Aşura və Əlqəmə ziyarətnamələri
Bu ziyarətnamə tanınmış və məşhur Aşura ziyarətnaməsidir ki, bu gündə, yəni, Aşura günündə, həm uzaqdan və həm də yaxından o həzrət üçün oxunur. Şeyx Əbu Cəfər Tusi “Misbah” kitabında bu ziyarətnaməni belə şərh edir: “Məhəmməd ibni İsmayıl ibni Bəzi, Saleh ibni Üqbədən və o da atasından nəql edir ki, imam Məhəmməd Baqir (ə) buyurdu: “Hər kim, məhərrəm ayının onuncu günü imam Hüseyni (ə) ziyarət edib, o həzrətin qəbrinin kənarında matəm saxlayıb, ağlayarsa, qiyamət günündə, Allah elçisi (s) və məsum imamlar (ə) arxasında yerinə yetirilən iki min həcc, iki min ümrə və iki min cihadın savabını aldığı halda Allah taala ilə görüşər.” Ravi deyir: “Canım sizə fəda olsun, Kərbəladan uzaq şəhərlərdə olub, o həzrətin qəbrini ziyarət etmək imkanına malik olmayan kəslər, bu gündə hansı savabı əldə edə bilərlər?” O həzrət buyurdu: “Bu kəslər Aşura gününün əvvəlində, yəni, zöhrdən əvvəl şəhərdən kənara və ya evlərinin damına çıxıb, o həzrətə salam göndərsin və onun qatillərinə lənət yağdırsınlar. Sonra iki rükət namaz qılıb, imam Hüseyni (ə) çağıraraq, onun üçün göz yaşı töksün və əgər evdəkilərdən təqiyyə etmirsə, onlara da imam Hüseyn (ə) üçün ağlamağı əmr etsin. Evində o həzrət üçün matəm tutsun və imam Hüseynin (ə) müsibəti münasibətilə bir-birilərinə baş sağlığı versinlər. Mən, bu əməlləri yerinə yetirən şəxsin dediyim savablara nail olmasına Allah dərgahında zaminəm.” Ravi deyir: “Canım sizə fəda olsun, bu savaba nail olmaları üçün bu şəxslərə zamin və kəfil olursunuz?” Buyurdu: “Bəli, mən, bu əməlləri yerinə yetirən şəxsə zamin və kəfil dururam.” O həzrətdən soruşdum: “Onlar bir-birilərinə necə baş sağlığı versinlər? “ O buyurdu: “Onlar bir-birilərinə bu sözləri desinlər: “Ə`zəməllahu ucurəna bi musabina bil Husəyni ələyhissəlam və cəələna və iyyakum minət talibinə bi sarihi məə vəliyyihil imamil Məhdiyyi min ali Muhəmmədin ələyhimus səlam.” Yəni, Allah taala, bizim imam Hüseynə (ə) tutduğumuz bu əzadarlığı böyük hesab etsin və bizi və sizi onun ali Məhəmməddən (s) olan vəlisi imam Məhdinin imaməti altında o həzrətin qanının intiqamını alanlardan qərar versin. Əgər o gün, başqa işlərini təxirə sala bilsən, imam Hüseyn (ə) üçün deyilən qaydada matəm tut. Çünki bu gün nəhs bir gündür və bu gündə möminlərin heç bir işi düzəlməz. Əgər düzəlsə də, o işin bərəkəti və faydası olmaz. Bu gündə heç kəs öz evi üçün ərzaq alıb, yığmasın. Belə edən şəxs, aldığı şeydən xeyir görməz və nə özü üçün və nə də ev əhli üçün onun bərəkəti olmaz. Xülasə, bu əməlləri yerinə yetirən şəxsə Allah taala, Rəsulullahla (s) birgə yerinə yetirilən min həcc və min ümrə ziyarətinin və min cihadın savabı yazılar. Habelə, ona, dünyanın yarandığı andan qiyamətədək ölən və ya öldürülən nəbinin, rəsulun, vəsinin, siddiqin və şəhidin müsibətinin savabı yazılar.” Saleh ibni Üqbə və Seyf ibni Üməyrə belə nəql edirlər ki, Əlqəmə ibni Məhəmməd Xəzrəmi dedi: “Həzrət Baqirdən (ə) istədim ki, mənə, Aşura günündə o həzrəti, yaxından ziyarət etdiyim vaxt və həmçinin, həm yaxından və həm də öz evimdən və uzaqdan ziyarət etdiyim vaxt oxunan bir duanı mənə öyrətsin. O həzrət buyurdu ki, ey Əlqəmə, o iki rəkət namazı qıldıqdan sonra o həzrətə işarə edərək, salam göndər və bu vaxt təkbir dedikdən sonra aşağıdakı ziyarətnaməni oxu. Şübhəsiz ki, əgər bu ziyarətnaməni oxusan, o həzrətin mələklərdən olan zəvvarlarının etdiyi duaları etmisən. Allah taala sənin məqamını yüz minlərcə dərəcə yüksəldər və imam Hüseynlə (ə) birgə şəhid olanların sırasına daxil olub, onların dərəcələrinə çatarsan. O həzrətlə şəhid olanlardan hesab olunarsan. Sənə, şəhid edildiyi gündən indiyədək imam Hüseyni (ə) ziyarət edən hər bir nəbinin, rəsulun və bütün insanların savabı yazılar. Allahın salamı ona və onun Əhli-beytinə olsun!
Bu ziyarətnaməni oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu ələykə yəbnə rəsulillah, (Əssəlamu ələykə ya xiyərətəllahi vəbnə xiyərətih,) əssəlamu ələykə yəbnə əmiril mu`minin vəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə yəbnə Fatimətə səyyidəti nisail aləmin, əssəlamu ələykə ya sarəllahi vəbnə sarihi vəl vitrəl məvtur, əssəlamu ələykə və ələl ərvahilləti həllət bi finaik, ələykum minni cəmiən səlamullah, əbədən ma bəqiytu və bəqiyəl ləylu vən nəhar, ya Əba Əbdillah, ləqəd əzumətir rəziyyətu və cəllət və əzumətil musibətu bikə ələyna, və əla cəmii əhlil islam, və cəllət və əzumət musibətukə fis səma-vati əla cəmii əhlis səmavat, fə ləənəllahu ummətən əssəsət əsasəz zulmi vəl cəvri ələykum əhləl bəyt, və ləənəllahu ummətən dəfəətkum ən məqamikum və əzalətkum ən məratibikumulləti rəttəbəkumullahu fiha, və ləənəllahul muməhhidinə ləhum bit təmkini min qitalikum, bəri`tu iləllahi və iləykum minhum və (min) əşyaihim və ətbaihim və əvliyaihim, ya Əba Əbdillah inni silmun limən saləməkum və hərbun limən harəbəkum ila yəvmil qiyaməh, və ləənəllahu alə Ziyadin və alə Mərvan, və ləənəllahu bəni Uməyyətə qatibəh, və ləənəllahu ibnə Mərcanəh, və ləənəllahu Umərəbnə Sə`din və lə`ənəllahu Şimra (Şəmira), və ləənəllahu ummətən əsrəcət və əlcəmət və tənəqqəbət li qitalik, bi əbi əntə və ummi, ləqəd əzumə musabi bik, fəəs`əlullahəlləzi əkrəmə məqaməkə və əkrəməni (bikə) ən yərzuqəni tələbə sarikə məə imamin mənsur, min əhli bəyti Muhəmmədin səlləllahu ələyhi və alih, Əllahumməc`əlni indəkə vəcihən bil Husəyni ələyhis səlam, fid dunya vəl axirəti ya Əba Əbdilah, inni ətəqərrəbu iləllahi və ila rəsulihi və ila əmiril mu`mininə və ila Fatimətə və iləl Həsəni və iləykə bi muvalatik, və bil bəraəti (mimmən qatələkə və nəsəbə ləkəl hərbə və bil bəraəti mimmən əssəsə əsasəz zulmi vəl cəvri ələykum və əbrəu iləllahi və ila rəsulihi) məmmən əssəsə əsasə zalik, və bəna ələyhi bunya-nəhu və cəra fi zulmihi və cəvrihi ələykum və əla əşyaikum, bəri`tu iləllahi və iləykum minhum və ətəqərrəbu iləllahi summə iləykum bi muvalatikum və muvalati vəliyyikum, və bil bəraəti min ə`daikum vən nasibinə ləkumul hərbə və bil bəraəti min əşyaihim və ətbaihim, inni silmun limən saləməkum və hərbun limən harəbəkum və vəliyyun limən valakum və əduvvun limən adakum, fəəs`əlullahəlləzi əkrəməni bi mə`rifətikum və mə`rifəti əvliyaikum, və rəzəqənil bəraətə min ə`daikum, ən yəc`ələni məəkum fid dunya vəl axirəh, və ən yusəbbitə li indəkum qədəmə sidqin fid dunya vəl axirəh, Və əs`əluhu ən yubəlliğənil məqaməl məhmudə ləkum indəllah, və ən yərzuqəni tələbə sari (sarikum) məə imamin hudən (məhdiyyin) zahirin natiqin bil həqqi minkum, və əs`əlullahə bi həqqikum və biş şə`nilləzi ləkum indəh, ən yu`tiyəni bi musabi bikum əfzələ ma yu`ti musabən bi musibətih, musibətən ma ə`zəməha və ə`zəmə rəziyyətəha fil islami və fi cəmiis səmavati vəl ərz (vəl ərəzin), Əllahumməc`əlni fi məqami haza mimmən tənaluhu minkə sələvatun və rəhmətun və məğfirəh, Əllahumməc`əl məh-yayə məhya Muhəmmədin və ali Muhəmməd, və məmati məmatə Muhəmmədin və ali Muhəmməd, Əllahummə innə haza yəvmun təbərrəkət bihi (fihi) bənu Uməyyətə vəbnu akilətil əkbadil ləinubnul ləin, əla (lisanikə və) lisani nəbiyyikə səlləllahu ələyhi və alih, fi kulli məvtinin və məvqifin vəqəfə fihi nəbiyyukə salləllahu ələyhi və alih, Əllahumməl`ən əba Sufyanə və Muaviyətə və Yəzidəbnə Muaviyətə ələyhim minkəl lə`nətu əbədəl abidin, Və haza yəvmun fərihət bihi alu Ziyadin və alu Mərvanə bi qətlihimul Husəyn sələvatullahi ələyh (is səlam), Əllahummə fəzaif ələyhimul lə`nə minkə vəl əzab (əl əlim), Əllahummə inni ətəqərrəbu iləykə fi hazəl yəvmi və fi məvqifi haza və əyyami həyati, bil bəraəti minhum və lə`nəti ələyhim və bil muvalati li nəbiyyikə və ali nəbiyyik, (ələyhi və) ələyhimus səlam. | Salam olsun sənə, ey Əba-Əbdillah! Salam olsun sənə, ey Rəsulullahın oğlu! (Salam olsun sənə, ey Allahın bəyənib-seçdiyi və bəyənib-seçdiyinin oğlu!) Salam olsun sənə, ey Əmirəlmöminin və vəsilərin sərvərinin oğlu! Salam olsun sənə, ey aləmlərin qadınlarının xanımı Fatimeyi-Zəhranın oğlu! Salam olsun sənə, ey Allahın qanı (Allah yolunda tökülən qan) və Allahın qanının oğlu və yardımsız qalan! Salam olsun sənə və sənin qarşında baş əyən ruhlara! Nə qədər ki, mən varam və gecə-gündüz bərqərardır, mənim tərəfimdən Allahın əbədi salamı olsun sizin hamınıza! Ey Əba-Əbdillah, sənin matəmin və müsibətin bizə, bütün müsəlmanlara böyük və dərdlidir, səmalarda sənin müsibətin bütün səma əhlinə ağır və qəmlidir! Allah siz Əhli-beytə qarşı zülm və amansızlıqların əsasını qoyan ümmətə lənət etsin! Allah sizə verdiyi məqam və dərəcədən sizi məhrum edib uzaqlaşdıran ümmətə lənət etsin! Allah sizi qətlə yetirən ümmətə lənət etsin! Allah sizə qarşı müharibə tədbiri tökən, ona şərait yaradanlara lənət etsin! Mən onlardan, onlara tabe olanlardan və onların dostlarından qəti üz döndərib, Allahın dərgahına və sizə sığınıram. Ey Əba-Əbdillah, mən sizinlə qiyamət gününə qədər sülh edənlərlə sülhdə və müharibə edənlərlə müharibədəyəm! Allah Ziyadın övladlarına və Mərvanın övladlarına lənət etsin! Allah Üməyyə övladlarının hamısına lənət etsin! Allah Mərcanənin oğluna (İbn Ziyada) lənət etsin! Allah Ömər ibn Sədə lənət etsin! Allah Şümrə lənət etsin! Allah atlarını səninlə müharibə üçün yəhərləyib cilovlayan və üzlərinə niqab salıb müharibəyə ciddi hazırlaşanlara lənət etsin! Atam-anam sənə qurban olsun! Həqiqətən, sənə görə bu müsibət mənə çox böyükdür. Sənin məqamını əziz bilən və məni də sənə görə əziz edən Allahdan istəyirəm ki, Məhəmmədin (Allahın salam və salavatı olsun ona və Əhli-beytinə) Əhli-beytindən olan qalib imamın (imam Zaman) önündə sənin intiqamını almağı mənə nəsib etsin. İlahi, Öz dərgahında məni imam Hüseynə (salam olsun ona) xatir dünya və axirətdə üzüağ et! Ey Əba-Əbdillah, səni sevməklə və sizə qarşı zülmlərin əsasını qoyan və bu yolda heç nəyi əsirgəməyən, sizə qarşı zülm və cəfanı davam etdirənlərə nifrət bəsləməklə Allahın dərgahına, Rəsuluna, Əmirəlmömininə, Fatiməyə, Həsənə və sənə yaxınlaşıram. Allahın dərgahında onlara qarşı çıxır, sizə və sizi sevənlərə məhəbbət bəsləməklə və sizin düşmənlərinizə, sizinlə müharibə edənlərə, onların dostlarına və onlara tabe olanlara nifrətimi bildirməklə əvvəl Allaha, sonra isə sizə yaxınlaşmağa çalışıram. Mən sizinlə sülh edənlərlə sülhdə və müharibə edənlərlə müharibədəyəm. Sizi sevib məhəbbət bəsləyənlərlə dost və sizinlə düşmənçilik edənlərlə düşmənəm. Sizi və dostlarınızı tanımaqla məni kəramətli edən, düşmənlərinizdən də üz döndərməyi mənə nəsib edən Allahdan istəyirəm ki, məni dünya və axirətdə sizinlə birgə etsin, qədəmlərimi sizin kənarınızda möhkəmləndirsin, məni sizin Allah dərgahında olan bəyənilmiş məqamınıza çatdırsın və siz Əhli-beytdən olan aşkar hidayətçi və haqqı deyən imamın (imam Məhdi) önündə intiqamınızı almağı mənə qismət etsin. Allaha sizin haqqınızı, Onun dərgahında malik olduğunuz dərəcə və məqamınızı and verib, Ondan istəyirəm ki, sizin müsibətinizdəki qəm-qüssəmi ən yaxşı xeyirlə əvəz etsin. Elə bir müsibət ki, İslam aləmində, bütün səmalarda və yerdə ondan böyük və ağır bir müsibət yoxdur. İlahi, bu halımı (mövqeyimi) nəzərə alıb, məni Sənin tərəfindən salavat, rəhmət və məğfirətə nail olanların sırasına qat! İlahi, ömrümü Məhəmməd və Məhəmmədin Əhli-beytinin həyatı kimi, ölümümü də Məhəmməd və Məhəmmədin Əhli-beytinin ölümü kimi yaz! İlahi, bu gün (Aşura günü) Üməyyə övladları, ciyəryeyənin (Hində) oğlu (Müaviyə), hansı ki, Sənin və Peyğəmbərinin (Allahın salam və salavatı olsun ona və Əhli-beytinə) dili ilə – hər yerdə olursa olsun – lənətlənmiş məlun oğlu məlunun sevinib şənlik edən günüdür! İlahi, Əbu Süfyana, Müaviyəyə və Müaviyənin oğlu Yezidə lənət yağdır! Sənin əbədi lənətin onlara olsun! Bu gün Ziyad övladları və Mərvan övladları Hüseyni (Allahın salam və salavatı olsun ona) qətlə yetirməklə sevinib xoşhal olmuşlar. İlahi, Öz lənətini və ağır əzabını onlara qat-qat artır! İlahi, mən bu gün, bu halda və həyatımın bütün anlarında onlara qarşı çıxıb lənət göndərməklə, Sənin Peyğəmbərin və onun övladlarına (salam olsun onlara) məhəbbət bəsləməklə dərgahına üz tutmuşam! | السَّلامُ عَلَيْكَ يَا أَبَا عَبْدِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ [السَّلامُ عَلَيْكَ يَا خِيَرَةَ اللَّهِ وَ ابْنَ خِيَرَتِهِ] السَّلامُ عَلَيْكَ يَا ابْنَ أَمِيرِ الْمُؤْمِنِينَ وَ ابْنَ سَيِّدِ الْوَصِيِّينَ السَّلامُ عَلَيْكَ يَا ابْنَ فَاطِمَةَ سَيِّدَةِ نِسَاءِ الْعَالَمِينَ السَّلامُ عَلَيْكَ يَا ثَارَ اللَّهِ وَ ابْنَ ثَارِهِ وَ الْوِتْرَ الْمَوْتُورَ السَّلامُ عَلَيْكَ وَ عَلَى الْأَرْوَاحِ الَّتِي حَلَّتْ بِفِنَائِكَ عَلَيْكُمْ مِنِّي جَمِيعا سَلامُ اللَّهِ أَبَدا مَا بَقِيتُ وَ بَقِيَ اللَّيْلُ وَ النَّهَارُ يَا أَبَا عَبْدِ اللَّهِ لَقَدْ عَظُمَتِ الرَّزِيَّةُ وَ جَلَّتْ وَ عَظُمَتِ الْمُصِيبَةُ بِكَ [بِكُمْ] عَلَيْنَا وَ عَلَى جَمِيعِ أَهْلِ الْإِسْلامِ وَ جَلَّتْ وَ عَظُمَتْ مُصِيبَتُكَ فِي السَّمَاوَاتِ عَلَى جَمِيعِ أَهْلِ السَّمَاوَاتِ فَلَعَنَ اللَّهُ أُمَّةً أَسَّسَتْ أَسَاسَ الظُّلْمِ وَ الْجَوْرِ عَلَيْكُمْ أَهْلَ الْبَيْتِ وَ لَعَنَ اللَّهُ أُمَّةً دَفَعَتْكُمْ عَنْ مَقَامِكُمْ وَ أَزَالَتْكُمْ عَنْ مَرَاتِبِكُمُ الَّتِي رَتَّبَكُمُ اللَّهُ فِيهَا وَ لَعَنَ اللَّهُ أُمَّةً قَتَلَتْكُمْ وَ لَعَنَ اللَّهُ الْمُمَهِّدِينَ لَهُمْ بِالتَّمْكِينِ مِنْ قِتَالِكُمْ بَرِئْتُ إِلَى اللَّهِ وَ إِلَيْكُمْ مِنْهُمْ وَ [مِنْ] أَشْيَاعِهِمْ وَ أَتْبَاعِهِمْ وَ أَوْلِيَائِهِمْ يَا أَبَا عَبْدِ اللَّهِ إِنِّي سِلْمٌ لِمَنْ سَالَمَكُمْ وَ حَرْبٌ لِمَنْ حَارَبَكُمْ إِلَى يَوْمِ الْقِيَامَةِ وَ لَعَنَ اللَّهُ آلَ زِيَادٍ وَ آلَ مَرْوَانَ وَ لَعَنَ اللَّهُ بَنِي أُمَيَّةَ قَاطِبَةً وَ لَعَنَ اللَّهُ ابْنَ مَرْجَانَةَ وَ لَعَنَ اللَّهُ عُمَرَ بْنَ سَعْدٍ وَ لَعَنَ اللَّهُ شِمْرا [شَمِرا] وَ لَعَنَ اللَّهُ أُمَّةً أَسْرَجَتْ وَ أَلْجَمَتْ وَ تَنَقَّبَتْ لِقِتَالِكَ بِأَبِي أَنْتَ وَ أُمِّي لَقَدْ عَظُمَ مُصَابِي بِكَ فَأَسْأَلُ اللَّهَ الَّذِي أَكْرَمَ مَقَامَكَ وَ أَكْرَمَنِي [بِكَ] أَنْ يَرْزُقَنِي طَلَبَ ثَارِكَ مَعَ إِمَامٍ مَنْصُورٍ مِنْ أَهْلِ بَيْتِ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ اللَّهُمَّ اجْعَلْنِي عِنْدَكَ وَجِيها بِالْحُسَيْنِ عليه السلام فِي الدُّنْيَا وَ الْآخِرَةِ يَا أَبَا عَبْدِ اللَّهِ إِنِّي أَتَقَرَّبُ إِلَى اللَّهِ وَ إِلَى رَسُولِهِ وَ إِلَى أَمِيرِ الْمُؤْمِنِينَ وَ إِلَى فَاطِمَةَ وَ إِلَى الْحَسَنِ وَ إِلَيْكَ بِمُوَالاتِكَ وَ بِالْبَرَاءَةِ [مِمَّنْ قَاتَلَكَ وَ نَصَبَ لَكَ الْحَرْبَ وَ بِالْبَرَاءَةِ مِمَّنْ أَسَّسَ أَسَاسَ الظُّلْمِ وَ الْجَوْرِ عَلَيْكُمْ وَ أَبْرَأُ إِلَى اللَّهِ وَ إِلَى رَسُولِهِ] مِمَّنْ أَسَّسَ أَسَاسَ ذَلِكَ وَ بَنَى عَلَيْهِ بُنْيَانَهُ وَ جَرَى فِي ظُلْمِهِ وَ جَوْرِهِ عَلَيْكُمْ وَ عَلَى أَشْيَاعِكُمْ بَرِئْتُ إِلَى اللَّهِ وَ إِلَيْكُمْ مِنْهُمْ وَ أَتَقَرَّبُ إِلَى اللَّهِ ثُمَّ إِلَيْكُمْ بِمُوَالاتِكُمْ وَ مُوَالاةِ وَلِيِّكُمْ وَ بِالْبَرَاءَةِ مِنْ أَعْدَائِكُمْ وَ النَّاصِبِينَ لَكُمُ الْحَرْبَ وَ بِالْبَرَاءَةِ مِنْ أَشْيَاعِهِمْ وَ أَتْبَاعِهِمْ إِنِّي سِلْمٌ لِمَنْ سَالَمَكُمْ وَ حَرْبٌ لِمَنْ حَارَبَكُمْ وَ وَلِيٌّ لِمَنْ وَالاكُمْ وَ عَدُوٌّ لِمَنْ عَادَاكُمْ فَأَسْأَلُ اللَّهَ الَّذِي أَكْرَمَنِي بِمَعْرِفَتِكُمْ وَ مَعْرِفَةِ أَوْلِيَائِكُمْ وَ رَزَقَنِي الْبَرَاءَةَ مِنْ أَعْدَائِكُمْ أَنْ يَجْعَلَنِي مَعَكُمْ فِي الدُّنْيَا وَ الْآخِرَةِ وَ أَنْ يُثَبِّتَ لِي عِنْدَكُمْ قَدَمَ صِدْقٍ فِي الدُّنْيَا وَ الْآخِرَةِ وَ أَسْأَلُهُ أَنْ يُبَلِّغَنِي الْمَقَامَ الْمَحْمُودَ لَكُمْ عِنْدَ اللَّهِ وَ أَنْ يَرْزُقَنِي طَلَبَ ثَارِي [ثَارَكُمْ] مَعَ إِمَامٍ هُدًى [مَهْدِيٍ] ظَاهِرٍ نَاطِقٍ بِالْحَقِّ مِنْكُمْ وَ أَسْأَلُ اللَّهَ بِحَقِّكُمْ وَ بِالشَّأْنِ الَّذِي لَكُمْ عِنْدَهُ أَنْ يُعْطِيَنِي بِمُصَابِي بِكُمْ أَفْضَلَ مَا يُعْطِي مُصَابا بِمُصِيبَتِهِ مُصِيبَةً مَا أَعْظَمَهَا وَ أَعْظَمَ رَزِيَّتَهَا فِي الْإِسْلامِ وَ فِي جَمِيعِ السَّمَاوَاتِ وَ الْأَرْضِ [الْأَرَضِينَ] اللَّهُمَّ اجْعَلْنِي فِي مَقَامِي هَذَا مِمَّنْ تَنَالُهُ مِنْكَ صَلَوَاتٌ وَ رَحْمَةٌ وَ مَغْفِرَةٌ اللَّهُمَّ اجْعَلْ مَحْيَايَ مَحْيَا مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ مَمَاتِي مَمَاتَ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ اللَّهُمَّ اِنَّ هَذَا يَوْمٌ تَبَرَّكَتْ بِهِ [فِيهِ] بَنُو أُمَيَّةَ وَ ابْنُ آكِلَةِ الْأَكْبَادِ اللَّعِينُ ابْنُ اللَّعِينِ عَلَى [لِسَانِكَ وَ] لِسَانِ نَبِيِّكَ [صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ] فِي كُلِّ مَوْطِنٍ وَ مَوْقِفٍ وَقَفَ فِيهِ نَبِيُّكَ [صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ] اللَّهُمَّ الْعَنْ أَبَا سُفْيَانَ وَ مُعَاوِيَةَ وَ يَزِيدَ بْنَ مُعَاوِيَةَ عَلَيْهِمْ مِنْكَ اللَّعْنَةُ أَبَدَ الْآبِدِينَ وَ هَذَا يَوْمٌ فَرِحَتْ بِهِ آلُ زِيَادٍ وَ آلُ مَرْوَانَ بِقَتْلِهِمُ الْحُسَيْنَ صَلَوَاتُ اللَّهِ عَلَيْهِ [السَّلامُ] اللَّهُمَّ فَضَاعِفْ عَلَيْهِمُ اللَّعْنَ مِنْكَ وَ الْعَذَابَ [الْأَلِيمَ] اللَّهُمَّ إِنِّي أَتَقَرَّبُ إِلَيْكَ فِي هَذَا الْيَوْمِ وَ فِي مَوْقِفِي هَذَا وَ أَيَّامِ حَيَاتِي بِالْبَرَاءَةِ مِنْهُمْ وَ اللَّعْنَةِ عَلَيْهِمْ وَ بِالْمُوَالاةِ لِنَبِيِّكَ وَ آلِ نَبِيِّكَ [عَلَيْهِ وَ] عَلَيْهِمُ السَّلامُ |
Sonra 100 dəfə bu sözləri de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahumməl`ən əvvələ zalimin zələmə həqqə Muhəmmədin və ali Muhəmməd, və axirə tabiin ləhu əla zalik, Əllahumməl`ənil isabətəlləti (əlləzinə) cahədətil Husəyn, və şayəət və bayəət və tabəət əla qətlih, Əllahumməl`ənhum cəmia. | İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə zülm edən ilk zülmkara və ona tabe olan son zülmkara lənət et! İlahi, imam Hüseynlə müharibə edən, onun qətlinə əlbir olan və bir-birinin ardınca gələn qoşuna lənət et! İlahi, onların hamısına lənət et! | اللَّهُمَّ الْعَنْ أَوَّلَ ظَالِمٍ ظَلَمَ حَقَّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ آخِرَ تَابِعٍ لَهُ عَلَى ذَلِكَ اللَّهُمَّ الْعَنِ الْعِصَابَةَ الَّتِي [الَّذِينَ] جَاهَدَتِ الْحُسَيْنَ وَ شَايَعَتْ وَ بَايَعَتْ وَ تَابَعَتْ [تَايَعَتْ] عَلَى قَتْلِهِ اللَّهُمَّ الْعَنْهُمْ جَمِيعا |
Sonra da yüz dəfə bu sözləri de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əssəlamu ələykə ya Əba Əbdillah, və ələl ərvahilləti həllət bi finaik, ələykə minni səlamullahi əbədən ma bəqiytu və bəqiyəl ləylu vən nəhar, və la cəələhullahu axirəl əhdi minni liziyarətikum (li ziyarətik), Əssəlamu ələl Husəyni və əla Əliyyibnil Husəyn, (və əla əvladil Husəyni) və əla əshabil Husəyn. | Salam olsun sənə, ey Əba-Əbdillah! Salam olsun sənin qarşında baş əyən ruhlara! Nə qədər ki, mən varam və nə qədər ki, gecə-gündüz bərqərardır, bizdən sizə Allahın salamı olsun! Allahdan istəyirəm ki, bu ziyarəti son ziyarətim qərar verməsin. Salam olsun Hüseynə, Hüseynin oğlu Əliyə (Hüseynin övladlarına) və Hüseynin səhabələrinə! | السَّلامُ عَلَيْكَ يَا أَبَا عَبْدِ اللَّهِ وَ عَلَى الْأَرْوَاحِ الَّتِي حَلَّتْ بِفِنَائِكَ عَلَيْكَ مِنِّي سَلامُ اللَّهِ أَبَدا مَا بَقِيتُ وَ بَقِيَ اللَّيْلُ وَ النَّهَارُ وَ لا جَعَلَهُ اللَّهُ آخِرَ الْعَهْدِ مِنِّي لِزِيَارَتِكُمْ [لِزِيَارَتِكَ] السَّلامُ عَلَى الْحُسَيْنِ وَ عَلَى عَلِيِّ بْنِ الْحُسَيْنِ [وَ عَلَى أَوْلادِ الْحُسَيْنِ] وَ عَلَى أَصْحَابِ الْحُسَيْنِ |
Daha sonra bu duanı oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə xussə əntə əvvələ zalimin bil lə`ni minni, vəbdə bihi əvvələn summəs saniyə vəs salisə vər rabi, Əllahumməl`ən Yəzidə xamisən vəl`ən Ubəydəllahibnə Ziyadin vəbnə Mərcanətə və Umərəbnə Sə`din və Şimra, və alə Əbi Sufyanə və alə Ziyadin və alə Mərvanə ila yəvmil qiyaməh. | İlahi, mənim lənətimi ilk zalıma məxsus et! Əvvəlcə ilk zalımla başla! Sonra ikinciyə, sonra üçüncüyə, sonra dördüncüyə lənət et! İlahi, sonra beşinci olan Yezidə lənət et! Übeydüllah ibn Ziyada, Mərcanənin oğluna, Ömər ibn Sədə, Şümrə, Əbu Süfyanın övladlarına, Ziyadın övladlarına və Mərvanın övladlarına qiyamət gününə qədər lənət yağdır! | اللَّهُمَّ خُصَّ أَنْتَ أَوَّلَ ظَالِمٍ بِاللَّعْنِ مِنِّي وَ ابْدَأْ بِهِ أَوَّلا ثُمَّ الثَّانِيَ وَ الثَّالِثَ وَ الرَّابِعَ اللَّهُمَّ الْعَنْ يَزِيدَ خَامِسا وَ الْعَنْ عُبَيْدَ اللَّهِ بْنَ زِيَادٍ وَ ابْنَ مَرْجَانَةَ وَ عُمَرَ بْنَ سَعْدٍ وَ شِمْرا وَ آلَ أَبِي سُفْيَانَ وَ آلَ زِيَادٍ وَ آلَ مَرْوَانَ إِلَى يَوْمِ الْقِيَامَةِ |
Sonra səcdəyə gedib, bu sözləri de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə ləkəl həmdu həmdəş şakirin ləkə əla musabihim. əlhəmdu lillahi əla əzimi rəziyyəti, Əllahummərzuqni şəfaətəl Husəyni yəvməl vurud, və səbbit li qədəmə sidqin indəkə məəl Husəyn, və əshabil Husəyn, əlləzinə bəzəlu muhəcəhum dunəl Husəyn, ələyhis səlam. | İlahi, Sənə onların (Əhlibeytin) müsibətinə görə şükür edənlərin həmdi kimi həmd edirəm! Bu böyük müsibətə görə həmd olsun Allaha! İlahi, qiyamət günü imam Hüseynin şəfaətini mənə nəsib et! Mənim doğru qədəmlərimi Öz dərgahında Hüseyn və öz canlarını Hüseynə (salam olsun ona) qurban verən səhabələrinin kənarında möhkəmlət! | اللَّهُمَّ لَكَ الْحَمْدُ حَمْدَ الشَّاكِرِينَ لَكَ عَلَى مُصَابِهِمْ الْحَمْدُ لِلَّهِ عَلَى عَظِيمِ رَزِيَّتِي اللَّهُمَّ ارْزُقْنِي شَفَاعَةَ الْحُسَيْنِ يَوْمَ الْوُرُودِ وَ ثَبِّتْ لِي قَدَمَ صِدْقٍ عِنْدَكَ مَعَ الْحُسَيْنِ وَ أَصْحَابِ الْحُسَيْنِ الَّذِينَ بَذَلُوا مُهَجَهُمْ دُونَ الْحُسَيْنِ عليه السلام |
Əlqəmə həzrət Baqirdən (ə) nəql edərək belə buyurur: “Bu ziyarətnaməni əgər hər gün öz evində də oxusan, bil ki, deyilən o savabların hamısını əldə edərsən.” Məhəmməd ibni Xalid Təyalisi, Seyf ibni Üməyrədən nəql edir ki, o belə dedi: “Həzrət Sadiq (ə) Hiyrəni Mədinəyə doğru tərk etdikdən sonra mən, Səfvan ibnə Mehran və bir dəstə dostumla Nəcəf şəhərinə yola düşdük. Biz, əmiril möminin Əlini (ə) ziyarət etdikdən sonra Səfvan üzünü Əbu Əbdillahın (ə) ziyarətgahına tərəf tutub, bizə dedi: “Əmiril möminin Əlinin (ə) müqəddəs qəbrinin baş tərəfində dayanıb imam Hüseyni (ə) ziyarət edin. Çünki həzrət Sadiq (ə) buradan o həzrətə tərəf işarə edərək, onu ziyarət etdi və bu vaxt mən, onun kənarında dayanmışdım.” Seyf deyir: “Səfvan bu sözləri bizə dedikdən sonra Aşura günündə oxunan Əlqəmə ibni Məhəmməd Xəzrəminin həzrət Baqirdən (ə) nəql etdiyi ziyarətnaməni oxudu. Sonra əmiril möminin Əlinin (ə) qəbrinin baş tərəfində iki rükət namaz qılıb, o həzrətlə vidalaşdı. Sonra üzünü imam Hüseynin (ə) qəbrinə tərəf tutub, o həzrəti bir daha ziyarət etdi və sonra onunla vidalaşdı. O, namazdan sonra bir sıra dua oxudu və onlardan biri də budur:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ya Əllahu ya Əllahu ya Əllah, ya mucibə də`vətil muztərrin, ya kaşifə kurəbil məkrubin, ya ğiyasəl mustəğisin, ya sərixəl mustəsrixin, (və) ya mən huvə əqrəbu iləyyə min həblil vərid, (və) ya mən yəhulu bəynəl mər`i və qəlbih, (və) ya mən huvə bil mənzəril ə`la və bil ufuqil mubin, (və) ya mən huvər rəhmanur rəhimu ələl ərşistəva, (və) ya mən yə`ləmu xainətəl ə`yuni və ma tuxfis sudur, (və) ya mən la yəxfa ələyhi xafiyətun ya mən la təştəbihu ələyhil əsvat, (və) ya mən la tuğəllituhul (tuğəllizuhul) hacat, (və) ya mən la yubrimuhu ilhahul mulihhin, ya mudrikə kulli fəvt, (və) ya camiə kulli şəmlin (və) ya biriən nufusi bə`dəl məvt, ya mən huvə kullə yəvmin fi şə`nin, ya qaziyəl hacat, ya munəffisəl kurubat, ya mu`tiyəs sualat, ya vəliyyər rəğəbat, ya kafiyəl muhimmat, ya mən yəkfi min kulli şəy`in və la yəkfi minhu şəy`un fis səmavati vəl ərz, əs`əlukə bi həqqi Muhəmmədin xatəmin nəbiyyin və Əliyyin əmiril mu`minin və bi həqqi Fatimətə binti nəbiyyikə və bi həqqil Həsən vəl Husəyn, fəinni bihim ətəvəccəhu iləykə fi məqami haza və bihim ətəvəssəlu və bihim ətəşəffəu iləykə və bi həqqihim əs`əluk, və uqsimu və ə`zimu ələykə və biş şə`nilləzi ləhum indəkə və bil qədrilləzi ləhum indək, və billəzi fəzzəltəhum ələl aləmin, və bismikəlləzi cəəltəhu indəhum və bihi xəsəstəhum dunəl aləmin, və bihi əbəntəhum və əbəntə fəzləhum min fəzlil aləmin, hətta faqə fəzluhum fəzləl aləminə cəmia, əs`əslukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təkşifə ənni ğəmmi və həmmi və kərbi, və təkfiyənil muhimmə min umuri və təqzi ənni dini və tucirəni minəl fəqri və tucirəni minəl faqəh, və tuğniyəni ənil məs`ələti iləl məxluqin, və təkfiyəni həmmə mən əxafu həmməhu və usrə mən əxafu usrəh, və huzunətə mən əxafu huzunətəh, və şərrə mən (ma) əxafu şərrəhu və məkrə mən əxafu məkrəh, və bəğyə mən əxafu bəğyəhu və cəvrə mən əxafu cəvrəh, və sultanə mən əxafu sultanəhu və kəydə mən əxafu kəydəh, və məqdurətə mən əxafu (bəlaə) məqdurətəhu ələyy, və təruddə ənni kəydəl kəyədəti və məkrəl məkərəh, Əllahummə mən əradəni fəəridhu və mən kadəni fəkidhu vəsrif ənni kəydəhu və məkrəhu və bə`səhu və əmaniyyəh, vəmnə`hu ənni kəyfə şi`tə və ənna şi`t, Əllahumməşğəlhu əni bi fəqrin la təcburuh, və bi bəlain la təsturuh, və bi faqətin la təsudduha, və bi suqmin la tuafih, və zullin la tuizzuhu və bi məskənətin la təcburuha, Əllahumməzrib biz zulli nəsbə əynəyhi və ədxil ələyhil fəqrə fi mənzilih, vəl illətə vəs suqmə fi bədənih, hətta təşğələhu ənni bişuğlin şağilin la fərağə ləh, və ənsihi zikri kəma ənsəytəhu zikrəkə və xuz ənni bi səm`ihi və bəsərihi və lisanihi və yədihi