TAM Rəcəb ayının birinci gecəsi — Rəcəb ayı, 1-ci gecə
Çox şərafətli gecədir. Bu gecədə bir sıra əməlləri yerinə yetirmək tövsiyə olunur:
1) Rəvayət olunur ki, Rəcəb ayının hilalı göründükdə Həzrət Rəsulallah (s) bu duanı[1] oxuyardı:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə əhilləhu ələyna bil əmni vəl iman, vəs səlaməti vəl islam, rəbbi və rəbbukəllahu əzzə və cəll. | İlahi, bu ayı mənə əmin-amanlıq və iman, sağlamlıq və İslamla yenilə! Mənim və sənin Rəbbin qadir və böyük Allahdır. | اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلامَةِ وَ الْإِسْلامِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ جَلَّ |
Başqa yerdə nəql olunur ki, Həzrət Rəsulallah (s) Rəcəb ayının hilalını gördükdə belə dua[2] edərdi:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə barik ləna fi rəcəbin və şə`ban, və bəlliğna şəhrə rəməzan, və əinna ələs siyami vəl qiyam, və hifzil lisani və ğəzzil bəsər, və la təc`əl həzzəna minhul cuə vəl ətəş. | İlahi, Rəcəb və Şəban ayında bizə bərəkət ver, bizi Ramazan ayına çatdır, bizə oruc tutmaq, gecəni oyaq qalıb ibadətlə keçirmək, dilimizi (yersiz sözlərdən) qorumaq, gözümüzü (haram baxışlardan) saxlamaq üçün kömək et və bizim bu aydan bəhrəmizi yalnız ac və susuz qalmaqda qərar vermə! | اللَّهُمَّ بَارِكْ لَنَا فِي رَجَبٍ وَ شَعْبَانَ وَ بَلِّغْنَا شَهْرَ رَمَضَانَ وَ أَعِنَّا عَلَى الصِّيَامِ وَ الْقِيَامِ وَ حِفْظِ اللِّسَانِ وَ غَضِّ الْبَصَرِ وَ لا تَجْعَلْ حَظَّنَا مِنْهُ الْجُوعَ وَ الْعَطَشَ |
Qeyd: Əziz Peyğəmbərimizin (s) belə dua etməsi o deməkdir ki, bizdə bu əmələ riayət etməliyik ki, onun ardıcıllarından olaq.
2) Bəzi alimlərin dediyinə əsasən qüsl etmək lazımdır. Peyğəmbərdən nəql olunur ki, hər kim Rəcəb ayına daxil ola və ayın əvvəlində, ortasında və axırında qüsl ala, anadan yeni doğulmuş uşaq kimi günahları bağışlanar.[3]
3) Bu gecə İmam Hüseyni (ə) ziyarət etməyin böyük savabı vardır.[4]
4) Məğrib namazından sonra 20 rəkət (iki-iki rəkət) namaz qılmaq: hər rəkətdə «Həmd» surəsindən sonra «İxlas» surəsini oxumaq lazımdır. Həzrət Rəsulallah (s) bu namazın savabı barədə buyurub: «Hər kim bu namazı qılarsa, and olsun Allaha, özü, ailəsi, malı və övladları qorunar və qəbir əzabından ona pənah verilər… Qiyamətdə Siratdan işıq sürəti ilə keçər».[5]
5) İşa namazından sonra 2 rəkət namaz qılmaq. 1-ci rəkətdə «Həmd» surəsindən sonra 1 dəfə «İnşirah» surəsini, 3 dəfə «İxlas» surəsini, 2-ci rəkətdə «Həmd», «İnşirah», «İxlas», «Fələq» və «Nas» surələri oxunur. Salamlardan sonra isə 30 dəfə «Lə ilahə illəllah» demək və 30 dəfə Salavat göndərmək lazımdır. Həzrət Rəsulallah (s) buyurmuşdur: «Hər kim bu namazı qılsa, Allah onun günahlarını bağışlayar və o, günahdan pak olar».[6]
6) 30 rəkət namaz qılınır (iki rəkət-iki rəkət): hər rəkətdə «Həmd» surəsindən sonra 1 dəfə «Kafirun» surəsi və 3 dəfə «İxlas» surəsi oxunur.
Həzrət Rəsulallah (s) bir hədisdə belə buyurmuşdur: «Əgər mömin kişi və qadın bu namazı qılsa, Allah onun bütün kiçik və böyük günahlarını bağışlayar, onun adını gələn ilədək «namaz qılanlar»ın siyahisində yazar və o, münafiqlikdən pak olar».[7]
7) Şeyx Kəf`əminin «Misbah» kitabında gətirdiyi hədisə əməl etmək. Hədis belədir: Əbul Bəxtəri Vəhb ibn Vəhb İmam Sadiqdən(ə), o da Əmirəlmöminin Əlidən(ə) nəql edir ki, həzrət bütün il boyu dörd gecədə hər şeydən əl götürüb, əhya saxlayıb ibadətə məşğul olardı: Rəcəb ayının ilk gecəsi, Şaban ayının on beşinin gecəsi, Fitr və Qurban bayramlarının gecələrini. Bu hədisi[8] Şeyx Tusi «Misbahul-mutəhəccid» kitabındada qeyd edir.
Başqa bir hədisdə İmam Sadiq (ə) buyurub: «Çalış ki, Fitr və Qurban bayramlarının gecələri, … Rəcəb ayının birinci gecəsi oyaq qalıb ibadət edəsən».[9]
8) İmam Məhəmməd Cavadın (ə) belə buyurduğu nəql olunur: «Bu duanı[10] Rəcəb ayının ilk gecəsində işa namazından sonra oxumaq müstəhəbdir»:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə inni əs`əlukə bi ənnəkə məlik, və ənnəkə əla kulli şəy`in muqtədir, və ənnəkə əla ma təşau min əmrin yəkun, | İlahi, Səndən istəyirəm ki, həqiqətən, Sən hakimsən, hər bir şeyə qadirsən və istədiyin hər bir iş yerinə yetir! | اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِأَنَّكَ مَلِكٌ وَ أَنَّكَ عَلَى كُلِّ شَيْءٍ مُقْتَدِرٌ وَ أَنَّكَ مَا تَشَاءُ مِنْ أَمْرٍ يَكُونُ |
| Əllahummə inni ətəvəccəhu iləykə binəbiyyikə Muhəm-mədin nəbiyyir rəhməh, salləllahu ələyhi və alih, | İlahi, rəhmət peyğəmbəri olan Muhəmməd peyğəmbərin (Allahın salamı olsun ona və onun Əhlibeytinə) vasitəsilə Sənə üz gətirmişəm! | اللَّهُمَّ إِنِّي أَتَوَجَّهُ إِلَيْكَ بِنَبِيِّكَ مُحَمَّدٍ نَبِيِّ الرَّحْمَةِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ |
| ya Muhəmmədu ya rəsuləllah, inni ətəvəccəhu bikə iləllahi rəbbikə və rəbbi, liyuncihə (ila) bikə təlibəti, | Ey Allahın Rəsulu, mənim və sənin Rəbbin olan Allahın dərgahında sənə üz gətirmişəm ki, sizin vasitənizlə hacətim rəva olunsun! | يَا مُحَمَّدُ يَا رَسُولَ اللَّهِ إِنِّي أَتَوَجَّهُ بِكَ إِلَى اللَّهِ رَبِّكَ وَ رَبِّي لِيُنْجِحَ [لِي] بِكَ طَلِبَتِي |
| Əllahummə binəbiyyikə Muhəmmədin vəl əimməti min əhli bəytih, səlləllahu ələyhi və ələyhim əncih təlibəti. | İlahi, peyğəmbərin Muhəmməd və onun Əhlibeytindən olan imamlara (Allahın salamı olsun ona onlara) xatir, hacətimi rəva et! | اللَّهُمَّ بِنَبِيِّكَ مُحَمَّدٍ وَ الْأَئِمَّةِ مِنْ أَهْلِ بَيْتِهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ عَلَيْهِمْ أَنْجِحْ طَلِبَتِي |
9) Əli ibn Hədid İmam Kazimin(ə) gecə namazından sonra (Rəcəb ayının birinci gecəsində) səcdədə bu duanı[11] oxuduğu nəql edir:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ləkəl məhmidətu in ətə`tukə və ləkəl huccətu in əsəytuk, la sun`ə li və la liğəyri fi ihsanin illa bik, ya kainu qəblə kulli şəy`, innəkə əla kulli şəy`in qədir, Əllahummə inni əuzu bikə minəl ədiləti indəl məvt, və min şərril mərcii fil quburi və minən nədaməti yəvməl azifəh, fəəs`əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Mu-həmməd, və ən təc`ələ əyşi işə-tən nəqiyyətən və mitəti mitətən səvifiyyəh, və mun-qələbi munqələbən kərimən ğəyrə muxzin və la fazih, Əllahummə səlli əla Muhəm-mədin və alihil əimməti yə-nabiil hikməti və ulin ni`məh, və məadinil isməh, və`simni bihim min kulli suin və la tə`xuzni əla ğirrəh, və la əla ğəfləh, və la təc`əl əvabiqə ə`mali həsrətən vərzə ənni, fəinnə məğfirətəkə liz zalimin, və ənə minəz zalimin, Əlla-humməğfir li ma la yəzurrukə və ə`tini ma la yənqusuk, fəinnəkəl vəsiu rəhmətuhul bədiu hikmətuh, və ə`tinis səətə vəd dəətə vəl əmnə vəs sihhəh, vəl buxuə vəl qunuə vəş şukrə vəl muafah, vət təqva vəs səbrə vəs sidqə ələykə və əla əvliyaik, vəl yusrə vəş şukr, və`mum bizalikə ya rəbbi əhli və vələdi və ixvani fik, və mən əhbəbtu və əhəbbəni və vələdtu və vələdəni minəl musliminə vəl mu`minin, ya rəbbəl aləmin. | İlahi, əgər Sənə itaət etsəm, həmd-səna Sənə məxsusdur. Əgər Sənə asi olsam, höccət Sənindir (mənim Sənin dərgahında bir bəhanəm yoxdur). Sən istəməsən, yaxşılıq üçün (öz xeyrimə) nə mənim, nə də başqasının əlindən bir iş gəlməz. Ey hər bir şeydən öncə mövcud olan, ey hər bir şeyi vücuda gətirən, həqiqətən, Sən hər bir şeyə qadirsən! İlahi, ölüm ayağında inhirafa yuvarlanmaqdan, qəbrə qayıdan şərdən və qiyamət gününün peşmançılığından Sənə pənah gətirirəm! Səndən istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetirəsən, həyatımı pak-pakizə, ölümümü mötədil, qayıdış mənzilimi xar və rüsvayçılıq deyil, şərafətli qərar verəsən. İlahi, Məhəmməd və onun Əhli-beytinə – imamlara, hikmət qaynaqlarına, nemət sahiblərinə və ismət mədənlərinə salam yetir, onların vasitəsilə məni hər bir pislikdən qoru və qürur və qəflət halında tutma, əməllərimin sonunu əfsus və həsrət qərar vermə və məndən razı ol ki, həqiqətən, Sənin əfv və güzəştin zalımlara aiddir və mən də zalımlardanam! İlahi, Sənə zərə yetirməyən günahlarımı bağışla, məni azalmayan rəhmətinə şamil et ki, həqiqətən, Sənin rəhmətin geniş və sonsuz, hikmətin misilsizdir. Məni firavanlıq, rahatlıq, əmin-amanlıq, sağlamlıq, təvazökarlıq, qənaət, minnətdarlıq, afiyət, təqva, səbir, Sənə və dostlarına qarşı sədaqət, asanlıq və şükür əta et! Ey mənim Rəbbim, (dediklərimdə) əhli-əyalımı, övladlarımı, din qardaşlarımı, istədiklərimi və məni istəyənləri, müsəlman və möminlərdən olan nəslimi və keçmiş əcdadımı mənimlə şərik et, ey aləmlərin Rəbbi! | لَكَ الْمَحْمَدَةُ إِنْ أَطَعْتُكَ وَ لَكَ الْحُجَّةُ إِنْ عَصَيْتُكَ لا صُنْعَ لِي وَ لا لِغَيْرِي فِي إِحْسَانٍ إِلا بِكَ يَا كَائِنُ [كَائِنا] قَبْلَ كُلِّ شَيْءٍ وَ يَا مُكَوِّنَ كُلِّ شَيْءٍ اِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْعَدِيلَةِ عِنْدَ الْمَوْتِ وَ مِنْ شَرِّ الْمَرْجِعِ فِي الْقُبُورِ وَ مِنَ النَّدَامَةِ يَوْمَ الْآزِفَةِ فَأَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَجْعَلَ عَيْشِي عِيشَةً نَقِيَّةً وَ مِيتَتِي مِيتَةً سَوِيَّةً وَ مُنْقَلَبِي مُنْقَلَبا كَرِيما غَيْرَ مُخْزٍ وَ لا فَاضِحٍ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الْأَئِمَّةِ يَنَابِيعِ الْحِكْمَةِ وَ أُولِي النِّعْمَةِ وَ مَعَادِنِ الْعِصْمَةِ وَ اعْصِمْنِي بِهِمْ مِنْ كُلِّ سُوءٍ وَ لا تَأْخُذْنِي عَلَى غِرَّةٍ وَ لا عَلَى غَفْلَةٍ وَ لا تَجْعَلْ عَوَاقِبَ أَعْمَالِي حَسْرَةً وَ ارْضَ عَنِّي فَاِنَّ مَغْفِرَتَكَ لِلظَّالِمِينَ وَ أَنَا مِنَ الظَّالِمِينَ اللَّهُمَّ اغْفِرْ لِي مَا لا يَضُرُّكَ وَ أَعْطِنِي مَا لا يَنْقُصُكَ فَاِنَّكَ الْوَسِيعُ رَحْمَتُهُ الْبَدِيعُ حِكْمَتُهُ وَ أَعْطِنِي السَّعَةَ وَ الدَّعَةَ وَ الْأَمْنَ وَ الصِّحَّةَ وَ الْبُخُوعَ وَ الْقُنُوعَ وَ الشُّكْرَ وَ الْمُعَافَاةَ وَ التَّقْوَى وَ الصَّبْرَ وَ الصِّدْقَ عَلَيْكَ وَ عَلَى أَوْلِيَائِكَ وَ الْيُسْرَ وَ الشُّكْرَ وَ اعْمُمْ بِذَلِكَ يَا رَبِّ أَهْلِي وَ وَلَدِي وَ إِخْوَانِي فِيكَ وَ مَنْ أَحْبَبْتُ وَ أَحَبَّنِي وَ وَلَدْتُ وَ وَلَدَنِي مِنَ الْمُسْلِمِينَ وَ الْمُؤْمِنِينَ يَا رَبَّ الْعَالَمِينَ |
İbni Üşeym deyir: «Bu dua[12] 8 rəkət gecə namazından sonra və Vitr namazından qabaq oxunur. Vitr və Şəf`i namazlarını qılıb salam verdikdən sonra əyləşdiyin halda bu duanı oxuyursan»:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əlhəmdu lillahilləzi la tənfədu xəzainuh, və la yəxafu aminuh, rəbbi inirtəkəbtul məasiyə fəzaikə siqətun (si-qətən) minni bikərəmik, innəkə təqbəlut təvbətə ən ibadik, və tə`fu ən səyyiatihim, və təğfiruz zələlə və innəkə (fəinnəkə) mucibun lidaikə və minhu qəribun və əna taibun iləykə minəl xətaya, və rağibun iləykə fi təvfiri həzzi minəl ətaya, ya xaliqəl bəraya ya munqizi min kulli şədidəh (şiddəh), ya muciri min kulli məhzur, vəffir ələyyəs sururə vəkfini şərrə əvaqibil umur, fəəntəllahu əla nə`maik, və cə-zili ətaikə məşkur, və likulli xəyrin məzxur | Həmd olsun o Allaha ki, rəhmət xəzinələri qurtarmır və sığınacaq verdiyi qorxmur! Ey mənim Rəbbim, əgər mən günaha batmışamsa, Sənin əfv və kərəminə etimadımdan olmuşdur. Çünki Sən bəndələrinin tövbəsini qəbul edir, günahlarından keçir və xətalarını bağışlayırsan. Həqiqətən, Sən, Səni çağıranlara cavab verir və onlara yaxınsan. Mən xətalarımdan peşman olub Sənə üz gətirmişəm. Əta etdiklərindən çoxlu bəhrələnməyə rəğbətliyəm. Ey məxluqatın xaliqi, ey mənə hər bir çətinlikdə nicat verən və hər bir təhlükədən aman verən! Sevincimi artır və məni işlərin aqibətinin şərindən qoru. Çünki Sən verdiyin nemətlər və tükənməz hədiyyələrinə görə şükür olunan və hər bir xeyir iş üçün (lütf və mərhəmətinlə) zəxirə olunan Allahsan | الْحَمْدُ لِلَّهِ الَّذِي لا تَنْفَدُ خَزَائِنُهُ وَ لا يَخَافُ آمِنُهُ رَبِّ إِنِ ارْتَكَبْتُ الْمَعَاصِيَ فَذَلِكَ ثِقَةٌ [ثِقَةً] مِنِّي بِكَرَمِكَ اِنَّكَ تَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِكَ وَ تَعْفُو عَنْ سَيِّئَاتِهِمْ وَ تَغْفِرُ الزَّلَلَ وَ اِنَّكَ [فَاِنَّكَ] مُجِيبٌ لِدَاعِيكَ وَ مِنْهُ قَرِيبٌ وَ أَنَا تَائِبٌ إِلَيْكَ مِنَ الْخَطَايَا وَ رَاغِبٌ إِلَيْكَ فِي تَوْفِيرِ حَظِّي مِنَ الْعَطَايَا يَا خَالِقَ الْبَرَايَا يَا مُنْقِذِي مِنْ كُلِّ شَدِيدَةٍ [شِدَّةٍ] يَا مُجِيرِي مِنْ كُلِّ مَحْذُورٍ وَفِّرْ عَلَيَّ السُّرُورَ وَ اكْفِنِي شَرَّ عَوَاقِبِ الْأُمُورِ [فَاِنَّكَ] فَأَنْتَ اللَّهُ عَلَى نَعْمَائِكَ وَ جَزِيلِ عَطَائِكَ مَشْكُورٌ وَ لِكُلِّ خَيْرٍ مَذْخُورٌ |
Mənbələr:
[1] Seyid ibn Tavus — İqbal, səh 627
[2] Seyid ibn Tavus — İqbal, səh 628
[3] Seyid ibn Tavus — İqbal, səh 628
[4] Əllamə Məclisi — Zadul-məad, səh 13
[5] Seyid ibn Tavus — İqbal, səh 629
[6] Seyid ibn Tavus — İqbal, səh 629
[7] Seyid ibn Tavus — İqbal, səh 629
[8] Şeyx Tusi – Misbahul-mutəhəccid, səh 798
[9] Əllamə Məclisi — Zadul-məad, səh 13
[10] Şeyx Tusi – Misbahul-mutəhəccid, səh 798
[11] Şeyx Tusi – Misbahul-mutəhəccid, səh 798
[12] Şeyx Tusi – Misbahul-mutəhəccid, səh 799
