İslam aylarının əməlləri: Şaban ayının son günlərinin əməlləri
1) İmam Sadiq (ə) nəql edilmişdir ki, hər kəs Şaban ayının axırından 3 gün oruc tutub Ramazan ayına birləşdirərsə, Allah Təala iki ayın orucunun savabını ona yazar.[1]
2) Əba Səlt Hərəsi rəvayət etmişdir ki, Şaban ayının axırıncı gecəsi imamın hüzuruna getdim. Həzrət buyurdu: «Ey Əba Səlt, Şaban ayının çox hissəsi keçdi və bu axırıncı cümə günüdür. Bu ayın keçmiş günlərində etdiyi günahların qalan günləri ərzində bağışlanmasını istə və çoxlu Quran oxu. Ayın axırında Allaha görə xalislərdən olasan deyə öz günahlarından tövbə et. Üzərində olan bütün haqları və əmanətləri ödə. Qəlbində olan kin-küdurəti çıxar. Bütün etdiyin günahları tərk et. Allahdan həya et və öz işlərinin gizli və aşkar məqamlarında Allaha təvəkkül et. Allaha hər kəs təvəkkül edərsə, Allah Təala ona kifayət edər. Bu ayın qalan vaxtında bu duanı çox oxu»:
| Ərəbcə | اللَّهُمَّ إِنْ لَمْ تَكُنْ غَفَرْتَ لَنَا فِيمَا مَضَى مِنْ شَعْبَانَ فَاغْفِرْ لَنَا فِيمَا بَقِيَ مِنْهُ |
| Tərcümə | İlahi, əgər Şaban ayının keçən günlərində bizi bağışlamayıbsansa, onda, qalan günlərində bizi bağışla! |
| Transkripsiya | Əllahummə illəm təkun ğə-fərtə ləna fima məza min şə`ban, fəğfir ləna fima bəqiyə minh |
İmam Rza (ə) sözünün davamında buyurdu: «Allah mübarək Ramazan ayının ehtiramına və əzəmətinə xatir şaban ayında çoxlu bəndələri cəhənnəm odundan azad edir.»[2]
3) Şeyx Haris ibn Muğeyrə Nəzridən rəvayət edir ki, İmam Sadiq (ə) Şaban ayının axırıncı gecəsində və Mübarək Ramazan ayının ilk gecəsində bu duanı[3] oxuyurdu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə innə hazəş şəhrəl mubarəkəlləzi unzilə fihil Qur`an, və cuilə hudən lin nasi və bəyinatin minəl huda vəl furqan, qəd həzərə fəsəllimna fihi və səllimhu ləna və təsəlləmhu minna fi yusrin minkə və afiəh, ya mən əxəzəl qəlilə və şəkərəl kəsirəqbəl minnil yəsir, | İlahi, insanlara hidayət, hidayətinə dəlil və haqqı batildən ayıran Quranın nazil olduğu bu mübarək ay gəlib çatdı. Belə isə, bizi həmin ayda salamat et və onu da Öz tərəfindən olan asanlıq və sağlamlıqla bizdən qəbul et! Ey azı (az əməli) qəbul edən və (əvəzində) çoxlu təşəkkür edən (savab verən), bizim az əməlimizi qəbul et! | اللَّهُمَّ اِنَّ هَذَا الشَّهْرَ الْمُبَارَكَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ وَ جُعِلَ هُدًى لِلنَّاسِ وَ بَيِّنَاتٍ مِنَ الْهُدَى وَ الْفُرْقَانِ قَدْ حَضَرَ فَسَلِّمْنَا فِيهِ وَ سَلِّمْهُ لَنَا وَ تَسَلَّمْهُ مِنَّا فِي يُسْرٍ مِنْكَ وَ عَافِيَةٍ يَا مَنْ أَخَذَ الْقَلِيلَ وَ شَكَرَ الْكَثِيرَ اقْبَلْ مِنِّي الْيَسِيرَ |