və riclihi və qəlbihi və cəmii cəvarihih, və ədxil ələyhi fi cəmii zalikəs suqmə və la təşfihi hətta təc`ələ zalikə ləhu şuğlən şağilən bihi ənni və ən zikri, vəkfini ya kafiyə ma la yəkfi sivak, fəinnəkəl kafi la kafiyə sivak, və mufərricun la mufərricə sivakə və muğisun la muğisə sivakə və carun la carə sivak, xabə mən kanə caruhu sivak, və muğisuhu sivakə və məfzəuhu ila sivak, və məhrəbuhu (ila sivakə) və məlcəuhu ila ğəyrik (sivak), və məncahu min məxluqin ğəyrik, fəəntə siqəti və rəcai və məfzəi və məhrəbi və məlcəi və məncay, fə bikə əstəftihu və bikə əstəncihu və bi Muhəmmədin və ali Muhəmmədin ətəvəccəhu iləykə və ətəvəssəlu və ətəşəffə`, fə əs`əlukə ya Əllahu ya Əllahu ya Əllah, fə ləkəl həmdu və ləkəş şukru və iləykəl muştəka və əntəl mustəan, fə əs`əlukə ya Əllahu ya Əllahu ya Əllah, bi həqqi Muhəmmədin və ali Muhəmməd, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təkşifə ənni ğəmmi və həmmi və kərbi fi məqami haza, kəma kəşəftə ən nəbiyyikə həmməhu və ğəmməhu və kərbəhu və kəfəytəhu həvlə əduvvih, fəkşif ənni kəma kəşəftə ənhu və fərric ənni kəma fərrəctə ənh, vəkfini kəma kəfəytəh, (vəsrif ənni) həvlə ma əxafu həvləhu və məunətə ma əxafu məunətəh, və həmmə ma əxafu həmməhu bila məunətin əla nəfsi min zalik, vəsrifni bi qəzai həvaici və kifayəti ma əhəmməni həmmuhu min əmri axirəti və dunyay, ya əmirəl mu`minin (və ya Əba Əbdillah), ələykə (ələykuma) minni səlamullahi əbədən ma bəqitu və bəqiyəl ləylu vən nəhar, və la cəələhullahu axirəl əhdi min ziyarətikuma, və la fərrəqəllahu bəyni və bəynəkuma, Əllahummə əhyini həyatə Muhəmmədin və zurriyyətihi və əmitni məmatəhum, və təvəffəni əla millətihim vəhşurni fi zumrətihim, və la tufərriq bəyni və bəynəhum tərfətə əynin əbədən fid dunya vəl axirəh, ya əmirəl mu`minin və ya Əba Əbdillah, ətəytukuma zairən və mutəvəssilən iləllahi rəbbi və rəbbikuma, və mutəvəccihən iləyhi bikuma və mustəşfiən (bikuma) iləllahi (təala) fi hacəti hazih, fəşfəa li fəinnə ləkuma indəllahil məqaməl məhmudə vəl cahəl vəcihə vəl mənzilər rəfiə vəl vəsiləh, inni ənqəlibu ənkuma muntəzirən litənəccuzil hacəti və qəzaiha və nəcahiha minəllahi bi şəfaətikuma li iləllahi fi zalik, fəla əxibu və la yəkunu munqələbi munqələbən xaibən xasira, bəl yəkunu munqələbi munqələbən racihən (raciyən) muflihən muncihən mustəcabən bi qəzai cəmii həvaici (cəmiil həvaic), və təşəffə`a li iləllah, inqələbtu əla ma şaəllahu və la həvlə və la quvvətə illa billahi mufəvvizən əmri iləllah, mulciən zəhri iləllahi, mutəvəkkilən ələllahi və əqulu həsbiyəllahu və kəfa, səmiəllahu limən dəa ləysə li vəraəllahi və vəraəkum, ya sadəti muntəha ma şaə rəbbi kanə və ma ləm yəşə ləm yəkun, və la həvlə və la quvvətə illa billah, əstəvdiukumallahə və la cəələhullahu axirəl əhdi minni, iləykuma insərəftu ya səyyidi ya əmirəl mu`minin və məvlay, və əntə (ubtu) ya Əba Əbdillah ya səyyidi, (və) səlami ələykuma muttəsilun məttəsələl ləylu vən nəhar, vasilun zalikə iləykuma ğəyru (ğəyrə) məhcubin ənkuma səlami inşaəllah, və əs`əluhu bi həqqikuma ən yəşaə zalikə və yəf`ələ fə innəhu həmidun məcid, inqələbtu ya səyyidi ənkuma taibən hamidən lillahi şakirən, raciyən lil icabəh, ğəyrə ayisin və la qanitin aibən aidən raciən ila ziyarətikuma, ğəyrə rağibin ənkuma və la min (ən) ziyarətikuma, bəl raciun aidun inşaəllah, və la həvlə və la quvvətə illa billah, ya sadəti rəğibtu iləykuma və ila ziyarətikuma bə`də ən zəhidə fikuma və fi ziyarətikuma əhlud dunya, fə la xəyyəbəniyəllahu ma (mimma) rəcəvtu və ma əmməltu fi ziyarətikuma, innəhu qəribun mucib. | Ey Allah, ey Allah, ey Allah! Ey çarəsizlərini duasını qəbul edən! Ey qəmlilərin qəmini açan! Ey fəryad edənlərin dadına yetən! Ey çətinliyə düşənlərin fəryadına yetən! Ey mənə şah damarından yaxın olan! Ey insanın qəlbi ilə öz arasında pərdə yaradan! Ey məqamı uca və aydın üfüqə sahib olan! Ey möhkəm ərşinin üzərindəki mehriban və bağışlayan! Ey bəndələrinin xəyanəti və qəlblərdə gizli saxlanılanlardan xəbərdar olan! Ey heç bir şeyin Ona gizli qalmadığı! Ey səsləri eşitməkdə (bir-birindən ayırmaqda) xətaya yol verməyən! Ey hacətlərin Onu səhvə salmadığı! Ey israr edənlərin israrı ilə əziyyətə düşməyən! Ey bütün əldən çıxanları dərk edən! Ey bütün ayrılıqları bir yerə yığan! Ey canları öldükdən sonra vücuda gətirən! Ey hər gün bir iş görən (hər bir işdə təcəllası görünən)! Ey hacətləri rəva edən! Ey çətinlikləri aradan qaldıran! Ey istəkləri əta edən! Ey rəğbətlər sahibi! Ey mühüm işlərdə yetərli olan! Ey hər bir işdə yetərli olan və göylər və yerdə heç bir işin Ona yetərli olmadığı! Peyğəmbərlərin sonuncusu Məhəmməd, Əmirəlmöminin Əli, peyğəmbərinin qızı Fatimə, Həsən və Hüseynin xatirinə Səndən istəyirəm! Həqiqətən, mən durduğum bu məkanda onların vasitəsilə Sənə üz tutur, onlara təvəssül edir və Sənin dərgahında onlardan şəfaət diləyirəm. Onların xatirinə Səndən istəyir, and içir və Sənə onların Sənin dərgahında olan dərəcə və məqamına, onları aləmlərdən üstün bilənə, onların yanında qoyduğun, aləmlər arasından yalnız onlara məxsus etdiyin adlarına and verirəm ki, həmin adların vasitəsilə onların fəzilət və üstünlüklərini bütün aləmlərə aşkar etdin. Səndən istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam göndərəsən, qəm-qüssə və çətinliklərimi aradan qaldırasan, mühüm işlərimdə mənə kifayət edəsən, borclarımı ödəyəsən, məni yoxsulluq və dilənçilikdən xilas edəsən və məxluqata əl uzatmaqdan ehtiyacsız edəsən! (İlahi!) Qorxduğum qəm-qüssə, çətinliklər, acı hadisələr, şər işlər, hiylələr, zülm və haqsızlıqlarda mənə yetərli ol, hakimiyyətindən qorxduğum şəxslərin hakimiyyəti və qüdrətindən qorxduğum şəxslərin qüdrətində mənə kifayət et, onların hiylə və məkrini özlərinə qaytar! İlahi, mənə pislik etmək istəyənin pisliyini özünə qaytar, qurğu qurana qurğu qur, onun qurğu və hiyləsini, zərər və arzularını istədiyin kimi və istədiyin yerdə məndən uzaqlaşdır! İlahi, onu mənim tərəfimdən bir daha aradan qaldır¬mayacağın yoxsulluq, xilas etməyəcəyin müsibət, sağaltmayacağın xəstəlik, ucaltmayacağın alçaqlıq və aradan qaldırmayacağın çarəsizliyə düçar et! İlahi, onu gözünün qabağında zillətə sal, yoxsulluğu evinə, dərd və xəstəliyi bədəninə daxil et ki, məndən üz döndərib öz işləri ilə məşğul olaraq vaxt tapa bilməsin və məni yaddan çıxarsın! Necə ki, Öz yadını ona unutdurdun. Onun qulağını, gözünü, dilini, əlini, ayağını, ürəyini və bütün əzalarını mənə əziyyət etməkdən saxla, onların hamısını sağalmayacaq xəstəliyə düçar et və nəhayət, onun başını elə qarışdır ki, məni və adımı yaddan çıxarsın! Mənə yetərli ol, ey Səndən başqasının yetərli ola bilmədiyi işlərdə yetərli olan! Çünki Sənsən yetərli olan və Səndən başqa yetərli olan yoxdur! Sənsən işləri genişləndirən və Səndən başqa işləri genişləndirən yoxdur. Sənsən fəryada yetən və Səndən başqa fəryada yetən yoxdur. Sənsən sığınacaq verən və Səndən başqa sığınacaq verən yoxdur. Səndən başqasına sığınan, Səndən başqasını çağıran, Səndən başqasının hüzurunda ah-nalə edən, Səndən başqasının qapısına doğru qaçan, Səndən başqasından pənah və nicat istəyən naümid oldu! Mənim dayağım, ümid yerim, sığınacağım, pənahgahım və xilaskarım Sənsən! Yalnız Səndən genişlik və qurtuluş istəyir, Məhəmməd və Məhəmmədin Əhli-beytinin vasitəsilə Sənin dərgahına üz tutur və şəfaət diləyirəm. Yalnız Səndən istəyirəm, ey Allah, ey Allah, ey Allah! Həmd yalnız Sənə məxsusdur. Şükür yalnız Sənə məxsusdur. Yalnız Sənin dərgahında şikayət etmək və Səndən yardım diləmək lazımdır. Yalnız Səndən istəyirəm, ey Allah, ey Allah, ey Allah! Məhəmməd və Məhəmmədin Əhli-beytinin xatirinə Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, durduğum bu yerdə mənim qəm-qüssəmi, çətinlik və narahatlığımı aradan qaldır! Necə ki, Peyğəmbərinin qəm-qüssə, çətinlik və narahatlığını aradan qaldırdın və düşmənindən qorxduğu zaman kifayət etdin. Elə isə onun çətinliklərini aradan qaldırdığın kimi, mənim də çətinliklərimi aradan qaldır, onun qəm-qüssəsini açdığın kimi, mənim də qəm-qüssəmi aç, ona kifayət etdiyin kimi, mənə də kifayət et, vəhşətindən, xərcindən və qəm-qüssəsindən qorxduqlarımı məndən elə uzaqlaşdır ki, məni zəhmət və əziyyətə salmasın, hacətlərimi rəva etdiyin halda geri qaytar, dünya və axirətlə bağlı mühüm işlərimdə mənə kifayət et! Ey möminlərin əmiri, ey Əba-Əbdillah! Mənə yaşadığım və gec-gündüz durduğu vaxta qədər, mənim tərəfimdən Allahın əbədi salamı olsun sənə! Allah bu ziyarətimi sonuncu ziyarət qərar verməsin və bizimlə sizin aranızda ayrılıq salmasın! İlahi, mənə Məhəmməd və onun övladlarının həyatı kimi həyat ver və məni onları öldürdüyün kimi öldür! Onların təriqətində olduğum halda canımı al, məni onların zümrəsində məhşur et, dünya və axirətdə mənimlə onların arasında bir göz qırpımı belə ayrılıq salama! Ey möminlərin əmiri, ey Əba-Əbdillah! Sizin ziyarətinizə gəlmişəm. Mənim və sənin Rəbbin Allaha təvəssül edir, sizin vasitənizlə Onun dərgahına üz tutur və bu hacətimdə sizi Allah dərgahında özümə şəfaətçi seçirəm. Elə isə mənə şəfaət edin ki, həqiqətən, sizin Allah dərgahında bəyənilmiş məqamınız, şərəfli dərəcəniz, uca yeriniz və “vəsilə”niz (“vəsilə” məqamınız) vardır. Mən sizin ziyarətinizə qayıdacaq və sizin vasitəçiliyinizlə hacətlərimin Allah tərəfindən rəva olunmasını gözləyəcəyəm. Elə isə naümid olmaq, bu ziyarət səfərimdən naümid və ziyankar şəxs kimi qayıtmaq istəmirəm. Əksinə müvəffəq, ümid, səadət, qurtuluş və bütün hacətlərimin rəva olunması hissi ilə qayıdan şəxs kimi geri dönmək istəyirəm. Allah dərgahında mənə şəfaət edin ki, Onun istədiyi kimi geri dönüm. Allahdan başqa güc və qüdrət yoxdur. Allaha arxalandığım və təvəkkül etdiyim halda işlərimi Ona həvalə edir və deyirəm: Allah mənə kifayət edər və O mənə yetərlidir. Allah Onu çağıranı eşidir. Ey mənim böyük sərvərlərim, mənim Allah və sizdən başqa dayağım yoxdur. Rəbbimin istədiyi gerçəkləşməli, istəmədiyi isə gerçəkləşməməlidir. Allahdan başqa güc və qüdrət yoxdur. Sizin hər ikinizi Allaha tapşırıram (sizinlə vidalaşıram). Allah bu ziyarətimi sonuncu ziyarət qərar verməsin. Mən qayıdıram, ey mənim sərvərim, ey möminlərin əmiri, ey mövlam! Sən də ey Əba-Əbdillah, ey sərvərim, gecə ilə gündüz bir-birini əvəz etdiyi vaxta qədər mənim daimi salamım olsun sizə və mənim salamım Allahın istəyi ilə heç vaxt sizdən gizli qalmasın! Sizin vasitənizlə Allahdan istəyirəm ki, bu, Allahın istəyi ilə yerinə yetsin. Həqiqətən, O, tərifəlayiq və böyükdür. Ey sərvərim, tövbə etdiyim, Allaha həmd və şükür etdiyim, dualarımın qəbuluna ümid bəslədiyim və məyus olmadığım, sizə rəğbət və məhəbbətim azalmadığı və ziyarətinizdən doymadığım halda, Allahın istəyi ilə yenidən ziyarətinizə qayıtmaq ümidi ilə geri dönürəm! Allahdan başqa güc və qüdrət yoxdur. Ey sərvərlərim, dünya əhlinin sizə və sizin ziyarətinizə rəğbətsiz olduğunu gördükdən sonra, mən sizə və sizin ziyarətinizə rəğbət bəslədim. Allah məni ümid etdiklərim və arzuladıqlarımdan, yəni sizin ziyarətinizdən məhrum etməsin. Doğrudan da, O, (bəndələrinə) yaxın və duaları qəbul edəndir! | يَا اللَّهُ يَا اللَّهُ يَا اللَّهُ يَا مُجِيبَ دَعْوَةِ الْمُضْطَرِّينَ يَا كَاشِفَ كُرَبِ الْمَكْرُوبِينَ يَا غِيَاثَ الْمُسْتَغِيثِينَ يَا صَرِيخَ الْمُسْتَصْرِخِينَ [وَ] يَا مَنْ هُوَ أَقْرَبُ إِلَيَّ مِنْ حَبْلِ الْوَرِيدِ [وَ] يَا مَنْ يَحُولُ بَيْنَ الْمَرْءِ وَ قَلْبِهِ [وَ] يَا مَنْ هُوَ بِالْمَنْظَرِ الْأَعْلَى وَ بِالْأُفِقِ الْمُبِينِ [وَ] يَا مَنْ هُوَ الرَّحْمَنُ الرَّحِيمُ عَلَى الْعَرْشِ اسْتَوَى [وَ] يَا مَنْ يَعْلَمُ خَائِنَةَ الْأَعْيُنِ وَ مَا تُخْفِي الصُّدُورُ [وَ] يَا مَنْ لا يَخْفَى عَلَيْهِ خَافِيَةٌ يَا مَنْ لا تَشْتَبِهُ عَلَيْهِ الْأَصْوَاتُ [وَ] يَا مَنْ لا تُغَلِّطُهُ [تُغَلِّظُهُ] الْحَاجَاتُ [وَ] يَا مَنْ لا يُبْرِمُهُ إِلْحَاحُ الْمُلِحِّينَ يَا مُدْرِكَ كُلِّ فَوْتٍ [وَ] يَا جَامِعَ كُلِّ شَمْلٍ [وَ] يَا بَارِئَ النُّفُوسِ بَعْدَ الْمَوْتِ يَا مَنْ هُوَ كُلَّ يَوْمٍ فِي شَأْنٍ يَا قَاضِيَ الْحَاجَاتِ يَا مُنَفِّسَ الْكُرُبَاتِ يَا مُعْطِيَ السُّؤْلاتِ يَا وَلِيَّ الرَّغَبَاتِ يَا كَافِيَ الْمُهِمَّاتِ يَا مَنْ يَكْفِي مِنْ كُلِّ شَيْءٍ وَ لا يَكْفِي مِنْهُ شَيْءٌ فِي السَّمَاوَاتِ وَ الْأَرْضِ أَسْأَلُكَ بِحَقِّ مُحَمَّدٍ خَاتَمِ النَّبِيِّينَ وَ عَلَيٍّ أَمِيرِ الْمُؤْمِنِينَ وَ بِحَقِّ فَاطِمَةَ بِنْتِ نَبِيِّكَ وَ بِحَقِّ الْحَسَنِ وَ الْحُسَيْنِ فَإِنِّي بِهِمْ أَتَوَجَّهُ إِلَيْكَ فِي مَقَامِي هَذَا وَ بِهِمْ أَتَوَسَّلُ وَ بِهِمْ أَتَشَفَّعُ إِلَيْكَ وَ بِحَقِّهِمْ أَسْأَلُكَ وَ أُقْسِمُ وَ أَعْزِمُ عَلَيْكَ وَ بِالشَّأْنِ الَّذِي لَهُمْ عِنْدَكَ وَ بِالْقَدْرِ الَّذِي لَهُمْ عِنْدَكَ وَ بِالَّذِي فَضَّلْتَهُمْ عَلَى الْعَالَمِينَ وَ بِاسْمِكَ الَّذِي جَعَلْتَهُ عِنْدَهُمْ وَ بِهِ خَصَصْتَهُمْ دُونَ الْعَالَمِينَ وَ بِهِ أَبَنْتَهُمْ وَ أَبَنْتَ فَضْلَهُمْ مِنْ فَضْلِ الْعَالَمِينَ حَتَّى فَاقَ فَضْلُهُمْ فَضْلَ الْعَالَمِينَ جَمِيعا أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَكْشِفَ عَنِّي غَمِّي وَ هَمِّي وَ كَرْبِي وَ تَكْفِيَنِي الْمُهِمَّ مِنْ أُمُورِي وَ تَقْضِيَ عَنِّي دَيْنِي وَ تُجِيرَنِي مِنَ الْفَقْرِ وَ تُجِيرَنِي مِنَ الْفَاقَةِ وَ تُغْنِيَنِي عَنِ الْمَسْأَلَةِ إِلَى الْمَخْلُوقِينَ وَ تَكْفِيَنِي هَمَّ مَنْ أَخَافُ هَمَّهُ وَ عُسْرَ مَنْ أَخَافُ عُسْرَهُ وَ حُزُونَةَ مَنْ أَخَافُ حُزُونَتَهُ وَ شَرَّ مَنْ [مَا] أَخَافُ شَرَّهُ وَ مَكْرَ مَنْ أَخَافُ مَكْرَهُ وَ بَغْيَ مَنْ أَخَافُ بَغْيَهُ وَ جَوْرَ مَنْ أَخَافُ جَوْرَهُ وَ سُلْطَانَ مَنْ أَخَافُ سُلْطَانَهُ وَ كَيْدَ مَنْ أَخَافُ كَيْدَهُ وَ مَقْدُرَةَ مَنْ أَخَافُ [بَلاءَ] مَقْدُرَتَهُ عَلَيَّ وَ تَرُدَّ عَنِّي كَيْدَ الْكَيَدَةِ وَ مَكْرَ الْمَكَرَةِ اللَّهُمَّ مَنْ أَرَادَنِي فَأَرِدْهُ وَ مَنْ كَادَنِي فَكِدْهُ وَ اصْرِفْ عَنِّي كَيْدَهُ وَ مَكْرَهُ وَ بَأْسَهُ وَ أَمَانِيَّهُ وَ امْنَعْهُ عَنِّي كَيْفَ شِئْتَ وَ أَنَّى شِئْتَ اللَّهُمَّ اشْغَلْهُ عَنِّي بِفَقْرٍ لا تَجْبُرُهُ وَ بِبَلاءٍ لا تَسْتُرُهُ وَ بِفَاقَةٍ لا تَسُدُّهَا وَ بِسُقْمٍ لا تُعَافِيهِ وَ ذُلٍّ لا تُعِزُّهُ وَ بِمَسْكَنَةٍ لا تَجْبُرُهَا اللَّهُمَّ اضْرِبْ بِالذُّلِّ نَصْبَ عَيْنَيْهِ وَ أَدْخِلْ عَلَيْهِ الْفَقْرَ فِي مَنْزِلِهِ وَ الْعِلَّةَ وَ السُّقْمَ فِي بَدَنِهِ حَتَّى تَشْغَلَهُ عَنِّي بِشُغْلٍ شَاغِلٍ لا فَرَاغَ لَهُ وَ أَنْسِهِ ذِكْرِي كَمَا أَنْسَيْتَهُ ذِكْرَكَ وَ خُذْ عَنِّي بِسَمْعِهِ وَ بَصَرِهِ وَ لِسَانِهِ وَ يَدِهِ وَ رِجْلِهِ وَ قَلْبِهِ وَ جَمِيعِ جَوَارِحِهِ وَ أَدْخِلْ عَلَيْهِ فِي جَمِيعِ ذَلِكَ السُّقْمَ وَ لا تَشْفِهِ حَتَّى تَجْعَلَ ذَلِكَ لَهُ شُغْلا شَاغِلا بِهِ عَنِّي وَ عَنْ ذِكْرِي وَ اكْفِنِي يَا كَافِيَ مَا لا يَكْفِي سِوَاكَ فَاِنَّكَ الْكَافِي لا كَافِيَ سِوَاكَ وَ مُفَرِّجٌ لا مُفَرِّجَ سِوَاكَ وَ مُغِيثٌ لا مُغِيثَ سِوَاكَ وَ جَارٌ لا جَارَ سِوَاكَ خَابَ مَنْ كَانَ جَارُهُ سِوَاكَ وَ مُغِيثُهُ سِوَاكَ وَ مَفْزَعُهُ إِلَى سِوَاكَ وَ مَهْرَبُهُ [إِلَى سِوَاكَ] وَ مَلْجَؤُهُ إِلَى غَيْرِكَ [سِوَاكَ] وَ مَنْجَاهُ مِنْ مَخْلُوقٍ غَيْرِكَ فَأَنْتَ ثِقَتِي وَ رَجَائِي وَ مَفْزَعِي وَ مَهْرَبِي وَ مَلْجَئِي وَ مَنْجَايَ فَبِكَ أَسْتَفْتِحُ وَ بِكَ أَسْتَنْجِحُ وَ بِمُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ أَتَوَجَّهُ إِلَيْكَ وَ أَتَوَسَّلُ وَ أَتَشَفَّعُ فَأَسْأَلُكَ يَا اللَّهُ يَا اللَّهُ يَا اللَّهُ فَلَكَ الْحَمْدُ وَ لَكَ الشُّكْرُ وَ إِلَيْكَ الْمُشْتَكَى وَ أَنْتَ الْمُسْتَعَانُ فَأَسْأَلُكَ يَا اللَّهُ يَا اللَّهُ يَا اللَّهُ بِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَكْشِفَ عَنِّي غَمِّي وَ هَمِّي وَ كَرْبِي فِي مَقَامِي هَذَا كَمَا كَشَفْتَ عَنْ نَبِيِّكَ هَمَّهُ وَ غَمَّهُ وَ كَرْبَهُ وَ كَفَيْتَهُ هَوْلَ عَدُوِّهِ فَاكْشِفْ عَنِّي كَمَا كَشَفْتَ عَنْهُ وَ فَرِّجْ عَنِّي كَمَا فَرَّجْتَ عَنْهُ وَ اكْفِنِي كَمَا كَفَيْتَهُ [وَ اصْرِفْ عَنِّي] هَوْلَ مَا أَخَافُ هَوْلَهُ وَ مَئُونَةَ مَا أَخَافُ مَئُونَتَهُ وَ هَمَّ مَا أَخَافُ هَمَّهُ بِلا مَئُونَةٍ عَلَى نَفْسِي مِنْ ذَلِكَ وَ اصْرِفْنِي بِقَضَاءِ حَوَائِجِي وَ كِفَايَةِ مَا أَهَمَّنِي هَمُّهُ مِنْ أَمْرِ آخِرَتِي وَ دُنْيَايَ يَا أَمِيرَ الْمُؤْمِنِينَ [وَ يَا أَبَا عَبْدِ اللَّهِ] عَلَيْكَ [عَلَيْكُمَا] مِنِّي سَلامُ اللَّهِ أَبَدا [مَا بَقِيتُ] وَ بَقِيَ اللَّيْلُ وَ النَّهَارُ وَ لا جَعَلَهُ اللَّهُ آخِرَ الْعَهْدِ مِنْ زِيَارَتِكُمَا وَ لا فَرَّقَ اللَّهُ بَيْنِي وَ بَيْنَكُمَا اللَّهُمَّ أَحْيِنِي حَيَاةَ مُحَمَّدٍ وَ ذُرِّيَّتِهِ وَ أَمِتْنِي مَمَاتَهُمْ وَ تَوَفَّنِي عَلَى مِلَّتِهِمْ وَ احْشُرْنِي فِي زُمْرَتِهِمْ وَ لا تُفَرِّقْ بَيْنِي وَ بَيْنَهُمْ طَرْفَةَ عَيْنٍ أَبَدا فِي الدُّنْيَا وَ الْآخِرَةِ يَا أَمِيرَ الْمُؤْمِنِينَ وَ يَا أَبَا عَبْدِ اللَّهِ أَتَيْتُكُمَا زَائِرا وَ مُتَوَسِّلا إِلَى اللَّهِ رَبِّي وَ رَبِّكُمَا وَ مُتَوَجِّها إِلَيْهِ بِكُمَا وَ مُسْتَشْفِعا [بِكُمَا] إِلَى اللَّهِ [تَعَالَى] فِي حَاجَتِي هَذِهِ فَاشْفَعَا لِي فَاِنَّ لَكُمَا عِنْدَ اللَّهِ الْمَقَامَ الْمَحْمُودَ وَ الْجَاهَ الْوَجِيهَ وَ الْمَنْزِلَ الرَّفِيعَ وَ الْوَسِيلَةَ إِنِّي أَنْقَلِبُ عَنْكُمَا مُنْتَظِرا لِتَنَجُّزِ الْحَاجَةِ وَ قَضَائِهَا وَ نَجَاحِهَا مِنَ اللَّهِ بِشَفَاعَتِكُمَا لِي إِلَى اللَّهِ فِي ذَلِكَ فَلا أَخِيبُ وَ لا يَكُونُ مُنْقَلَبِي مُنْقَلَبا خَائِبا خَاسِرا بَلْ يَكُونُ مُنْقَلَبِي مُنْقَلَبا رَاجِحا [رَاجِيا] مُفْلِحا مُنْجِحا مُسْتَجَابا بِقَضَاءِ جَمِيعِ حَوَائِجِي [الْحَوَائِجِ] وَ تَشَفَّعَا لِي إِلَى اللَّهِ انْقَلَبْتُ عَلَى مَا شَاءَ اللَّهُ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ مُفَوِّضا أَمْرِي إِلَى اللَّهِ مُلْجِئا ظَهْرِي إِلَى اللَّهِ مُتَوَكِّلا عَلَى اللَّهِ وَ أَقُولُ حَسْبِيَ اللَّهُ وَ كَفَى سَمِعَ اللَّهُ لِمَنْ دَعَا لَيْسَ لِي وَرَاءَ اللَّهِ وَ وَرَاءَكُمْ يَا سَادَتِي مُنْتَهًى مَا شَاءَ رَبِّي كَانَ وَ مَا لَمْ يَشَأْ لَمْ يَكُنْ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ أَسْتَوْدِعُكُمَا اللَّهَ وَ لا جَعَلَهُ اللَّهُ آخِرَ الْعَهْدِ مِنِّي إِلَيْكُمَا انْصَرَفْتُ يَا سَيِّدِي يَا أَمِيرَ الْمُؤْمِنِينَ وَ مَوْلايَ وَ أَنْتَ [أُبْتُ] يَا أَبَا عَبْدِ اللَّهِ يَا سَيِّدِي [وَ] سَلامِي عَلَيْكُمَا مُتَّصِلٌ مَا اتَّصَلَ اللَّيْلُ وَ النَّهَارُ وَاصِلٌ ذَلِكَ إِلَيْكُمَا غَيْرُ [غَيْرَ] مَحْجُوبٍ عَنْكُمَا سَلامِي إِنْ شَاءَ اللَّهُ وَ أَسْأَلُهُ بِحَقِّكُمَا أَنْ يَشَاءَ ذَلِكَ وَ يَفْعَلَ فَاِنَّهُ حَمِيدٌ مَجِيدٌ انْقَلَبْتُ يَا سَيِّدَيَّ عَنْكُمَا تَائِبا حَامِدا لِلَّهِ شَاكِرا رَاجِيا لِلْإِجَابَةِ غَيْرَ آيِسٍ وَ لا قَانِطٍ آئِبا عَائِدا رَاجِعا إِلَى زِيَارَتِكُمَا غَيْرَ رَاغِبٍ عَنْكُمَا وَ لا مِنْ [عَنْ] زِيَارَتِكُمَا بَلْ رَاجِعٌ عَائِدٌ إِنْ شَاءَ اللَّهُ وَ لا حَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ يَا سَادَتِي رَغِبْتُ إِلَيْكُمَا وَ إِلَى زِيَارَتِكُمَا بَعْدَ أَنْ زَهِدَ فِيكُمَا وَ فِي زِيَارَتِكُمَا أَهْلُ الدُّنْيَا فَلا خَيَّبَنِيَ اللَّهُ مَا [مِمَّا] رَجَوْتُ وَ مَا أَمَّلْتُ فِي زِيَارَتِكُمَا اِنَّهُ قَرِيبٌ مُجِيبٌ |
Seyf ibni Üməyrə deyir: “Səfvana dedim ki, Əlqəmə ibni Məhəmməd, həzrət Baqirdən (ə) yalnız o ziyarətnaməni bizə nəql edib, ziyarətnamədən sonra oxuduğun bu duanı isə nəql etməmişdir. Səfvan cavab verdi ki, ağam həzrət Sadiqlə (ə) buraya gəlmişdik. O, bizim ziyarət etdiyimiz kimi ziyarət etdi. Necə ki, biz 2 rəkət namaz qıldıqdan sonra imamla vidalaşdıq, o da 2 rəkət namaz qıldıqdan sonra bu dua ilə imamla vidalaşdı. Səvfan əlavə etdi ki, həzrət Sadiq (ə) mənə buyurdu: “Bu ziyarətnaməni və bu duanı tez-tez oxu, bunun vasitəsilə o həzrəti ziyarət et. Bilin ki, mən, bu ziyarətnaməni və bu duanı istər yaxından, istərsə də uzaqdan oxuyan şəxsin ziyarətinin qəbula yetməsinə Allah taala qarşısında zaminəm. Habelə, bu əməli təqdirə layiq bilinər və salamı o həzrətə çatar. Bu şəxsi Allah taala darda qoymaz, onun istəyini ona əta edər və onu naümüd etməz. O, istədiyi məqama çatar. Ey Səfvan, mən, bu ziyarətnaməni bu məzmunda öz atamdan öyrənmişəm. Atam da bu ziyarətnaməni elə bu məzmunda öz atası Əli ibni Hüseyndən (ə), o da öz atası Hüseyndən (ə), Hüseyn (ə) qardaşı Həsəndən (ə), Həsən (ə), atası Əmiril möminin Əlidən (ə), əmiril möminin Allahın elçisindən (s), Allahın elçisi (s) Cəbrayıldan və Cəbrayıl da Allah taaladan əxz etmişdir. Həqiqətən də Allah taala öz müqəddəs zatına and içmişdir ki, hər kəs uzaqdan və ya yaxından imam Hüseyni (ə) bu ziyarətnamə ilə ziyarət etsə və bu duanı oxusa, mən, onun ziyarətini qəbul edərəm və onun hər bir istəyini həyata keçirərəm. O, mənim imamımın ziyarətindən naümüd geri dönməz və ziyan çəkməz. Mən, onun istəklərini həyata keçirib, cəhənnəmdən xilas olduğunu və cənnətə yiyələndiyini müжdə verərək, onu şad edərəm. Onun şəfaətini hər bir kəs barəsində qəbul edərəm. İmam burada buyurdu: “Biz, Əhli-beytin düşmənləri barəsində yalnız bu şəxsin şəfaəti qəbul olunmaz. Allah taala bunları həyata keçirəcəyinə öz müqəddəs zatına and içmişdir və mələkutunun mələklərinin şəhadət verdikləri bu şeylərə bizi şahid tutmuşdur. Bil ki, Cəbrayıl dedi: “Ya rəsulullah, Allah taala məni, sənə, Əliyə, Fatiməyə, Həsənə, Hüseynə və sənin övladlarından olan imamlara (ə) qiyamətədək sevinc və müjdə verməyə göndəribdir. Qoy, sənin, Əlinin, Fatimənin, Həsənin, Hüseynin, o biri iməmların və sizin şiələrinizin sevinci qiyamətədək var olsun!” Səfvan deyir ki, həzrət Sadiq (ə) mənə buyurdu: “Ey Səfvan, hər vaxt Allah əzzə və cəllədən bir istəyin olsa, harda olursansa, ol, imam Hüseyni (ə) bu ziyarətnamə ilə ziyarət et və bu duanı oxu, sonra hacətini rəbbindən dilə. Şübhəsiz ki, Allah taala o hacətin həyata keçirər. Allah taala öz bəxşiş və səxavəti sayəsində heç vaxt öz elçisinə verdiyi vədəyə xilaf çıxmaz. Əlhəmdu lillah.”
Şeyx Abbas Qumi deyir ki, “Nəcmüs-saqib” kitabında cənab hacı Seyid Əhməd Rəştinin həcc səfərində imam zamanla görüşməsi əhvalatı və o həzrətin ona: “Nə üçün siz, “Aşura” ziyarətnaməsini oxumayırsınız? Aşura, Aşura, Aşura.” — deyə buyurduğu nəql olunmuş və biz də inşaəllah “Camiətul-kəbirə” ziyarətnaməsindən sonra onu nəql edəcəyik. Siqətül-islam Şeyx Nuri (r.ə.) buyurubdur: “Aşura ziyarətnaməsinin fəzilətini bəyan etməkdə bunu demək kifayətdir ki, bu ziyarətnamə, başqa ziyarətnamələr kimi məsumların dilindən deyildir. Doğrudur ki, məsumların buyurduqları kəlamlar, ərşdən onların qəlblərinə nazil olan nurdur, lakin bu ziyarətnamə “Qüdsi hədislər”dən biri sayılır və deyilən qaydada, ziyarət, lənət, salamlar və dua, Həzrət Əhədiyyət (Allahu cəllət əzəmətuh) tərəfindən Cəbrayıla və onun vasitəsilə Xatəmun-nəbiyyinə (s.ə.s.) nazil olmuşdur. Sınanıbdır ki, hacəti olan şəxs, qırx gün bu ziyarətnaməni oxusa, bəzən qırx gündən də tez hacəti rəva olar. Lakin, mən, “Darus-səlam” kitabında daim bu ziyarətnaməni oxuyanın hansı ən böyük xeyiri əldə etdiyini nəql etmişəm. Burada da müxtəsər olaraq o əhvalatı nəql edirəm:
Bu əhvalatı müqəddəs Nəcəf şəhərində sakin olan, daim ibadətlə və ziyarətlə məşğul olan Allahın yaxşı, salehli və təqvalı bəndəsi hacı molla Hüseyn Yəzdi siqeye-əmin hacı Məhəmmədəli Yəzdidən nəql etmişdir. Fazil və salehli bir şəxs olan hacı Məhəmmədəli Yəzdi, Yəzd şəhərində sakin olub, daim axirətini islah etməklə məşğul idi. O, gecələri, Yəzd şəhərindən kənarda yerləşən və bir çox saleh insanların dəfn olunduğu “Məzar” adlı qəbirstanlıqda ibadətlə keçirərdi. Onların qonşuluğunda bir nəfər yaşayırdı ki, uşaqlıqdan onunla bir yerdə böyümüş və təhsil almaq üçün eyni müəllimin yanına getmişdilər. O şəxs, boya başa çatdıqdan sonra “Əşşarlığı” (meyxanaçılığı) özünə sənət seçdi. Günlərin birində də öz dünyasını dəyişdi və onu o saleh şəxsin gecələdiyi qəbirstanlıqda dəfn etdilər. Hacı Məhəmmədəli Yəzdi bir ay keçməmiş o şəxsi yuxusunda çox yaxşı bir əhval-ruhiyyədə görür. Ondan soruşur ki, mən, sənin əvvəlini də, aqibətini də görmüşəm. Sənin zahirini də, batinini də yaxşı tanıyıram. Batininin yaxşı olduğununu heç kimsə güman belə etməzdi. Sənin seçdiyin o sənət yalnız əzaba layiq idi, bəs hansı əməlinə görə bu məqama yetişmisən? O, cavab verir ki, düz fikirləşirsən, mən, öldüyüm gündə n dünənə qədər çox şiddətli bir əzaba düçar idim. Dünən ustad Əşrəf Həddadın zövcəsi vəfat etmişdi və onu burada dəfn etdilər. O, əli ilə təqribən yüz arşın uzaqda yerləşən bir qəbri göstərdikdən sonra sözünü davam etdirərək dedi: “O qadın dəfn edildiyi gecə həzrət Əbi Əbdillahil Hüseyn (ə) üç dəfə onun ziyarətinə gəldi. Üçüncü dəfə gəlişində o həzrət əmr etdi ki, əzab, bu qəbirstanlıqdan götürülsün. Odur ki, bizim hamımızın vəziyyəti yaxşılaşdı və firavanlığa çıxdıq.” Hacı Məhəmmədəli Yəzdi heyrət içində yuxudan oyandı. O, Həddadı və onun yaşadığı məhəlləni tanımadığı üçün həddaların ( yəni, dəmirçilərin ) bazarına gedib, onu soraqlaşa-soraqlaşa tapdı. Ondan soruşdu: “Sənin zövcən var? “ O, cavab verdi: “Var idi, dünən rəhmətə getdi və onu filan yerdə-həmin qəbirstanlığın adını çəkdi–dəfn etdik.” Hacı Məhəmmədəli ondan soruşur ki, zövcən həzrət Əba Əbdillahın ziyarətinə getmişdi? O:”xeyir”- deyə cavab verir. Yenə soruşur ki, imam üçün mərsiyyə oxuyardı? O, yenə də: “xeyir” -deyə cavab verir. İmam üçün əza məclisi qurardı? Xeyir. Nə üçün məndən bunları soruşursan?Hacı Məhəmmədəli Yəzdi gördüyü yuxunu ona danışır. O deyir: “Mənim zövcəm Aşura ziyarətnaməsini oxuyardı.”
