TAM Qarın ağrısı üçün oxunan dualar ve edilən əməllər

Print Friendly, PDF & Email

1. Həzrət Peyğəmbərdən (s) nəql olunmuşdur ki, balı isti su ilə qarışdırıb şərbət düzəldin və ona 7 dəfə “Həmd” surəsini oxuyun, sonra için! Rəvayət olunmuşdur ki, bir şəxs Həzrət Peyğəmbərin (s) hüzuruna gedib, o həzrətə qardaşının qarın ağrısından şikayət etdi. Həzrət buyurdu: “Qardaşına de ki, balı isti suya qarışdırıb içsin.” Həmin şəxs qayıdıb bunları qardaşına dedi. O da Peyğəmbərin (s) göstərişinə əməl etdi, lakin heç bir fayda vermədi. Sabahısı gün yenidən həmin şəxs Peyğəmbərin (s) yanına gedib, qardaşının sağalmamısını xəbər verdi. Həzrət buyurdu: “Sədəqəllahu və kəzəbə bətnu əxikə (Allah taala düzgün buyurub, sənin qardaşının qarnı yalan danışır).” Get, baldan hazırlanmış şərbətə 7 dəfə “Həmd” surəsini oxu və onu qardaşına içirt. Həmin şəxs getdikdən sonra həzrət Peyğəmbər (s) Əmirəlmöminin Əliyə (ə) buyurdu: «Ya Əli! Bu kişinin qardaşı münafiqdir, ona görə də şərbət ona heç bir fayda vermədi.»
2. Həzrət Əmirəl-möminin Əlidən (ə) rəvayət olunmuşdur ki, isti su içib deyin:

TranskripsiyaTərcüməƏrəbcə
Ya Əllahu ya Əllahu ya Əllah, ya rəhmanu ya rəhimu ya rəbbəl ərbab, ya ilahəl alihəti ya məlikəl muluk, ya səyyidəs sadət, Ya Allah, ya Allah, ya Allah! Ey bağışlayan və mehriban! Ey bəsləyənlərin bəsləyəni, ey məbudların məbudu, ey padşahların padşahı, ey sərvərlərin sərvəri! يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ، يَا رَحْمَانُ يَا رَحيمُ، يَا رَبَّ الاَرْبَابِ، يَا اِلَهَ الْآلِهَةِ، يَا مَلِكَ الْمُلُوكِ، يَا سَيِّدَ السَّادَةِ
işfini bişəfaik, min kulli dain və suqm, fəinni əbdukə vəbnu əbdikə ətəqəlləbu fi qəbzətik.Öz afiyətinlə mənim bütün dərd və xəstəliklərimə şəfa ver ki, mən Sənin qüdrət əlindən dəyişən bəndən və iki bəndənin oğluyam!اشْفِني بِشِفَائِكَ، مِنْ كُلِّ دَاءٍ وَ سُقْمٍ، فَاِنّي عَبْدُكَ وَابْنُ عَبْدَيْكَ، اَتَقَلَّبُ في قَبْضَتِكَ

3. Həmçinin qarın və başqa üzvlərin ağrısının aradan qaldırılması üçün əlini ağrı hiss etdiyin yerə qoyub, 7 dəfə de:
Ərəbcəاَعُوذُ بِعِزَّةِ اللهِ وَ جَلالِهِ مِنْ شَرِّ مَا اَجِدُ
TərcüməMənə üz gətirən dərdin şərindən Allahın izzət və calalına pənah aparıram
TranskripsiyaƏuzu biizzətillahi və cəlalihi min şərri ma əcid

Sonra sağ əlini ağrı olan yerə qoyub 3 dəfə “Bismillah” desin.
Mənbə: Şeyx Abbas Qummi — Məfatihul-cinan kitabı

Читайте также: