Müstəhəb namaz: Hacət namazı 6

Print Friendly, PDF & Email

Şeyx Abbas Qumi öz Məfatihul Cinan kitabında Seyid ibn Tavusdan rəvayət edir ki, cümə gecəsi və Qurban bayramının gecəsi 2 rəkət namaz qıl. Hər rəkətdə “Fatihə” surəsinin “İyyakə nə`budu və iyyakə nəstəin” ayəsini 100 dəfə de. “Həmd” surəsindən sonra 200 dəfə “Tövhid” surəsini oxu. Namazın salamlarını dedikdən sonra, 70 dəfə “La həvlə və la quvvətə illa billahil əliyyil əzim” zikrini de. Daha sonra səcdəyə get və 200 dəfə “ya Rəbbi, ya Rəbbi…” zikrini de. Sonra öz hacətini istə! İnşallah, tezliklə rəva olar.

Читайте также: