TAM 9-cu İmam Cavadın (ə) namazı
İmam Cavadın (ə) namazı 2 rəkətdir və hər rəkətdə 1 dəfə «Fatihə» surəsi və 70 «İxlas» surəsi oxunur.
Namazdan sonra bu dua[1] oxunur:
9-cu İmam Cavad (ə)-ın namazı_30
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə rəbbəl ərvahil faniyəti vəl əcsadil baliyəh, əs`əlukə bitaətil ərvahir raciəti ila əcsadiha, və bitaətil əscadil multəiməti biuruqiha, və bikəlimətikən nafizəti bəynəhum, və əxzikəl həqqə minhum, vəl xəlaiqu bəynə yədəyk, yəntəzirunə fəslə qəzaik, və yərcunə rəhmətək, və yəxafunə iqabək, salli əla Muhəmmədin və ali Muhəmməd, vəc`əlin nurə fi bəsəri, vəl yəqinə fi qəlbi, və zikrəkə bil ləyli vən nəhari əla lisani, və əmələn salihən fərzuqni. | Ey fani olmuş ruhları və çürüyüb-köhnəlmiş bədənləri yaradan Allah, əmrinlə bədənlərinə qayıdan və ayrılıqdan sonra öz damalarına qovuşan (üzvləri birləşən) ruhların itaətinin, Sənin onların arasındakı qəti hökmünün və varlıqlar Sənin dərgahında hökmünün intizarında olduğu, rəhmətinə ümid bəslədiyi və əzabından qorxduğu halda, onlardan alacağın haqqının haqqına and verib Səndən istəyirəm ki, Muhəmməd və Ali-Muhəmmədə salavat göndər, gözümə nur və qəlbimə yəqin ver, gecə-gündüz Öz zikrini dilimdə cari və mənə saleh əməl ruzi et! | اللَّهُمَّ رَبَّ الْأَرْوَاحِ الْفَانِيَةِ وَ الْأَجْسَادِ الْبَالِيَةِ أَسْأَلُكَ بِطَاعَةِ الْأَرْوَاحِ الرَّاجِعَةِ إِلَى أَجْسَادِهَا [أَحِبَّائِهَا] وَ بِطَاعَةِ الْأَجْسَادِ الْمُلْتَئِمَةِ بِعُرُوقِهَا وَ بِكَلِمَتِكَ النَّافِذَةِ بَيْنَهُمْ وَ أَخْذِكَ الْحَقَّ مِنْهُمْ وَ الْخَلائِقُ بَيْنَ يَدَيْكَ يَنْتَظِرُونَ فَصْلَ قَضَائِكَ وَ يَرْجُونَ رَحْمَتَكَ وَ يَخَافُونَ عِقَابَكَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اجْعَلِ النُّورَ فِي بَصَرِي وَ الْيَقِينَ فِي قَلْبِي وَ ذِكْرَكَ بِاللَّيْلِ وَ النَّهَارِ عَلَى لِسَانِي وَ عَمَلا صَالِحا فَارْزُقْنِي |
Mənbələr:
[1] Seyid ibn Tavus — Cəmalul-usbu, səh 278,
Əllamə Məclisi — Biharul-ənvar, c 88, səh 189
