Dua: «İftitah» duası
«İftitah» duası[1], əsasən Mübarək Ramazan ayının hər gecəsi, oxunur.
Mötəbər sənədlə nəql olunur ki, İmam Zaman (ə.f) şiələrə belə yazdı: «Mübarək Ramazan ayının hər gecəsi bu duanı oxuyun, çünki bu ayda edilən duaları mələklər eşidir və dua edənlərin bağışlanmasını diləyirlər.»[2]
Dua belədir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni əftətihus sənaə bihəmdik, | İlahi, Sənə həmdlə sitayişə başlayıram. | اللَّهُمَّ إِنِّي أَفْتَتِحُ الثَّنَاءَ بِحَمْدِكَ |
| və əntə musəddidun lis səvabi bimənnik, | Bir halda ki, Sən öz ehsanınla başqalarını doğru yolda möhkəm saxlayırsan. | وَ أَنْتَ مُسَدِّدٌ لِلصَّوَابِ بِمَنِّكَ |
| və əyqəntu ənnəkə əntə ərhəmur rahimin, fi məvziil əfvi vər rəhməh, | Əminəm ki, güzəşt və mehribanlıqda Sən bütün mehribanlardan mehribansan. | وَ أَيْقَنْتُ أَنَّكَ أَنْتَ أَرْحَمُ الرَّاحِمِينَ فِي مَوْضِعِ الْعَفْوِ وَ الرَّحْمَةِ |
| və əşəddul muaqibinə fi məvziin nəkali vən nəqiməh, | Cəzalandırma məqamında bütün cəzalandıranlardan sərtsən. | وَ أَشَدُّ الْمُعَاقِبِينَ فِي مَوْضِعِ النَّكَالِ وَ النَّقِمَةِ |
| və ə`zəmul mutəcəbbirinə fi məvziil kibriyai vəl əzəməh, | Böyüklükdə isə hakimlərin ən böyüyüsən. | وَ أَعْظَمُ الْمُتَجَبِّرِينَ فِي مَوْضِعِ الْكِبْرِيَاءِ وَ الْعَظَمَةِ |
| Əllahummə əzintə li fi duaikə və məs`ələtik, | İlahi, mənə Səni çağırmaq, Səndən istəmək icazəsi vermisən. | اللَّهُمَّ أَذِنْتَ لِي فِي دُعَائِكَ وَ مَسْأَلَتِكَ |
| fəsmə` ya səmiu midhəti | Ey eşidən Allah, mənim həmd-sənamı eşit. | فَاسْمَعْ يَا سَمِيعُ مِدْحَتِي |
| və əcib ya rəhimu də`vəti, | Ey mehriban Allah, istəyimi yerinə yetir. | وَ أَجِبْ يَا رَحِيمُ دَعْوَتِي |
| və əqil ya ğəfuru əsrəti, | Ey bağışlayan Allah, xətalarıma göz yum! | وَ أَقِلْ يَا غَفُورُ عَثْرَتِي |
| fəkəm ya ilahi min kurbətin qəd fərrəctəha və humumin qəd kəşəftəha, və əsrətin qəd əqəltəha və rəhmətin qəd nəşərtəha, və həlqəti bəlain qəd fəkəktəha, | İlahi, nə qədər çətinlikləri aradan qaldırdın, nə qədər qəmlərə son qoydun, nə qədər xətalara göz yumdun, nə qədər rəhmətlər göstərdin və bəla zəncirlərini qırdın! | فَكَمْ يَا إِلَهِي مِنْ كُرْبَةٍ قَدْ فَرَّجْتَهَا وَ هُمُومٍ [غُمُومٍ] قَدْ كَشَفْتَهَا وَ عَثْرَةٍ قَدْ أَقَلْتَهَا وَ رَحْمَةٍ قَدْ نَشَرْتَهَا وَ حَلْقَةِ بَلاءٍ قَدْ فَكَكْتَهَا |
| əlhəmdu lillahilləzi ləm yəttəxiz sahibətən və la vələda, və ləm yəkun ləhu şərikun fil mulk, və ləm yəkun ləhu vəliyyun minəz zull, | Həmd-səna Özünə yoldaş və övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, acizliyindən yardımçıya ehtiyacı olmayan Allaha məxsusdur. | الْحَمْدُ لِلَّهِ الَّذِي لَمْ يَتَّخِذْ صَاحِبَةً وَ لا وَلَدا وَ لَمْ يَكُنْ لَهُ شَرِيكٌ فِي الْمُلْكِ وَ لَمْ يَكُنْ لَهُ وَلِيٌّ مِنَ الذُّلِّ |
| və kəbbirhu təkbira, | Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil. | وَ كَبِّرْهُ تَكْبِيرا |
| əlhəmdu lillahi bicəmii məhamidihi kulliha əla cəmii niəmihi kulliha, | Bütün nemətləri müqabilində bütün təriflər Allaha məxsusdur. | الْحَمْدُ لِلَّهِ بِجَمِيعِ مَحَامِدِهِ كُلِّهَا عَلَى جَمِيعِ نِعَمِهِ كُلِّهَا |
| əlhəmdu lillahilləzi la muzaddə ləhu fi mulkihi və la munaziə ləhu fi əmrih, | Həmd-səna mülk və hakimiyyətində müxalif və düşməni, əmrində qalmaqal olmayan Allaha məxsusdur. | الْحَمْدُ لِلَّهِ الَّذِي لا مُضَادَّ لَهُ فِي مُلْكِهِ وَ لا مُنَازِعَ لَهُ فِي أَمْرِهِ |
| əlhəmdu lillahilləzi la şərikə ləhu fi xəlqihi və la şəbihə ləhu fi əzəmətih, | Həmd-səna yaratdıqlarında ortağı və böyüklüyündə bənzəri olmayan Allaha məxsusdur. | الْحَمْدُ لِلَّهِ الَّذِي لا شَرِيكَ لَهُ فِي خَلْقِهِ وَ لا شَبِيهَ [شِبْهَ] لَهُ فِي عَظَمَتِهِ |
| əlhəmdu lillahil faşi fil xəlqi əmruhu və həmduhuz zahiri bilkərəmi məcduh, əl basiti bil cudi yədəhulləzi la tənqusu xəzainuh, və lə təziduhu (yəziduhu) kəsrətul ətaə illa cudən və kərəma, | Həmd-səna məxluqat arasında əmri aydın, tərifi aşkar, böyük şövkəti zahir, səxavətli əli açıq, (rəhmət) xəzinələri əskilməz, əta və bəxşişinin çoxluğu yalnız səxavət və böyüklüyünü artıran Allaha məxsusdur. | الْحَمْدُ لِلَّهِ الْفَاشِي فِي الْخَلْقِ أَمْرُهُ وَ حَمْدُهُ الظَّاهِرِ بِالْكَرَمِ مَجْدُهُ الْبَاسِطِ بِالْجُودِ يَدَهُ الَّذِي لا تَنْقُصُ خَزَائِنُهُ وَ لا تَزِيدُهُ [يَزِيدُهُ] كَثْرَةُ الْعَطَاءِ إِلا جُودا وَ كَرَما |
| innəhu huvəl əzizul vəhhab, | Həqiqətən, O, izzət sahibi və çox bağışlayandır. | اِنَّهُ هُوَ الْعَزِيزُ الْوَهَّابُ |
| Əllahummə inni əs`əlukə qəlilən min kəsirin məə hacətin bi iləyhi əziməh, və ğinakə ənhu qədim, | İlahi, ehtiyacımın çoxluğuna baxmayaraq, ondan azını istəyirəm, halbuki mənim ona ehtiyacım çoxdur və Sən əzəldən bəri ondan ehtiyacsızsan. | اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ قَلِيلا مِنْ كَثِيرٍ مَعَ حَاجَةٍ بِي إِلَيْهِ عَظِيمَةٍ وَ غِنَاكَ عَنْهُ قَدِيمٌ |
| və huvə indi kəsir, və huvə ələykə səhlun yəsir, | Həmin az istəyim də mənim üçün çoxdur və onun təmin edilməsi Sənə asandır. | وَ هُوَ عِنْدِي كَثِيرٌ وَ هُوَ عَلَيْكَ سَهْلٌ يَسِيرٌ |
| Əllahummə innə əfvəkə ən zənbi və təcavuzəkə ən xətiəti, və səfhəkə ən zulmi, və sitrəkə əla (ən) qəbihi əməli, və hilməkə ən kəsiri (kəbiri) curmi, ində ma kanə min xətai (xətəi) və əmdi, ətməəni fi ən əs`ələkə ma la əstəvcibuhu minkəlləzi rəzəqtəni min rəhmətik, və ərəytəni min qudrətik, və ərrəftəni min icabətik, fəsirtu əd`ukə amina, və əs`əlukə mustə`nisən la xaifən və la vəcilən mudillən ələykə fima qəsədtu fihi (bihi) iləyk, | İlahi, günahımı bağışlamağın, səhvimdən keçməyin, zülmkarlığıma göz yummağın, çirkin əməlimi örtməyin, bilərək və ya bilmədən törətdiyim bir çox cinayətlər və günahlara qarşı səbirli rəftarın məni Səndən layiq olmadıqlarımı istəməyə tamahlandırdı və Sən rəhmətinlə mənə ruzi verdin, qüdrətini mənə göstərdin, razılığını mənə bildirdin ki, Səni arxayın qəlblə səsləyim, qorxub-çəkinmədən rəğbət və ünsiyyətlə Səndən diləyir və istəyimi naz-qəmzə ilə Sənə deyirəm. | اللَّهُمَّ اِنَّ عَفْوَكَ عَنْ ذَنْبِي وَ تَجَاوُزَكَ عَنْ خَطِيئَتِي وَ صَفْحَكَ عَنْ ظُلْمِي وَ سَتْرَكَ عَلَى [عَنْ] قَبِيحِ عَمَلِي وَ حِلْمَكَ عَنْ كَثِيرِ [كَبِيرِ] جُرْمِي عِنْدَ مَا كَانَ مِنْ خَطَايَ [خَطَئِي] وَ عَمْدِي أَطْمَعَنِي فِي أَنْ أَسْأَلَكَ مَا لا أَسْتَوْجِبُهُ مِنْكَ الَّذِي رَزَقْتَنِي مِنْ رَحْمَتِكَ وَ أَرَيْتَنِي مِنْ قُدْرَتِكَ وَ عَرَّفْتَنِي مِنْ إِجَابَتِكَ فَصِرْتُ أَدْعُوكَ آمِنا وَ أَسْأَلُكَ مُسْتَأْنِسا لا خَائِفا وَ لا وَجِلا مُدِلا عَلَيْكَ فِيمَا قَصَدْتُ فِيهِ [بِهِ] إِلَيْكَ |
| fəin əbtəə ənni (ələyyə) ətəbtu bicəhli ələyk, | Hacətlərimi gec verdiyin üçün nadanlıq üzündən Sənə etiraz etdim. | فَإِنْ أَبْطَأَ عَنِّي [عَلَيَ] عَتَبْتُ بِجَهْلِي عَلَيْكَ |
| və lə`əlləlləzi əbtəə ənni huvə xəyrun li liilmikə biaqibətil umur, | Həqiqətdə isə hacətlərimin təxirlə qəbul olması mənim üçün daha yaxşı idi; çünki Sən işlərin sonundan xəbərdarsan. | وَ لَعَلَّ الَّذِي أَبْطَأَ عَنِّي هُوَ خَيْرٌ لِي لِعِلْمِكَ بِعَاقِبَةِ الْأُمُورِ |
| fələm ərə məvlən (muəmmələn) kərima, əsbərə əla əbdin ləimin minkə ələyyə ya rəbbi, | Mən öz alçaq bəndəsinə Səndən çox səbir edən heç bir kəramətli mövla görmədim. | فَلَمْ أَرَ مَوْلًى [مُؤَمَّلا] كَرِيما أَصْبَرَ عَلَى عَبْدٍ لَئِيمٍ مِنْكَ عَلَيَّ يَا رَبِّ |
| innəkə təd`uni fəuvəlli ənkə | Ey Rəbbim, Sən məni dəvət edirsən, mən isə Səndən üz çevirirəm. | اِنَّكَ تَدْعُونِي فَأُوَلِّي عَنْكَ |
| və tətəhəbbəbu iləyy, fəətəbəğğəzu iləykə | Sən həmişə mənim məhəbbətimi soraqlayırsan, mən isə Səninlə düşməncəsinə rəftar edirəm. | وَ تَتَحَبَّبُ إِلَيَّ فَأَتَبَغَّضُ إِلَيْكَ |
| və tətəvəddədu iləyy, fəla əqbəlu mink, kəənnə liəttətəvvullə ələyk, | Sən mehribanlıq göstərirsən, mən isə nadanlıqdan qəbul etmirəm; sanki Sənə minnətim var. | وَ تَتَوَدَّدُ إِلَيَّ فَلا أَقْبَلُ مِنْكَ كَأَنَّ لِيَ التَّطَوُّلَ عَلَيْكَ |
| fələm (summə ləm) yəmnə`kə zalikə minər rəhməti li, vəl ihsani iləyyə vət təfəzzuli ələyyə bicudikə və kərəmik, | Lakin nankorluq və etinasızlığım məni sonsuz rəhmət, ehsan və kərəmindən məhrum etməyinə səbəb olmadı, lütf və mərhəmətini mənə azaltmadı. | فَلَمْ [ثُمَّ لَمْ] يَمْنَعْكَ ذَلِكَ مِنَ الرَّحْمَةِ لِي وَ الْإِحْسَانِ إِلَيَّ وَ التَّفَضُّلِ عَلَيَّ بِجُودِكَ وَ كَرَمِكَ |
| fərhəm əbdəkəl cahil, və cud ələyhi bifəzli ihsanik, | Beləcə, bu nadan bəndənə rəhm göstər, lütf və mərhəmətinlə onu bağışla. | فَارْحَمْ عَبْدَكَ الْجَاهِلَ وَ جُدْ عَلَيْهِ بِفَضْلِ إِحْسَانِكَ |
| innəkə cəvadun kərim, | Sən çox bağışlayan və kəramətlisən. | اِنَّكَ جَوَادٌ كَرِيمٌ |
| əlhəmdulillahi malikil mulk, mucril fulki musəxxirir riyahi faliqil isbah, dəyyanid dini rəbbil aləmin, | Həmd-səna mülkün (kainatın) sahibi, aləmin gəmilərini hərəkətə gətirən, küləkləri ram edən, səhəri qaranlıqdan yarıb çıxaran, qiyamət gününün hakimi və aləmlərin Rəbbi olan Allah məxsusdur. | الْحَمْدُ لِلَّهِ مَالِكِ الْمُلْكِ مُجْرِي الْفُلْكِ مُسَخِّرِ الرِّيَاحِ فَالِقِ الْإِصْبَاحِ دَيَّانِ الدِّينِ رَبِّ الْعَالَمِينَ |
| əlhəmdulillahi əla hilmihi bə`də ilmih, | Elmindən sonra helmi olan Allaha həmd olsun. | الْحَمْدُ لِلَّهِ عَلَى حِلْمِهِ بَعْدَ عِلْمِهِ |
| vəlhəmdulillahi əla əfvihi bə`də qudrətih, | Qüdrətindən sonra güzəşti olan Allaha həmd olsun. | وَ الْحَمْدُ لِلَّهِ عَلَى عَفْوِهِ بَعْدَ قُدْرَتِهِ |
| vəlhəmdulillahi əla tuli ənatihi fi ğəzəbih, | Qəzəb halında böyük səbri olan Allaha həmd olsun. | وَ الْحَمْدُ لِلَّهِ عَلَى طُولِ أَنَاتِهِ فِي غَضَبِهِ |
| və huvə qadirun əla ma yurid | Bir halda ki, O, istədiyi hər bir şeyə qadirdir. | وَ هُوَ قَادِرٌ [الْقَادِرُ] عَلَى مَا يُرِيدُ |
| əlhəmdulillahi xaliqil xəlqi basitir rizqi faliqil isbah, zil cəlali vəl ikrami vəl fəzli vəl in`amil | Həmd-səna məxluqatı yaradan, ruzi verən, səhəri qaranlıqdan yarıb çıxaran və cəlal, lütf, mərhəmət və nemət sahibi olan Allaha məxsusdur. | الْحَمْدُ لِلَّهِ خَالِقِ الْخَلْقِ بَاسِطِ الرِّزْقِ فَالِقِ الْإِصْبَاحِ ذِي الْجَلالِ وَ الْإِكْرَامِ وَ الْفَضْلِ [وَ التَّفَضُّلِ] وَ الْإِنْعَامِ [الْإِحْسَانِ] |
| əlləzi bəudə fəla yura, və qərubə fəşəhidən nəcva təbarəkə və təala, | O Allaha ki, nəzərlərdən uzaq olduğundan görünməzdir, hamıya yaxın olduğundan gizli sirlərin şahididir, böyük və ucadır. | الَّذِي بَعُدَ فَلا يُرَى وَ قَرُبَ فَشَهِدَ النَّجْوَى تَبَارَكَ وَ تَعَالَى |
| əlhəmdu illahilləzi ləysə ləhu munaziun yuadiluh, və la şəbihun yuşakiluh, və la zəhirun yuaziduh, | Həmd olsun o Allaha ki, Onun müqabilində döyüşə qalxan olmaz, Ona tay olan şəriki olmaz, Ona kömək edən yardımçı olmaz. | الْحَمْدُ لِلَّهِ الَّذِي لَيْسَ لَهُ مُنَازِعٌ يُعَادِلُهُ وَ لا شَبِيهٌ يُشَاكِلُهُ وَ لا ظَهِيرٌ يُعَاضِدُهُ |
| qəhərə biizzətihil əizza, və təvazəə liəzəmətihil uzəma, fəbələğə biqudrətihi ma yəşa, | O, izzəti ilə izzət sahiblərini məğlub etmiş, böyüklər əzəməti müqabilində boyun əymiş və yenilməz qüdrəti ilə istədiyi hər bir şeyə çatmışdır. | قَهَرَ بِعِزَّتِهِ الْأَعِزَّاءَ وَ تَوَاضَعَ لِعَظَمَتِهِ الْعُظَمَاءُ فَبَلَغَ بِقُدْرَتِهِ مَا يَشَاءُ |
| əlhəmdulillahilləzi yucibuni hinə unadih, və yəsturu ələyyə kullə əvrətin və ənə ə`sih, və yuəzzimun ni`mətə ələyyə fəla ucazih, | Həmd-səna çağırdığım zaman cavab verən, Ona asi olduğum halda hər eyib və nöqsanımı örtən, şükrünü etmədiyim halda mənə böyük nemətlər bağışlayan Allaha məxsusdur. | الْحَمْدُ لِلَّهِ الَّذِي يُجِيبُنِي حِينَ أُنَادِيهِ وَ يَسْتُرُ عَلَيَّ كُلَّ عَوْرَةٍ وَ أَنَا أَعْصِيهِ وَ يُعَظِّمُ النِّعْمَةَ عَلَيَّ فَلا أُجَازِيهِ |
| fəkəm min məvhibətin həniətin qəd ə`tani, və əzimətin məxufətin qəd kəfani, və bəhcətin muniqətin qəd ərani, | Mənə nə qədər qiymətli nemətlər bağışlamış, məni nə qədər qorxunc bəlalardan qorumuş və mənə nə qədər xoş hadisələr göstərmişdir. | فَكَمْ مِنْ مَوْهِبَةٍ هَنِيئَةٍ قَدْ أَعْطَانِي وَ عَظِيمَةٍ مَخُوفَةٍ قَدْ كَفَانِي وَ بَهْجَةٍ مُونِقَةٍ قَدْ أَرَانِي |
| fəusni ələyhi hamida, və əzkuruhu musəbbiha, | Belə isə, mən də Ona həmd-səna ilə sitayiş edir və Onu hər bir eyib və nöqsandan uzaq bilərək yad edirəm. | فَأُثْنِي عَلَيْهِ حَامِدا وَ أَذْكُرُهُ مُسَبِّحا |
| əlhəmdulillahilləzi la yuhtəku hicabuh, və la yuğləqu babuh, la yurəddu sailuh, və la yuxəyyəbu amiluh, | Həmd olsun o Allaha ki, pərdəsi götürülməz, dərgahının qapısı bağlanmaz, Onu çağıranı rədd etməz və Ona ümid edənlər naümid olmaz. | الْحَمْدُ لِلَّهِ الَّذِي لا يُهْتَكُ حِجَابُهُ وَ لا يُغْلَقُ بَابُهُ وَ لا يُرَدُّ سَائِلُهُ وَ لا يُخَيَّبُ [يَخِيبُ] آمِلُهُ |
| əlhəmdulillahilləzi yu`minul xaifin, və yunəccis salihin, və yərfəul mustəz`əfin, və yəzəul mustəkbirin, və yuhliku mulukən və yəstəxlifu axərin, | Həmd olsun o Allaha ki, qorxanlara aman və salehlərə nicat verir, zəifləri ucaldır, təkəbbürlüləri xar edir və padşahları həlak edərək, başqalarını onların yerində əyləşdirir. | الْحَمْدُ لِلَّهِ الَّذِي يُؤْمِنُ الْخَائِفِينَ وَ يُنَجِّي [يُنْجِي] الصَّالِحِينَ [الصَّادِقِينَ] وَ يَرْفَعُ الْمُسْتَضْعَفِينَ وَ يَضَعُ الْمُسْتَكْبِرِينَ وَ يُهْلِكُ مُلُوكا وَ يَسْتَخْلِفُ آخَرِينَ |
| vəlhəmdulillahi qasimil cəbbarin, mubiriz zalimin, mudrikəl haribin, nəkaliz zalimin, sərixil mustəsrixin, məvzii hacatit talibin, mu`təmədil mu`minin, | Həmd olsun o Allaha ki, zorakıların belini qırır, zalımları həlak edir, qaçanları tutur, zalımları cəzalandırır, imdad diləyənlərin imdadına çatır, möhtacların sığınacağı və möminlərin dayağıdır. | وَ الْحَمْدُ لِلَّهِ قَاصِمِ الْجَبَّارِينَ مُبِيرِ الظَّالِمِينَ مُدْرِكِ الْهَارِبِينَ نَكَالِ الظَّالِمِينَ صَرِيخِ الْمُسْتَصْرِخِينَ مَوْضِعِ حَاجَاتِ الطَّالِبِينَ مُعْتَمَدِ الْمُؤْمِنِينَ |
| əlhəmdulillahilləzi min xəşyətihi tər`ədus səmau və sukkanuha, və tərcuful ərzu və ummaruha, və təmucul biharu və mən yəsbəhu fi ğəməratiha, | Həmd olsun o Allaha ki, Onun qorxusundan göy və sakinləri ah-nalə edir, yer və əhli titrəyir, dəniz və dərinliklərində üzənlər çalxalanır. | الْحَمْدُ لِلَّهِ الَّذِي مِنْ خَشْيَتِهِ تَرْعَدُ السَّمَاءُ وَ سُكَّانُهَا وَ تَرْجُفُ الْأَرْضُ وَ عُمَّارُهَا وَ تَمُوجُ الْبِحَارُ وَ مَنْ يَسْبَحُ فِي غَمَرَاتِهَا |
| əlhəmdulillahilləzi hədana lihaza və ma kunna linəhtədiyə ləvla ən hədana, | Həmd olsun o Allaha ki, bizi tövhid dininə hidayət etdi və əgər bizi hidayət etməsəydi, biz ona doğru hidayət olunmazdıq. | الْحَمْدُ لِلَّهِ الَّذِي هَدَانَا لِهَذَا وَ مَا كُنَّا لِنَهْتَدِيَ لَوْ لا أَنْ هَدَانَا اللَّهُ |
| əlhəmdulillahilləzi yəxluqu və ləm yuxləq, və yərzuqu və la yurzəq, və yut`imu və la yut`əm, və yumitul əhyaə və yuhyil məvta, və huvə həyyun la yəmut, bəyədihil xəyru və huvə əla kulli şəy`in qədir, | Həmd-səna yaradan və yaranmayan, ruzi verən və ruzi verilməyən, yedirən və yedirilməyən, diriləri öldürən, ölüləri dirildən, Özü isə həmişə diri olan, xeyir və yaxşılıq Öz əlində və hər şeyə qadir olan Allaha məxsusdur. | الْحَمْدُ لِلَّهِ الَّذِي يَخْلُقُ وَ لَمْ يُخْلَقْ وَ يَرْزُقُ وَ لا يُرْزَقُ وَ يُطْعِمُ وَ لا يُطْعَمُ وَ يُمِيتُ الْأَحْيَاءَ وَ يُحْيِي الْمَوْتَى وَ هُوَ حَيٌّ لا يَمُوتُ بِيَدِهِ الْخَيْرُ وَ هُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ |
| Əllahummə salli əla Muhəmmədin əbdikə və rəsulik, və əminikə və səfiyyik, və həbibikə və xəlilikə min xəlqik, və hafizi sirrikə və mubəlliği risalatik, əfzələ və əhsənə və əcmələ və əkmələ və əzka və ənma və ətyəbə və əthərə və əsna, və əksərə (əkbərə) ma səlləytə və barəktə və tərəhhəmtə və təhənnəntə və səlləmtə əla əhədən min ibadikə və ənbiyaik, və rusulikə və səfvətikə və əhlil kəraməti ələykə min xəlqik, | İlahi, bəndən, peyğəmbərin, əminin, seçdiyin, həbibin, varlıqlar arasından seçib bəyəndiyin, (dostun), sirrini qoruyan və risalətini çatdıran Muhəmmədə salam göndər; elə bir salam ki, bəndələrinə, peyğəmbərlərinə, elçilərinə, seçilənlərə, yaratdıqların içərisində Sənə əziz olanlara göndərdiyin salavat, bərəkət, rəhmət, mərhəmət və salamdan çox, yaxşı, gözəl, kamil, xalis, təsirli, təmiz, pak, uca və çox (böyük) olsun. | اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ عَبْدِكَ وَ رَسُولِكَ وَ أَمِينِكَ وَ صَفِيِّكَ وَ حَبِيبِكَ وَ خِيَرَتِكَ [خَلِيلِكَ] مِنْ خَلْقِكَ وَ حَافِظِ سِرِّكَ وَ مُبَلِّغِ رِسَالاتِكَ أَفْضَلَ وَ أَحْسَنَ وَ أَجْمَلَ وَ أَكْمَلَ وَ أَزْكَى وَ أَنْمَى وَ أَطْيَبَ وَ أَطْهَرَ وَ أَسْنَى وَ أَكْثَرَ [أَكْبَرَ] مَا صَلَّيْتَ وَ بَارَكْتَ وَ تَرَحَّمْتَ وَ تَحَنَّنْتَ وَ سَلَّمْتَ عَلَى أَحَدٍ مِنْ عِبَادِكَ [خَلْقِكَ] وَ أَنْبِيَائِكَ وَ رُسُلِكَ وَ صِفْوَتِكَ وَ أَهْلِ الْكَرَامَةِ عَلَيْكَ مِنْ خَلْقِكَ |
| Əllahummə və salli əla Əliyyin Əmiril mu`minin, və vəsiyyi rəsuli rəbbil aləmin, əbdikə və vəliyyikə və əxi rəsulik, və huccətikə əla xəlqikə və ayətikəl kubra, vən nəbəil əzim, | İlahi, möminlərin əmiri, aləmlərin Rəbbinin Peyğəmbərinin canişini, bəndən, vəlin, Peyğəmbərinin qardaşı, varlıqların üzərində höccətin, böyük nişanən və böyük xəbərin olan Əliyə salam yetir! | اللَّهُمَّ وَ صَلِّ عَلَى عَلِيٍّ أَمِيرِ الْمُؤْمِنِينَ وَ وَصِيِّ رَسُولِ رَبِّ الْعَالَمِينَ عَبْدِكَ وَ وَلِيِّكَ وَ أَخِي رَسُولِكَ وَ حُجَّتِكَ عَلَى خَلْقِكَ وَ آيَتِكَ الْكُبْرَى وَ النَّبَإِ الْعَظِيمِ |
| və salli ələssiddiqətit tahirəh, Fatimətə səyyidəti nisail aləmin, | Dünya qadınlarının xanımı, düzdanışan, pak-pakizə olan Fatimeyi-Zəhraya salam yetir. | وَ صَلِّ عَلَى الصِّدِّيقَةِ الطَّاهِرَةِ فَاطِمَةَ [الزَّهْرَاءِ] سَيِّدَةِ نِسَاءِ الْعَالَمِينَ |
| və salli əla sibtəyir rəhməh, və imaməyil huda, əl Həsəni vəl Husəyn, səyyidəy şəbabi əhlil cənnəh, | Rəhmət Peyğəmbərinin iki nəvəsi, hidayət imamı və behişt gənclərinin sərvəri olan Həsən və Hüseynə salam yetir. | وَ صَلِّ عَلَى سِبْطَيِ الرَّحْمَةِ وَ إِمَامَيِ الْهُدَى الْحَسَنِ وَ الْحُسَيْنِ سَيِّدَيْ شَبَابِ أَهْلِ الْجَنَّةِ |
| və salli əla əimmətil musliminə Əliyibnil Husəyn, və Muhəmmədibni Əliyy, və Cə`fəribni Muhəmməd, və Musəbni Cə`fər, və Əliyyibni Musa, və Muhəmmədibni Əliyy, və Əliyyibni Muhəmməd, vəl Həsənibni Əliyy, vəl xələfil Hadil Məhdiyy, | Müsəlmanların imam və rəhbərləri Əli ibn Hüseyn, Muhəmməd ibn Əli, Cəfər ibn Muhəmməd, Musa ibn Cəfər, Əli ibn Musa, Muhəmməd ibn Əli, Əli ibn Muhəmməd, Həsən ibn Əli və onun övladı hidayət edən və hidayət olunan Məhdiyə salam yetir. | وَ صَلِّ عَلَى أَئِمَّةِ الْمُسْلِمِينَ عَلِيِّ بْنِ الْحُسَيْنِ وَ مُحَمَّدِ بْنِ عَلِيٍّ وَ جَعْفَرِ بْنِ مُحَمَّدٍ وَ مُوسَى بْنِ جَعْفَرٍ وَ عَلِيِّ بْنِ مُوسَى وَ مُحَمَّدِ بْنِ عَلِيٍّ وَ عَلِيِّ بْنِ مُحَمَّدٍ وَ الْحَسَنِ بْنِ عَلِيٍّ وَ الْخَلَفِ الْهَادِي الْمَهْدِيِّ |
| hucəcikə əla ibadikə və umənaikə fi biladik, | Onlar Sənin bəndələrinə höccətin və diyarında əmanətdarlarındır. | حُجَجِكَ عَلَى عِبَادِكَ وَ أُمَنَائِكَ فِي بِلادِكَ |
| səlatən kəsirətən daiməh, | Onlara çoxlu və daimi olaraq salam yetir. | صَلاةً كَثِيرَةً دَائِمَةً |
| Əllahummə və salli əla vəliyyə əmrikəl qaimil muəmmələ vəl ədlil muntəzər, və huffəhu (vəhfufhu) biməlaikətikəl muqərrəbin, və əyyidhu biruhil qudus, ya rəbbəl aləmin, | İlahi, zəmanənin sahibi həzrət Qaimə – intizarı çəkilən ədalətli imama salam yetir, onu dərgahına yaxın olan mələklərlə əhatə et, Ruhul-Qudus vasitəsilə təsdiq et, ey aləmlərin Rəbbi! | اللَّهُمَّ وَ صَلِّ عَلَى وَلِيِّ أَمْرِكَ الْقَائِمِ الْمُؤَمَّلِ وَ الْعَدْلِ الْمُنْتَظَرِ وَ حُفَّهُ [وَ احْفُفْهُ] بِمَلائِكَتِكَ الْمُقَرَّبِينَ وَ أَيِّدْهُ بِرُوحِ الْقُدُسِ يَا رَبَّ الْعَالَمِينَ |
| Əllahumməc`əlhuddaiyə ila kitabik, vəl qaimə bidinikəstəxlifhu fil ərz, kəməstəxləftəlləzinə min qəblihi məkkin ləhu dinəhulləzirtəzəytəhu ləh, əbdilhu min bə`di xəvfihi əmnən yə`buduk, la yuşriku bikə şəy`a, | İlahi, onu yer üzündə kitabına dəvətçi və dinini dirçəldən xəlifən et, necə ki, ondan əvvəlkiləri xəlifə etdin, onun üçün razı olduğun dinini onun vasitəsilə bərpa et, qorxusunu əmin-amanlığa çevir ki, Sənə ibadət etsin, heç bir şeyi Sənə şərik qoşmasın. | اللَّهُمَّ اجْعَلْهُ الدَّاعِيَ إِلَى كِتَابِكَ وَ الْقَائِمَ بِدِينِكَ اسْتَخْلِفْهُ فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفْتَ الَّذِينَ مِنْ قَبْلِهِ مَكِّنْ لَهُ دِينَهُ الَّذِي ارْتَضَيْتَهُ لَهُ أَبْدِلْهُ مِنْ بَعْدِ خَوْفِهِ أَمْنا يَعْبُدُكَ لا يُشْرِكُ بِكَ شَيْئا |
| Əllahummə əizzəhu və ə`ziz bih, vənsurhu vəntəsir bihi vənsurhu nəsrən əziza, vəftəh ləhu fəthən yəsira, vəc`əl ləhu min lədunkə sultanən nəsira, | İlahi, onu əziz et, onun zühuru ilə bizə izzət ver, ona kömək et və bizi ona yardımçı et, ona izzətli zəfər, asan uğur və iqtidar və Öz tərəfindən ona qüdrət və səltənət bağışla! | اللَّهُمَّ أَعِزَّهُ وَ أَعْزِزْ بِهِ وَ انْصُرْهُ وَ انْتَصِرْ بِهِ وَ انْصُرْهُ نَصْرا عَزِيزا وَ افْتَحْ لَهُ فَتْحا يَسِيرا وَ اجْعَلْ لَهُ مِنْ لَدُنْكَ سُلْطَانا نَصِيرا |
| Əllahummə əzhir bihi dinəkə və sunnətə nəbiyyəkə hətta la yəstəxfiyə bi şəy`in minəl həqqi məxəfətə əhədin minəl xəlqi | İlahi, onun vasitəsilə dinini və Peyğəmbərinin sünnəsini aşkar et, belə ki, varlıqların qorxusundan heç kimə haqq və həqiqətdən bir şey gizli qalmasın. | اللَّهُمَّ أَظْهِرْ بِهِ دِينَكَ وَ سُنَّةَ نَبِيِّكَ حَتَّى لا يَسْتَخْفِيَ بِشَيْءٍ مِنَ الْحَقِّ مَخَافَةَ أَحَدٍ مِنَ الْخَلْقِ |
| Əllahummə inna nərğəbu iləykə fi dəvlətin kəriməh, tuizzu bihal islamə və əhləh, və tuzillu bihan nifaqə və əhləh, və təc`əluna fiha minəd duati ila taətik, vəl qadəti ila səbilik, və tərzuquna biha kəramətəd dunya vəl axirəh, | İlahi, biz elə bir əzəmətli dövlətin arzusundayıq ki, onun sayəsində İslam və müsəlmanlar öz izzətini geri qaytarsın, nifaq və münafiqlər zillətə düçar olsun və həmin dövlətdə bizi itaətə dəvət edənləri öz yolunda rəhbər seçəsən, onun vasitəsi ilə dünya və axirətin böyüklüyünü bizə nəsib edəsən. | اللَّهُمَّ اِنَّا نَرْغَبُ إِلَيْكَ فِي دَوْلَةٍ كَرِيمَةٍ تُعِزُّ بِهَا الْإِسْلامَ وَ أَهْلَهُ وَ تُذِلُّ بِهَا النِّفَاقَ وَ أَهْلَهُ وَ تَجْعَلُنَا فِيهَا مِنَ الدُّعَاةِ إِلَى طَاعَتِكَ وَ الْقَادَةِ إِلَى سَبِيلِكَ وَ تَرْزُقُنَا بِهَا كَرَامَةَ الدُّنْيَا وَ الْآخِرَةِ |
| Əllahummə ma ərrəftəna minəl həqq, fəhəmmilnahu və ma qəsurna ənhu fəbəlliğnah, | İlahi, bizə tanıtdığın haqqa dözümümüzü artır et və tanımadığımızı da tanıtdır! | اللَّهُمَّ مَا عَرَّفْتَنَا مِنَ الْحَقِّ فَحَمِّلْنَاهُ وَ مَا قَصُرْنَا عَنْهُ فَبَلِّغْنَاهُ |
| Əllahumməlmum bihi şəəsəna, vəş`əb bihi səd`əna, vərtuq bihi fətqəna, və kəssir bihi qillətəna, və ə`ziz (əizzə) bihi zillətəna və əğni bihi ailəna, vəqzi bihi ən muğrəmina (məğrəmina), vəcbur bihi fəqrəna və suddə bihi xəllətəna, və yəssir bihi usrəna və bəyyiz bihi vucuhəna, və fukkə bihi əsrəna və əncih bihi təlibətəna, və ənciz bihi məvaidəna vəstəcib bihi də`vətəna, və ə`tina bihi su`ləna, və bəlliğna bihi minəd dunya vəl axirəh, amanəna və ə`tina bihi fəvqə rəğbətina, | İlahi, onun vasitəsilə pərakəndəliyimizi aradan qaldır, ayrılığımızı birləşdir, ixtilaflarımıza son qoy, azlığımızı çoxalt, onun varlığı sayəsində zillətimizi izzətə çevir, ehtiyacımızı təmin et, onun bərəkəti ilə borcumuzu əda et, yoxsulluğumuzu aradan qaldır, nöqsanımızın qarşısını al, çətinliyimizi asanlaşdır, bizi üzüağ et, əsirlərimizi əsarət zəncirindən qurtar, istəklərimizi qarşıla, (onun zühuru ilə bağlı) bizə vəd etdiyin sözü yerinə yetir, dualarımızı qəbul et, istəklərimizi ver, bizi dünya və axirət arzularımıza çatdır və bizə istəyimizdən yaxşısını əta et! | اللَّهُمَّ الْمُمْ بِهِ شَعَثَنَا وَ اشْعَبْ بِهِ صَدْعَنَا وَ ارْتُقْ بِهِ فَتْقَنَا وَ كَثِّرْ بِهِ قِلَّتَنَا وَ أَعْزِزْ [أَعِزَّ] بِهِ ذِلَّتَنَا وَ أَغْنِ بِهِ عَائِلَنَا وَ اقْضِ بِهِ عَنْ مُغْرَمِنَا [مَغْرَمِنَا] وَ اجْبُرْ بِهِ فَقْرَنَا وَ سُدَّ بِهِ خَلَّتَنَا وَ يَسِّرْ بِهِ عُسْرَنَا وَ بَيِّضْ بِهِ وُجُوهَنَا وَ فُكَّ بِهِ أَسْرَنَا وَ أَنْجِحْ بِهِ طَلِبَتَنَا وَ أَنْجِزْ بِهِ مَوَاعِيدَنَا وَ اسْتَجِبْ بِهِ دَعْوَتَنَا وَ أَعْطِنَا بِهِ سُؤْلَنَا وَ بَلِّغْنَا بِهِ مِنَ الدُّنْيَا وَ الْآخِرَةِ آمَالَنَا وَ أَعْطِنَا بِهِ فَوْقَ رَغْبَتِنَا |
| ya xəyrəl məs`ulinə və əvsəəl mu`tin, | Ey qapısına üz tutulanların ən yaxşısı və əta edənlərin ən səxavətlisi! | يَا خَيْرَ الْمَسْئُولِينَ وَ أَوْسَعَ الْمُعْطِينَ |
| işfi bihi sudurəna və əzhib bihi ğəyzə qulubina, vəhdina bihi limaxtulifə fihi minəl həqqi biiznikə | Öz izninlə varlığın sayəsində bizim batini ağrılarımıza şəfa ver, ürəklərimizin hirsini söndür, bütün ixtilaflara baxmayaraq, onun bərəkəti ilə bizi haqqa hidayət et. | اشْفِ بِهِ صُدُورَنَا وَ أَذْهِبْ بِهِ غَيْظَ قُلُوبِنَا وَ اهْدِنَا بِهِ لِمَا اخْتُلِفَ فِيهِ مِنَ الْحَقِّ بِإِذْنِكَ |
| innəkə təhdi mən təşau ila siratin mustəqim, | Şübhəsiz, Sən istədiyini doğru yola hidayət edərsən. | اِنَّكَ تَهْدِي مَنْ تَشَاءُ إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ |
| vənsurna bihi əla əduvvikə və əduvvina iləhəl həqqi amin, | Onun zühuru ilə bizi düşmənlərinə və düşmənlərimizə qalib et, ey haqq Allah, kərəminlə dualarımızı qəbul et! | وَ انْصُرْنَا بِهِ عَلَى عَدُوِّكَ وَ عَدُوِّنَا إِلَهَ الْحَقِّ [الْخَلْقِ] آمِينَ |
| Əllahummə inna nəşku iləykə fəqdə nəbiyyina sələvatukə ələyhi və alih, və ğəybətə vəliyyina (imaməna), və kəsrətə əduvvina və qillətə ədədina, və şiddətəl fitəni bina və təzahurəz zəmani ələyna, | İlahi, əziz peyğəmbərlə ayrılıqdan (ona və Əhli-beytinə Sənin salamın olsun), mövlamızın qeybindən, düşmənin çoxluğu və sayımızın azlığından, bizə üz tutmuş üzücü fitnələrdən, dövrümüzün şəraitinin bizim ziddimizə çiyin-çiyinə dayanmasından Sənə şikayət edirik. | اللَّهُمَّ اِنَّا نَشْكُو إِلَيْكَ فَقْدَ نَبِيِّنَا صَلَوَاتُكَ عَلَيْهِ وَ آلِهِ وَ غَيْبَةَ وَلِيِّنَا [إِمَامِنَا] وَ كَثْرَةَ عَدُوِّنَا وَ قِلَّةَ عَدَدِنَا وَ شِدَّةَ الْفِتَنِ بِنَا وَ تَظَاهُرَ الزَّمَانِ عَلَيْنَا |
| fəsalli əla Muhəmmədin və alih (ali Muhəmməd), və əinna əla zalikə bifəthin minkə tuəcciluh, və bizurrin təkşifuhu və nəsrin tuizzuh, və sultani həqqin tuzhiruh, və rəhmətin minkə tucəllilunəha, və afiyətin minkə tulbisunəha, birəhmətikə ya ərhəmər rahimin. | Belə isə, Muhəmməd və Əhlibeytinə salam yetir, Öz tərəfindən olan təcili bir zəfərlə, çətinlikləri aradan qaldırmaqla, izzətli yardımınla, aşkar etdiyin haqq səltənətlə, bizi əhatə edən geniş rəhmətinlə və bizə geyindirdiyin sağlamlıq libası ilə bizim imdadımıza yet, Öz rəhmətinin haqqına, ey rəhmlilərin ən rəhmlisi! | فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ [آلِ مُحَمَّدٍ] وَ أَعِنَّا عَلَى ذَلِكَ بِفَتْحٍ مِنْكَ تُعَجِّلُهُ وَ بِضُرٍّ تَكْشِفُهُ وَ نَصْرٍ تُعِزُّهُ وَ سُلْطَانِ حَقٍّ تُظْهِرُهُ وَ رَحْمَةٍ مِنْكَ تُجَلِّلُنَاهَا وَ عَافِيَةٍ مِنْكَ تُلْبِسُنَاهَا بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ |
Mənbələr:
[1] Bu duanın adı onun 1-ci cümləsində
işlənən sözdən götürüldüyü ehtimal olunur.
[2] Əllamə Məclisi — Zadul-məad, səh 110,
Seyid ibn Tavus — İqbal, səh 58