| Əllahummə inni əs`əlukə ən təc`ələ li ila kulli xəyrin səbila, və min kulli ma la tuhibbu mania, ya ərhəmər rahimin, ya mən əfa ənni və əmma xələvtu bihi minəs səyyiat, ya mən ləm yuaxizni birtikabil məasi əfvəkə əfvəkə əfvəkə ya kərim, | İlahi, mən Səndən istəyirəm ki, mənim üçün bütün xeyirlərə doğru bir yol və sevmədiklərin qarşısında br maneə qərar verəsən, ey mehribanların ən mehribanı! Ey məni və gizlində yerinə yetirdiyim günahları əfv edən! Ey günahlara qurşandığıma görə dərhal cəzalandırmayan! Sənin əfvini, əfvini, əfvini diləyirəm, ey kərim Allah! | اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ أَنْ تَجْعَلَ لِي إِلَى كُلِّ خَيْرٍ سَبِيلا وَ مِنْ كُلِّ مَا لا تُحِبُّ مَانِعا يَا أَرْحَمَ الرَّاحِمِينَ يَا مَنْ عَفَا عَنِّي وَ عَمَّا خَلَوْتُ بِهِ مِنَ السَّيِّئَاتِ يَا مَنْ لَمْ يُؤَاخِذْنِي بِارْتِكَابِ الْمَعَاصِي عَفْوَكَ عَفْوَكَ عَفْوَكَ يَا كَرِيمُ |
| İlahi vəəztəni fələm əttəiz, və zəcərtəni ən məharimikə fələm ənzəcir, fəma uzri fə`fu ənni ya kərimu əfvəkə əfvək, | İlahi, mənə moizə etdin, amma ondan ibrət almadım və haram buyurduğun işlərdən çəkindirdin, amma onlardan çəkinmədim. Bəs mənim üzrüm nədir?! Ey kərim Allah, Sənin əfvini, əfvini diləyirəm! | إِلَهِي وَعَظْتَنِي فَلَمْ أَتَّعِظْ وَ زَجَرْتَنِي عَنْ مَحَارِمِكَ فَلَمْ أَنْزَجِرْ فَمَا عُذْرِي فَاعْفُ عَنِّي يَا كَرِيمُ عَفْوَكَ عَفْوَكَ |
| Əllahummə inni əs`əlukər rahətə indəl məvt, vəl əfvə indəl hisab, əzuməz zənbu min əbdikə fəlyəhsunit təcavuzu min indik, ya əhlət təqva və ya əhləl məğfirəti əfvəkə əfvək, | İlahi, Səndən ölüm zamanı rahatlıq və hesab vaxtı əfv istəyirəm! Bəndənin günahları böyükdür. Buna görə də Sənin tərəfindən olan güzəşt gözəl olmalıdır, ey təqva və məğfirət sahibi! Sənin əfvini, əfvini diləyirəm! | اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الرَّاحَةَ عِنْدَ الْمَوْتِ وَ الْعَفْوَ عِنْدَ الْحِسَابِ عَظُمَ الذَّنْبُ مِنْ عَبْدِكَ فَلْيَحْسُنِ التَّجَاوُزُ مِنْ عِنْدِكَ يَا أَهْلَ التَّقْوَى وَ يَا أَهْلَ الْمَغْفِرَةِ عَفْوَكَ عَفْوَكَ |
| Əllahummə inni əbdukəbnu əbdikə vəbnu əmətik, zəifun fəqirun ila rəhmətik, və əntə munzilul ğina vəl bərəkəti ələl ibad, qahirun muqtədirun əhsəytə ə`maləhum, və qəsəmtə ərzaqəhum və cəəltəhum muxtəlifətən əlsinətuhum və əlvanuhum, xəlqən min bə`di xəlq, və la yə`ləmul ibadu ilmək, və la yəqdirul ibadu qədrək, və kulluna fəqirən ila rəhmətik, fəla təsrif ənni vəchək, vəc`əlni min salihi xəlqikə fil əməl, vəl əməli vəl qəzai vəl qədər, | İlahi, həqiqətən, mən Sənin bəndən, bəndənin və kənizinin oğluyam, zəifəm və Sənin rəhmətinə möhtacam. Sən bəndələrinə zənginlik və bərəkət nazil edənsən. Qəhr edən və iqtidar sahibisən. Bəndələrinin əməllərini sayıb, ruzilərini bölüşdürdün, dil və rənglərini bir-birindən fərqləndirdin. Bəndələr Sənin elmindən xəbərsizdir və Sənin qədrini bilmirlər! Hamımız Sənin rəhmətinə möhtacıq! Belə isə, məndən üz çevirmə, məni rəftar və arzularımda, qəza və qədərlə bağlı işlərdə yaratdıqlarının əməlisalehlərindən təyin et! | اللَّهُمَّ إِنِّي عَبْدُكَ ابْنُ عَبْدِكَ وَ ابْنُ أَمَتِكَ ضَعِيفٌ فَقِيرٌ إِلَى رَحْمَتِكَ وَ أَنْتَ مُنْزِلُ الْغِنَى وَ الْبَرَكَةِ عَلَى الْعِبَادِ قَاهِرٌ مُقْتَدِرٌ أَحْصَيْتَ أَعْمَالَهُمْ وَ قَسَمْتَ أَرْزَاقَهُمْ وَ جَعَلْتَهُمْ مُخْتَلِفَةً أَلْسِنَتُهُمْ وَ أَلْوَانُهُمْ خَلْقا مِنْ بَعْدِ خَلْقٍ وَ لا يَعْلَمُ الْعِبَادُ عِلْمَكَ وَ لا يَقْدِرُ الْعِبَادُ قَدْرَكَ وَ كُلُّنَا فَقِيرٌ إِلَى رَحْمَتِكَ فَلا تَصْرِفْ عَنِّي وَجْهَكَ وَ اجْعَلْنِي مِنْ صَالِحِي خَلْقِكَ فِي الْعَمَلِ وَ الْأَمَلِ وَ الْقَضَاءِ وَ الْقَدَرِ |
| Əllahummə əbqini xəyrəl bəqa, və əfnini xəyrəl fəna, əla muvalati əvliyaik, və muadati ə`daikə vər rəğbəti iləykə vər rəhbəti mink, vəl xuşui vəl vəfai vət təslimi ləkə vət təsdiqi bikitabik, vəttibai sunnəti rəsulik, | İlahi, məni Sənin dostlarınla dost və düşmənlərinlə düşmən olan, Sənə rəğbət bəsləyən, Səndən qorxan, Sənin dərgahında təvazökar, vəfadar və təslim olan, kitabını təsdiqləyən və Peyğəmbərinin sünnəsinə tabe olan halda – ən yaxşı halda dünyada saxla və ən yaxşı halda da dünyadan apar! | اللَّهُمَّ أَبْقِنِي خَيْرَ الْبَقَاءِ وَ أَفْنِنِي خَيْرَ الْفَنَاءِ عَلَى مُوَالاةِ أَوْلِيَائِكَ وَ مُعَادَاةِ أَعْدَائِكَ وَ الرَّغْبَةِ إِلَيْكَ وَ الرَّهْبَةِ مِنْكَ وَ الْخُشُوعِ وَ الْوَفَاءِ وَ التَّسْلِيمِ لَكَ وَ التَّصْدِيقِ بِكِتَابِكَ وَ اتِّبَاعِ سُنَّةِ رَسُولِكَ |
| Əllahummə ma kanə fi qəlbi min şəkkin əv ribətin əv cuhudin əv qunut, əv fərəhin əv bəzəxin əv bətərin əv xuyəlaə əv riyain əv sum`ətin əv şiqaqin əv nifaq, əv kufrin əv fusuqin əv isyanin əv əzəmətin əv şəy`in la tuhibb, fəəs`əlukə ya rəbbi ən tubəddiləni məkanəhu imanən bivə`dikə və vəfaən biəhdik, və rizən biqəzaikə və zuhdən fid dunya və rəğbətən fima əndək, və əsərətən və tumə`ninətən və təvbətən nəsuha, əs`əlukə zalikə ya rəbbəl aləmin, | İlahi, ey mənim Rəbbim, Səndən istəyirəm ki, qəlbimdəki şəkk, tərəddüd, inkar, ümidsizlik, fərəh, öyünmək, israfçılıq, təkəbbür, xudbinlik, riya, şöhrət, ayrılıq, ikiüzlülük, küfr, günah, üsyankarlıq, qürur və yaxud Sənin sevmədiklərini vədinə iman, əhdinə vəfa, qəza-qədərinə razılıq, dünyada zahidlik, Sənin yanında olanlara rəğbət, fəzilət, arxayınlıq, tövbə və saflıqla dəyişəsən! Ey aləmlərin Rəbbi, Səndən bunları istəyirəm! | اللَّهُمَّ مَا كَانَ فِي قَلْبِي مِنْ شَكٍّ أَوْ رِيبَةٍ أَوْ جُحُودٍ أَوْ قُنُوطٍ أَوْ فَرَحٍ أَوْ بَذَخٍ أَوْ بَطَرٍ أَوْ خُيَلاءَ أَوْ رِيَاءٍ أَوْ سُمْعَةٍ أَوْ شِقَاقٍ أَوْ نِفَاقٍ أَوْ كُفْرٍ أَوْ فُسُوقٍ أَوْ عِصْيَانٍ أَوْ عَظَمَةٍ أَوْ شَيْءٍ لا تُحِبُّ فَأَسْأَلُكَ يَا رَبِّ أَنْ تُبَدِّلَنِي مَكَانَهُ إِيمَانا بِوَعْدِكَ وَ وَفَاءً بِعَهْدِكَ وَ رِضًا بِقَضَائِكَ وَ زُهْدا فِي الدُّنْيَا وَ رَغْبَةً فِيمَا عِنْدَكَ وَ أَثَرَةً وَ طُمَأْنِينَةً وَ تَوْبَةً نَصُوحا أَسْأَلُكَ ذَلِكَ يَا رَبَّ الْعَالَمِينَ |
| İlahi əntə min hilmikə tu`sa, və min kərəmikə və cudikə tuta, fəkəənnəkə ləm tu`sə (tərə), və ənə və mən ləm yə`sikə sukkanu ərzik, fəkun ələyna bil fəzli cəvada, və bil xəyri əvvada, ya ərhəmər rahimin, və salləllahu əla Muhəmmədin və alih, səlatən daimətən la tuhsa və la tuəddu və la yəqdiru qədrəha ğəyruk, ya ərhəmər rahimin. | İlahi, səbrinə görə Sənə qarşı günah edirlər, ehsan və kərəminə görə Sənə itaət edirlər, sanki Sənə itaətsizlik olunmayıb! Mən Sənə qarşı itaətsizlik etməyənlərlə birgə Sənin yaratdığın yerdə sakinik. Öz fəzlinlə bizə ehsan et və xeyirlə bizə nəzər sal! Ey mehribanların ən mehribanı! Allahın daimi, saysız-hesabsız, sayını Ondan başqasının bilmədiyi qədər salamı olsun Muhəmməd və onun Əhlibeytinə, ey mehribanların ən mehribanı! | إِلَهِي أَنْتَ مِنْ حِلْمِكَ تُعْصَى وَ مِنْ كَرَمِكَ وَ جُودِكَ تُطَاعُ فَكَأَنَّكَ لَمْ تُعْصَ [تَرَ] وَ أَنَا وَ مَنْ لَمْ يَعْصِكَ سُكَّانُ أَرْضِكَ فَكُنْ عَلَيْنَا بِالْفَضْلِ جَوَادا وَ بِالْخَيْرِ عَوَّادا يَا أَرْحَمَ الرَّاحِمِينَ وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِهِ صَلاةً دَائِمَةً لا تُحْصَى وَ لا تُعَدُّ وَ لا يَقْدِرُ قَدْرَهَا غَيْرُكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
Mənbələr:
[1] Seyid ibn Tavus — İqbal, səh 723
(Bu hədis Əllamə Məclisinin «Zadul-məad» kitabının
81-ci səhifəsində İmam Rzadan (ə) nəql olunubdur)
[2] Əllamə Məclisi — Zadul-məad, səh 81-82
[3]Şeyx Tusi – Misbahul-mutəhəccid, səh 830
