Ziyarətnamə: Birinci ziyarət (İmam ƏIi) -3

Print Friendly, PDF & Email

Bu ziyarətnaməni Şeyx Mufid, Şəhid, Seyid ibn Tavus və başqaları nəql ediblər. Ziyarət etmə qaydası belədir ki, hər zaman o həzrəti ziyarət etmək istədin qüsl et, ən təmiz paltarlarını geyin və gözəl iyli ətirdən istifadə elə. Əgər bunları ələ gətirə bilməsən də olar. Evdən çıxan kimi belə de:

TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə inni xərəctu (təvəccəhtu) min mənzili əbği fəzləkə və əzuru vəsiyyə nəbiyyikə sələvatukə ələyhima, Əllahummə fəyəssir zalikə li və səbbibil məzarə ləh, vəxlufni fi aqibəti və huzanəti biəhsənil xilafəh, ya ərhəmər rahimin. İlahi, lütf və mərhəmətini qazanmaq və Peyğəmbərinin canişinini (Allahın salamı olsun onların hər ikisinə) ziyarət etmək üçün evimdən çıxmışam (və Sənə üz tutmuşam). İlahi, bu işi mənim üçün asanlaşdır, onun ziyarətinin səbəblərini hazırla, işlərimin yerinə yetirilməsində mənə canişin (yardımçı) və əhli-əyalım üçün ən yaxşı canişin ol, ey mehribanların ən mehribanı!اللَّهُمَّ إِنِّي خَرَجْتُ [تَوَجَّهْتُ‏] مِنْ مَنْزِلِي أَبْغِي فَضْلَكَ وَ أَزُورُ وَصِيَّ نَبِيِّكَ صَلَوَاتُكَ عَلَيْهِمَا اللَّهُمَّ فَيَسِّرْ ذَلِكَ لِي وَ سَبِّبِ الْمَزَارَ لَهُ وَ اخْلُفْنِي فِي عَاقِبَتِي وَ حُزَانَتِي بِأَحْسَنِ الْخِلافَةِ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Sonra dildə bu zikri — “Əlhəmdulillahi və subhanəllahi və lə ilahə iləllah” deyən halda get. Elə ki, Kufənin xəndəyinə yetişdin dayan və de:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahu əkbər, Əllahu əkbər, əhləl kibriyai vəl məcdi vəl əzəməh, Əllahu əkbəru əhlut təkbiri vət təqdisi vət təsbihi vəl ala, Əllahu əkbəru mimma əxafu və əhzər, Əllahu əkbəru imadi və ələyhi ətəvəkkəl, Əllahu əkbəru rəcai və iləyhi unib, Əllahummə əntə vəliyyu ni`məti vəl qadiru əla təlibəti tə`ləmu hacəti, və ma tuzmiruhu həvacisus suduri və xəvatirun nufus, fəəs`əlukə bimuhəmmədinil mustəfəlləzi qətə`tə bihi hucəcəl muhtəccin, və uzrəl mu`təzirin, və cəəltəhu rəhmətən lil aləmin, ən la təhriməni səvabə ziyarəti vəliyyikə və əxi nəbiyyikə əmiril mu`mininə və qəsdəh, və təc`əlni min vəfdihis salihinə və şiətihil muttəqin, birəhmətikə ya ərhəmər rahimin.Allah böyükdür. Allah böyükdür, böyüklük, ululuq və əzəmət sahibidir. Allah böyükdür, “təkbir” əhlidir (Allah böyükdür), müqəddəsdir, bütün eyiblərdən pak və uzaqdır, mehribanlıqlar sahibidir. Allah qorxduqlarım və çəkindiklərimdən də böyükdür. Allah böyükdür, mənim dayağımdır və mən yalnız Ona təvəkkül edirəm. Allah böyükdür, mənim ümidimdir və yalnız Ona doğru qayıdıram. İlahi, Sən mənim nemət sahibim və istəklərimə qadirsən. İstəklərimi, qəlbdən keçənləri, sinədə olanları və ürək döyüntülərini bilirsən. Höcətləşənlərin dəlilləri və bəhanə axtaranların bəhanəsinə son qoyduğun və aləmlərə rəhmət olaraq göndərdiyin Muhəmməd Mustafanın (s) haqqının xatirinə Səndən istəyirəm ki, məni Öz nümayəndən və Peyğəmbərinin qardaşı Əmirəlmöminin Əlinin (ə) ziyarəti və ona doğru üz tutmaqdan məhrum etmə, məni onun hüzuruna daxil olan salehlərdən və onun təqvalı şiələrindən təyin et! Sənə and verirəm Öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi!ƏRƏBİSİN YAZ

Elə ki, o həzrətin müqəddəs hərəminin günbəzini gördün de:
TranskripsiyaTərcüməƏrəbcə
Əlhəmdu lillahi əla məxtəssəni bihi min tibil məvlid, vəstəxləsəni ikramən bihi min muvalatil əbraris səfərətil əthari vəl xiyərətil ə`lam, Əllahummə fətəqəbbəl sə`yi iləykə və təzərrui bəynə yədəyk, vəğfir liyəz zunubəlləti la təxfa ələyk, innəkə əntəllahul məlikul ğəffar.Həmd olsun Allaha ki, məni pak-pakizə dünyaya gətirdi və kəraməti ilə məni xeyirxahlara, pak-pakizə səfirlərə və həqiqət nişanələrinə seçilənlərə məhəbbət bəsləmək üçün bəyənib-seçdi. İlahi, Sənin yolunda çalışqanlığımı və dərgahında ah-naləmi qəbul et, Sənə gizli olmayan günahlarımı bağışla! Həqiqətən, Sən malik və daha çox bağışlayan Allahsan!ƏRƏBİSİN YAZ

Şeyx Abbas Qumi deyir: “Zəvvar məqbərəni gördükdə, ona elə bir şövq hissi gələr ki, bütün diqqətini o həzrətə yönəltmək istəyər. Hər bir bəyan və dillə onu mədh etməyə başlayar. Xüsusilə, əgər zəvvar elm əhli, kamal sahibi olsa, istər ki, nəzərində olan şeirlə onu tərifləsin. Buna görə də burada Haiyyeyi-Uzriyyənin bir neçə beytini qeyd etmək istəyirəm. Ümid edirəm ki, mənim salamım ona çatsın və öz xeyir duasında məni unutmasın:
TranskripsiyaTərcüməƏrəbcə
Əyyuhər rakibul muciddu ruvəydən biqulubin təqəlləbət fi cəvaha
İn təraət ərzul ğəriyyəyni fəxzə vəxləin nə`lə dunə vadi tuha
Və iza şimtə qubbətəl aləm ələ`la və ənvaru rəbbiha təğşaha
Fətəvazə` fəsəmmə darətu qudsin tətəmənnəl əflaku ləsmə səraha
Qul ləhu vəd dumu`u səfhu əqiqin vəl həşa təstəli binari ğəzaha
Yəbnə əmmin nəbiyyi əntə yədullahi əlləti əmmə kullə şəyin nədaha
Əntə quranuhul qədimu və əvsafu kə əyatuhul ləti əvhaha
Xəssəkəllahu fi məasiri şətta hiyə mislul ə`dadi la tətənaha
Ləytə əynən biğəyri rəvzikə tər`a qəziyət vəstəmərrə fiha qəzaha
Əntə bə`dən nəbiyyi xəyrul bəraya vəssəma xəyru ma biha qəməraha
Ləkə zatun kəzatihi həysu ləvla ənnəha misluha ləma əxaha
Qəd tərazə`tuma bisədyi visalin kanə min cəvhərit təcəlli ğizaha
Ya əxəl mustəfa lədəyyə zunubun hiyə əynul qəza və əntə cəlaha
Ləkə fi murtəqəl ula vəl mə`ali dərəcatun la yurtəqa ədnaha
Ləkə nəfsun min mə`dinil lutfi siğət cə`ələllahu kullə nəfsin fidaha.
Ey sürətli minik, onun ayrılığından sarsılan qəlblərə möhlət ver. Nəcəf torpağını gördüyün zaman baş əy və şəhərin darvazasına çatdıqda, ayaqqabını ayağından çıxart. Rəbbin çıraqları ilə örtülən uca aləmi gördükdə, təvazökarlıq et ki, o ev müqəddəsdir. Ona de: Qırmızı əqiq kimi qanlı göz yaşları və şölələnən od kimi yanan qəlblə hüzuruna gəlmişəm. Ey Peyğəmbərin əmisi oğlu! Allahın əli sənsən və səxavətin hər bir şeyi əhatə etmişdir. Haqqın qədim Quranı sənsən və sənin səciyyələrin vəhy olunmuş Quran ayələridir. Allah səni saysız-hesabsız iftixarlara məxsus etdi. Kaş sənin bostanından başqa bir yerdə otlayan gözə çör-çöp dolaydı və həmişəlik orada qalaydı! Sən Peyğəmbərdən (s) sonra insanların ən yaxşısısan, necə ki, səmalarda ay və ulduzların ən yaxşısısan. Sənin zatın eynilə Peyğəmbərin zatı kimidir. Əgər belə olmasaydı, səni özünə qardaş seçməzdi. Hər ikiniz vüsal döşündən qidalandınız və qidanız da Haqqın parlaq gövhərindən ibarət idi. Ey Mustafanın (s) qardaşı! Gözümə tikan tək batan günahlarım var və onu yalnız sən çıxara bilərsən. Sənin Allah dərgahında uca məqamın var və onun ən aşağı məqamına sahib olmaq belə çətindir. Sənin canın Haqqın lütf mədənində çiçəklənib. Allah bütün canları ona fəda etsin!ƏRƏBİSİN YAZ

Elə ki, Nəcəfi Əşrəfin darvazasına yetişdin de:
TranskripsiyaTərcüməƏrəbcə
Əlhəmdu lillahilləzi hədana lihaza və ma kunna linəhtədiyə ləv la ən hədanəllah, əlhəmdu lillahilləzi səyyərəni fi biladihi və həmələni əla dəvabbih, və təva liyəl bəidə və sərəfə ənnil məhzur, və dəfəə ənnil məkruh, hətta əqdəməni hərəmə əxi rəsulih, salləllahu ələyhi və alih.
Həmd-səna bizi bura hidayət edən Allaha məxsusdur! Əgər Allah bizi hidayət etməsəydi, biz əsla hidayət olunmazdıq. Həmd olsun Allaha ki, məni Öz məmləkətində gəzdirib-dolandırdı, heyvanların belində (minikdə) gətirdi, uzaq yolu mənə asanlaşdırdı, məndən qorxu və acı hadisələri uzaqlaşdıraraq, məni Peyğəmbərinin (Allahın salamı olsun ona və Əhlibeytinə) qardaşının türbəsinə yetirdi.ƏRƏBİSİN YAZ

Sonra şəhərə daxil ol və de:
ƏrəbcəƏRƏBİSİN YAZ
TərcüməHəmd olsun Allaha ki, mənə bərəkət verdiyi və Peyğəmbərinin canişini üçün bəyənib-seçdiyi bu mübarək günbəzə daxil etdi. Elə isə, ilahi, onu mənə şahid qərar ver!
TranskripsiyaƏlhəmdu lillahilləzi ədxələni hazihil buq`ətəl mubarəkətəlləti barəkəllahu fiha vəxtarəha livəsiyyi nəbiyyih, Əllahummə fəc`əlha şahidətən li.


Sonra elə ki, birinci qapıya çatdın de:
ƏrəbcəƏRƏBİSİN YAZ
Tərcüməİlahi, Sənin dərgahında dayanıb məkanına daxil oldum, kəndirindən yapışdım, özümü Sənin rəhmətinə tuşladım və nümayəndənə (Əmirəlmöminin Əliyə (ə)) (Sənin salamın olsun ona) təvəssül etdim! Elə isə ziyarət və duamı qəbul et!
TranskripsiyaƏllahummə libabikə vəqəftu və bifinaikə nəzəlt, və bihəblikə`təsəmtu və lirəhmətikə təərrəzt, və bivəliyyikə sələvatukə ələyhi təvəssəlt, fəc`əlha ziyarətən məqbulətən və duaən mustəcaba.

Sonra elə ki, hərəmin həyətinin qapısına çatdın de:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə innə hazəl hərəmə hərəmukə vəl məqamə məqamuk, və ənə ədxulu iləyhi unacikə bima əntə ə`ləmu bihi minni və min sirri və nəcvay, əlhəmdu lillahil hənnanil mənnan, əl mutətəvvililləzi min tətəvvulihi səhhələ li ziyarətə məvlayə biihsanih, və ləm yəc`əlni ən ziyarətihi məmnua, və la ən vilayətihi mədfua, bəl tətəvvələ və mənəh, Əllahummə kəma mənəntə ələyyə bimə`rifətih, fəc`əlni min şiətihi və ədxilnil cənnətə bişəfaətih, ya ərhəmər rahimin.İlahi, bu türbə Sənin türbən və bu məqam Sənin məqamındır. Mən, Sənin məndən yaxşı bildiyin işlərim, sirlərim və gizli işlərim barəsində dərgahında raz-niyaz etmək üçün ora daxil oluram. Həmd-səna mehriban, nemət və ehsan bəxş edən, Öz kərəmi ilə mövlamın ziyarətini mənə asanlaşdıran, məni onun ziyarətindən məhrum etməyən, vilayət və məhəbbətindən uzaqlaşdırmayan, lütf və ehsanını məndən əsirgəməyən Allaha məxsusdur. İlahi, onu tanıtdırmaqla mənə minnət qoyduğun kimi, məni onun şiələri sırasında yaz və şəfaəti ilə əbədi behiştə apar, ey mehribanların ən mehribanı!ƏRƏBİSİN YAZ

Sonra hərəmin həyətinə daxil ol və de:
TranskripsiyaTərcüməƏrəbcə
Əlhəmdu lillahilləzi əkrəməni bimə`rifətihi və mə`rifəti rəsulih, və mən fərəzə ələyyə taətuhu rəhmətən minhu li və tətəvvulən minhu ələyy, və mənnə ələyyə bil iman, əlhəmdu lillahilləzi ədxuləni hərəmə əxi rəsulih, və əranihi fi afiyəh, əlhəmdu lillahilləzi cəələni min zuvvari qəbri vəsiyyi rəsulih, əşhədu ən lə ilahə illəllahu vəhdəhu lə şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh, caə bil həqqi min indillah, və əşhədu ənnə Əliyyən əbdullahi və əxu rəsulillah, Əllahu əkbəru Əllahu əkbər, lə ilahə illəllahu vəllahu əkbər, vəl həmdu lillahi əla hidayətihi və təvfiqihi lima dəa iləyhi min səbilih, Əllahummə innəkə əfzələ məqsudin və əkrəmu mə`tiyy, və qəd ətəytukə mutəqərribən iləykə binəbiyyikə nəbiyyir rəhməh, və biəxihi əmiril mu`minin Əliyyibni Əbi Talibin ələyhimus səlam, fəsalli əla Muhəmmədin və ali Muhəmməd, və la tuxəyyib sə`yi vənzur iləyyə nəzrətən rəhimətən tən`əşuni biha, vəc`əlni indəkə vəcihən fid dunya vəl axirəh, və minəl muqərrəbin.Həmd olsun Allaha ki, Onu, Peyğəmbərini və itaətini mənə vacib etdiyi şəxsi (imamı) tanımağı mənə Öz tərəfindən rəhmət və ehsan olaraq nəsib etdi və iman vasitəsilə minnət qoydu! Həmd-səna məni Peyğəmbərinin qardaşının türbəsinə daxil edən və afiyət və sağlamlıqla onu mənə göstərən Allaha məxsusdur. Həmd-səna məni Peyğəmbərinin qardaşının qəbrinin zəvvarları zümrəsində yerləşdirən Allaha məxsusdur. Şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur. O birdir və Onun şəriki yoxdur. Şəhadət verirəm ki, həqiqətən, Məhəmməd Onun bəndəsi və elçisidir. Allah tərəfindən haqq olaraq gəlmişdir. Şəhadət verirəm ki, həqiqətən, Əli Allahın bəndəsi və Rəsulullahın qardaşıdır. Allah böyükdür, Allah böyükdür, Allah böyükdür. Allahdan başqa heç bir tanrı yoxdur və Allah böyükdür. Həmd-səna çağırdığı yolu (din yolunu) keçmək üçün (bəndələrini) ona doğru yönəldən və müvəffəq edən Allaha məxsusdur. İlahi, həqiqətən, Sən niyyət olunanların ən yaxşısı və hacət üçün dərgahına üz tutulanların ən böyüyüsən. (Ey mənim Rəbbim!) Həqiqətən, mən rəhmət Peyğəmbərin və onun qardaşı Əmirəlmöminin Əli ibn Əbu Talibə (salam olsun onlara) yaxınlaşmaqla Sənin dərgahına üz tutmuşam. Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, mənim (bu yolda göstərdiyim) çalışqanlığımı puç etmə! Mənə rəhmət və mehribanlıqla nəzər sal ki, onun sayəsində itaətinlə məşğul olum! Məni Öz dərgahında, dünya və axirətdə başıuca et və Sənə yaxın olanların sırasına qat!ƏRƏBİSİN YAZ

Elə ki, hərəmin eyvanınının qapısına yetişdin dayan və de:
TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu əla rəsulillahi əminillah əla vəhyih, və əzaimi əmrih, əl xatimi lima səbəq, vəl fatihi liməstuqbil, vəl muhəymini əla zalikə kullih, və rəhmətullahi və bərəkatuh. Əssəlamu əla sahibis səkinəh, əssəlamu ələl mədfuni bil Mədinəh, əssəlamu ələl mənsuril muəyyəd, əssəlamu əla Əbil Qasimi Muhəmmədibni Əbdillah, və rəhmətullahi və bərəkatuh.Salam olsun Allahın vəhyinin, qəti hökm və ayələrinin əmanətdarı, keçmişdəkiləri xətm, gələcəkdəkiləri (səmavi elmləri və əqli həqiqətləri) isə fəth edən və bütün bunların hamısının keşikçisi olan Rəsulullaha! Allahın rəhmət və bərəkətləri olsun ona! Salam olsun vüqar sahibinə! Salam olsun Mədinədə dəfn olunmuş peyğəmbərə! Salam olsun yardım olunmuş və təsdiqlənmiş (dəstəklənmiş) peyğəmbərə! Salam olsun Əbəl Qasim Muhəmməd ibn Abdullaha! Allahın rəhmət və bərəkətləri olsun ona!ƏRƏBİSİN YAZ

Sonra hərəmin eyvanına daxil ol və daxil olan zaman əvvəl sağ ayağını qoy və hərəmin qapısında dayan və de:
TranskripsiyaTərcüməƏrəbcə
Əşhədu ən lə ilahə illəllahu vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh, caə bil həqqi min indihi və səddəqəl mursəlin, əssəlamu ələykə ya rəsuləllah, əssəlamu ələykə ya həbibəllahi və xiyərətəhu min xəlqih, əssəlamu əla əmiril mu`mininə əbdillahi və əxi rəsulillah, ya məvlayə ya əmirəl mu`mininə əbdukə vəbnu əbdikə vəbnu əmətik, caəkə mustəcirən bizimmətik, qasidən ila hərəmik, mutəvəccihən ila məqamik, mutəvəssilən iləllahi təala bik, əədxulu ya məvlay, əədxulu ya əmirəl mu`minin, əədxulu ya huccətəllah, əədxulu ya əminəllah, əədxulu ya məlaikətəllahil muqiminə (muqərrəbinə) fi hazəl məşhəd, ya məvlayə ətə`zənu li bid duxuli əfzələ ma əzintə liəhədin min əvliyaik, fəin ləm əkun ləhu əhlən fəəntə əhlun lizalik.
Bismillahi və billahi və fi səbilillahi və əla milləti rəsulillah, səlləllahu ələyhi və alih, Əllahumməğfir li vərhəmni və tub ələyyə innəkə əntət təvvabur rəhim.
Şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur. O birdir və Onun şəriki yoxdur. Şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi və elçisidir. Onun tərəfindən haqq olaraq gəlmiş və ilahi elçiləri təsdiqləmişdir. Salam olsun sənə, ey Allahın Rəsulu! Salam olsun sənə, ey Allahın həbibi və Onun Öz yaratdıqları arasından bəyənib-seçdiyi! Salam olsun Allahın bəndəsi və Rəsulullahın qardaşı Əmirəlmömininə! Ey mənim mövlam, ey Əmirəlmöminin! Sənin qulun, qulunun və kənizinin oğlu qapına gəlmiş, sənə pənah gətirmiş, türbəni ziyarət etmək məqsədilə uca məqamına üz tutmuşdur və sənin vasitənlə uca və böyük Allaha yaxınlaşır. Ey mənim mövlam, daxil olummu? Ey Əmirəlmöminin, daxil olummu? Ey Allahın höccəti, daxil olummu? Ey Allahın əmanətdarı, daxil olummu? Ey Allahın bu türbədə məskunlaşan mələkləri, daxil olummu? Ey mənim mövlam, dostlarından birinə verdiyin icazə tək mənə də (bu türbəyə) daxil olmaq üçün icazə verirsənmi? Əgər mən buna layiq deyiləmsə, sən buna (icazə verməyə) layiqsən!
Sonra hərəmin giriş qapısını öp və əvvəl sağ ayağını qoy, sonra sol ayağını və daxil ol. Daxil olan halda de:
Allahın adı ilə, Allah ilə, Allah yolunda və Allahın Rəsulunun (Allahın salamı olsun ona və Əhli-beytinə) dini ilə! İlahi, məni bağışla, mənə rəhm et və tövbəmi qəbul et. Çünki Sən tövbələri qəbul edən və rəhmlisən!
Ərəbisin YAZ

Sonra irəli get, elə ki, pak və mütəhhər qəbrlə üzbəüz oldun, qəbrə çatmamışdan əvvəl dayan, üzünü qəbrə çevir və de:
TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu minəllahi əla Muhəmmədin rəsulillah, əminillahi əla vəhyih, və risalətihi və əzaimi əmrih, və mə`dinil vəhyi vət tənzilil xatimi liməstuqbil, vəl muhəymini əla zalikə kullihiş şahidi ələl xəlqis siracil munir, vəs səlamu ələyhi və rəhmətullahi və bərəkatuh, Əllahummə salli əla Muhəmmədin və əhli bəytihil məzlumin, əfzələ və əkmələ və ərfəə və əşrəfə ma səlləytə əla əhədin min ənbiyaikə və rusulihi və əsfiyaik, Əllahummə salli əla əmiril mu`mininə əbdikə və xəlqikə bə`də nəbiyyik, və əxi rəsulikə və vəsiyyi həbibikəl ləzintəcəbtəhu min xəlqik, vəd dəlili əla mən bəəstəhu birisalatikə və dəyyanid dini biədlik, və fəsli qəzaikə bəynə xəlqik, vəs səlamu ələyhi və rəhmətullahi və bərəkatuh, Əllahummə salli ələl əimməti min vuldihil qəvvaminə biəmrikə min bə`dih, əl mutəhhirinəl lə-zinərtəzəytəhum ənsarən lidinik, və həfəzətən lisirrikə və şuhədaə əla xəlqik, və ə`lamən liibadikə sələvatukə ələyhim əcməin, əssəlamu əla əmiril mu`mininə Əliyyibni Əbi Talibin vəsiyyi rəsulillahi və xəlifətih, vəl qaimi biəmrihi min bə`dih, səyyidil vəsiyyinə və rəhmətullahi və bərəkatuh, əssəlamu əla Fatimətə bintə rəsulillahi salləllahu ələyhi və alih, səyyidəti nisail aləmin, əssəlamu ələl Həsəni vəl Husəyni səyyidəy şəbabi əhlil cənnəh, minəl xəlqi əcməin, əssəlamu ələl əimmətir raşidin, əssəlamu ələl ənbiyai vəl mursəlin, əssəlamu ələl əimmətil mustəvdəin, əssəlamu əla xassətillahi min xəlqih, əssəlamu ələl mutəvəssimin, əssəlamu ələl mu`mininəl ləzinə qamu biəmrihi və vazəru əvliyaəllahi və xafu bixəvfihim, əssəlamu ələl məlaikətil muqərrəbin, əssəlamu ələyna və əla ibadillahis salihin.Allah tərəfindən salam olsun Muhəmmədə – Allahın rəsuluna, vəhyinin, risalətinin, qəti hökmləri və ayələrinin əmanətdarına, vəhy və nazil olanların mədəninə, keçmişdəkiləri (keçmiş peyğəmbərləri) xətm, gələcəkdəkiləri (gələcək nəsil üçün səmavi elmləri) isə fəth edənə və bütün bunların keşikçisinə, məxluqatın şahidinə və işıqlı çırağa! Allahın salamı, rəhmət və bərəkətləri olsun ona! İlahi, Öz peyğəmbərlərin, elçilərin və seçdiyin insanlardan birinə göndərdiyin salamın ən fəzilətlisini, ən kamilini, ən ucasını və ən şərəflisini Muhəmməd və onun məzlum Əhlibeytinə göndər! İlahi, salam yetir Əmirəlmömininə – bəndənə, Peyğəmbərindən sonra insanların ən yaxşısına, Rəsulunun qardaşına, həbibinin canişininə, insanların arasından bəyənib tapşırıqlarınla göndərdiyin şəxslərə bələdçi seçdiyin, Öz ədalətinlə dinin rəhbərliyinə və hökmünlə xalq arasında haqqı batildən ayırmağa təyin etdiyin imama! Allahın salamı, rəhmət və bərəkətləri olsun ona! İlahi, onun övladlarından olan və ondan sonra sənin əmrinlə haqqı bərqərar etmək üçün qiyam edən pak imamlara salam yetir! Belə ki, onların öz dininə köməkçi, sirrinə hafiz, yaratdıqlarına şahidlər, bəndələrinə hidayət nişanəsi olmasına razı oldun. Sənin salam və salavatın olsun onların hamısına! Salam olsun Allahın Rəsulunun canişini və xəlifəsi, ondan sonra onun əmri ilə qiyam edən və canişinlərin sərvəri olan Əmirəlmöminin Əli ibn Əbu Talibə! Allahın rəhmət və bərəkətləri olsun ona! Salam olsun Rəsulullahın (Allahın salamı olsun ona və Əhlibeytinə) qızı və dünya qadınlarının sərvəri Fatiməyə! Salam olsun bütün məxluqatın içərisində cənnət əhlinin cavanlarının sərvərləri Həsən və Hüseynə! Salam olsun yolgöstərən imamlara! Salam olsun Allahın peyğəmbərləri və elçilərinə! Salam olsun əmanətdarlığa seçilmiş imamlara! Salam olsun Allahın məxluqları arasında Onun xas bəndələrinə! Salam olsun zəkalı və fərasətli imamlara! Salam olsun Onun əmri ilə qiyam edib ilahi övliyalara kömək edənlərə və onların qorxduqlarından qorxanlara! Salam olsun “müqərrəb” (Allaha yaxın) mələklərə! Salam olsun bizə və Allahın saleh bəndələrinə!ƏRƏBİSİN YAZ

Sonra yenə irəli get, qəbrin yanına çatdıqda dayan, üzünü qəbrə və arxanı qibləyə çevirib de:
TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykə ya əmirəl mu`minin, əssəlamu ələykə ya həbibəllah, əssəlamu ələykə ya səfvətəllah, əssəlamu ələykə ya vəliyyəllah, əssəlamu ələykə ya huccətəllah, əssəlamu ələykə ya imaməl huda, əssəlamu ələykə ya ələmut tuqa, əssəlamu ələykə əyyuhəl vəsiyyul bərrut təqiyyun nəqiyyul vəfiyy, əssəlamu ələykə ya əbəl Həsəni vəl Husəyn, əssəlamu ələykə ya əmudəd din, əssəlamu ələykə ya səyyidəl vəsiyyin, və əminə rəbbil aləmin, və dəyyanə yəvmid din, və xəyrəl mu`mininə və səyyidis siddiqin, vəs səfvətə min sulalətin nəbiyyin, və babə hikməti rəbbil aləmin, və xazinə vəhyihi və əybətə ilmih, vən nasihə liumməti nəbiyyihi vət taliyə lirəsulih, vəl muvasiyə ləhu binəfsihi vən natiqə bihuccətih, vəd daiyə ila şəriətihi vəl maziyə əla sunnətih, Əllahummə inni əşhədu ənnəhu qəd bəlləğə ən rəsulikə ma hummil, və rəa məstuhfizə və həfizə məstu`di, və həllələ həlaləkə və hərrəmə həramək, və əqamə əhkamək, və cahədən nakisinə fi səbilik, vəl qasitinə fi hukmik, vəl mariqinə ən əmrik, sabirən muhtəsibən la tə`xuzuhu fikə ləvmətu laim, Əllahummə salli ələyhi əfzələ ma səlləytə əla əhədin min əvliyaikə və əsfiyaikə və əvsiyai ənbiyaik, Əllahummə haza qəbru vəliyyikəlləzi fərəztə taətəh, və cəəltə fi ə`naqi ibadikə mubayəətəh, və xəlifətikəlləzi bihi tə`xuzu və tu`ti, və bihi tusibu və tuaqib, və qəd qəsədtuhu təməən lima ə`dədtəhu liəvliyaik, fəbiəzimi qədrihi indəkə və cəlili xətərihi lədəykə və qurbi mənzilətihi mink, salli əla Muhəmmədin və ali Muhəmməd, vəf`əl bi ma əntə əhluh, fəinnəkə əhlul kərəmi vəl cud, vəs səlamu ələykə ya məvlay, və əla zəciəykə Adəmə və Nuh, və rəhmətullahi və bərəkatuh.Salam olsun sənə, ey Əmirəlmöminin! Salam olsun sənə, ey Allahın həbibi! Salam olsun sənə, ey Allahın xalis bəndəsi! Salam olsun sənə, ey Allahın vəlisi! Salam olsun sənə, ey Allahın höccəti! Salam olsun sənə, ey hidayət imamı! Salam olsun sənə, ey təqva nişanəsi! Salam olsun sənə, ey xeyirxah, təqvalı, pakizə və vəfadar vəsi! Salam olsun sənə, ey Həsən və Hüseynin atası! Salam olsun sənə, ey dinin sütunu! Salam olsun sənə, ey vəsilərin sərvəri! Amin, ey aləmlərin Rəbbi! (Salam olsun sənə,) ey (Allahın əmri və izni ilə) qiyamət gününün hakimi, möminlərin ən yaxşısı, düzdanışanların ağası, peyğəmbərlərin sülaləsindən seçilmiş xalis bəndə, aləmlərin Rəbbinin hikmət qapısı, Onun vəhyinin xəzinədarı, elminin xəzinəsi, Peyğəmbərinin ümmətinin xeyirxahı, Rəsulunun davamçısı, onun canı ilə bərabər olan, Allahın dəlil-sübutu ilə danışan, Onun şəriətinə dəvət edən və sünnəsi ilə gedən (sünnəsinə əməl edən)! İlahi, həqiqətən, mən şəhadət verirəm ki, o, Sənin Rəsulun tərəfindən insanlara çatdırmaq üçün ona həvalə olunanları tamamilə çatdırdı, tapşırılanları qoruyub-saxladı, halalını halal, haramını isə haram bildi, hökmlərini bərpa etdi, Sənin razılığın yolunda səbirlə, ağrı-acılara sinə gərib yorulmadan, qınaqçının qınağından qorxmadan əhdini pozan “nakisin”, hökmündən və haqdan dönən “qasitin” və yoldan azan “mariqin”lə mübarizə apardı. İlahi, dostların, xalis bəndələrin və peyğəmbərlərinin canişinlərindən birinə göndərdiyin salamın ən fəzilətlisini ona göndər! İlahi, bu qəbir Sənin nümayəndənindir ki, itaətini vacib etdin və ona beyəti bəndələrinin öhdəsinə qoydun. O, Sənin elə bir xəlifəndir ki, onun vasitəsilə neməti alır və əta edirsən, savab verir və cəzalandırırsan. Həqiqətən, mən, dostların üçün hazırladığın savabı əldə etmək üçün onun ziyarətinə gəldim. Belə isə onun Sənin dərgahında olan böyük məqam və yaxın dərəcəsinin xatirinə Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir və mənimlə Sənə layiq olduğu kimi rəftar et. Çünki Sən kərəm və bəxşiş sahibisən! Salam olsun sənə, ey mənim mövlam və həmçinin (salam olsun) bu türbədə sənin kənarında dəfn olunan Adəm və Nuha! Allahın rəhmət və bərəkətləri olsun sənə!ƏRƏBİSİN YAZ

Sonra zirehi öpərək baş tərəfində durub belə de:
TranskripsiyaTərcüməƏrəbcə
Ya məvlayə iləykə vufudi, və bikə ətəvəssəlu ila rəbbi fi buluği məqsudi, və əşhədu ənnəl mutəvəssilə bikə ğəyru xaib, vət talibə bikə ən mə`rifətin ğəyru mərdud, illa biqəzai həvaicih, fəkun li şəfiən iləllahi rəbbikə və rəbbi, fi qəzai həvaici və təysiri umuri və kəşfi şiddəti, və ğufrani zənbi və səəti rizqi, və tətvili umuri və i`tai su`li fi axirəti və dunyay, Əllahumməl`ən qətələtə əmiril mu`minin, Əllahumməl`ən qətələtəl Həsəni vəl Husəyn, Əllahumməl`ən qətələtəl əimməh, və əzzibhum əzabən əlimən la tuəzzibuhu əhədən minəl aləmin, əzabən kəsirən lənqitaə ləh, və la əcələ və la əmədə bima şaqqu vulatə əmrik, və əiddə ləhum əzabən ləm tuhilləhu biəhədin min xəlqik, Əllahummə və ədxil əla qətələti ənsari rəsulik, və əla qətələti əmiril mu`minin, və əla qətələtil Həsəni vəl Husəyn, və əla qətələti ənsaril Həsəni vəl Husəyn, və qətələti min qutilə fi vilayəti ali Muhəmmədin əcməin, əzabən əlimən muzaəfən fi əsfəli dərəkin minəl cəhim, la yuxəffəfu ənhumul əzabu və hum fihi mublisunə məl`unun, nakisu ruusihim ində rəbbihim qəd ayənun nədamətə vəl xizyət təvilə liqətlihim itrətə ənbiyaikə və rusulik, və ətbaəhum min ibadikəs salihin, Əllahumməl`ənhum fi mustəsirris sirri və zahiril əlaniyəti fi ərzikə və səmaik, Əllahumməc`əl li qədəmə sidqin fi əvliyaik, və həbbib iləyyə məşahidəhum və mustəqərrəhum, hətta tulhiqəni bihim, və təc`ələni ləhum təbəən fid dunya vəl axirəh, ya ərhəmər rahimin.Ey mənim mövlam, sənin qapına gəlmişəm və istəklərimə nail olmaq üçün sənin vasitənlə Rəbbimə təvəssül edirəm. Şəhadət verirəm ki, həqiqətən, sənə təvəssül edən naümid olmamış və sənin vasitənlə Allahdan hacət diləyən hacəti rəva olmamış geri dönməmişdir. Bəs, sənin və mənim Rəbbim Allahın dərgahında mənə şəfaət et ki, hacətlərim qəbul olunsun, işlərim asanlaşsın, çətinliyim aradan qaldırılsın, günahım bağışlansın, ruzim firavan və ömrüm uzun olsun, dünya və axirət istəklərim əta olunsun! İlahi, Əmirəlmöminin Əlinin qatilinə lənət göndər! İlahi, Həsən və Hüseynin qatilinə lənət göndər! İlahi, imamların qatillərinə lənət göndər, onları əmrinin sahiblərinə rəva gördükləri zülm və haqsızlığa görə, heç kimi cəzalandırmadığın ağrılı, böyük, davamlı və əbədi bir əzabla cəzalandır, onlara elə bir əzab hazırla ki, yaratdıqlarından heç birini həmin əzaba düçar etməyibsən! Peyğəmbərinin dostlarının qatilləri, Əmirəlmöminin Əlinin qatilləri, Həsən və Hüseynin qatilləri, Həsənlə Hüseynin dostlarının qatilləri və Muhəmmədin Əhlibeytinə məhəbbət uğrunda şəhid olan kəslərin qatillərinin hamısını dərdli və ikiqat əzaba düçar et, cəhənnəmin ən aşağı mərtəbəsinə at ki, əzabları əsla yüngülləşməsin, orada qəmləri daha da artsın və lənətlənsinlər. Peyğəmbərin və Rəsulunun Əhli-beytini, onlara itaət edən Sənin saleh bəndələrini qətlə yetirdikləri üçün, başlarını aşağı dikib, Rəbbinin dərgahında peşmançılıq və rüsvayçılığı öz gözləri ilə görsünlər. İlahi, yer və göyündə, gizli və aşkar şəkildə onlara lənət göndər! İlahi, dostlarınla bağlı mənə sədaqətli addım (sabit iman) əta et, məni onlara qovuşdurana qədər onların ziyarətgah və məkanlarını sevməyi qəlbimə sal, dünya və axirətdə məni onların ardıcıllarından yaz, ey mehribanların ən mehribanı!ƏRƏBİSİN YAZ

Sonra zirehi öpərək arxanı qibləyə çevirib dayan və üzünü imam Hüseynin (ə) qəbrinə tərəf tutub de:
TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə əmiril mu`minin, əssəlamu ələykə yəbnə Fatimətəz Zəhra, səyyidəti nisail aləmin, əssəlamu ələykə ya əbəl əimmətil hadinəl məhdiyyin, əssəlamu ələykə ya səriəd dəm`ətis sakibəh, əssəlamu ələykə ya sahibəl musibətir ratibəh, əssəlamu ələykə və əla cəddikə və əbik, əssəlamu ələykə və əla ummikə və əxik, əssəlamu ələykə və ələl əimməti min zurriyyətikə və bənik, əşhədu ləqəd təyyəbəllahu bikət turab, və əvzəhə bikəl kitab, və cəələ və əbakə və cəddəkə və əxakə və bənikə ibrətən liulil əlbab, yəbnəl məyaminəl ətyabit talinəl kitab, vəccəhtu səlami iləykə sələvatullahi və səlamuhu ələyk, və cəələ əf`idətən minən nasi təhvi iləyk, ma xabə mən təməssəkə bikə və ləcəə iləyk.Salam olsun sənə, ey Əba Əbdillah! Salam olsun sənə, ey Rəsulullahın övladı! Salam olsun sənə, ey Əmirəlmömininin oğlu! Salam olsun sənə, ey aləmlərin qadınlarının sərvəri Fatimeyi Zəhranın oğlu! Salam olsun sənə, ey hidayət edən və hidayət olunmuş imamların atası! Salam olsun sənə, ey göz yaşlarının şəhidi! Salam olsun sənə, ey əbədi müsibət sahibi! Salam olsun sənə, sənin cəddinə və atana! Salam olsun sənə, sənin anana və qardaşına! Salam olsun sənə, sənin övladlarından olan imamlara və övladlarına! Şəhadət verirəm ki, həqiqətən, Allah (dəyərsiz) torpağı sənin vasitənlə ətirləndirdi və kitabı (ilahi həqiqətləri) aşkar etdi. Allah səni, atanı, cəddini, qardaşını və övladlarını ağıl sahibləri üçün ibrət (hidayət səbəbi) təyin etdi. Ey xeyirxah, pak və Quran tilavət edən insanların oğlu, sənə salam göndərirəm. Sənə Allahın salam və salavatı olsun. Allah qəlbi pak insanları sənə müştaq etsin. Sənə sarılan və sənin qapına gələn əsla naümid olmadı!ƏRƏBİSİN YAZ

Sonra get qəbrin ayaq tərəfində dur və de:
TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu əla əbil əimməti və xəlilin nubuvvəti vəl məxsusi bil uxuvvəh, əssəlamu əla yə`subid dini vəl imani və kəlimətir rəhman, əssəlamu əla mizanil ə`mali və muqəllibil əhval, və səyfi zil cəlali və saqis səlsəbiliz zulal, əssəlamu əla salihil mu`mininə və varisi ilmin nəbiyyin, vəl hakimi yəvməd din, əssəlamu əla şəcərətit təqva və samiis sirri vən nəcva, əssəlamu əla huccətillahil baliğəti və ni`mətis sabiğəti və nəqimətihid damiğəh, əssəlamu ələs siratil vazihi vən nəcmil laih, vəl imamin nasihi vəz zinadil qadih, və rəhmətullahi və bərəkatuh.Salam olsun imamların atası, nübüvvət dostu və qardaşlığa məxsus olana (Peyğəmbərlə qardaşlığa seçilənə)! Salam olsun din və iman rəhbəri, bağışlayan Allahın kəlməsinə! Salam olsun əməllərin tərəzisi, halətləri dəyişdirən, böyüklük sahibi olan Allahın qılıncı və dadlı “səlsəbil” (Kövsər) suyu ilə sirab edənə! Salam olsun möminlərin əməlisalehi, peyğəmbərlərin elminin varisi və qiyamət gününün hakiminə! Salam olsun təqva ağacı, sir və gizli sözləri eşidənə! Salam olsun Allahın yetkin höccəti, geniş rəhməti və üzücü əzabına (düşmənləri həlak edənə)! Salam olsun aydın yola, parlaq ulduza, xeyirxah imama və qəlbləri işıqlandıran məşələ! Allahın rəhmət və bərəkətləri olsun ona!ƏRƏBİSİN YAZ

Sonra de:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə salli əla Əmiril mu`minin, Əliyyibni Əbi Talibin əxi nəbiyyik, və vəliyyihi və nasirih, və vəsiyyihi və vəzirih, və mustəvdəi ilmihi və məvzii sirrihi və babi hikmətih, vən natiqi bihuccətihi vəd dai ila şəriətih, və xəlifətihi fi ummətih, və mufərricil kərbi ən vəchih, və qasimil kəfərəti və murğimil fəcərəh, əlləzi cəəltəhu min nəbiyyikə bimənziləti Harunə min Musa, Əllahummə vali mən valah, və adi mən adah, vənsur mən nəsərəh, vəxzul mən xəzələh, vəl`ən mən nəsəbə ləhu minəl əvvəlinə vəl axirin, və salli ələyhi əfzələ ma salləytə əla əhədin min əvsiyai ənbiyaik, ya rəbbəl aləmin.İlahi, Əmirəlmöminin Əli ibn Əbu Talibə – Peyğəmbərinin qardaşı, dostu, yardımçısı, canişini, vəziri, elminin xəzinədarı, sirrinin məkanı, hikmətinin qapısı, dəlil-sübutu ilə danışan, insanları onun şəriətinə dəvət edən, ümməti arasında xəlifəsi, onun çöhrəsindən qəm-qüssəni aradan qaldıran, kafirlərin şövkətini sındıran, fasiqləri xar edən və Peyğəmbərinə nisbətdə məqamını Harunun Musaya nisbətdə məqamı tək qərar verdiyin şəxsə salam yetir! İlahi, onu sevəni sev, onu düşmən biləni düşmən bil, ona yardım edənə yardım et, onu xar edəni xar et, birinci və sonuncu insanlardan ona qarşı çıxana lənət yağdır və peyğəmbərlərinin canişinlərindən birinə göndərdiyin salamın ən fəzilətlisini ona göndər, ey aləmlərin Rəbbi!ƏRƏBİSİN YAZ

Sonra baş tərəfə qayıt və həzrət Adəm (ə) və həzrət Nuhu (ə) ziyarət et. Həzrət Adəmin (ələyhis-salam) ziyarətində de:
TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykə ya səfiyyəllah, əssəlamu ələykə ya həbibəllah, əssəlamu ələykə ya nəbiyyəllah, əssəlamu ələykə ya əminəllah, əssəlamu ələykə ya xəlifətəllahi fi ərzih, əssəlamu ələykə ya əbəl bəşər, əssəlamu (səlamullahi) ələykə və əla ruhikə və bədənik, və ələt tahirinə min vuldikə və zurriyyətik, və salla (salləllahu ələykə) səlatən la yuhsiha illa hu, və rəhmətullahi və bərəkatuh.Salam olsun sənə, ey Allahın seçdiyi! Salam olsun sənə, ey Allahın həbibi! Salam olsun sənə, ey Allahın peyğəmbəri! Salam olsun sənə, ey Allahın (vəhyinin) əmanətdarı! Salam olsun sənə, ey Allahın yer üzündə xəlifəsi! Salam olsun sənə, ey bəşərin atası! Salam (Allahın salamı) olsun sənə, sənin ruhuna, bədəninə, pak övladlarına və zürriyyətlərinə! Allahın salamı olsun sənə; elə bir salam ki, onu Allahdan başqası sayıb-qurtara bilməsin. Allahın rəhmət və bərəkətləri olsun sənə!ƏRƏBİSİN YAZ

Sonra həzrət Nuhun (ə) ziyarətində belə de:
TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykə ya nəbiyyəllah, əssəlamu ələykə ya səfiyyəllah, əssəlamu ələykə ya vəliyyəllah, əssəlamu ələykə ya həbibəllah, əssəlamu ələykə ya şəyxəl mursəlin, əssəlamu ələykə ya əminəllahi fi ərzih, sələvatullahi və səlamuhu ələykə və əla ruhikə və bədənik, və ələt tahirinə min vuldik, və rəhmətullahi və bərəkatuh.Salam olsun sənə, ey Allahın peyğəmbəri! Salam olsun sənə, ey Allahın seçdiyi! Salam olsun sənə, ey Allahın vəlisi! Salam olsun sənə, ey Allahın həbibi! Salam olsun sənə, ey ilahi elçilərin ağsaqqalı! Salam olsun sənə, ey Allahın yer üzündə (vəhyinin) əmanətdarı! Allahın salam və salavatı olsun sənə, sənin ruhuna, bədəninə və pak övladlarına! Allahın rəhmət və bərəkətləri olsun sənə!ƏRƏBİSİN YAZ

Sonra 6 rəkət namaz qıl, 2 rəkət Əmirəlmöminin Əli (ə) üçün. 1-ci rəkətdə “Həmd” surəsindən sonra “Ər-Rəhman” surəsini və 1-ci rəkətdə “Yasin” surəsini oxu. Namazdan sonra həzrət Zəhranın (s.ə) təsbehini çevir və Allahdan bağışlanmağını istə, dua et və de:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə inni səlləytu hatəynir rək`ətəyni hədiyyətən minni ila səyyidi və məvlayə vəliyyik, və əxi rəsulikə əmiril mu`minin, və səyyidil vəsiyyinə Əliyyibni Əbi Talib, sələvatullahi ələyhi və əla alih, Əllahummə fəsalli əla Muhəmmədin və ali Muhəmməd, və təqəbbəlha minni vəczini əla zalikə cəzaəl muhsinin, Əllahummə ləkə salləytu və ləkə rəkə`tu və ləkə səcədtu vəhdəkə la şərikə lək, liənnəhu la təkunus (la təcuzus) səlatu vər rukuu vəs sucudu illa lək, liənnəkə əntəllahi la ilahə illa ənt, Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd, və təqəbbəl minni ziyarəti, və ə`tini su`li bi Muhəmmədin və alihit tahirin.İlahi, bu 2 rəkət namazı öz tərəfimdən sərvərim və mövlam, Sənin nümayəndən, Rəsulunun qardaşı, möminlərin əmiri və canişinlərin ağası Əli ibn Əbu Talibə (Allahın salamı olsun ona və övladlarına) hədiyyə olaraq qıldım! İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, onu məndən qəbul et və onun müqabilində məni xeyirxahların savabı ilə mükafatlandır! İlahi, Sənin üçün namaz qıldım, Sənin üçün rüku etdim və Sənə səcdə etdim! Sən birsən və Sənin şərikin yoxdur. Həqiqətən, namaz, rüku və səcdələr Səndən başqasına olmaz (düzgün deyildir). Çünki təkcə Sənsən ki, Səndən başqa heç bir tanrı yoxdur. İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, Muhəmməd və onun pak-pakizə Əhlibeytinin xatirinə ziyarətimi qəbul və istəklərimi əta et!ƏRƏBİSİN YAZ

Digər 4 rəkəti həzrət Adəm (ə) və həzrət Nuha (ə) hədiyyə et. Sonra şükür səcdəsi yerinə yetir və səcdədə de:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə iləykə təvəccəhtu və bikə`təsəmtu və ələykə təvəkkəlt, Əllahummə əntə siqəti və rəcai, fəkfini ma əhəmməni və ma la yuhimmuni, və ma əntə ə`ləmu bihi minni, əzzə carukə və cəllə sənaukə və la ilahə ğəyruk, salli əla Muhəmmədin və ali Muhəmməd, və qərrib fərəcəhum.İlahi, Sənin dərgahına üz tutdum və Sənə təvəkkül etdim! İlahi, Sən mənim dayağım və ümidimsən, mühüm olan və mühüm olmayan işlərimdə, Sənin məndən yaxşı bildiklərin işlərimdə mənə yetərli ol! Sənin pənahın və tərifin ucadır. Səndən başqa heç bir tanrı yoxdur. Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir və onların “fərəc”ini (imam Mehdinin (ə) zühurunu) yaxınlaşdır.ƏRƏBİSİN YAZ

Sonra üzünün sağ tərəfini yerə qoy və de:
ƏrəbcəƏRƏBİSİN YAZ
Tərcüməİlahi, Öz dərgahında zəlilliyimə, ah-naləmə, insanlardan qorxuma və Səninlə ünsiyyətimə rəhm et, ey kərim, ey kərim, ey kərim!
Transkripsiyaİrhəm zulli bəynə yədəykə və təzərrui iləyk, və vəhşəti minən nasi və unsi bik, ya kərimu ya kərimu ya kərim.

Sonra üzünün sol tərəfini yerə qoy və de:
ƏrəbcəƏRƏBİSİN YAZ
TərcüməHəqiqətən, Səndən başqa heç bir tanrı yoxdur, ey Rəbbim! Ey Rəbbim, Sənə pərəstiş və bəndəçilik üzündən səcdə etdim! İlahi, əməlim azdır, onu ikiqat artır, ey kərim, ey kərim, ey kərim!
TranskripsiyaLa ilahə illa əntə rəbbi həq-qən həqqa, səcədtu ləkə ya rəb-bi təəbbudən və riqqa, Əlla-hummə innə əməli zəifun fə-zaifhu li, ya kərimu ya kərimu ya kərim.

Sonra səcdəyə get və 100 dəfə “Şukrən” de. Dua etməyə səy göstər bu yer istəklərin dilənilən yeridir, çoxlu istiğfar et ki, günahların bağışlanmaq yeridir və öz hacətlərini Allahdan tələb et ki, duaların müstəcəb olan məqamıdır. Seyid ibn Tavus “Məzar” kitabında və ondan başqaları da deyiblər: — “Nə qədər ki, Nəcəfdəsən yerinə gətirdiyin hər bir namaz, istər vacib ola, istərsə də müstəhəb, onları qılandan sonra bu duanı oxu:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə la buddə min əmrikə və la buddə min qədərikə və la buddə min qəzaik, və la həvlə və la quvvətə illa bik, Əllahummə fəma (kəma) qəzəytə ələyna min qəzain əv qəddərtə ələyna min qədər, fəə`tina məəhu səbrən yəqhəruhu və yədməğuh, vəc`əlhu ləna saidən fi rizvanik, yumni (yumna) fi həsənatina və təfzilina və su`dədina, və şərəfina və məcdina və nə`maina, və kəramətina fid dunya vəl axirəh, və la tənqus min həsənatina, Əllahummə və ma ə`təytəna min ətain əv fəzzəltəna bihi min fəzilətin əv əkrəmtəna bihi min kəraməh, fəə`tina məəhu şukrən yəqhəruhu və yədməğuh, vəc`əlhu ləna saidən fi rizvanik, və fi həsənatina və su`dədina və şərəfina, və nə`maikə (nə`maina) və kəramətikə (kəramətina) fid dunya vəl axirəh, (Əllahummə) və la təc`əlhu ləna əşərən və la bətərən və la fitnəh, və la məqtən və la əzabən və la xizyən fid dunya vəl axirəh, Əllahummə inna nəuzu bikə min əsrətil lisan, və suil məqami və xiffətil mizan, Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd, və ləqqina həsənatina fil məmat, və la turina ə`maləna həsərat, və la tuxzina ində qəzaikə və la təfzəhna bisəyyiatina yəvmə nəlqak, vəc`əl qulubəna təzkurukə və la tənsakə və təxşak, kəənnəha tərakə hətta nəlqak, və salli əla Muhəmmədin və ali Muhəmməd, və bəddil səyyiatina həsənat, vəc`əl həsənatina dərəcat, vəc`əl dərəcatina ğurufat, vəc`əl ğurufatina aliyat, Əllahummə və əvsi` lifəqirina min səəti ma qəzəytə əla nəfsik, Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd, və munnə ələyna bil huda ma əbqəytəna, vəl kəraməti ma əhyəytəna, vəl kəraməti (vəl məğfirəti) iza təvəffəytəna, vəl hifzi fima bəqiyə min umurina, vəl bərəkəti fima rəzəqtəna, vəl əvni əla ma həmməltəna, vəs səbati əla ma təvvəqtəna, və la tuaxizna bizulmina və la tuqayisna bicəhlina, və la təstədricna bixətayana, vəc`əl əhsənə ma nəqulu sabitən fi qulubina, vəc`əlna uzəmaə indəkə və əzillətən fi ənfusina, vənfə`na bima əlləmtəna, vəzidna ilmən nafia, və əuzu bikə min qəlbin la yəxşəu və min əynin la tədməu və min səlatin la tuqbəl, əcirna min suil fitəni ya vəliyyəd dunya vəl axirəh.İlahi, Sənin əmr və göstərişlərin labüd, qəza-qədərin qətidir. Səndən başqa güc və qüdrət yoxdur. İlahi, bizim üçün müəyyən etdiyin qəza və qədərində bizə ona qələbə çalacaq, yaxşı işlərimizi artırıb behiştin yüksək mərtəbələrinə qaldıracaq, dünya və axirətdə bizə fəzilət, üstünlük, şərafət, şövkət, nemət və kəramət verəcək səbir əta et və yaşı işlərimizi azaltma! İlahi, bizə əta etdiklərin hədiyyələr, verdiyin fəzilət və kəramətlərlə yanaşı, ona qələbə çalacaq, yaxşı işlərimizi artırıb behiştin yüksək mərtəbələrinə qaldıracaq, dünya və axirətdə bizə fəzilət, üstünlük, şərafət, şövkət, nemət və kəramət verəcək şükür və minnətdarlıq da əta et və onu bizim üçün xudbinlik, əyyaşlıq, fitnə, kin-küdurət, əzab, dünya və axirətdə rüsvayçılıq qərar vermə! İlahi, dil günahları, pis yer (cəhənnəm) və əməl tərəzisinin yüngüllüyündən Sənə sığınırıq! İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, ölümdən sonrakı həyatda yaxşı əməllərimizi bizə göstər, həsrət və peşmançılığa səbəb olacaq əməllərimizi bizə göstərmə, hökm zamanı bizi xar etmə, Səninlə görüş zamanı bizi pis rəftarlarımıza görə rüsvay etmə, qəlblərimizi elə bir vəziyyətə sal ki, Səninlə görüşəcəyimiz vaxta qədər həmişə Səni yad etsin, Səni unutmasın və sanki Səni görürmüş kimi Səndən qorxsun! Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, pisliklərimizi yaxşılıqlara, yaxşılıqlarımızı yüksək dərəcələrə və dərəcələrimizi behişt hücrələrinə çevir və behişt hücrələrimizi də yüksək mərtəbələrdə yerləşdir! İlahi, Özünə vacib etdiyin geniş rəhmətindən bizim yoxsullarımıza geniş ruzi əta et! İlahi, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam yetir, dünyada bizə ömür verəcəyin vaxta qədər hidayət və kəramətinlə boynumuza minnət qoy və bizi kəramətlə dünyadan apar, ömrümüzün qalan hissəsində bizi günahdan qoru, bizə verdiyin ruziyə bərəkət ver, öhdəmizə qoyduğun vəzifələrin icrasında bizə yardımçı ol, gücümüz çatan işlərdə qədəmlərimizi möhkəmlət, zülm və haqsızlıqlarımıza görə bizi cəzalandırma, nadanlığımızı hesaba çəkmə, xətalarımıza görə bizi tədrici əzaba düçar etmə, dilimizə gətirdiyimiz ən yaxşı sözləri qəlbimizdə sabit saxla, bizi Öz dərgahında ucalt, öz yanımızda isə xar et, bizi verdiyin elmlə faydalandır və faydalı elmimizi artır. Qorxmayan qəlb, ağlamayan göz və qəbul olunmayan namazdan Sənə sığınıram! Çirkin fitnələrdən bizə pənah ver, ey dünya və axirətin sahibi!ƏRƏBİSİN YAZ

Seyid “Misbahuz-zair” kitabında yazır: “Əmirəlmöminin ziyarətindən sonra namazın ardında oxunan başqa müstəhəb dua belədir: “Ya Əllahu ya Əllahu ya Əllah, ya Mucibə də`vətil-muztərrin…”
Şeyx Abbas Qumi deyir- “Bu dua elə həmən “Səfvan” duasıdır ki, “Əlqəmə” adı ilə məşhur olmuşdur. “Aşura”ziyarətindən sonra gələcək.
Bil ki, imam Hüseynin (ə) mübarək başının ziyarəti Əmirəlmöminin qəbrinin üstündə müstəhəbdir. Buna aid “Vəsailuş-şiə” və “Müstədrək” kimi hədis kitablarında ayrıca bölmə açılmışdır. “Müstədrək” kitabında Muhəmməd ibn Məşhədinin “Məzar” kitabında nəql edir ki, imam Sadiq (ə) imam Hüseynin mübarək başın Əmirəlmöminini qəbri üstündə ziyarət elədi və orada 4 rəkət namaz qıldı. Ziyarət belədir:
TranskripsiyaTərcüməƏrəbcə
Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə əmiril mu`minin, əssəlamu ələykə yəbnəs siddiqətit tahirəti səyyidəti nisail aləmin, əssəlamu ələykə ya məvlayə ya əba əbdillah, və rəhmətullahi və bərəkatuh, əşhədu ənnəkə qəd əqəmtəs səlatə və atəytəz zəkah, və əmərtə bil mə`rufi və nəhəytə ənil munkər, və tələvtəl kitabə həqqə tilavətih, və cahədtə fillahi həqqə cihadih, və səbərtə ələl əza fi cənbihi muhtəsibən hətta ətakəl yəqin, və əşhədu ənnəlləzi xaləfukə və harəbukə və ənnəlləzinə xəzəlukə vəlləzinə qətəlukə məl`ununun əla lisanin nəbiyyil ummiyy, və qəd xabə məniftəra, ləənəllahuz zaliminə ləkum minəl əvvəlinə vəl axirin, və zaəfə ələyhimul əzabəl əlim, ətəytukə ya məvlayə yəbnə rəsulillah, zairən arifən bihəqqik, muvaliyən liəvliyaikə muadiyən liə`daik, mustəbsirən bil hudəlləzi əntə ələyh, arifən bizəlaləti mən xaləfəkə vəşfə` li ində rəbbik.Salam olsun sənə, ey Rəsulullahın övladı! Salam olsun sənə, ey Əmirəlmömininin oğlu! Salam olsun sənə, ey aləmlərin qadınlarının sərvəri, düzdanışan və pak-pakizə xanımın oğlu! Salam olsun sənə, ey mənim mövlam, ey Əba Əbdillah! Allahın rəhmət və bərəkətləri olsun sənə! Şəhadət verirəm ki, həqiqətən, sən əcəlin çatan vaxta qədər namazı bərpa etdin, zəkat verdin, yaxşılıqlara əmr etdin, pisliklərdən çəkindirdin, Allahın kitabı Qurani-Kərimi layiqincə tilavət etdin, Allah yolunda layiqincə mübarizə apardın və savab üçün Onun yolunda düşmənlərin əzab-əziyyəti müqabilində səbir etdin! Şəhadət verirəm ki, həqiqətən, səninlə müxalifətçilik edib döyüşən, səni yalqız qoyan və qətlə yetirən kəslər heç kimdən təhsil almayan Peyğəmbərin dilində lənətlənmişlər. Sənə iftira yaxan naümid oldu. Allah sizə zülm edən birinci və sonuncu kəslərə lənət etsin və onların dərdli əzabını ikiqat artırsın! Ey mənim mövlam, ey Rəsulullahın övladı, haqqını tanıdığım, dostlarını sevdiyim, düşmənlərinə nifrət bəslədiyim, doğru yolda olduğuna yəqin etdiyim və sənə müxalif olanların azğınlıqda olduqlarını bildiyim halda, ziyarətinə gəlmişəm. Elə isə Rəbbinin dərgahında mənə şəfaətçi ol!ƏRƏBİSİN YAZ

Şeyx Abbas Qumi deyir: “Əgər bu ziyarəti “Hənnanə” məscidində oxusalar da yaxşı olar. Çünki Şeyx Muhəmməd ibn Məşhədi nəql etmişdir ki, İmam Sadiq (ə) “Hənnanə” məscidində İmam Hüseyni (ə) belə ziyarət etdi və 4 rəkət namaz qıldı.
Şübhəsiz ki, “Hənnanə” məscidi Nəcəfin şərafətli məscidlərindən biridir. Rəvayətdə buyurulur ki, İmam Hüseynin (ə) başı orada dəfn olunmuşdur. Bir hədisdə nəql olunmuşdur ki, İmam Sadiq (ə) orada 2 rəkət namaz qıldı. O həzrətdən: “Bu nə namazıdır?” – deyə soruşduqda, Həzrət buyurdu: “(Yezidin (lən) qoşunu) Kərbəladan qayıtdıqda, cəddim Hüseyn ibn Əlinin (ə) başını bura qoydular, sonra onu Übeydullah ibn Ziyadın yanına apardılar.” Nəql olunmuşdur ki, o həzrət belə buyurdu: “Hənnanə” məscidində bu duanı oxuyun:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə innəkə təra məkani və təsməu kəlami, və la yəxfa ələykə şəy`un min əmri, və kəyfə yəxfa ələykə ma əntə mukəvvinuhu və bariuh, və qəd ci`tukə mustəşfiən binəbiyyikə nəbiyyir rəhməh, və mutəvəssilən bivəsiyyi rəsulik, fəəs`əlukə bihima səbatəl qədəmi vəl huda vəl məğfirətə fid dunya vəl axirəh.İlahi, həqiqətən, Sən mənim yerimi görür və sözümü eşidirsən. Mənim işlərimdən bir şey Sənə gizli deyil! Axı Özün yaradıb icad etdiyin bir şey Sənə necə gizli qala bilər?! Rəhmət Peyğəmbərindən şəfaət dilədiyim və Peyğəmbərinin canişininə təvəssül etdiyim halda, Sənin dərgahına gəlmişəm. Onların xatirinə Səndən dünya və axirətdə sabitqədəmlik, hidayət və günahlardan bağışlanma istəyirəm!ƏRƏBİSİN YAZ

Читайте также: