Vaqiə surəsi
Vaqiə surəsinin fəziləti
Nəql olunur ki, Osman ibn Əffan öldüyü xəstəlikdən əziyyət çəkən Abdullah ibn Məsuda baş çəkməyə getdi və ona belə dedi: “Nədən şikayət edirsən?” Dedi: “Öz günahlarımdan.” Dedim: “Nə ürəyin istəyir?” Dedi: “Rəbbimin rəhmətini.” Dedim: “İstəyirsən sənin üçün həkim çağırım?” Dedi: “Elə həkim məni xəstələndirdi.”Dedim: “İstəmirsən deyim sənə ənam versinlər!?” Dedi: “Mənə lazım olanda verməmisən, indi ki, ehtiyacsızam vermək istəyirsən!?” Dedim: “Mən nə versəm, sənin qızların üçün qalsın.” Dedi: “Onların heç nəyə ehtiyacları yoxdur, çünki mən onları “Vaqiə” surəsini oxumağa məcbur eləmişəm. Mən Rəsuli-Əkrəmdən belə buyurduğunu eşitmişəm: “Hər kim “Vaqiə” surəsini hər gecə oxusa, o, heç zaman dilxor, ümidsiz və möhtac olmaz”
İmam Sadiq (ə)-dan nəql olunur ki, hər kim “Vaqiə” surəsini hər gecə yatmazdan əvvəl oxusa, bütün bu müddət ərzində Allah taalanın görüşünə üzü ay kimi parlayan şəxs tək gedər.
Yenə də İmam Sadiq (ə)-dan belə nəql olunur ki, hər kim cənnətin özünü görmək və onun tərifini eşitmək istəsə, “Vaqiə” surəsini oxusun!”
| Ayə | Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|---|
| № | Bismillahir rəhmanir rəhim | Bağışlayan və mehriban Allahın adı ilə | ﷽ |
| 1 | İza vəqəətil vaqiəh | Həmin hadisənin (qiyamətin) baş verəcəyi zaman | إِذَا وَقَعَتِ الْوَاقِعَةُ |
| 2 | Ləysə ləvəq`ətiha kazibəh | Onun baş verməsində yalan yoxdur və kiminsə onu yalan sayması layiq(li iş) deyil | لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ |
| 3 | Xafizətun rafiəh | Alçaldan və ucaldandır. (Yaradılış aləmini alt-üst edən, sonra küfr və itaətsizlik əhlini alçaldan, təqva və iman əhlini ucaldandır.) | خَافِضَةٌ رَافِعَةٌ |
| 4 | İza ruccətil ərzu rəcca | Bu yerin (həmin titrəyiş ilə) möhkəm titrəyəcəyi zaman! | إِذَا رُجَّتِ الْأَرْضُ رَجًّا |
| 5 | Və bussətil cibalu bəssa | Dağlar möhkəm dolandırılacaq və parçalanacaqdır. | وَبُسَّتِ الْجِبَالُ بَسًّا |
| 6 | Fəkanət həbaən munbəssa | Beləliklə dağınıq toz halına düşəcəkdir. | فَكَانَتْ هَبَاءً مُنْبَثًّا |
| 7 | Və kuntum əzvacən səlasətəh | Və siz üç dəstəyə bölünəcəksiniz. | وَكُنْتُمْ أَزْوَاجًا ثَلَاثَةً |
| 8 | Fəəshabul məymənəti ma əshabul məymənəh | (Birinci dəstə) sağ tərəf əhli! Nədir sağ tərəf əhli? (Səadət və xoşbəxtlik təcəssümü.) | فَأَصْحَابُ الْمَيْمَنَةِ مَا أَصْحَابُ الْمَيْمَنَةِ |
| 9 | Və əshabul məş`əməti ma əshabul məşəməh | (İkinci dəstə) sol tərəf əhli! Nədir sol tərəf əhli? (Şər və bədbəxtlik təcəssümü.) | وَأَصْحَابُ الْمَشْأَمَةِ مَا أَصْحَابُ الْمَشْأَمَةِ |
| 10 | Vəs sabiqunəs sabiqun | (Üçüncü dəstə, imanda) öncül (təqvada) qabaqcıllar! | وَالسَّابِقُونَ السَّابِقُونَ |
| 11 | Ulaikəl muqərrəbun | Onlar (Allahın dərgahına) yaxın olanlardır. | أُولَٰئِكَ الْمُقَرَّبُونَ |
| 12 | Fi cənnatin nəim | (Onlar) nemət dolu cənnət və bağlarda olacaqlar | فِي جَنَّاتِ النَّعِيمِ |
| 13 | Sullətun minəl əvvəlin | Böyük bir dəstə keçmişlərdən (keçmiş məsumlardan) | ثُلَّةٌ مِنَ الْأَوَّلِينَ |
| 14 | Və qəlilun minəl axirin | Bir azı (da) sonrakılardan (son ümmətin məsumlarından) | وَقَلِيلٌ مِنَ الْآخِرِينَ |
| 15 | Əla sururin məvzunəh | (Qızıldan) toxunmuş (daş-qaşla bəzədilmiş və bir sıraya düzülmüş) taxtlar üzərində | عَلَىٰ سُرُرٍ مَوْضُونَةٍ |
| 16 | Muttəkinə ələyha mutəqabilin | Onlara söykənmiş halda bir-biri ilə qarşı-qarşıya | مُتَّكِئِينَ عَلَيْهَا مُتَقَابِلِينَ |
| 17 | Yətufu ələyhim vil danun muxəllədun | Onların dövrəsində (təravət və cavanlığı) həmişəlik olan və qolbağı taxmış oğlanlar dolanacaqlar | يَطُوفُ عَلَيْهِمْ وِلْدَانٌ مُخَلَّدُونَ |
| 18 | Biəkvabin və əbariqə və kə`sin min məin | (Çeşmədən) axan şərab kuzələri, bardaqları və piyalələri ilə! | بِأَكْوَابٍ وَأَبَارِيقَ وَكَأْسٍ مِنْ مَعِينٍ |
| 19 | Lə yusəddəunə ənha və la yunzifun | Ondan (o şərabdan) nə başları ağrıyar, nə də ağıllarını itirərlər | لَا يُصَدَّعُونَ عَنْهَا وَلَا يُنْزِفُونَ |
| 20 | Və fakihətin mimma yətəxəy yərun | Və seçdikləri meyvələrlə | وَفَاكِهَةٍ مِمَّا يَتَخَيَّرُونَ |
| 21 | Və ləhmi təyrin mimma yəştəhun | Və meyilləri çəkən quş əti ilə | وَلَحْمِ طَيْرٍ مِمَّا يَشْتَهُونَ |
| 22 | Və hurun in | Və (orada onlar üçün) ağ dərili, iri gözlü gözəl qadınlar (vardır) | وَحُورٌ عِينٌ |
| 23 | Kəəmsalil lu`luil məknun | Sədəfdə gizlənmiş inci kimi (ki, nə rəngi dəyişib, nə də kiminsə əli toxunub onlara)! | كَأَمْثَالِ اللُّؤْلُؤِ الْمَكْنُونِ |
| 24 | Cəzaən bima kanu yə`məlun | (Dünyada) etdiklərinin (yaxşı əməllərin) mükafatı olaraq | جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ |
| 25 | La yəs`məunə fiha ləğvən və la tə`sima | Həmin cənnətlərdə əsla bihudə və günah sözlər eşitməyəcəklər | لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا تَأْثِيمًا |
| 26 | İlla qilən səlamən səlama | Salam(un əleyk), səlam(un əleyk)dən başqa! | إِلَّا قِيلًا سَلَامًا سَلَامًا |
| 27 | Və əshabul yəmin ma əshabul yəmin | Sağ tərəf əhli(nə gəldikdə isə); nədir sağ tərəf əhli? (Əməl dəftərləri sağ əllərinə verilmiş mübarəklər!) | وَأَصْحَابُ الْيَمِينِ مَا أَصْحَابُ الْيَمِينِ |
| 28 | Fi sidrin məxzud | Tikansız sidr (ağacı bağları içərisin)də! | فِي سِدْرٍ مَخْضُودٍ |
| 29 | Və təlhin mənzud | Meyvələri bir-birinin üstündə oturmuş banan (ağacı) | وَطَلْحٍ مَنْضُودٍ |
| 30 | Və zillin məmdud | Və uzanan daimi kölgəlik | وَظِلٍّ مَمْدُودٍ |
| 31 | Və main məskub | Və (şəlalələrdən) tökülən su | وَمَاءٍ مَسْكُوبٍ |
| 32 | Və fakihətin kəsirəh | Və (növ, rəng və xüsusiyyətləri baxımından) firavan meyvələr | وَفَاكِهَةٍ كَثِيرَةٍ |
| 33 | La məqtuətin və la məmnu`əh | Nə tükənəndir, nə də istifadəsi qadağan | لَا مَقْطُوعَةٍ وَلَا مَمْنُوعَةٍ |
| 34 | Və furuşin mərfuəh | Hündür və bir-birinin üstünə salınmış döşənəcəklər və ya xasiyyət və gözəlliyi çox üstün olan zövcələr | وَفُرُشٍ مَرْفُوعَةٍ |
| 35 | İnna ənşə`nahunnə inşaa | Əlbəttə, Biz onları məxsus xilqətlə (doğulmaqdan ayrı bir yolla, möcüzəvi şəkildə və yaxud dünyadakı mömin qoca qadınların yaradılışını yeniləşdirməklə) yaratmışıq | إِنَّا أَنْشَأْنَاهُنَّ إِنْشَاءً |
| 36 | Fəcəəlnahunnə əbkara | Beləliklə onları (həmişəlik olaraq) bakirə etmişik | فَجَعَلْنَاهُنَّ أَبْكَارًا |
| 37 | Urubən ətraba | Həm də ərlərini sevən və ya bir-biri ilə yaxud ərləri ilə yaşıd | عُرُبًا أَتْرَابًا |
| 38 | Liəshabil yəmin | (Bunların hamısı) sağ tərəf əhli üçündür | لِأَصْحَابِ الْيَمِينِ |
| 39 | Sullətun minəl əvvəlin | (Onların) böyük bir dəstə(si) keçmişlərdən (keçmiş ümmətlərdən), | ثُلَّةٌ مِنَ الْأَوَّلِينَ |
| 40 | Və sullətun minəl axirin | və böyük bir dəstə də sonrakılardandır (son ümmətdəndir) | وَثُلَّةٌ مِنَ الْآخِرِينَ |
| 41 | Və əshabuş şimal ma əshabuş şimal | Sol tərəf əhli(nə gəldikdə isə); nədir sol tərəf əhli? (Əməl dəftərləri sol əllərinə verilmiş bədbəxtlər!) | وَأَصْحَابُ الشِّمَالِ مَا أَصْحَابُ الشِّمَالِ |
| 42 | Fi səmumin və həmim | (Onlar içlərinə) nüfuz edən odun və qaynar suyun hərarəti (içərisi)ndə | فِي سَمُومٍ وَحَمِيمٍ |
| 43 | Və zillin min yəhmum | və qatı qara tüstünün gölgəsindədirlər | وَظِلٍّ مِنْ يَحْمُومٍ |
| 44 | La baridin və la kərim | Nə sərindir, nə də (istirahət etmək üçün) xeyirli (və yararlı) | لَا بَارِدٍ وَلَا كَرِيمٍ |
| 45 | İnnəhum kanu qəblə zalikə mutrəfin | Həqiqətən onlar bundan əvvəl (dünyada) əyyaş nemət sahiblərindən idilər | إِنَّهُمْ كَانُوا قَبْلَ ذَٰلِكَ مُتْرَفِينَ |
| 46 | Və kanu yusirrunə ələl hinsil əzim | Və həmişə (Allahın əhdlərinə qarşı) böyük vəfasızlıqlara israr edirdilər | وَكَانُوا يُصِرُّونَ عَلَى الْحِنْثِ الْعَظِيمِ |
| 47 | Və kanu yəqulunə əiza mitna və kunna turabən və izamən əinna ləməb`usun | Və deyirdilər: «Məgər biz ölüb torpaq və sümük parçaları olduqdan sonra doğrudanmı dirildiləcəyik?!» | وَكَانُوا يَقُولُونَ أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَبْعُوثُونَ |
| 48 | Əvə abaunəl əvvəlun | Bizim ata-babalarımız da (dirildiləcəklər)? | أَوَآبَاؤُنَا الْأَوَّلُونَ |
| 49 | Qul innəl əvvəlinə vəl axirin | De: «Şübhəsiz, əvvəlkilər də, sonuncular da | قُلْ إِنَّ الْأَوَّلِينَ وَالْآخِرِينَ |
| 50 | Ləməcmuunə ila miqati yəvmin mə`lum | mütləq məlum günün (qiyamətin) vədə yerinə tərəf toplanılacaqlar | لَمَجْمُوعُونَ إِلَىٰ مِيقَاتِ يَوْمٍ مَعْلُومٍ |
| 51 | Summə innəkum əyyuhəz zallunəl mukəzzibun | Sonra siz ey (peyğəmbərlik və qiyaməti) inkar edən azğınlar! | ثُمَّ إِنَّكُمْ أَيُّهَا الضَّالُّونَ الْمُكَذِّبُونَ |
| 52 | Ləakilunə min şəcərin min zəqqum | Mütləq (görünüş, dad və iyi pis olan) zəqqum ağacından yeyəcəksiniz | لَآكِلُونَ مِنْ شَجَرٍ مِنْ زَقُّومٍ |
| 53 | Fəmaliunə minhəl butun | Beləliklə qarınları(nızı) onunla dolduracaqsınız | فَمَالِئُونَ مِنْهَا الْبُطُونَ |
| 54 | Fəşaribunə ələyhi minəl həmim | Onun üstündən qaynar su içəcəksiniz | فَشَارِبُونَ عَلَيْهِ مِنَ الْحَمِيمِ |
| 55 | Fəşaribunə şurbəl him | Susuzluğa düçar olmuş dəvə kimi içəcəksiniz | فَشَارِبُونَ شُرْبَ الْهِيمِ |
| 56 | Haza nuzuluhum yəvməd din | Bu, cəza günü onlara göstərilən ilk xidmətdir | هَٰذَا نُزُلُهُمْ يَوْمَ الدِّينِ |
| 57 | Nəhnu xələqnakum fələv la tusəddiqun | Sizi Biz yaratmışıq. Bəs nə üçün (dünyada tovhid və risaləti, eləcə də axirətdə yaradılışınızın yeniləşəcəyini) təsdiqləmirsiniz?! | نَحْنُ خَلَقْنَاكُمْ فَلَوْلَا تُصَدِّقُونَ |
| 58 | Əfərəəytum ma tumnun | (Uşaqlığa) nütfədən nə axıtdığınızı görmüsünüz? | أَفَرَأَيْتُمْ مَا تُمْنُونَ |
| 59 | Əəntum təxluqunəhu əm nəhnul xaliqun | Onu (kamil insan olana kimi, müxtəlif mərhələlərdə) siz yaradırsınız, yoxsa yaradan Bizik? | أَأَنْتُمْ تَخْلُقُونَهُ أَمْ نَحْنُ الْخَالِقُونَ |
| 60 | Nəhnu qəddərna bəynəkumul məvtə və ma nəhnu biməsbuqin | Sizin aranızda ölümü (onu doğuran səbəblər, müddət, tez və gec olması baxımından) müəyyənləşdirən Bizik və Biz istək və iradədə əsla məğlub olmuruq | نَحْنُ قَدَّرْنَا بَيْنَكُمُ الْمَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ |
| 61 | Əla ən nubəddilə əmsaləkum və nunşiəkum fi ma la tə`ləmun | (Dünyada) oxşarlarınızı sizin yerinizə qoymaq (həmişə bir dəstəni aparıb bənzərlərini gətirmək) və (axirətdə ora uyğun olaraq) sizi yenidən, bilmədiyiniz hal və surətlərdə yaratmağımız üçün! | عَلَىٰ أَنْ نُبَدِّلَ أَمْثَالَكُمْ وَنُنْشِئَكُمْ فِي مَا لَا تَعْلَمُونَ |
| 62 | Və ləqəd əlimtumun nəş`ətəl ula, fələv la təzəkkərun | Şübhəsiz, siz (dünyada) ilk yaradılışı (necə yaradıldığınızı və həmişə dəyişməkdə olmağınızı) bildiniz. Bəs nə üçün ibrət götürmürsünüz?! | وَلَقَدْ عَلِمْتُمُ النَّشْأَةَ الْأُولَىٰ فَلَوْلَا تَذَكَّرُونَ |
| 63 | Əfərəəytum ma təhrusun | Heç əkdiyinizi görmüsünüz? | أَفَرَأَيْتُمْ مَا تَحْرُثُونَ |
| 64 | Əəntum təzrəunəhu əm nəhnuz zariun | Onu siz bitirirsiniz, yoxsa bitirən Bizik? | أَأَنْتُمْ تَزْرَعُونَهُ أَمْ نَحْنُ الزَّارِعُونَ |
| 65 | Ləv nəşau ləcəəlnaha hutamən fəzələltum təfəkkəhun | Əgər qəti şəkildə istəsək onu mütləq çör-çöpə çevirərik və siz təəccüb və təəssüflə deyərsiniz: | لَوْ نَشَاءُ لَجَعَلْنَاهُ حُطَامًا فَظَلْتُمْ تَفَكَّهُونَ |
| 66 | İnna ləmuğrəmun | Həqiqətən biz ziyana uğramışıq. | إِنَّا لَمُغْرَمُونَ |
| 67 | Bəl nəhnu məhrumun | Hətta məhrum və bədbəxtik! | بَلْ نَحْنُ مَحْرُومُونَ |
| 68 | Əfərəytumul maəlləzi təşrəbun | Heç içdiyiniz suyu görmüsünüz? | أَفَرَأَيْتُمُ الْمَاءَ الَّذِي تَشْرَبُونَ |
| 69 | Əəntum ənzəltumuhu minəl muzni əm nəhnul munzilun | Onu yağış doğan ağ buluddan siz nazil etdiniz, yoxsa Bizik nazil edən? | أَأَنْتُمْ أَنْزَلْتُمُوهُ مِنَ الْمُزْنِ أَمْ نَحْنُ الْمُنْزِلُونَ |
| 70 | Ləv nəşau cəəlnahu ucacən fələv la təşkurun | Əgər istəsək onu acılaşdırarıq. Belə isə nə üçün şükr etmirsiniz?! | لَوْ نَشَاءُ جَعَلْنَاهُ أُجَاجًا فَلَوْلَا تَشْكُرُونَ |
| 71 | Əfərəəytumun narəlləzi turun | Heç yandırdığınız odu görmüsünüz? | أَفَرَأَيْتُمُ النَّارَ الَّتِي تُورُونَ |
| 72 | Əəntum ənşə`tum şəcərətəha əm nəhnul munşiun | Onun ağacını siz yaratmısınız yoxsa Bizik yaradan? | أَأَنْتُمْ أَنْشَأْتُمْ شَجَرَتَهَا أَمْ نَحْنُ الْمُنْشِئُونَ |
| 73 | Nəhnu cəəlnaha təzkirətən və mətaən lil muqvin | Biz onu, yada salmaq (qiyamət odunun yada salınması) və müsafirlər üçün bəhrələnmək vasitəsi etmişik. | نَحْنُ جَعَلْنَاهَا تَذْكِرَةً وَمَتَاعًا لِلْمُقْوِينَ |
| 74 | Fəsəbbih bismi rəbbikəl əzim | Buna görə də əzəmətli Rəbbinin adını zikr et (və onu hər bir eyb və nöqsandan pak bil) | فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ |
| 75 | Fəla uqsimu biməvaqiin nucum | Beləliklə and olsun ulduzların (geniş səmadakı) yerlərinə, onların batma və düşmə zamanına və Quranın hissələrinin nazil olma vaxtlarına | فَلَا أُقْسِمُ بِمَوَاقِعِ النُّجُومِ |
| 76 | Və innəhu ləqəsəmun ləv tə`ləmunə əzim | Əlbəttə, əgər bilsəniz, bu, böyük anddır. (Çünki birincisi Allahın yaradılışda tovhid və qüdrətinin, ikinici isə onun idarə etməkdə hikmət və mərhəmətinin dəlillərindəndir.) | وَإِنَّهُ لَقَسَمٌ لَوْ تَعْلَمُونَ عَظِيمٌ |
| 77 | İnnəhu lə Qur`anun kərim | Həqiqətən bu, (göndərənin və onu qəbul edənlərin yanında) kərim (çox gözəl, təriflənmiş, qiymətli və əziz) bir Qurandır | إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ |
| 78 | Fi kitabin məknun | (O,) örtülü bir yazıda (və hər bir dəyişiklikdən qorunmuş lövhədə)dir | فِي كِتَابٍ مَكْنُونٍ |
| 79 | La yəməssuhu illəl mutəhhərun | Ona (həmin yazılmış lövhəyə cismanilik və günah tutqunnLuğundan) pak mələklərdən başqa heç kəs toxunmaz; bu Quranın xətlərinə (şəriətin buyurduğu qaydada paklanmış) paklardan başqa heç kəs toxunmaz; onun maariflərini əxlaqi rəzilətlərdən paklanmışlardan qeyrisi bilməz; onun arifanə həqiqətlərini yalnız, məbuddan qeyrisinə ürək bağlamayan paklar dərk edərlər. | لَا يَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ |
| 80 | Tənzilun min rəbbil aləmin | O, aləmlərin Rəbbi tərəfindən (lövhə, oradan Cəbrailə, ondan Peyğəmbərin qəlbinə və oradan da cəmiyyətə) nazil edilmişdir | تَنْزِيلٌ مِنْ رَبِّ الْعَالَمِينَ |
| 81 | Əfəbihazəl hədisi mudhinun | Bu kəlamla (insanlara deyilmiş bu Quranla) boş və yüngül davranırsınız?! | أَفَبِهَٰذَا الْحَدِيثِ أَنْتُمْ مُدْهِنُونَ |
| 82 | Və təc`əlunə rizqəkum ənnəkum tukəzzibun | Və onu təkzib etməyinizi ruziniz (ondan olan ruziniz və həmin ruzinin şükrü) edirsiniz? | وَتَجْعَلُونَ رِزْقَكُمْ أَنَّكُمْ تُكَذِّبُونَ |
| 83 | Fələvla iza bələğətil hulqum | Belə isə nə üçün canınız boğaza (ölümünüz) çatan zaman | فَلَوْلَا إِذَا بَلَغَتِ الْحُلْقُومَ |
| 84 | Və əntum hinəizin tənzurun | Siz həmin halda (özünüzün və ya can verməkdə olanın vəziyyətinə) baxırsınız | وَأَنْتُمْ حِينَئِذٍ تَنْظُرُونَ |
| 85 | Və nəhnu əqrəbu iləyhi minkum və lakin la tubsirun | Biz (və mələklərimiz) həmin can verən şəxsə sizdən daha yaxınıq, lakin siz görmürsünüz | وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْكُمْ وَلَٰكِنْ لَا تُبْصِرُونَ |
| 86 | Fələv la in kuntum ğəyrə mədinin | (Bəli,) bəs nə üçün əgər siz cəzalandırılmayacaqsınızsa, | فَلَوْلَا إِنْ كُنْتُمْ غَيْرَ مَدِينِينَ |
| 87 | Tərciunəha in kuntum sadiqin | əgər doğruçusunuzsa həmin canı (öz bədəninizə) qaytarmırsınız?! | تَرْجِعُونَهَا إِنْ كُنْتُمْ صَادِقِينَ |
| 88 | Fəəmma in kanə minəl muqərrəbin | Beləliklə, əgər (can verən həmin şəxs Allahın dərgahına) yaxınlardan olsa, | فَأَمَّا إِنْ كَانَ مِنَ الْمُقَرَّبِينَ |
| 89 | Fərəvhun və rəyhanun və cənnatu nəim | onda (onun üçün) asayiş, pak ruzi və nemət dolu Cənnət vardır. | فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّتُ نَعِيمٍ |
| 90 | Və əmma in kanə min əshabil yəmin | Amma əgər sağ tərəf əhlindən olsa, | وَأَمَّا إِنْ كَانَ مِنْ أَصْحَابِ الْيَمِينِ |
| 91 | Fəsəlamun ləkə min əshabil yəmin | onda (ona) «sənə sağ tərəf əhlindən salam vardır» (deyiləcəkdir) | فَسَلَامٌ لَكَ مِنْ أَصْحَابِ الْيَمِينِ |
| 92 | Və əmma in kanə minəl mukəzzəbinəz zallin | Lakin əgər azmış təkzib edənlərdən olsa, | وَأَمَّا إِنْ كَانَ مِنَ الْمُكَذِّبِينَ الضَّالِّينَ |
| 93 | Fənuzulun min həmim | onda (ona) ilk xidmət qaynar sudur | فَنُزُلٌ مِنْ حَمِيمٍ |
| 94 | Və təsliyətu cəhim | və cəhənnəmə daxil olaraq onun hərarətini dadmaq! | وَتَصْلِيَةُ جَحِيمٍ |
| 95 | İnnə haza ləhuvə həqqul yəqin | Doğrudan da bu (mətləb) qəti və şübhəsiz bir həqiqətdir | إِنَّ هَٰذَا لَهُوَ حَقُّ الْيَقِينِ |
| 96 | Fəsəbbih bismi rəbbikəl əzim | Odur ki, öz böyük Rəbbinin adını zikr et (və Onu hər bir eyb və nöqsandan pak bil)! | فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ |
