TAM Rəcəb ayının on beşinci gecəsi — Rəcəb ayı, 15-ci gecə

Print Friendly, PDF & Email

Çox şərafətli gecədir və onda bir neçə əməl var:
1) Qüsl almaq.[1]
2) Gecəni oyaq qalıb ibadətlə məşğul olmaq.[2]
3) İmam Hüseyn (ə) ziyarət etmək: Rəcəb ayının 15-ci gecəsi və günündə o həzrəti ziyarət etmək təkid edilmişdir.[3]
4) 6 rəkət namaz qılmaq (iki rəkət-iki rəkət): hər rəkətdə «Həmd» surəsindən sonra «Yasin», «Mulk», «Tövhid» surələri oxunur.
5) 30 rəkət namaz. Hər rəkətdə «Həmd» surəsindən sonra 10 dəfə «Tövhid» surəsini oxumaq. Bu namazı Seyid ibn Tavus peyğəmbərdən çoxlu fəzilətlə nəql edib.[4]
6) 12 rəkət (iki rəkət-iki rəkət) namaz. Hər rəkətdə «Həmd», «Tövhid», «Fələq», «Nas»«Ayətəl-kürsi» ayələrini 1 dəfə, «Qədr» surəsini isə 4 dəfə oxumaq lazımdır. Salamları dedikdən sonra 4 dəfə deyirsiz:

Ərəbcəاللَّهُ اللَّهُ رَبِّي لا أُشْرِكُ بِهِ شَيْئا وَ لا أَتَّخِذُ مِنْ دُونِهِ وَلِيّا
TranskripsiyaAllah mənim Rəbbimdir. Mən ona heç bir şeyi şərik qoşmur və Ondan başqasına özümə dost (hami) seçmərəm.
TərcüməƏllahu Əllahu rəbbi la uşriku bihi şəy`a, və la əttəxizu min dunihi vəliyya.

Sonra ürəyin nə istəsə oxu. Bu Seyidin İmam Sadiqdən (ə) nəql etdiyi namazdır. Amma Şeyx Kəf`əmi «Misbah» kitabında yazır: «Davud ibn Sərhan İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: Rəcəb ayının orta gecəsində 12 rəkət namaz qılırsan, hər rəkətdə «Həmd» surəni oxuyub namazı qurtardıqdan sonra «Həmd», «Fələq», «Nas», «Tövhid» surələrini və «Ayətəl-kürsi» ayələrini 4 dəfə oxuyursan. Sonra 4 dəfə deyirsən»:
Ərəbcəسُبْحَانَ اللهِ، وَ الْحَمْدُ لِلَّهِ، وَ لَا اِلٰهَ إِلَّا اللهُ، وَ اللهُ اَكْبَرُ
Tərcümə
TranskripsiyaSubhənəllahi, vəlhəmdulillahi, və lə ilahə illəllahi vəllahu əkbər.
Sonra deyirsən:
Ərəbcəاللَّهُ اللَّهُ رَبِّي لا أُشْرِكُ بِهِ شَيْئا وَ مَا شَاءَ اللَّهُ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ
TərcüməAllah pak və bütün eyiblərdən uzaqdır. Həmd-səna Allaha məxsusdur. Allahdan başqa heç bir tanrı yoxdur. Allah böyükdür.
TranskripsiyaƏllahu Əllahu rəbbi la uşriku bihi şəy`a, və ma şaəllahu la quvvətə illa billahil əliyyil əzim.

Bu namazı Seyid ibn Tavus «İqbal» kitabında İmam Sadiqdən (ə) nəql etmişdir.[5]
Eynilə bu əməlləri Rəcəb ayının 27-сi gecəsində də yerinə yetirirsən.

Mənbə:
[1] Əllamə Məclisi – Zadul-məad, səh 19-20
[2] Əllamə Məclisi – Zadul-məad, səh 19-20
[3] Əllamə Məclisi – Zadul-məad, səh 19-20
[4] Seyid ibn Tavus – İqbal, səh 656.
[5] Seyid ibn Tavus – İqbal, səh 656

Читайте также: