənin sülhün mənim sülhüm və sənin müharibən mənim müharibəmdir. İman mənim ət-qanıma qarışdığı kimi, sənin ət və qanınla da qarışıb. Sən qiyamət günü “Kövsər” hovuzu kənarında canişinimsən. Sən mənim borclarımı ödəyib, vədlərimə vəfa edəcəksən. Sənin şiələrin cənnətdə, mənim ətrafımda nurdan olan minbərlər üstə, üzləri ağ olacaq. Onlar mənim qonşularımdır. Ey Əli! Sən olamasaydın, məndən sonra möminlər tanınmazdılar (münafiqlərdən seçilməzdilər).” Əli Peyğəmbərdən sonra (insanların) azğınlıqdan çıxmaq üçün hidayət məşəli, korlar üçün nur, Allahın möhkəm əlaqə ipi (vasitəsi) və Onun düzgün yolu oldu. Peyğəmbərlə qohumluqda heç kim ondan qabağa keçə bilmədi və heç kəim ondan qabaq İslamı qəbul etmədi, heç kim fəzilətlərindən hər hansı birində ona çata bilmədi. Daim Allahın Rəsulunun (Allahın salamı olsun onların hər ikisinə və övladlarına) qədəm qoyduğu yerə qədəm qoyurdu. Quranın təvili (batini təfsiri) əsasında cihad edirdi. Allah yolunda (çalışanda) məzəmmət edənlərin məzəmməti ona əsla təsir göstərmədi. Onun yolunda ərəblərin pəhləvanlarını haqlayıb öldürür, ərəb quldurlarını tuturdu. Bu da onların “Bədr”, “Xeybər”, “Hüneyn” və digər müharibələrdən ona qarşı kin-küdurət bəsləmələrinə səbəb oldu. Nəhayət, ona qarşı düşmənçilikdə əlbir olub əleyhinə qiyam etdilər. O da “nakisin”lər, (Cəməl döyüşü), “mariqin”lər (Nəhrəvan döyüşündə dindən çıxanlar) və “qasitin”lərlə (Siffeyn döyüşündə) müharibə edib onları qətlə yetirdi. Ömrü sona çatdıqda və ilk bədbəxtə tabe olan axırıncı bədbəxt (İbn Mülcəm) onu şəhadətə yetirdikdə, Allahın Rəsulnun (Allahın salamı olsun ona və Əhlibeytinə) bir-birinin ardınca gələcək rəhbərlərlə (xəlifələr) bağlı fərmanı yerinə yetirilmədi. Onun haqqına riayət edən az bir qrupdan savayı, ümmət ona qarşı amansız düşmənçiliyə qalxıb onunla qohumluq əlaqlərini qırmaq və övladlarını sürgün etmək üçün cəm olaraq bu işə israr etdi. Öldürülənlər öldürüldü, əsir edilənlər əsir edildi, sürgün edilənlər sürgün edildi və Allahın qəza-qədəri onlar üçün gözəl savab ümidi ilə ötüb keçdi. Çünki Allah Öz bəndələrindən istədiyi şəxsi yer üzünə varis edəcək. Gözəl aqibət isə təqvalılar üçündür. Hər bir eyib və nöqsandan pakdır bizim Rəbbimiz! Şübhəsiz, Onun vədləri hökmən yerinə yetiriləcək və Allah heç vaxt Öz vədinin əksinə çıxmaz. O, izzət və hikmət sahibidir. Elə isə Muhəmməd və Əlinin (Allahın salamı olsun onlara və onların övladlarına) pak və məsum Əhlibeytinə ağlayanlar ağlamalı, ahu-fəğan edənlər onların halına ahü-fəğan etməli, yalnız onlar kimilərə göz yaşı axıdılmalı, fəryad edənlər fəryad etməli, şivən edənlər şivən etməli, nalə edənlər nalə etməli, ürəkləri yananlar onların halına ürək yandırmalıdır. Haradadır Həsən? Haradadır Hüseyn? Haradadır Hüseynin oğulları? Salehdən sonrakı saleh (insan), sadiqdən sonrakı sadiq insan haradadır? Başqa yoldan sonrakı düz yol haradadır? Yaxşı insanlardan sonrakı yaxşı insanlar haradadır? Nur saçan günəşlər haradadır? Nur yayan (verən) aylar haradadır? Haradadır parlaq ulduzlar? Haradadır dinin nişanələri, elmin sutunları? Haradadır Allahın yer üzündə saxladığı “Bəqiyyətullah” (imam Zaman), elə bir şəxs ki, Peyğəmbərin pak Əhlibeytindən kənarda deyil. Haradadır zülmkarın kökünü kəsmək üçün saxlanmış şəxs? Haradadır əyrilikləri, nadürüstləri düzəltmək üçün intizarı çəkilən şəxs? Haradadır zülm və düşmənçilliyi məhv etmək üçün ümid olunan şəxs? Haradadır vacibləri və sünnələri yeniləşdirmək üçün ehtiyat edilmiş şəxs? Haradadır din və şəriəti əslinə qaytarmaq üçün ixtiyar verilmiş şəxs? Haradadır Allahın kitabı və Onun hədd-hüdudunu diriltmək üçün arzu olunan şəxs? Haradadır din və din əhlinin nişanələrini dirildən şəxs? Haradadır həddini aşanların izzət və şövkətini tar-mar edən? Haradadır şirk və nifaqın bünövrələrini sarsıdıb məhv edən şəxs? Haradadır fisq, üsyan, tüğyan əhlini həlak edən şəxs? Haradadır azğınlıq və ixtilaf şaxələrini kəsən? Haradadır nəfsin istəklərinə pərəstişin, əyriliklərin əsər-əlamətlərini məhv edən? Haradadır yalan, iftira zəncirlərini kəsib doğrayan? Haradadır təkəbbürləri, inadkarları məhv edən? Haradadır inad edib zəlalətə salanların və küfr əhlinin kökünü kəsən? Haradadır Allah övliyalarına izzət bəxş edib düşmənlərini zəlil edən? Haradadır təqva kəlmələrini toplayıb cəm edən? Haradadır nemətlərin əta olunduğu Allah qapısı? Haradadır Allah övliyalarının üz çevirdikləri Allah vəchi (vasitəsi)? Haradadır yerlə səma arasındakı əlaqə səbəbi? Haradadır fəth gününün sahibi və hidayət bayrağını yayan? Haradadır peyğəmbərlər və onların övladlarının intiqamını alan? Haradadır Kərbəlada qətlə yetirilənin qanının intiqamını alan? Haradadır o kəs ki, hər kəs ona qarşı çıxsa və iftira yaxsa məğlub olar? Haradadır o möhtac kəs ki, dua etdiyi halda qəbul olunar? Haradadır məxluqatın başçısı, yaxşılıq və təqva sahibi? Haradadır Peyğəmbəri-Mustafanın, Əli-Mürtəzanın, alnıaçıq Xədicənin, Fatimeyi-Kübranın oğlu? Atam-anam və özüm sənə fəda, sənə gələn bəlalara sipər olaq! Ey (Allah dərgahına) yaxın olan sərvərlərin övladı! Ey (Allah yanında) kəramətli və əziz olan seçilmişlərin övladı! (Allah tərəfindən) hidayət olunan, yolgöstərən rəhbərlərin oğlu, nəfslərini saflaşdırmış xeyirxah insanların övladı? Haradadır ən nəcabətli, səxavətlilərin oğlu? Ey mütəhhər, pak-pakizə insanların oğlu! Ey parlaq ayların oğlu! Ey nur saçan çıraqların oğlu! Ey nur saçan səma cisimlərinin oğlu! Ey nur verən ulduzların oğlu! Ey aşkar yolların oğlu! Ey aşkar bayraqların oğlu? Ey kamil elmlərin oğlu! Ey məşhur sünnə və qayda-qanunların oğlu! Ey zikr olunmuş iman nişanələrinin oğlu! Ey mövcud möcüzələrin oğlu! Ey məşhud dəlillərin oğlu! Ey “Sirati-müstəqim”in (doğru yol) oğlu! Ey “nəbəil-əzim”in (böyük xəbər) oğlu! Ey uca və hikmətli Allah yanında olan “Ümmül-kitab“dakı şəxsin oğlu! Ey ayə və dəlillərin oğlu! Ey aşkar və qalib dəlillərin oğlu! Ey aşkar və qalib bürhanların oğlu! Ey Allahın (xalqa) çatdırılmış höccətlərinin oğlu! Ey Allahın tamamlanmış nemətlərinin oğlu! Ey “Taha” və “möhkəm ayələr”in oğlu! Ey “Yasin” və “Zariyat”ın oğlu! Ey “Tur” və “Adiyat”ın oğlu! Ey (meracda) Allahın hüzuruna iki ox məsafəsi, yaxud ondan da yaxın məsafəyə qədər yaxınlaşan şəxsin oğlu! Elə bir yaxınlıq ki, “əli” və əla (ucaməqamlı) şəxsin tərəfindən idi. Kaş biləydim ki, harada qəlblər sənin zühurunla aram olacaq! Sən harada məskunlaşmısan? ”Rizvan” (Allahın behiştində) bir məkandasanmı, yoxsa ayrı yerdə? Yaxud “Zi-Tuva”da məskunlaşmısan? Mənə çox ağırdır ki, xalqın hamısını görəm, amma səni görünməyəm və sənin mənə həzin səsin və gizli pıçıltın çatmasın! Mənə çox çətindir ki, mən salamat olduğum halda, səni bəlalar (imtahanlar) əhatə etsin və mənim ah-naləm, şikayətim sənə çatmasın! Canım sənə fəda olsun, sən elə bir gizli həqiqətsən ki, bizdən uzaqda deyilsən! Canım fəda olsun sənə, ey bizdən ayrı olmayan şəxs, həqiqətən də, bizdən ayrı deyilsən! Canım fəda olsun sənə, sən mömin və möminələrin arzuladığı şəxssən! Onlar səni yad edib ah-fəğan edirlər. Canım fəda olsun sənə, sən misli-bərabəri olmayan izzət sahibisən! Canım sənə fəda olsun, misli olmayan əzəmət və alicənablıq sahibisən! Canım fəda olsun sənə, sən Allahın xalis və misilsiz nemətlərindənsən ki, həç nə ona çatmaz! Canım fəda olsun sənə, ey başında şərafət əmmaməsi olan və tayı-bərabəri olmayan! Nə vaxta qədər səni axtarmaqda sərgərdan qalacağam, ey mənim mövlam? Nə vaxta qədər və hansı sözlərlə, münacatla səni vəsv edim? Mənə çox çətindir ki, sənsiz mənə cavab verilsin və mənə xoş sözlər deyilsin. Mənə çox çətindir ki, mən sənin (hicranın) üçün ağlayım, başqaları isə səni tərk etsinlər. Mənə çətindir ki, cərəyan edən hadisələr (böyük qeyb dövrü) sənin üçün baş versin. Bir şəxs varmı mənə ah-nalə edib ağlamaq səsimi ucaltmağa köməkçi olsun? Bir ah-nalə edən, fəryad qoparan varmı ki, gizlində onun ah-fəryadından qüvvə alam? (Qan) ağlayan göz varmı ki, mənim gözlərim də ona kömək edib zar-zar ağlasın? Ey Əhmədin (Peyğəmbərin (s)) oğlu! Görəsən səninlə görüşmək üçün bir yol varmı? Görəsən, bir sabah günümüz sənin gününlə birləşəcək və biz səndən bəhrələncəyikmi? Nə vaxt sənin rəhmət çaylarına daxil olub sirab olacağıq? Nə vaxt sənin saf və dadlı suyundan içəcəyik(yəni zühurundan faydalanacağıq)? Halbuki sədamız uzun-uzadı oldu? Nə vaxt olacaq ki, sübh-axşam sənin yanında olacağıq və gözlərimizin yaşı quruyacaq (şad olacağıq)? Nə vaxt sən bizi görəcək və biz də səni görəcəyik? Bir halda ki, sən aşkar görünən bayrağını yer üzünün hər yerinə sancacaqsan? Nə vaxt biz sənin ətrafına yığışacağıq və sən zalımların canına qəsd edəcək və yer üzünü ədalətlə doldurub, öz düşmənlərinə xarlıq və zilləti dadızdırıb cəzalandıracaqsan? Haqqa təcavüz edənləri, haqq qarşısında inadkarlıq edənləri və haqqı inkar edənləri həlak edəcəksən? Təkəbbürlü şəxslərin kökünü kəsəcəksən? Zalımların kökünü kəsəcəksən və biz də deyəcəyik ki, aləmlərin Rəbbi olan Allaha şükr olsun?! İlahi!, Sən bəlaları, müsibətləri aradan qaldıransan, mən Səndən qəlbimin fəryadına yetməyini istəyirəm, çünki Sən fəryadlara yetənsən və Sən dünya və axirətin Allahısan! Yalnız Səndən kömək istəyirəm, kömək də yalnız Sənin yanındadır. Onda imtahan olunmuş (bəlalara mübtəla olmuş) bəndənin fəryadına çat! Ey fəryad edənlərin dadına çatan! Ona öz ağasını (aşkar et) göstər! Ey böyük qüdrət və əzəmət sahib! Onun vasitəsilə o bəndəndən qəm-qüssəni, kədəri apar və ürək yanğısını sərinləşdir! Ey ərşə hakim kəsilən! Ey Ona tərəf qayıdacağımız şəxs və Ey (arzularımızın) Ona tərəf yönəldiyi şəxs! İlahi, biz Sənin və Peyğəmbərini yad edən vəli (imam) və dostunu arzulayan bəndələrik! Sən o vəlini bizə keşikçi və pənahgah yaratdın, onu bizdən olan möminlərə imam təyin etdin, elə isə bizdən ona salam yetir! Ey Rəbbim! Onun vasitəsilə bizə Öz kərəmini artır, onun qərar tutduğu yeri bizim üçün qərar tutulan yer və iqamətgah qərar ver! Onu bizə təqdim etməklə Öz nemətlərini tamamla ki, bizi Öz cənnətlərinə daxil edib xalis bəndələrindən olan şəhidlərlə yoldaş edəsən! İlahi, Peyğəmbər və onun Əhlibeytinə salam və salavat yetir, onun (imam Zamanın (ə)) cəddi və Sənin rəsulun Muhəmmədə – ən böyük ağamıza və onun atasından (Peyğəmbərdən) kiçik olan ağamıza (həzrət Əliyə), nənəsi Siddiqeyi-Kubraya – Fatimə bint Muhəmmədə və onun çox xeyirxah və düzdanışan atalarından (sair məsum imamlardan) olan seçdiyin şəxslərə və onun özünə salam və salavat göndər! Özün üçün seçdiyin şəxslərə və bəndələrindən olan xeyirxah insanlara salavatların ən fəzilətlisi, ən kamili, ən tamı, ən davamlısı və ən çoxunu onlara yetir və o həzrətə sayı üçün bir son, ardı üçün bir nəhayət, müddəti üçün bir yoxluq olmayan bir salavat göndər! İlahi, onun vasitəsi ilə haqqı bərqarar edib batili məhv et! Öz dostlarını onun vasitəsi ilə qalib, düşmənlərini isə zəlil et! İlahi, bizimilə onun arasında vüsal bərqarar et! Elə bir vüsal ki, bizi onun sələfləri (imamlar və peyğəmbərlər) ilə yoldaş olmağa aparıb çıxarsın! Bizi onun kəmərindən yapışıb kölgəsində yerləşənlər sırasına qat. Onun haqlarını onun özünə qaytarmaqda bizə kömək et! Ona itaət etməkdə, çətinlikdə, ona asi olmamaqda bizə yardımçı ol!. Onun bizdən razı olması ilə bizə minnət qoy! Onun mehribanlığını, rəhmətini, dua və xeyir-bərəkətini bizə əta et! Belə ki, biz onun səbəbinə Sənin rəhmətinin genişliyinə və səadətə çataq! Namazlarımızı onun xatirinə məqbul, günahlarımızı onun xatirinə əfv et, dualarımızı onun xatirinə qəbul buyur! Ruzilərimizi onun xatirinə bol və firavan, qəm-qüssələrimizi onun xatirinə kifayət olunmuş, ehtiyaclarımızı onun xatirinə təmin olunmuş qərar ver! Öz kərəm və rəhmət vəchinlə bizə doğru nəzər et! Sənə doğru təvəssül və yaxınlaşmaq (niyyətimizi) qəbul et! Bizə nəzər et, rəhmət nəzəri ilə! O rəhmət səbəbi ilə Sənin yanından olan kəraməti kamil surətdə əldə edək, sonra da o rəhməti Öz ehsanınla heç vaxt bizdən başqa tərəfə çevirmə (bizdən alma)! Onun cəddinin (Allahın salam və salavatı olsun ona və Əhlibeytinə) (Kövsər) hovuzunda bizi o həzrətin camı və mübarək əli ilə sirab et! O dadlı və şəffaf su ilə elə sirab et ki, ondan sonra heç vaxt susamayaq, ey mehribanların ən mehribanı!الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ وَ صَلَّى اللَّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ نَبِيِّهِ وَ آلِهِ وَ سَلَّمَ تَسْلِيما اللَّهُمَّ لَكَ الْحَمْدُ عَلَى مَا جَرَى بِهِ قَضَاؤُكَ فِي أَوْلِيَائِكَ الَّذِينَ اسْتَخْلَصْتَهُمْ لِنَفْسِكَ وَ دِينِكَ إِذِ اخْتَرْتَ لَهُمْ جَزِيلَ مَا عِنْدَكَ مِنَ النَّعِيمِ الْمُقِيمِ الَّذِي لا زَوَالَ لَهُ وَ لا اضْمِحْلالَ بَعْدَ أَنْ شَرَطْتَ عَلَيْهِمُ الزُّهْدَ فِي دَرَجَاتِ هَذِهِ الدُّنْيَا الدَّنِيَّةِ وَ زُخْرُفِهَا وَ زِبْرِجِهَا فَشَرَطُوا لَكَ ذَلِكَ وَ عَلِمْتَ مِنْهُمُ الْوَفَاءَ بِهِ فَقَبِلْتَهُمْ وَ قَرَّبْتَهُمْ وَ قَدَّمْتَ لَهُمُ الذِّكْرَ الْعَلِيَّ وَ الثَّنَاءَ الْجَلِيَّ وَ أَهْبَطْتَ عَلَيْهِمْ مَلائِكَتَكَ وَ كَرَّمْتَهُمْ بِوَحْيِكَ وَ رَفَدْتَهُمْ بِعِلْمِكَ وَ جَعَلْتَهُمُ الذَّرِيعَةَ [الذَّرَائِعَ‏] إِلَيْكَ وَ الْوَسِيلَةَ إِلَى رِضْوَانِكَ فَبَعْضٌ أَسْكَنْتَهُ جَنَّتَكَ إِلَى أَنْ أَخْرَجْتَهُ مِنْهَا وَ بَعْضٌ حَمَلْتَهُ فِي فُلْكِكَ وَ نَجَّيْتَهُ وَ [مَعَ‏] مَنْ آمَنَ مَعَهُ مِنَ الْهَلَكَةِ بِرَحْمَتِكَ وَ بَعْضٌ اتَّخَذْتَهُ لِنَفْسِكَ خَلِيلا وَ سَأَلَكَ لِسَانَ صِدْقٍ فِي الْآخِرِينَ فَأَجَبْتَهُ وَ جَعَلْتَ ذَلِكَ عَلِيّا وَ بَعْضٌ كَلَّمْتَهُ مِنْ شَجَرَةٍ تَكْلِيما وَ جَعَلْتَ لَهُ مِنْ أَخِيهِ رِدْءا وَ وَزِيرا وَ بَعْضٌ أَوْلَدْتَهُ مِنْ غَيْرِ أَبٍ وَ آتَيْتَهُ الْبَيِّنَاتِ وَ أَيَّدْتَهُ بِرُوحِ الْقُدُسِ وَ كُلٌّ [وَ كُلا] شَرَعْتَ لَهُ شَرِيعَةً وَ نَهَجْتَ لَهُ مِنْهَاجا وَ تَخَيَّرْتَ لَهُ أَوْصِيَاءَ [أَوْصِيَاءَهُ‏] مُسْتَحْفِظا بَعْدَ مُسْتَحْفِظٍ [مُسْتَحْفَظا بَعْدَ مُسْتَحْفَظٍ] مِنْ مُدَّةٍ إِلَى مُدَّةٍ إِقَامَةً لِدِينِكَ وَ حُجَّةً عَلَى عِبَادِكَ وَ لِئَلا يَزُولَ الْحَقُّ عَنْ مَقَرِّهِ وَ يَغْلِبَ الْبَاطِلُ عَلَى أَهْلِهِ وَ لا [لِئَلا] يَقُولَ أَحَدٌ لَوْ لا أَرْسَلْتَ إِلَيْنَا رَسُولا مُنْذِرا وَ أَقَمْتَ لَنَا عَلَما هَادِيا فَنَتَّبِعَ آيَاتِكَ مِنْ قَبْلِ أَنْ نَذِلَّ وَ نَخْزَى إِلَى أَنِ انْتَهَيْتَ بِالْأَمْرِ إِلَى حَبِيبِكَ وَ نَجِيبِكَ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ فَكَانَ كَمَا انْتَجَبْتَهُ سَيِّدَ مَنْ خَلَقْتَهُ وَ صَفْوَةَ مَنِ اصْطَفَيْتَهُ وَ أَفْضَلَ مَنِ اجْتَبَيْتَهُ وَ أَكْرَمَ مَنِ اعْتَمَدْتَهُ قَدَّمْتَهُ عَلَى أَنْبِيَائِكَ وَ بَعَثْتَهُ إِلَى الثَّقَلَيْنِ مِنْ عِبَادِكَ وَ أَوْطَأْتَهُ مَشَارِقَكَ وَ مَغَارِبَكَ وَ سَخَّرْتَ لَهُ الْبُرَاقَ وَ عَرَجْتَ بِرُوحِهِ [بِهِ‏] إِلَى سَمَائِكَ وَ أَوْدَعْتَهُ عِلْمَ مَا كَانَ وَ مَا يَكُونُ إِلَى انْقِضَاءِ خَلْقِكَ ثُمَّ نَصَرْتَهُ بِالرُّعْبِ وَ حَفَفْتَهُ بِجَبْرَئِيلَ وَ مِيكَائِيلَ وَ الْمُسَوِّمِينَ مِنْ مَلائِكَتِكَ وَ وَعَدْتَهُ أَنْ تُظْهِرَ دِينَهُ عَلَى الدِّينِ كُلِّهِ وَ لَوْ كَرِهَ الْمُشْرِكُونَ وَ ذَلِكَ بَعْدَ أَنْ بَوَّأْتَهُ مُبَوَّأَ صِدْقٍ مِنْ أَهْلِهِ وَ جَعَلْتَ لَهُ وَ لَهُمْ أَوَّلَ بَيْتٍ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكا وَ هُدًى لِلْعَالَمِينَ فِيهِ آيَاتٌ بَيِّنَاتٌ مَقَامُ إِبْرَاهِيمَ وَ مَنْ دَخَلَهُ كَانَ آمِنا وَ قُلْتَ اِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهِيرا ثُمَّ جَعَلْتَ أَجْرَ مُحَمَّدٍ صَلَوَاتُكَ عَلَيْهِ وَ آلِهِ مَوَدَّتَهُمْ فِي كِتَابِكَ فَقُلْتَ قُلْ لا أَسْئَلُكُمْ عَلَيْهِ أَجْرا إِلا الْمَوَدَّةَ فِي الْقُرْبَى وَ قُلْتَ مَا سَأَلْتُكُمْ مِنْ أَجْرٍ فَهُوَ لَكُمْ وَ قُلْتَ مَا أَسْئَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِلا مَنْ شَاءَ أَنْ يَتَّخِذَ إِلَى رَبِّهِ سَبِيلا فَكَانُوا هُمُ السَّبِيلَ إِلَيْكَ وَ الْمَسْلَكَ إِلَى رِضْوَانِكَ فَلَمَّا انْقَضَتْ أَيَّامُهُ أَقَامَ وَلِيَّهُ عَلِيَّ بْنَ أَبِي طَالِبٍ صَلَوَاتُكَ عَلَيْهِمَا وَ آلِهِمَا هَادِيا إِذْ كَانَ هُوَ الْمُنْذِرَ وَ لِكُلِّ قَوْمٍ هَادٍ فَقَالَ وَ الْمَلَأُ أَمَامَهُ مَنْ كُنْتُ مَوْلاهُ فَعَلِيٌّ مَوْلاهُ اللَّهُمَّ وَالِ مَنْ وَالاهُ وَ عَادِ مَنْ عَادَاهُ وَ انْصُرْ مَنْ نَصَرَهُ وَ اخْذُلْ مَنْ خَذَلَهُ وَ قَالَ مَنْ كُنْتُ أَنَا نَبِيَّهُ فَعَلِيٌّ أَمِيرُهُ وَ قَالَ أَنَا وَ عَلِيٌّ مِنْ شَجَرَةٍ وَاحِدَةٍ وَ سَائِرُ النَّاسِ مِنْ شَجَرٍ شَتَّى وَ أَحَلَّهُ مَحَلَّ هَارُونَ مِنْ مُوسَى فَقَالَ لَهُ أَنْتَ مِنِّي بِمَنْزِلَةِ هَارُونَ مِنْ مُوسَى إِلا أَنَّهُ لا نَبِيَّ بَعْدِي وَ زَوَّجَهُ ابْنَتَهُ سَيِّدَةَ نِسَاءِ الْعَالَمِينَ وَ أَحَلَّ لَهُ مِنْ مَسْجِدِهِ مَا حَلَّ لَهُ وَ سَدَّ الْأَبْوَابَ إِلا بَابَهُ ثُمَّ أَوْدَعَهُ عِلْمَهُ وَ حِكْمَتَهُ فَقَالَ أَنَا مَدِينَةُ الْعِلْمِ وَ عَلِيٌّ بَابُهَا فَمَنْ أَرَادَ الْمَدِينَةَ وَ الْحِكْمَةَ فَلْيَأْتِهَا مِنْ بَابِهَا ثُمَّ قَالَ أَنْتَ أَخِي وَ وَصِيِّي وَ وَارِثِي لَحْمُكَ مِنْ لَحْمِي وَ دَمُكَ مِنْ دَمِي وَ سِلْمُكَ سِلْمِي وَ حَرْبُكَ حَرْبِي وَ الْإِيمَانُ مُخَالِطٌ لَحْمَكَ وَ دَمَكَ كَمَا خَالَطَ لَحْمِي وَ دَمِي وَ أَنْتَ غَدا عَلَى الْحَوْضِ خَلِيفَتِي وَ أَنْتَ تَقْضِي دَيْنِي وَ تُنْجِزُ عِدَاتِي وَ شِيعَتُكَ عَلَى مَنَابِرَ مِنْ نُورٍ مُبْيَضَّةً وُجُوهُهُمْ حَوْلِي فِي الْجَنَّةِ وَ هُمْ جِيرَانِي وَ لَوْ لا أَنْتَ يَا عَلِيُّ لَمْ يُعْرَفِ الْمُؤْمِنُونَ بَعْدِي وَ كَانَ بَعْدَهُ هُدًى مِنَ الضَّلالِ وَ نُورا مِنَ الْعَمَى وَ حَبْلَ اللَّهِ الْمَتِينَ وَ صِرَاطَهُ الْمُسْتَقِيمَ لا يُسْبَقُ بِقَرَابَةٍ فِي رَحِمٍ وَ لا بِسَابِقَةٍ فِي دِينٍ وَ لا يُلْحَقُ فِي مَنْقَبَةٍ مِنْ مَنَاقِبِهِ يَحْذُو حَذْوَ الرَّسُولِ صَلَّى اللَّهُ عَلَيْهِمَا وَ آلِهِمَا وَ يُقَاتِلُ عَلَى التَّأْوِيلِ وَ لا تَأْخُذُهُ فِي اللَّهِ لَوْمَةُ لائِمٍ قَدْ وَتَرَ فِيهِ صَنَادِيدَ الْعَرَبِ وَ قَتَلَ أَبْطَالَهُمْ وَ نَاوَشَ [نَاهَشَ‏] ذُؤْبَانَهُمْ فَأَوْدَعَ قُلُوبَهُمْ أَحْقَادا بَدْرِيَّةً وَ خَيْبَرِيَّةً وَ حُنَيْنِيَّةً وَ غَيْرَهُنَّ فَأَضَبَّتْ [فَأَصَنَّتْ‏] [فَأَصَنَ‏] عَلَى عَدَاوَتِهِ وَ أَكَبَّتْ عَلَى مُنَابَذَتِهِ حَتَّى قَتَلَ النَّاكِثِينَ وَ الْقَاسِطِينَ وَ الْمَارِقِينَ وَ لَمَّا قَضَى نَحْبَهُ وَ قَتَلَهُ أَشْقَى [الْأَشْقِيَاءِ مِنَ الْأَوَّلِينَ وَ الْآخِرِينَ‏] الْآخِرِينَ يَتْبَعُ أَشْقَى الْأَوَّلِينَ لَمْ يُمْتَثَلْ أَمْرُ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ فِي الْهَادِينَ بَعْدَ الْهَادِينَ وَ الْأُمَّةُ مُصِرَّةٌ عَلَى مَقْتِهِ مُجْتَمِعَةٌ عَلَى قَطِيعَةِ رَحِمِهِ وَ إِقْصَاءِ وَلَدِهِ إِلا الْقَلِيلَ مِمَّنْ وَفَى لِرِعَايَةِ الْحَقِّ فِيهِمْ فَقُتِلَ مَنْ قُتِلَ وَ سُبِيَ مَنْ سُبِيَ وَ أُقْصِيَ مَنْ أُقْصِيَ وَ جَرَى الْقَضَاءُ لَهُمْ بِمَا يُرْجَى لَهُ حُسْنُ الْمَثُوبَةِ إِذْ كَانَتِ الْأَرْضُ لِلَّهِ يُورِثُهَا مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ وَ الْعَاقِبَةُ لِلْمُتَّقِينَ وَ سُبْحَانَ رَبِّنَا إِنْ كَانَ وَعْدُ رَبِّنَا لَمَفْعُولا وَ لَنْ يُخْلِفَ اللَّهُ وَعْدَهُ وَ هُوَ الْعَزِيزُ الْحَكِيمُ فَعَلَى الْأَطَائِبِ مِنْ أَهْلِ بَيْتِ مُحَمَّدٍ وَ عَلِيٍّ صَلَّى اللَّهُ عَلَيْهِمَا وَ آلِهِمَا فَلْيَبْكِ الْبَاكُونَ وَ إِيَّاهُمْ فَلْيَنْدُبِ النَّادِبُونَ وَ لِمِثْلِهِمْ فَلْتُذْرَفِ [فَلْتَدُرَّ] الدُّمُوعُ وَ لْيَصْرُخِ الصَّارِخُونَ وَ يَضِجُّ [يَضِجَ‏] الضَّاجُّونَ وَ يَعِجُّ [يَعِجَ‏] الْعَاجُّونَ أَيْنَ الْحَسَنُ أَيْنَ الْحُسَيْنُ أَيْنَ أَبْنَاءُ الْحُسَيْنِ صَالِحٌ بَعْدَ صَالِحٍ وَ صَادِقٌ بَعْدَ صَادِقٍ أَيْنَ السَّبِيلُ بَعْدَ السَّبِيلِ أَيْنَ الْخِيَرَةُ بَعْدَ الْخِيَرَةِ أَيْنَ الشُّمُوسُ الطَّالِعَةُ أَيْنَ الْأَقْمَارُ الْمُنِيرَةُ أَيْنَ الْأَنْجُمُ الزَّاهِرَةُ أَيْنَ أَعْلامُ الدِّينِ وَ قَوَاعِدُ الْعِلْمِ أَيْنَ بَقِيَّةُ اللَّهِ الَّتِي لا تَخْلُو مِنَ الْعِتْرَةِ الْهَادِيَةِ أَيْنَ الْمُعَدُّ لِقَطْعِ دَابِرِ الظَّلَمَةِ أَيْنَ الْمُنْتَظَرُ لِإِقَامَةِ الْأَمْتِ وَ الْعِوَجِ أَيْنَ الْمُرْتَجَى لِإِزَالَةِ الْجَوْرِ وَ الْعُدْوَانِ أَيْنَ الْمُدَّخَرُ لِتَجْدِيدِ الْفَرَائِضِ وَ السُّنَنِ أَيْنَ الْمُتَخَيَّرُ [الْمُتَّخَذُ] لِإِعَادَةِ الْمِلَّةِ وَ الشَّرِيعَةِ أَيْنَ الْمُؤَمَّلُ لِإِحْيَاءِ الْكِتَابِ وَ حُدُودِهِ أَيْنَ مُحْيِي مَعَالِمِ الدِّينِ وَ أَهْلِهِ أَيْنَ قَاصِمُ شَوْكَةِ الْمُعْتَدِينَ أَيْنَ هَادِمُ أَبْنِيَةِ الشِّرْكِ وَ النِّفَاقِ أَيْنَ مُبِيدُ أَهْلِ الْفُسُوقِ وَ الْعِصْيَانِ وَ الطُّغْيَانِ أَيْنَ حَاصِدُ فُرُوعِ الْغَيِّ وَ الشِّقَاقِ [النِّفَاقِ‏] أَيْنَ طَامِسُ آثَارِ الزَّيْغِ وَ الْأَهْوَاءِ أَيْنَ قَاطِعُ حَبَائِلِ الْكِذْبِ [الْكَذِبِ‏] وَ الافْتِرَاءِ أَيْنَ مُبِيدُ الْعُتَاةِ وَ الْمَرَدَةِ أَيْنَ مُسْتَأْصِلُ أَهْلِ الْعِنَادِ وَ التَّضْلِيلِ وَ الْإِلْحَادِ أَيْنَ مُعِزُّ الْأَوْلِيَاءِ وَ مُذِلُّ الْأَعْدَاءِ أَيْنَ جَامِعُ الْكَلِمَةِ [الْكَلِمِ‏] عَلَى التَّقْوَى أَيْنَ بَابُ اللَّهِ الَّذِي مِنْهُ يُؤْتَى أَيْنَ وَجْهُ اللَّهِ الَّذِي إِلَيْهِ يَتَوَجَّهُ الْأَوْلِيَاءُ أَيْنَ السَّبَبُ الْمُتَّصِلُ بَيْنَ الْأَرْضِ وَ السَّمَاءِ أَيْنَ صَاحِبُ يَوْمِ الْفَتْحِ وَ نَاشِرُ رَايَةِ الْهُدَى أَيْنَ مُؤَلِّفُ شَمْلِ الصَّلاحِ وَ الرِّضَا أَيْنَ الطَّالِبُ بِذُحُولِ الْأَنْبِيَاءِ وَ أَبْنَاءِ الْأَنْبِيَاءِ أَيْنَ الطَّالِبُ [الْمُطَالِبُ‏] بِدَمِ الْمَقْتُولِ بِكَرْبَلاءَ أَيْنَ الْمَنْصُورُ عَلَى مَنِ اعْتَدَى عَلَيْهِ وَ افْتَرَى أَيْنَ الْمُضْطَرُّ الَّذِي يُجَابُ إِذَا دَعَا أَيْنَ صَدْرُ الْخَلائِقِ [الْخَلائِفِ‏] ذُو الْبِرِّ وَ التَّقْوَى أَيْنَ ابْنُ النَّبِيِّ الْمُصْطَفَى وَ ابْنُ عَلِيٍّ الْمُرْتَضَى وَ ابْنُ خَدِيجَةَ الْغَرَّاءِ وَ ابْنُ فَاطِمَةَ الْكُبْرَى بِأَبِي أَنْتَ وَ أُمِّي وَ نَفْسِي لَكَ الْوِقَاءُ وَ الْحِمَى يَا ابْنَ السَّادَةِ الْمُقَرَّبِينَ يَا ابْنَ النُّجَبَاءِ الْأَكْرَمِينَ يَا ابْنَ الْهُدَاةِ الْمَهْدِيِّينَ [الْمُهْتَدِينَ‏] يَا ابْنَ الْخِيَرَةِ الْمُهَذَّبِينَ يَا ابْنَ الْغَطَارِفَةِ الْأَنْجَبِينَ يَا ابْنَ الْأَطَائبِ الْمُطَهَّرِينَ [الْمُسْتَظْهَرِينَ‏] يَا ابْنَ الْخَضَارِمَةِ الْمُنْتَجَبِينَ يَا ابْنَ الْقَمَاقِمَةِ الْأَكْرَمِينَ [الْأَكْبَرِينَ‏] يَا ابْنَ الْبُدُورِ الْمُنِيرَةِ يَا ابْنَ السُّرُجِ الْمُضِيئَةِ يَا ابْنَ الشُّهُبِ الثَّاقِبَةِ يَا ابْنَ الْأَنْجُمِ الزَّاهِرَةِ يَا ابْنَ السُّبُلِ الْوَاضِحَةِ يَا ابْنَ الْأَعْلامِ اللائِحَةِ يَا ابْنَ الْعُلُومِ الْكَامِلَةِ يَا ابْنَ السُّنَنِ الْمَشْهُورَةِ يَا ابْنَ الْمَعَالِمِ الْمَأْثُورَةِ يَا ابْنَ الْمُعْجِزَاتِ الْمَوْجُودَةِ يَا ابْنَ الدَّلائِلِ الْمَشْهُودَةِ [الْمَشْهُورَةِ] يَا ابْنَ الصِّرَاطِ الْمُسْتَقِيمِ يَا ابْنَ النَّبَإِ الْعَظِيمِ يَا ابْنَ مَنْ هُوَ فِي أُمِّ الْكِتَابِ لَدَى اللَّهِ عَلِيٌّ حَكِيمٌ يَا ابْنَ الْآيَاتِ وَ الْبَيِّنَاتِ يَا ابْنَ الدَّلائِلِ الظَّاهِرَاتِ يَا ابْنَ الْبَرَاهِينِ الْوَاضِحَاتِ الْبَاهِرَاتِ يَا ابْنَ الْحُجَجِ الْبَالِغَاتِ يَا ابْنَ النِّعَمِ السَّابِغَاتِ يَا ابْنَ طه وَ الْمُحْكَمَاتِ يَا ابْنَ يس وَ الذَّارِيَاتِ يَا ابْنَ الطُّورِ وَ الْعَادِيَاتِ يَا ابْنَ مَنْ دَنَا فَتَدَلَّى فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَى دُنُوّا وَ اقْتِرَابا مِنَ الْعَلِيِّ الْأَعْلَى لَيْتَ شِعْرِي أَيْنَ اسْتَقَرَّتْ بِكَ النَّوَى بَلْ أَيُّ أَرْضٍ تُقِلُّكَ أَوْ ثَرَى أَ بِرَضْوَى أَوْ غَيْرِهَا أَمْ ذِي طُوًى عَزِيزٌ عَلَيَّ أَنْ أَرَى الْخَلْقَ وَ لا تُرَى وَ لا أَسْمَعَ [أَسْمَعُ‏] لَكَ حَسِيسا وَ لا نَجْوَى عَزِيزٌ عَلَيَّ أَنْ تُحِيطَ بِكَ دُونِيَ [لا تُحِيطَ بِي دُونَكَ‏] الْبَلْوَى وَ لا يَنَالَكَ مِنِّي ضَجِيجٌ وَ لا شَكْوَى بِنَفْسِي أَنْتَ مِنْ مُغَيَّبٍ لَمْ يَخْلُ مِنَّا بِنَفْسِي أَنْتَ مِنْ نَازِحٍ مَا نَزَحَ [يَنْزَحُ‏] عَنَّا بِنَفْسِي أَنْتَ أُمْنِيَّةُ شَائِقٍ يَتَمَنَّى مِنْ مُؤْمِنٍ وَ مُؤْمِنَةٍ ذَكَرَا فَحَنَّا بِنَفْسِي أَنْتَ مِنْ عَقِيدِ عِزٍّ لا يُسَامَى بِنَفْسِي أَنْتَ مِنْ أَثِيلِ مَجْدٍ لا يُجَارَى [يُحَاذَى‏] بِنَفْسِي أَنْتَ مِنْ تِلادِ نِعَمٍ لا تُضَاهَى بِنَفْسِي أَنْتَ مِنْ نَصِيفِ شَرَفٍ لا يُسَاوَى إِلَى مَتَى أَحَارُ [أَجْأَرُ] فِيكَ يَا مَوْلايَ وَ إِلَى مَتَى وَ أَيَّ خِطَابٍ أَصِفُ فِيكَ وَ أَيَّ نَجْوَى عَزِيزٌ عَلَيَّ أَنْ أُجَابَ دُونَكَ وَ [أَوْ] أُنَاغَى عَزِيزٌ عَلَيَّ أَنْ أَبْكِيَكَ وَ يَخْذُلَكَ الْوَرَى عَزِيزٌ عَلَيَّ أَنْ يَجْرِيَ عَلَيْكَ دُونَهُمْ مَا جَرَى هَلْ مِنْ مُعِينٍ فَأُطِيلَ مَعَهُ الْعَوِيلَ وَ الْبُكَاءَ هَلْ مِنْ جَزُوعٍ فَأُسَاعِدَ جَزَعَهُ إِذَا خَلا هَلْ قَذِيَتْ عَيْنٌ فَسَاعَدَتْهَا عَيْنِي عَلَى الْقَذَى هَلْ إِلَيْكَ يَا ابْنَ أَحْمَدَ سَبِيلٌ فَتُلْقَى هَلْ يَتَّصِلُ يَوْمُنَا مِنْكَ بِعِدَةٍ [بِغَدِهِ‏] فَنَحْظَى مَتَى نَرِدُ مَنَاهِلَكَ الرَّوِيَّةَ فَنَرْوَى مَتَى نَنْتَقِعُ مِنْ عَذْبِ مَائِكَ فَقَدْ طَالَ الصَّدَى مَتَى نُغَادِيكَ وَ نُرَاوِحُكَ فَنَقِرَّ عَيْنا [فَتَقَرَّ عُيُونُنَا] مَتَى تَرَانَا [وَ] نَرَاكَ وَ قَدْ نَشَرْتَ لِوَاءَ النَّصْرِ تُرَى أَ تَرَانَا نَحُفُّ بِكَ وَ أَنْتَ تَؤُمُّ الْمَلَأَ وَ قَدْ مَلَأْتَ الْأَرْضَ عَدْلا وَ أَذَقْتَ أَعْدَاءَكَ هَوَانا وَ عِقَابا وَ أَبَرْتَ الْعُتَاةَ وَ جَحَدَةَ الْحَقِّ وَ قَطَعْتَ دَابِرَ الْمُتَكَبِّرِينَ وَ اجْتَثَثْتَ أُصُولَ الظَّالِمِينَ وَ نَحْنُ نَقُولُ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ اللَّهُمَّ أَنْتَ كَشَّافُ الْكُرَبِ وَ الْبَلْوَى وَ إِلَيْكَ أَسْتَعْدِي فَعِنْدَكَ الْعَدْوَى وَ أَنْتَ رَبُّ الْآخِرَةِ وَ الدُّنْيَا [الْأُولَى‏] فَأَغِثْ يَا غِيَاثَ الْمُسْتَغِيثِينَ عُبَيْدَكَ الْمُبْتَلَى وَ أَرِهِ سَيِّدَهُ يَا شَدِيدَ الْقُوَى وَ أَزِلْ عَنْهُ بِهِ الْأَسَى وَ الْجَوَى وَ بَرِّدْ غَلِيلَهُ يَا مَنْ عَلَى الْعَرْشِ اسْتَوَى وَ مَنْ إِلَيْهِ الرُّجْعَى وَ الْمُنْتَهَى اللَّهُمَّ وَ نَحْنُ عَبِيدُكَ التَّائِقُونَ [الشَّائِقُونَ‏] إِلَى وَلِيِّكَ الْمُذَكِّرِ بِكَ وَ بِنَبِيِّكَ خَلَقْتَهُ لَنَا عِصْمَةً وَ مَلاذا وَ أَقَمْتَهُ لَنَا قِوَاما وَ مَعَاذا وَ جَعَلْتَهُ لِلْمُؤْمِنِينَ مِنَّا إِمَاما فَبَلِّغْهُ مِنَّا تَحِيَّةً وَ سَلاما وَ زِدْنَا بِذَلِكَ يَا رَبِّ إِكْرَاما وَ اجْعَلْ مُسْتَقَرَّهُ لَنَا مُسْتَقَرّا وَ مُقَاما وَ أَتْمِمْ نِعْمَتَكَ بِتَقْدِيمِكَ إِيَّاهُ أَمَامَنَا حَتَّى تُورِدَنَا جِنَانَكَ [جَنَّاتِكَ‏] وَ مُرَافَقَةَ الشُّهَدَاءِ مِنْ خُلَصَائِكَ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ صَلِّ عَلَى مُحَمَّدٍ جَدِّهِ [وَ] رَسُولِكَ السَّيِّدِ الْأَكْبَرِ وَ عَلَى [عَلِيٍ‏] أَبِيهِ السَّيِّدِ الْأَصْغَرِ وَ جَدَّتِهِ الصِّدِّيقَةِ الْكُبْرَى فَاطِمَةَ بِنْتِ مُحَمَّدٍ وَ عَلَى مَنِ اصْطَفَيْتَ مِنْ آبَائِهِ الْبَرَرَةِ وَ عَلَيْهِ أَفْضَلَ وَ أَكْمَلَ وَ أَتَمَّ وَ أَدْوَمَ وَ أَكْثَرَ وَ أَوْفَرَ مَا صَلَّيْتَ عَلَى أَحَدٍ مِنْ أَصْفِيَائِكَ وَ خِيَرَتِكَ مِنْ خَلْقِكَ وَ صَلِّ عَلَيْهِ صَلاةً لا غَايَةَ لِعَدَدِهَا وَ لا نِهَايَةَ لِمَدَدِهَا وَ لا نَفَادَ لِأَمَدِهَا اللَّهُمَّ وَ أَقِمْ بِهِ الْحَقَّ وَ أَدْحِضْ بِهِ الْبَاطِلَ وَ أَدِلْ بِهِ أَوْلِيَاءَكَ وَ أَذْلِلْ بِهِ أَعْدَاءَكَ وَ صِلِ اللَّهُمَّ بَيْنَنَا وَ بَيْنَهُ وُصْلَةً تُؤَدِّي إِلَى مُرَافَقَةِ سَلَفِهِ وَ اجْعَلْنَا مِمَّنْ يَأْخُذُ بِحُجْزَتِهِمْ وَ يَمْكُثُ فِي ظِلِّهِمْ وَ أَعِنَّا عَلَى تَأْدِيَةِ حُقُوقِهِ إِلَيْهِ وَ الاجْتِهَادِ فِي طَاعَتِهِ وَ اجْتِنَابِ مَعْصِيَتِهِ وَ امْنُنْ عَلَيْنَا بِرِضَاهُ وَ هَبْ لَنَا رَأْفَتَهُ وَ رَحْمَتَهُ وَ دُعَاءَهُ وَ خَيْرَهُ مَا نَنَالُ بِهِ سَعَةً مِنْ رَحْمَتِكَ وَ فَوْزا عِنْدَكَ وَ اجْعَلْ صَلاتَنَا بِهِ مَقْبُولَةً وَ ذُنُوبَنَا بِهِ مَغْفُورَةً وَ دُعَاءَنَا بِهِ مُسْتَجَابا وَ اجْعَلْ أَرْزَاقَنَا بِهِ مَبْسُوطَةً وَ هُمُومَنَا بِهِ مَكْفِيَّةً وَ حَوَائِجَنَا بِهِ مَقْضِيَّةً وَ أَقْبِلْ إِلَيْنَا بِوَجْهِكَ الْكَرِيمِ وَ اقْبَلْ تَقَرُّبَنَا إِلَيْكَ وَ انْظُرْ إِلَيْنَا نَظْرَةً رَحِيمَةً نَسْتَكْمِلْ بِهَا الْكَرَامَةَ عِنْدَكَ ثُمَّ لا تَصْرِفْهَا عَنَّا بِجُودِكَ وَ اسْقِنَا مِنْ حَوْضِ جَدِّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ بِكَأْسِهِ وَ بِيَدِهِ رَيّا رَوِيّا هَنِيئا سَائِغا لا ظَمَأَ بَعْدَهُ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Mənbələr:
[1] «Nüdbə» sözünün lüğəvi mənası — ağlamaq, ah-zar etməkdir.
Bu dua Peyğəmbər (s) Əhlibeytinin (ə) başına gətirilən müsibətlərə,
xüsusilə də Həzrət Məhdinin (ə.f) ayrılığına görə hüzn
və kədəri ehtiva etdiyindən «Nüdbə» adlandırılmışdır.
[2] Seyid ibn Tavus — Misbahus-zair, səh 446-453,
Muhəmməd ibn Məşədi — Məzar Kəbir, səh 573,
Əllamə Məclisi — Biharul-ənvar, c 99, səh 104-110,
Əllamə Məclisi — Zadul-məad, səh 491-504
Əllamə Məclisi etibarlı sənədlə onu İmam Sadiqdən (ə) nəql etmişdir.
Bir sıra rəvayətlərə istinadən isə bu dua İmam Zaman (ə.f) tərəfindən
onun naiblərinin biri vasitəsilə şiələrə çatdırılmışdır ki,
əslində bu, İmam Sadiqin (ə) hədisinə bir təkiddir.
Geniş məlumat üçün dəyərli alim mərhum
Zümürrüdinin «Nüdbə və neşat» kitabına müraciət edin.

 

Читайте также: