Dua: Hacətlərin rəvası üçün oxunan dualar
İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, Səmaəyə buyurdu: «Ey Səmaə! Allahdan bir hacət istədikdə, belə de:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni əs`əlukə bihəqqi Muhəmmədin və Əliyyin, fəinnə ləhuma indikə şə`nən minəş şə`ni, və qədrən minəl qədr, fəbihəqqi zalikəş şə`n, və bihəqqi zalikəl qədri, ən tusalliyə əla Muhəmmədin və ali Muhəmmədin və ən təf`ələ bi *kəza və kəza. | İlahi, Sənin dərgahında uca məqam və dərəcələri olan Muhəmməd və Əlinin, onların həmin məqam və dərəcələrinin xatirinə Səndən istəyirəm ki, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetirəsən və mənimlə *belə belə rəftar edəsən (hacətlərimi rəva edəsən)! | اللَّهُمَّ اِنّي اَسْئَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ عَلِيٍ، فَاِنَّ لَهُمَا عِنْدَكَ شَاْناً مِنَ الشَّاْنِ، وَ قَدْراً مِنَ الْقَدْرِ، فَبِحَقِّ ذلِكَ الْشَّاْنِ، وَ بِحَقِّ ذلِكَ الْقَدْرِ، اَنْ تُصَلِّيَ عَلََى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَ اَنْ تَفْعَلْ بي كَذَا وَ كَذَا |
*Kəza və kəza sözləri yerinə öz hacətini istəyirsən.
Həqiqətən, Qiyamət günü başlayanda hər bir mürsəl peyğəmbər, mömin şəxs və Allaha ən yaxın olan mələk Muhəmmədə (s) və Əliyə (ə) möhtac olacaqlar».
Şeyx Abbas Qumi deyir: «İbn Əbul Hədid həzrət Əmirəlmöminin Əlidən (ə) nəql etmişdir ki, o həzrət belə buyurmuşdur: «Mən həzrəti Peyğəmbərdən (s) istədim ki, İlahi məğfirətə şamil olmağım üçün məni dua etsin.» O həzrət buyurdu: «Dua edərəm». Sonra ayağa qalxıb namaz qıldı və əllərini göyə qaldırıb dua etdi. O həzrətin duasına qulaq asdıqda, belə dediyini eşitdim:
| Ərəbcə | اللَّهُمَّ بِحَقِّ عَلِيٍّ عِنْدَكَ اِغْفِرْ لِعَلِيٍّ |
| Tərcümə | İlahi! Əlinin Sənin yanında olan haqqına and verirəm ki, Əlini bağışla! |
| Transkripsiya | Əllahummə bihəqqi Əliyyin indək, iğfir li Əliyyin. |
Mən dedim: «Ya Rəsuləllah! Bu necə duadır!»
Buyurdu: «Allahın dərgahında səndən əziz və hörmətli şəxs varmı ki, onun haqqına and verim?»
