Ziyarətnamə: İmam Həsənin (ə), İmam Sadiqin (ə) və İmam Baqirin (ə) Bəqidə olan ziyarətlərinin fəzilətləri haqqında hədislər

Print Friendly, PDF & Email

Bu imamları (ə) ziyarət etməyin fəziləti:
1) Şeyx Səduq İmam Sadiqin (ə) belə buyurduğunu qeyd edir: «Sizlərdən kimsə həcc yerinə yetirərsə, həccini bizim ziyarətimiz ilə başa çatdırmalıdır, çünki bu əməllə həcc kamil olur».[1]
2) Əllamə Məclisi deyir: «Abdullah ibn Abbasdan olan mötəbər bir hədisdə nəql olunur ki, Həzrət Rəsulallah (s) buyurdu: «Kim Bəqidə İmam Həsəni (ə) ziyarət etsə, qədəmlərin büdrədiyi gün onun qədəmi siratda sabit qalar».[2]
3) Şeyx Mufid «Muqənnə`ə» kitabında İmam Sadiqin (ə) belə buyurduğunu qeyd edir: «Kim məni ziyarət etsə, günahları bağışlanar və dünyadan əliboş getməz».[3]
4) İbn Qavləveyh «Kamiluz-ziyarat» kitabında qeyd edir ki, Hişam ibn Salim İmam Sadiqdən (ə) belə rəvayət edir: «Bir kişi o həzrətə ərz etdi ki, sizin atanızı da ziyarət etmək olarmı? O: «bəli» — deyə buyurdu. Kişi ərz etdi: «Onu ziyarət etməyin savabı nədir?» İmam (ə) buyurdu: «Əgər onun imamətinə etiqadı varsa və ona tabedirsə, Cənnət onundur». Kişi ərz etdi: «Bəs əgər bir kəs onu ziyarət etmək istəməsə, cəzası nədir?» İmam (ə) buyurdu: ««Həsrət günü» olan Qiyamət günündə həsrət çəkmək!…»[4]
5) İmam Sadiq (ə) atalarından, onlar da İmam Həsəndən (ə) nəql edirlər ki, bir gün İmam Həsən (ə) babası Rəsulallaha (s) ərz etdi: «Ata, səni ziyarət edənin savabı nədir?» Rəsulallah buyurdu: «Hər kim məni, yaxud atanı, səni və qardaşını ziyarət etsə, mənim boynuma haqq gəlir ki, Qiyamət günü günahlarından təmizləmək üçün onu ziyarət edim».[5]
6) «Kamiluz-ziyarat» kitabında qeyd edilir ki, İmam Baqir (ə) Rəsulallahın (s) belə buyurduğunu nəql edir: «Hər kim məni, yaxud mənim zürriyyəmdən birini ziyarət etsə, Qiyamət günü mən onu ziyarət edəcək və o günün çətinliklərindən ona nicat verəcəyəm».[6]
7) Yenə də «Kamiluz-ziyarat» kitabında qeyd edilir ki, Həzrət Rəsulallah (s) Həzrət Əliyə (ə) buyurdu: «Hər kim sağlığımda və ya ölümümdən sonra məni, yaxud səni və sənin iki övladını (Həsən (ə) və Hüseyni (ə)) sağlığınızda və ya ölümünüzdən sonra ziyarət edərsə, mən zamin oluram ki, onu Qiyamət gününün çətinliklərindən nicat verim, ta onu öz yanımda və öz qonşuluğumda qərarlaşdırım».[7]  

Bəqi məzarlığındakı İmamları (ə) yaxından ziyarət etməyin qaydası:
Birinci ziyarət: Əgər Bəqi qəbristanlığında olan imamları ziyarət etmək istəsən öncə ziyarət qaydalarında olan əməlləri yerinə yetirir, qüsl və dəstəmaz alır, sonra isə təmiz paltarları geyinib, gözəl ətir vurub bu qayda ilə ora daxil olmaq üçün izni-duxul(daxil olma icazəsi) alırsan:

Bəqi ziyarəti_1

TranskripsiyaTərcüməƏrəbcə
Ya məvaliyyə ya əbnaə Rəsulillah, əbdukum vəbnu əmətikumuz zəlilu bəynə əydikum, vəl muz`ifu (muz`əfu) fi uluvvi qədrikum, vəl mu`tərifu bihəqqikum caəkum mustəcirən bikum qasidən ila hərəmikum, mutəqərribən ila məqamikum, mutəvəssilən iləllahi təala bikum, əədxulu ya məvaliyy, əədxulu ya əvliyaəllah, əədxulu ya məlaikətəllahil muhdiqinə bihazəl hərəm, əl muqiminə bihazəl məşhəd.Ey mənim sərvərlərim, ey Rəsulullahın övladları, mən sizin qulunuz və kənizinizin oğluyam (sizin xidmətçinizəm)! Hüzurunuzda zəliləm, uca məqamınız müqabilində acizəm və haqqınızı (imamət məqamınızı) etiraf edirəm. Sizin yanınıza gəlmişəm, sizə pənah gətirmişəm və sizin məqamınıza yaxınlaşmaq və sizin vasitənizlə Allah-Taalaya təvəssül etmək üçün pak ziyarətgahınıza üz tutmuşam! Ey mənim sərvərlərim, daxil olummu? Ey Allahın övliyaları, daxil olummu? Ey bu ziyarətgahın ətrafına toplaşan və orada məskunlaşan Allahın mələkləri, daxil olummu?يَا مَوَالِيَّ يَا أَبْنَاءَ رَسُولِ اللَّهِ عَبْدُكُمْ وَ ابْنُ أَمَتِكُمُ الذَّلِيلُ بَيْنَ أَيْدِيكُمْ وَ الْمُضْعِفُ [الْمُضْعَفُ‏] فِي عُلُوِّ قَدْرِكُمْ وَ الْمُعْتَرِفُ بِحَقِّكُمْ جَاءَكُمْ مُسْتَجِيرا بِكُمْ قَاصِدا إِلَى حَرَمِكُمْ مُتَقَرِّبا إِلَى مَقَامِكُمْ مُتَوَسِّلا إِلَى اللَّهِ تَعَالَى بِكُمْ أَ أَدْخُلُ يَا مَوَالِيَّ أَ أَدْخُلُ يَا أَوْلِيَاءَ اللَّهِ أَ أَدْخُلُ يَا مَلائِكَةَ اللَّهِ الْمُحْدِقِينَ بِهَذَا الْحَرَمِ الْمُقِيمِينَ بِهَذَا الْمَشْهَدِ

Təvazö və xuzu halında daxil ol və əvvəl sağ ayağınla daxil ol və de:

Bəqi ziyarəti_2

TranskripsiyaTərcüməƏrəbcə
Əllahu əkbəru kəbirən vəl həmdu lillahi kəsira, və subhanəllahi bukrətən və əsila, vəl həmdu lillahil fərdis səmədil macidil əhəd, əl mutəfəzzilil mənnanil mutətəvvilil hənnanilləzi mənnə bitəvlih, və səhhələ ziyarətə sadati biihsanih, və ləm yəc`əlni ən ziyarətihim məmnuən bəl tətəvvələ və mənəh.Allah daha böyükdür! Hədsiz sitayişlər Allaha məxsusdur! Sübh və axşam (hər zaman) Allah bütün eyiblərdən pak və uzaqdır. Həmd-səna tək, ehtiyacsız, böyük, yeganə, mərhəmət sahibi, nemət bəxş edən, ehsan sahibi, mehriban və Öz ehsanı ilə mənə minnət qoyaraq sərvərlərimin ziyarətini asanlaşdıran, məni onların ziyarətindən məhrum etməyən və hətta lütf və ehsan edən Allaha məxsusdur!اللَّهُ أَكْبَرُ كَبِيرا وَ الْحَمْدُ لِلَّهِ كَثِيرا وَ سُبْحَانَ اللَّهِ بُكْرَةً وَ أَصِيلا وَ الْحَمْدُ لِلَّهِ الْفَرْدِ الصَّمَدِ الْمَاجِدِ الْأَحَدِ الْمُتَفَضِّلِ الْمَنَّانِ الْمُتَطَوِّلِ الْحَنَّانِ الَّذِي مَنَّ بِطَوْلِهِ وَ سَهَّلَ زِيَارَةَ سَادَاتِي بِإِحْسَانِهِ وَ لَمْ يَجْعَلْنِي عَنْ زِيَارَتِهِمْ مَمْنُوعا بَلْ تَطَوَّلَ وَ مَنَحَ

Sonra onların müqəddəs qəbirlərinin yanına get, arxanı qibləyə və üzünü qəbirlərə tərəf çeviririb de[8]:

Bəqi ziyarəti_3

TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykum əimmətəl huda, əssəlamu ələykum əhlət təqva, əssəlamu ələykum əyyuhəl hucəcu əla əhlid dunya, əssəlamu ələykum əyyuhəl quvvamu fil bəriyyəti bil qist, əssəlamu ələykum əhləs səfvəh, əssəlamu ələykum alə rəsulillah, əssəlamu ələykum əhlən nəcva, əşhədu ənnəkum qəd bəlləğtum və nəsəhtum və səbərtum fi zatillah, və kuzzibtum və usiə iləykum fəğəfərtum, və əşhədu ənnəkumul əimmətur raşidunəl muhtədun, və ənnə taətəhum məfruzəh, və ənnə qəvləkumus sidq, və ənnəkum dəəvtum fələm tucabu və əmərtum fələm tutau, və ənnəkum dəaimud dini və ərkanul ərz, ləm təzalu biəynillahi yənsəxukum min əslabi kulli mutəhhər, və yənqulukum min ərhamil mutəhhərat, ləm tudənniskumul cahiliyyətul cəhla, və ləm təşrək fikum fitənul əhva, tibtum və tabə mənbitukum, mənnə bikum ələyna dəyyanud din, fəcəələkum fi buyutin əzinəllahu ən turfəə və yuzkərə fihəsmuh, və cəələ səlatəna ələykum rəhmətən ləna və kəffarətən lizunubina, iz ixtarəkumullahu ləna və təyyəbə xəlqəna bima mənnə ələyna min vilayətikum, və kunna indəhu musəmminə biilmikum, mu`tərifinə bitəsdiqina iyyakum, və haza məqamu mən əsrəfə və əxtəə vəstəkanə və əqərrə bima cəna və rəca biməqamihil xəlas, və ən yəstənqizəhu bikum mustənqizul həlka minər rəda, fəkunu li şufəaə fəqəd və fədtə iləykum, iz rəğibə ənkum əhlud dunya, vəttəxəzu ayatillahi huzuvən vəstəkbəru ənha.Salam olsun sizə, ey hidayət imamları! Salam olsun sizə, ey yaxşılıq və təqva sahibləri! Salam olsun sizə, ey dünya əhli üzərindəki höccətlər! Salam olsun sizə, ey insanlar arasında ədalətlə qiyam edən! Salam olsun sizə, ey ixlas sahibləri! Salam olsun sizə, ey Rəsulullahın övladları! Salam olsun sizə, ey münacat əhli (və Allahın sirdaşları)! Şəhadət verirəm ki, həqiqətən, siz layiqincə (Allahın hökmlərini) təbliğ etdiniz, xeyirxahlıq göstərdiniz, Allah yolunda səbir etdiniz və sizi təkzib edib, sizə nalayiq sözlər desələr də, siz onları bağışladınız. Şəhadət verirəm ki, həqiqətən, siz yolgöstərən və hidayət olunan imamlarsınız, sizə itaət vacib və kəlamınız doğrudur. Siz insanları Allaha dəvət etdiniz, amma onlar qəbul etmədilər, əmr etdiniz, amma onlar itaət etmədilər. Həqiqətən, siz dinin sütunları və yerin dayaqlarısınız. Allah Öz lütf və mərhəməti sayəsində sizi pak insanların nütfəsindən götürüb pak anaların bətninə köçürtdü. Sizi cahiliyyət çirkinliklərinə aludə etmədi və nəfsin istəklərini sizin vücudunuzda qoymadı. Siz və nəsliniz pak-pakizədir. Allah-Taala sizin vasitənizlə bizə minnət qoydu. Allah sizi tikilib ucaldılmasına və Öz adının zikr edilməsinə izin verdiyi evlərdə yerləşdirdi, sizə salam göndərməyimizi özümüzə rəhmət və günahlarımız üçün kəffarə yazdı. Çünki Allah sizi bizim üçün seçmiş və sizin vasitənizlə bizim xilqətimizi sizin vilayət məqamınızı qəbul etməklə pakladı. Biz də Allahın dərgahında sizin elminizlə tanınır və sizi təsdiqləməyimizi (sizin vilayətinizə etiqad bəsləməyimizi) etiraf edirik. Bura həddini aşan, xətakar, möhtac və öz cinayətlərini iqrar edən şəxsin durduğu yerdir və həmin yerin vasitəsilə xilaskarlığına və Allahın sizin vasitənizlə onu həlakətdən xilas etməsinə ümidvardır. Elə isə mənə şəfaət edin. Dünya əhli sizdən uzaqlaşdığı, Allahın nişanələrini istehza və inkar etdiyi halda, mən şövq və məhəbbətlə sizin hüzurunuza gəlmişəm!السَّلامُ عَلَيْكُمْ أَئِمَّةَ الْهُدَى السَّلامُ عَلَيْكُمْ أَهْلَ التَّقْوَى السَّلامُ عَلَيْكُمْ أَيُّهَا الْحُجَجُ عَلَى أَهْلِ الدُّنْيَا السَّلامُ عَلَيْكُمْ أَيُّهَا الْقُوَّامُ فِي الْبَرِيَّةِ بِالْقِسْطِ السَّلامُ عَلَيْكُمْ أَهْلَ الصَّفْوَةِ السَّلامُ عَلَيْكُمْ آلَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكُمْ أَهْلَ النَّجْوَى أَشْهَدُ أَنَّكُمْ قَدْ بَلَّغْتُمْ وَ نَصَحْتُمْ وَ صَبَرْتُمْ فِي ذَاتِ اللَّهِ وَ كُذِّبْتُمْ وَ أُسِي‏ءَ إِلَيْكُمْ فَغَفَرْتُمْ وَ أَشْهَدُ أَنَّكُمُ الْأَئِمَّةُ الرَّاشِدُونَ الْمُهْتَدُونَ وَ أَنَّ طَاعَتَكُمْ مَفْرُوضَةٌ وَ أَنَّ قَوْلَكُمُ الصِّدْقُ وَ أَنَّكُمْ دَعَوْتُمْ فَلَمْ تُجَابُوا وَ أَمَرْتُمْ فَلَمْ تُطَاعُوا وَ أَنَّكُمْ دَعَائِمُ الدِّينِ وَ أَرْكَانُ الْأَرْضِ لَمْ تَزَالُوا بِعَيْنِ اللَّهِ يَنْسَخُكُمْ مِنْ أَصْلابِ كُلِّ مُطَهَّرٍ وَ يَنْقُلُكُمْ مِنْ أَرْحَامِ الْمُطَهَّرَاتِ لَمْ تُدَنِّسْكُمُ الْجَاهِلِيَّةُ الْجَهْلاءُ وَ لَمْ تَشْرَكْ فِيكُمْ فِتَنُ الْأَهْوَاءِ طِبْتُمْ وَ طَابَ مَنْبِتُكُمْ مَنَّ بِكُمْ عَلَيْنَا دَيَّانُ الدِّينِ فَجَعَلَكُمْ فِي بُيُوتٍ أَذِنَ اللَّهُ أَنْ تُرْفَعَ وَ يُذْكَرَ فِيهَا اسْمُهُ وَ جَعَلَ صَلاتَنَا عَلَيْكُمْ رَحْمَةً لَنَا وَ كَفَّارَةً لِذُنُوبِنَا إِذِ اخْتَارَكُمُ اللَّهُ لَنَا وَ طَيَّبَ خَلْقَنَا بِمَا مَنَّ عَلَيْنَا مِنْ وِلايَتِكُمْ وَ كُنَّا عِنْدَهُ مُسَمِّينَ بِعِلْمِكُمْ مُعْتَرِفِينَ بِتَصْدِيقِنَا إِيَّاكُمْ وَ هَذَا مَقَامُ مَنْ أَسْرَفَ وَ أَخْطَأَ وَ اسْتَكَانَ وَ أَقَرَّ بِمَا جَنَى وَ رَجَا بِمَقَامِهِ الْخَلاصَ وَ أَنْ يَسْتَنْقِذَهُ بِكُمْ مُسْتَنْقِذُ الْهَلْكَى مِنَ الرَّدَى فَكُونُوا لِي شُفَعَاءَ فَقَدْ وَفَدْتُ إِلَيْكُمْ إِذْ رَغِبَ عَنْكُمْ أَهْلُ الدُّنْيَا وَ اتَّخَذُوا آيَاتِ اللَّهِ هُزُوا وَ اسْتَكْبَرُوا عَنْهَا

Burada başını yuxarı qaldırıb de:

Bəqi ziyarəti_4

TranskripsiyaTərcüməƏrəbcə
Ya mən huvə qaimun la yəshu, və daimun la yəlhu, və muhitun bikulli şəy`in ləkəl mənnu bima vəffəqtəni, və ərrəftəni bima əqəmtəni ələyh, iz səddə ənhu ibaduk, və cəhilu mə`rifətəh, vəstəxəffu bihəqqihi və malu ila sivah, fəkanətil minnətu minkə ələyy, məə əqvamin xəsəstəhum bima xəsəstəni bih, fələkəl həmdu iz kuntu indəkə fi məqami haza məzkurən məktuba, fəla təhrimni ma rəcəvtu və la tuxəyyibni fima dəəvt, bihurməti Muhəmmədin və alihit tahirin, və salləllahu əla Muhəmmədin və ali Muhəmməd.Ey səhvə yol verməyən əbədi, heç vaxt unutmayan daimi və hər bir şeyi əhatə edən Allah, Sənin bəndələrin övliyalarından üz çevirdiyi, onları tanımadıqları, haqqını yüngül saydıqları və başqalarına meyilli olduqları halda, onları ziyarət etməklə məqamlarını mənə tanıtdırdığın və məni müvəffəq etdiyin üçün minnət Sənə məxsusdur. Bu vilayət nemətini mənim kimi digər qövmlərə də əta etdiyin üçün, həm mənə, həm də onlara minnət qoymaq Sənə layiqdir. Mən yad edilən və adıçəkilən bu məqamda Sənin dərgahında durduğum üçün, həmd olsun Sənə! Belə isə Muhəmməd və onun pak-pakizə Əhlibeytinin xatirinə məni ümid etdiklərimdən məhrum etmə və Sənin dərgahında dua etdiklərimdən ümidimi üzmə! Allahın salamı olsun Muhəmməd və Muhəmmədin Əhlibeytinə!يَا مَنْ هُوَ قَائِمٌ لا يَسْهُو وَ دَائِمٌ لا يَلْهُو وَ مُحِيطٌ بِكُلِّ شَيْ‏ءٍ لَكَ الْمَنُّ بِمَا وَفَّقْتَنِي وَ عَرَّفْتَنِي بِمَا أَقَمْتَنِي عَلَيْهِ إِذْ صَدَّ عَنْهُ عِبَادُكَ وَ جَهِلُوا مَعْرِفَتَهُ وَ اسْتَخَفُّوا بِحَقِّهِ وَ مَالُوا إِلَى سِوَاهُ فَكَانَتِ الْمِنَّةُ مِنْكَ عَلَيَّ مَعَ أَقْوَامٍ خَصَصْتَهُمْ بِمَا خَصَصْتَنِي بِهِ فَلَكَ الْحَمْدُ إِذْ كُنْتُ عِنْدَكَ فِي مَقَامِي هَذَا مَذْكُورا مَكْتُوبا فَلا تَحْرِمْنِي مَا رَجَوْتُ وَ لا تُخَيِّبْنِي فِيمَا دَعَوْتُ بِحُرْمَةِ مُحَمَّدٍ وَ آلِهِ الطَّاهِرِينَ وَ صَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ
Sonra özün üçün dua et və nə hacətin varsa istə.
Şeyx Tusi «Təhzib» kitabında buyurur:«Ondan sonra 8 rəkət ziyarət namazı qıl, yəni oradakı hər bir imam üçün 2 rəkət». Şeyx Tusi və Seyid ibn Tavus deyiblər, elə ki, istədin onlarla vidalaşasan de:

Bəqi ziyarəti_5

TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykum əimmətəl huda və rəhmətullahi və bərəkatuh, əstəvdiukumullahə və əqrəu ələykumus səlam, amənna billahi və bir rəsul, və bima ci`tum bihi və dələltum ələyh, Əllahummə fəktubna məəş şahidin.Salam olsun sizə, ey hidayət imamları! Allahın rəhmət və bərəkətləri olsun sizə! Mən sizi Allaha tapşırır (sizinlə vidalaşır) və sizə salam verirəm. Allaha, Peyğəmbərə, sizin gətirdikləriniz və göstəriş verdiklərinizə iman gətirmişəm. İlahi, bizim adımızı şahidlərlə birgə yaz!السَّلامُ عَلَيْكُمْ أَئِمَّةَ الْهُدَى وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ أَسْتَوْدِعُكُمُ اللَّهَ وَ أَقْرَأُ عَلَيْكُمُ السَّلامُ آمَنَّا بِاللَّهِ وَ بِالرَّسُولِ وَ بِمَا جِئْتُمْ بِهِ وَ دَلَلْتُمْ عَلَيْهِ اللَّهُمَّ فَاكْتُبْنَا مَعَ الشَّاهِدِين

Çoxlu dua et və Allahdan yenidən onun ziyarətinə nail etməyi istə!

İkinci ziyarət: Əllamə Məclisi «Biharul-ənvar» kitabında qədim nüsxələrin birindən qısa bir ziyarət nəql etmişdir, lakin onun və digər alimlərin bəyanlarına görə, onun üçün ən yaxşı ziyarət «Camiə» ziyarətidir.

Üçüncü ziyarət: Saytımızın «Həftə günlərinin, gecə-gündüzun əməlləri» bölümündə bu dörd İmamın (ə) ziyarəti qeyd olunmuşdur ki, onu da oxuya bilərsiz. Saytımızın digər bölümündə «Salavatlar» bu dörd İmama (ə) ayrıca həsr olunan salavatlarıda oxumağı unutmayın.
Şeyx Abbas Qumi öz «Məfahitul-Cinan» kitabında qeyd edir: «Həmçinin, bil ki, mən şərif hərəmi müşahidə etməyə çoxlu şövq bəslədiyimdən, burada Əhlibeytin (ə) məddahı, şairi Fazil Ovhədinin «Haiyyə» adlı qəsidəsini qeyd etmək istəyirəm ki, «Cəvahirul-kəlam» kitabının müəllifi Şeyx Muhəmməd Həsən nəql etmişdir ki, Şeyx Uzri arzu edirdi ki, bu qəsidə onun əməl dəftərində yazılsın. «Cəvahirul-kəlam» kitabında Uzrinin əməl dəftərində bir neçə şeir qələmə alınmışdır ki, biz burada onu qeyd etməyi münasib görürük»:

Bəqi ziyarəti_6

TranskripsiyaTərcüməƏrəbcə
İnnə tilkəl qulubə əqləqəhəl vəcdu
Və ədma tilkəl uyunə bukaha
Kanə ənkəl xutubi ləm yubki minni
Muqlətən lakinil həva əbkaha
Kullə yəvmin lil hadisati əvadin
Ləysə yəqva rəzva əla multəqaha
Kəyfə yurcəl xəlasu minhunnə illa
Bizimamin min səyyidir rusuli taha
Mə`qilul xaifinə min kulli xəvfin
Əvfərul urbi zimmətən əvfaha
Məsdərul ilmi ləysə illa lədəyhi
Xəbərul kainati min mubtədaha
Fazə lil xəlqi minhu ilmun və hilmun
Əxəzət minhuməl uqulu nuhaha
Nəvvəhət bismihis səmavatu vəl ər
Zu kəma nəvvəhət bisubhi zukaha
Və ğədət tənşurul fəzailə ənhu
Kullu qəvmin əla ixtilafi luğaha
Təribət liismihis səra fəstətalət
Fəvqə ulviyyətis səma suflaha
Cazə min cəvhərit təqəddusi zatən
Tahətil ənbiyau fi mə`naha
La tucil fi sifati əhmədə fikrən
Fəhiyəs surətul ləti lən təraha
Əyyu xəlqin lillahi ə`zəmu minhu
Və huvəl ğayətul ləti istəqsaha
Qəlləbəl xafiqəyni zəhrən libətnin
Fərəa zatə əhmədin fəctəbaha
Ləysə ənsa ləhu mənazilə qudsin
Qəd bənaha əttuqa fəə`la binaha
Və ricalən ə`izzətən fi buyutin
Əzinəllahu ən yu`əzzə himaha
Sadətun la turidu illa rəziyəllahi
Kəma la yuridu illa rizaha
Xəssəha min kəmalihi bil məani
Və biə`la əsmaihi səmmaha
Ləm yəkunu lil ərşi illa kunuzən
Xafiyatin subhanə mən əbdaha
Kəm ləhum əlsunun ənillahi tunbi
Hiyə əqlamu hikmətin qəd bəraha
Və humul ə`yunus səhihatu təhdi
Kullu əynin məkfufətin əynaha
Uləmaun əimmətun hukəmaun
Yəhtədin nəcmu bittibai hudaha
Qadətun ilmuhum və rə`yu hicahum
Məsmə`a kulli hikmətin mənzəraha
Ma ubali və ləv uhilət əla
Əl ərzis səmavatu bə`də nəyli vilaha
Həqiqətən, qəlblər sevincdən pərişandır. Göz yaşları bu gözləri qana boyamışdır. Ən ağır hadisələr mənim gözlərimi ağlada bilmədi, amma dost sevgisi onu ağlatdı. Hər gün qəmli hadisələrlə dolu olsa da, “Rəzva” dağı onlara tab gətirə bilmədi. Yalnız “Taha” elçilərinin sərvərinin sayəsində onlardan qurtuluşa ümid bəsləmək olar! Möhkəm qala bütün qorxulu hadisələr zamanı qorxusundan titrəyir. Ərəblərin ən kamili əhd-peymanına sadiq qaldı və onların ən vəfalısı isə elm mənbəyidir. Kainatın başlanğıcından bütün xəbərlər məhz onun yanındadır. Elm və səbir onların vasitəsilə insanların üstünə yağır. Ağıllar da həmin elm və səbirdən qidalanırlar. Nur və aydınlıq sübhü açdığı kimi, səmalar və yer də onun adını ucaltdı. Beləcə, hər bir qövm öz dil və ləhcəsi ilə onun fəzilətlərini yaydı. Kainat – səmanın hündürlüklərindən tutmuş yerin ən aşağı qatına qədər onun adından vəcdə gəldi. Zatı müqəddəslik gövhərindən keçdi və peyğəmbərlər Onun zatının fəhmində heyran qaldılar. Əhmədin (Peyğəmbəri-Əkrəmin) (s) səciyyələri haqda fikrini narahat etmə! Çünki heç kəsdə həmin səciyyələrin surətini görə bilməyəcəksən. Allahın yaratdıqları arasında ondan böyük kim var? O, yaranmışların son həddi, kamilidir! Allah-Taala aləmin şərq və qərbini alt-üst etdi və nəhayət, Əhmədin (s) zatını gördü. Onu bəyənib-seçdi. Təqva və pəhrizkarlığın onun üçün tikib ucaltdığı müqəddəs evləri heç zaman unutmaram. Həmin böyük şəxslər və izzət sahibləri Allahın əziz və möhtərəm buyurduğu evlərdə məskunlaşdılar. Allah yalnız onların razılığını istədiyi kimi, onlar da yalnız Allahın razılığını istəyirdilər. Onları Öz kamil mənalarına məxsus bildi və ən uca adları ilə adlandırdı. Onlar ərşdə gizli saxlanılan xəzinələr idi. Onları aşkar edən bütün eyiblərdən pak və uzaqdır. Bir çox dillərdə Allahdan xəbər verdilər. Onlar Allahı bəyan edən hikmətli qələm, doğru və sağlam gözlər idilər. Onların iki doğru gözü görməyən gözlərə yol göstərdi. Alimlər, rəhbərlər və hikmət sahibləri onların göstərişlərinə itaətlə doğru yola yönəldirlər. Onlar elə rəhbərdirlər ki, elm və düşüncələri hər bir hikməti eşidib-görmək üçün mərkəz sayılır. Onların məhəbbətinə nail olduqdan sonra səmaların yerə tökülməsindən əsla qorxmaramاِنَّ تِلْكَ الْقُلُوبَ أَقْلَقَهَا الْوَجْدُ وَ أَدْمَى تِلْكَ الْعُيُونَ بُكَاهَا
كَانَ أَنْكَى الْخُطُوبِ لَمْ يُبْكِ مِنِّي مُقْلَةً لَكِنِ الْهَوَى أَبْكَاهَا
كُلَّ يَوْمٍ لِلْحَادِثَاتِ عَوَادٍ لَيْسَ يَقْوَى رَضْوَى عَلَى مُلْتَقَاهَا
كَيْفَ يُرْجَى الْخَلاصُ مِنْهُنَّ إِلا بِذِمَامٍ مِنْ سَيِّدِ الرُّسُلِ طه
مَعْقِلُ الْخَائِفِينَ مِنْ كُلِّ خَوْفٍ أَوْفَرُ الْعُرُبِ ذِمَّةً أَوْفَاهَا
مَصْدَرُ الْعِلْمِ لَيْسَ إِلا لَدَيْهِ خَبَرُ الْكَائِنَاتِ مِنْ مُبْتَدَاهَا
فَاضَ لِلْخَلْقِ مِنْهُ عِلْمٌ وَ حِلْمٌ أَخَذَتْ مِنْهُمَا الْعُقُولُ نُهَاهَا
نَوَّهَتْ بِاسْمِهِ السَّمَاوَاتُ وَ الْأَرْضُ كَمَا نَوَّهَتْ بِصُبْحٍ ذَكَاهَا
وَ غَدَتْ تَنْشُرُ الْفَضَائِلَ عَنْهُ كُلُّ قَوْمٍ عَلَى اخْتِلافِ لُغُاهَا
طَرِبَتْ لاسْمِهِ الثَّرَى فَاسْتَطَالَتْ فَوْقَ عُلْوِيَّةِ السَّمَا سُفْلاهَا
جَازَ مِنْ جَوْهَرِ التَّقَدُّسِ ذَاتا تَاهَتِ الْأَنْبِيَاءُ فِي مَعْنَاهَا
لا تُجِلْ فِي صِفَاتِ أَحْمَدَ فِكْرا فَهِيَ الصُّورَةُ الَّتِي لَنْ تَرَاهَا
أَيُّ خَلْقٍ لِلَّهِ أَعْظَمُ مِنْهُ وَ هُوَ الْغَايَةُ الَّتِي اسْتَقْصَاهَا
قَلَّبَ الْخَافِقَيْنِ ظَهْرا لِبَطْنٍ فَرَأَى ذَاتَ أَحْمَدَ فَاجْتَبَاهَا
لَسْتُ أَنْسَى لَهُ مَنَازِلَ قُدْسٍ قَدْ بَنَاهَا التُّقَى فَأَعْلَى بِنَاهَا
وَ رِجَالا أَعِزَّةً فِي بُيُوتٍ أَذِنَ اللَّهُ أَنْ يُعَزَّ حِمَاهَا
سَادَةٌ لا تُرِيدُ إِلا رِضَى اللَّهِ كَمَا لا يُرِيدُ إِلا رِضَاهَا
خَصَّهَا مِنْ كَمَالِهِ بِالْمَعَانِي وَ بِأَعْلَى أَسْمَائِهِ سَمَّاهَا
لَمْ يَكُونُوا لِلْعَرْشِ إِلا كُنُوزا خَافِيَاتٍ سُبْحَانَ مَنْ أَبْدَاهَا
كَمْ لَهُمْ أَلْسُنٌ عَنِ اللَّهِ تُنْبِي هِيَ أَقْلامُ حِكْمَةٍ قَدْ بَرَاهَا
وَ هُمُ الْأَعْيُنُ الصَّحِيحَاتُ تَهْدِي كُلَّ عَيْنٍ مَكْفُوفَةٍ عَيْنَاهَا
عُلَمَاءُ أَئِمَّةٌ حُكَمَاءُ يَهْتَدِي النَّجْمُ بِاتِّبَاعِ هُدَاهَا
قَادَةٌ عِلْمُهُمْ وَ رَأْيُ حِجَاهُمْ مَسْمَعَا كُلِّ حِكْمَةٍ مَنْظَرَاهَا
مَا أُبَالِي وَ لَوْ أُهِيلَتْ عَلَى الْأَرْضِ السَّمَاوَاتُ بَعْدَ نَيْلِ وِلاهَا

Bəqi İmamlarını (ə) və başqa İmamları (ə) uzaqdan ziyarət etməyin qaydası:
Məsum İmamları (ə) uzaqdan ziyarət etməyin fəziləti barəsində də saysız hədislər nəql olunmuşdur. O cümlədən:
1) İbn Əbu Umeyr nəql edir ki, İmam Sadiq (ə) belə buyurdu: «Bizi yaxından ziyarət etməyə imkanı olmayan şəxs hündür bir məkanda qərar tutsun və 2 rəkət namaz qılsın. Sonra bizim qəbirlərə tərəf üz tutub salam desin. Bu salam bizə çatacaqdır».[9]
2) Süleyman ibn İsa atasının belə dediyini nəql edir: «İmam Sadiqə (ə) ərz etdim ki, əgər sizi yaxından ziyarət etməyə imkanım olmasa, sizi necə ziyarət edim? İmam Sadiq (ə) buyurdu: «Ey İsa (ə), əgər bizim yanımıza gəlməyə imkanın olmasa, cümə günü qüsl et, yaxud dəstəmaz al və açıq səma altında dayan. 2 rəkət namaz qıl və mənə tərəf üz tut. Kim sağlığımda məni ziyarət edərsə, mən vəfat etdikdən sonra məni ziyarət etmiş kimidir və hər kim mən vəfat etdikdən sonra məni ziyarət edərsə, sağlığımda məni ziyarət etmiş kimidir»».[10]

Qeyd:
a) Əllamə Məclisinin bu hədisin açıqlamasında dediyi kimi[11], hədisdən başa düşülür ki, sağ İmamı (ə) deyilən qaydada uzaqdan ziyarət etmək olar. Bu da İmam Zamanı (ə.f) hər bir məkandan ziyarət etməyin mümkünlüyünə dəlalət edir.
b) Baxmayaraq ki, yuxarıdakı iki hədisdən İmamları (ə) uzaqdan hər bir ifadə ilə ziyarət etməyin mümkün olduğu anlaşılır, amma əgər bir şəxs Məsumlardan (ə) nəql olunan ziyarətnamə ilə onları ziyarət etmək istəyərsə, saytımızda qeyd olunan «Həzrət Peyğəmbərin (s) uzaqdan ziyarəti» məqaləsinə müraciət etsin. Orada Həzrət Rəsulallahı (s) və Məsum İmamları (ə) uzaqdan ziyarət etmək üçün ziyarətnamə qeyd edildi.

Mənbələr:
[1] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 139, hədis 1,
Şeyx Səduq — İləluş-şərayi, c 2, səh 459, hədis 1,
Şeyx Səduq — Uyuni-əxbarir-Rza, c 2, səh 292, hədis 28
[2] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 141, hədis 14,
Şeyx Səduq — Əmali, səh 115
[3] Şeyx Mufid — Muqənnə`ə, səh 474
[4] İbn Qavləveyh — Kamiluz-ziyarat, səh 194, hədis7, bölüm 78
[5] Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh141, hədis 12,
Şeyx Səduq — Əmali, səh 59, hədis 4
Bu hədis eynilə «Kamiluz-ziyarət» (səh 11, hədis 5, bölüm 1) kitabında
başqa bir sənədlə İmam Sadiqdən (ə) və o da İmam Hüseyndən (ə) nəql etmişdir.
[6] İbn Qavləveyh — Kamiluz-ziyarat, səh 11, hədis 4, bölüm 1
[7] İbn Qavləveyh — Kamiluz-ziyarat, səh 11, hədis 3, bölüm 1
[8] Diqqətəlayiq məqamdır ki, «Məzar-Kəbir» kitabının müəllifi
bu ziyarəti izni-duxulu ehtiva edən müqəddimə ilə birlikdə qeyd etmişdir.
Şeyx Abbas Quminin istifadə etdiyi ifadədən aydın olur ki,
onun dövründə Bəqi məzarlığındakı İmamların (ə) qəbirləri
üstündə günbəz və məqbərə olubmuş.
Muhəmməd ibn Məşhədi — Məzar-Kəbir, səh 88,
Əllamə Məclisi — Biharul-ənvar, c 97, səh 211, hədis 10
[9] İbn Qavləveyh — Kamiluz-ziyarat, bölüm 96, səh 286, hədis 1,
Şeyx Tusi — Təhzib, c 6, səh 103, hədis 1
[10] İbn Qavləveyh — Kamiluz-ziyarat, bölüm 96, səh 287, hədis 4
[11] Əllamə Məclisi — Biharul-ənvar, c 98, səh 366

Читайте также: