Mülk surəsi

Print Friendly, PDF & Email

Mulk surəsinin fəziləti
İmam Sadiq (ə)-dən belə nəql olunur ki, hər kim “Mülk” surəsini yatmazdan əvvəl oxusa, bütün gecəni, səhər açılana kimi və Qiyamət günü də cənnətə daxil olana kimi, Allahın amanında olar.
Qütb Ravəndi İbni Abbasdan belə nəql edir ki, bir nəfər bilmədən öz çadırını bir qəbrin üstündə qurur və orada “Mülk” surəsini oxuyur. Birdən qəbirdən qışqırıq səsi eşidir ki, deyir: “Bu surə, mənim xilaskarımdır!” Bu hadisəni peyğəmbərə danışdı və peyğəmbər belə buyurdu: “Bu surə, insanı qəbir əzabından xilas edəndir”

AyəTranskripsiyaTərcüməƏrəbcə
Bismillahir rəhmanir rəhim
Bağışlayan və mehriban Allahın adı iləبسم الله الرحمن الرحيم
1Təbarəkəlləzi biyədihil mul-ku və huvə əla kulli şəy`in qədirVarlıq aləminin həqiqi mülkiyyəti və hakimiyyəti (qüdrət) əlində olan Allah müqəddəsdir, ucadır və çox xeyir-bərəkətlidir (çünki kainatın yaradılışı, qorunması və idarə olunması Onun iradəsinə bağlıdır) və O hər şeyə qadirdir.تَبَارَكَ الَّذِي بِيَدِهِ الْمُلْكُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
2Əlləzi xələqəl məvtə vəl həyatə liyəbluvəkum əy-yukum əhsənu əmələn və huvəl əzizul ğəfurHansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı (siz insanlar üçün) yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır.الَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا وَهُوَ الْعَزِيزُ الْغَفُورُ
3Əlləzi xələqə səb`ə səmavatin tibaqən ma təra fi xəlqir rəhmani min təfavutin fərciil bəsərə həl təra min futurYeddi göyü təbəqələrlə (bir – birinin üzərində) yaradan Odur. Sən Rəhman (olan Allah)ın yaratdığında (gözəllik, möhkəmlik və sabitlik baxımından) əsla bir uyğunsuzluq görməzsən. Belə isə yenidən bax, mə¬gər (məxluqatın yaradılışında) bir nöqsan, yarıq (və hikmətlə uyğunsuzluq) görürsənmi?الَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ طِبَاقًا مَّا تَرَى فِي خَلْقِ الرَّحْمَنِ مِن تَفَاوُتٍ فَارْجِعِ الْبَصَرَ هَلْ تَرَى مِن فُطُورٍ
4Summərciil bəsərə kərrətəyni yənqəlib iləykəl bəsəru xasiən və huvə həsironra bir daha (varlıq aləminə) bax. (Qəlbinin) göz(ü) (yaradılışda bir nöqsan və çatışmazlığı tapmaqdan) aciz qalıb sənə tərəf qayıdacaqdır.ثُمَّ ارْجِعِ الْبَصَرَ كَرَّتَيْنِ يَنقَلِبْ إِلَيْكَ الْبَصَرُ خَاسِأً وَهُوَ حَسِيرٌ
5Və ləqəd zəyyənnəs səmaəd dunya biməsabihə və cəəlnaha rucuməl liş şəyatini və ə`tədna ləhum əzabəs səirVə şübhəsiz, Biz (sizə) ən yaxın olan göyü çıraqlarla (ulduzlarla) zinətləndirdik və onları şeytanların daşlanması üçün vasitə etdik, onlar üçün (şeytanlar üçün axirətdə) yandırıcı odun əzabını hazırlamışıq.وَلَقَدْ زَيَّنَّا السَّمَاء الدُّنْيَا بِمَصَابِيحَ وَجَعَلْنَاهَا رُجُومًا لِّلشَّيَاطِينِ وَأَعْتَدْنَا لَهُمْ عَذَابَ السَّعِيرِ
6Və lilləzinə kəfəru birəbbihim əzabu cəhənnəmə və bi`səl məsirRəbbinə kafir olanlar üçün Cəhənnəm əzabı vardır və (ora çox) pis dönüş yeridir!وَلِلَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ عَذَابُ جَهَنَّمَ وَبِئْسَ الْمَصِيرُ
7İza ulqu fiha səmiu ləha şəhiqən və hiyə təfuruOraya atıldıqları zaman onun daim qaynamaqda və coşmaqda olan ürək qopardan uğultusunu eşidərlər.إِذَا أُلْقُوا فِيهَا سَمِعُوا لَهَا شَهِيقًا وَهِيَ تَفُورُ
8Təkadu təməyyəzu minəl ğəyzi kulləma ulqiyə fiha fəvcun səə-ləhum xəzənətuha ələm yə`ti-kum nəzirAz qala qəzəbin şiddətindən parça – parça olsun; hər hansı bir dəs¬tə oraya atıldıqları zaman gözətçilər onlardan soruşarlar: «Məgər (dün¬yada) sizə bir qorxudan (peyğəmbər) gəlməmişdimi?»تَكَادُ تَمَيَّزُ مِنَ الْغَيْظِ كُلَّمَا أُلْقِيَ فِيهَا فَوْجٌ سَأَلَهُمْ خَزَنَتُهَا أَلَمْ يَأْتِكُمْ نَذِيرٌ
9Qalu bəla qəd caəna nəzirun fəkəzzəbna və qulna ma nəzzələllahu min şəy`in in əntum illa fi zəlalin kəbirDeyərlər: «Bəli, şübhəsiz, bizə (Allah tərəfindən) bir qorxudan gəl¬mişdi, lakin biz onu təkzib etdik və dedik: «Allah heç bir şey nazil etmə¬mişdir. Siz ancaq böyük bir azğınlıq içindəsiniz».قَالُوا بَلَى قَدْ جَاءنَا نَذِيرٌ فَكَذَّبْنَا وَقُلْنَا مَا نَزَّلَ اللَّهُ مِن شَيْءٍ إِنْ أَنتُمْ إِلَّا فِي ضَلَالٍ كَبِيرٍ
10Və qalu ləv kunna nəsməu əv nə`qilu ma kunna fi əshabis səirVə deyərlər: «Əgər Biz (həqiqətən,) eşitsəydik, ya düşünsəydik, əsla yanar Cəhənnəm odunun əhli zümrəsində olmazdıq».وَقَالُوا لَوْ كُنَّا نَسْمَعُ أَوْ نَعْقِلُ مَا كُنَّا فِي أَصْحَابِ السَّعِيرِ
11Fə`tərəfu bizənbihim fəsuhqən liəshabis səirBeləliklə öz günahlarını etiraf edərlər; və (Allahın rəhmətindən) uzaq olsun yanar Cəhənnəm odunun əhli! Ölüm olsun onlara!فَاعْتَرَفُوا بِذَنبِهِمْ فَسُحْقًا لِّأَصْحَابِ السَّعِيرِ
12İnnəlləzinə yəxşəvnə rəbbəhum bil ğəybi ləhum məğfirətun və əcrun kəbirƏlbəttə, öz Rəbbindən gizlində (camaat onu görmədiyi halda belə) qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır.اِنَّ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِالْغَيْبِ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ
13Və əsirru qəvləkum əvichəru bihi innəhu əlimun bizatis sudurSözünüzü istər (ürəyinizdə) gizlədəsiniz, istərsə də aşkar edəsiniz, mütləq Allah sinələrdə olanı biləndir.وَأَسِرُّوا قَوْلَكُمْ أَوِ اجْهَرُوا بِهِ اِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
14Əla yə`ləmu mən xələqə və huvəl lətiful xəbirMəgər yaradan bunu bilməzmi? Agah ol, (düşüncə sahibini və onun düşünmək qüdrətini) yaradan kəs (onun düşündüklərini də) bilir. O, (hər şeyi) incəliyinə qədər görür və (hər şeydən) xəbərdardır.أَلَا يَعْلَمُ مَنْ خَلَقَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ
15Huvəlləzi cəələ ləkumul ərzə zəlulən fəmşu fi mənakibiha və kulu min rizqihi və iləyhin nuşurYeri sizə ram edən Odur. Belə isə, onun qoynunda gəzin (yer kürəsinin hər bir yeri onun qoynudur) və ruzisindən yeyin. (Bilin ki,) dirilt¬mə (əmri) Onun əlindədir və dirilənlərin dönüşü də Ona tərəfdir.هُوَ الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ ذَلُولًا فَامْشُوا فِي مَنَاكِبِهَا وَكُلُوا مِن رِّزْقِهِ وَإِلَيْهِ النُّشُورُ
16Əəmintum mən fis səmai ən yəxsifə bikumul ərzə fəiza hiyə təmurMəgər göydə olandan (Allahdan, yaxud Allahın izni ilə əmri göydə keçən qüdrətli varlıqlar, məsələn mələklərdən) əminsinizmi ki, sizi yerə batırmayacaq? Belə ki, qəfildən yer çalxalanar, titrəyər (və sizi xurd-xəşil edər)!أَأَمِنتُم مَّن فِي السَّمَاء أَن يَخْسِفَ بِكُمُ الأَرْضَ فَإِذَا هِيَ تَمُورُ
17Əm əmintum mən fis səmai ən yursilə ələykum hasibən fəsətə`ləmunə kəyfə nəzirYaxud göydə olanın sizə (üstünüzə) daş yağdıran şiddətli bir külək göndərməyəcəyindən əminsinizmi? Tezliklə Mənim qorxutmağımın necə olduğunu biləcəksiniz!أَمْ أَمِنتُم مَّن فِي السَّمَاء أَن يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا فَسَتَعْلَمُونَ كَيْفَ نَذِيرِ
18Və ləqəd kəzzəbəlləzinə min qəblihim fəkəyfə kanə nəkirBunlardan (Məkkə müşriklərindən) öncəkilər də (Bizim peyğəmbərimizi) təkzib etmişdilər, Bizim onlara qarşılığımız və cəzamız necə idi?وَلَقَدْ كَذَّبَ الَّذِينَ مِن قَبْلِهِمْ فَكَيْفَ كَانَ نَكِيرِ
19Əvə ləm yərəv ilət təyri fəvqəhum saffatin və yəqbiznə ma yumsikuhunnə illər rəhmanu innəhu bikulli şəy`in bəsirVə məgər onlar başları üstündə uçan, gah qanadlarını açan, gah da yığan quşları görmürlərmi?! Onları (havada) saxlayan ancaq Rəhman (olan Allah)dır. Həqiqətən, O, hər şeyi görəndir!أَوَلَمْ يَرَوْا إِلَى الطَّيْرِ فَوْقَهُمْ صَافَّاتٍ وَيَقْبِضْنَ مَا يُمْسِكُهُنَّ إِلَّا الرَّحْمَنُ اِنَّهُ بِكُلِّ شَيْءٍ بَصِيرٌ
20Əmmən hazəlləzi huvə cundun ləkum yənsurukum min dunir rəhma-ni inil kafirunə illa fi ğururSizin ordunuz (köməkçiləriniz) kimlərdir ki, Rəhman (olan Allah)a qarşı sizə köməklik etsin?! Kafirlər yalnız qəflətdə və aldanmaqdadırlar.أَمَّنْ هَذَا الَّذِي هُوَ جُندٌ لَّكُمْ يَنصُرُكُم مِّن دُونِ الرَّحْمَنِ إِنِ الْكَافِرُونَ إِلَّا فِي غُرُورٍ
21Əmmən hazəlləzin yərzu-qukum in əmsəkə rizqəhu bəl ləccu fi utuvvin və nufuraxud kimdir o kəs ki, Allah ruzisini sizdən əsirgəsə, sizə ruzi versin? (Haqq onlara gizli deyildir), əksinə (əslində onlar) asi olmaqda və (haqdan) qaçmaqda inadkarlıq edirlər.أَمَّنْ هَذَا الَّذِي يَرْزُقُكُمْ إِنْ أَمْسَكَ رِزْقَهُ بَل لَّجُّوا فِي عُتُوٍّ وَنُفُورٍ
22Əfəmən yəmşi mukibbən əla vəchihi əhda əmmən yəmşi səviyyən əla siratin mustəqimBelə isə, məgər (yolun enişli-yoxuşlu olması üzündən) yıxılaraq və üzü üstə sürünərək yol gedən şəxs daha artıq hidayət tapmışdır, yoxsa dik qamətlə düzgün yolda gedən şəxs?! (Daim küfr və pozğunluq sapqınlığında həyat yolu gedən kafir, ya dinin düz yolunda imana söykənən bir mömin daha artıq hidayət olunmuşdur?!)أَفَمَن يَمْشِي مُكِبًّا عَلَى وَجْهِهِ أَهْدَى أَمَّن يَمْشِي سَوِيًّا عَلَى صِرَاطٍ مُّسْتَقِيمٍ
23Qul huvəlləzi ənşəəkum və cəələ ləkumus səm`ə vəl əbsarə vəl əf`idətə qəlilən ma təşkurunDe: «Sizi yoxdan yaradan və sizə eşitmək qüvvəsi, gözlər və ürəklər verən Odur. Lakin siz az şükr edirsiniz!»قُلْ هُوَ الَّذِي أَنشَأَكُمْ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ قَلِيلًا مَّا تَشْكُرُونَ
24Qul huvəlləzi zərəəkum fil ərzi və iləyhi tuh-şərunDe: «Sizi yer üzündə yaradan Odur və (axirətdə) Onun hüzuruna toplanacaqsınız».قُلْ هُوَ الَّذِي ذَرَأَكُمْ فِي الْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ
25Və yəqulunə məta hazəl və`du in kumtum sadiqin(Kafirlər) deyərlər: «Əgər düzdanışanlardansınızsa, bəs bu vəd (qiyamət günü) nə zaman olacaqdır?!»وَيَقُولُونَ مَتَى هَذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ
26Qulinnəmal ilmu indəllahi və innəma ənə nəzirun mubinDe: «Bunu bilmək yalnız Allaha məxsusdur və mən ancaq açıq-aşkar bir qorxudanam».قُلْ اِنَّمَا الْعِلْمُ عِندَ اللَّهِ وَاِنَّمَا أَنَا نَذِيرٌ مُّبِينٌ
27Fələmma rəəvhu zulfətən siət vucuhuhulləzinə kəfəru və qilə hazəlləzi kuntum bihi təddəunBeləliklə, onu (vəd olunmuş Cəhənnəmi) yaxından görəndə kafirlərin üzləri çirkin və eybəcər hala düşər və (onlara) deyilər: «Bu sizin (dünyada məsxərə ilə) istədiyiniz şeydir».فَلَمَّا رَأَوْهُ زُلْفَةً سِيئَتْ وُجُوهُ الَّذِينَ كَفَرُوا وَقِيلَ هَذَا الَّذِي كُنتُم بِهِ تَدَّعُونَ
28Qul ərəəytum in əhləkəniyəllahu və mən məiyə əv rəhiməna fəmən yucirul kafirinə min əzabin əlimDe: «Mənə xəbər verin görüm, əgər Allah məni və mənimlə birgə olanları öldürsə, yaxud bizə rəhm etsə (və diri saxlasa, hər halda) kafirlərə (o) agrılı əzabdan kim sığınacaq verəcək?»قُلْ أَرَأَيْتُمْ إِنْ أَهْلَكَنِيَ اللَّهُ وَمَن مَّعِيَ أَوْ رَحِمَنَا فَمَن يُجِيرُ الْكَافِرِينَ مِنْ عَذَابٍ أَلِيمٍ
29Qul huvər rəhmanu amənna bihi və ələyhi təvəkkəlna fəs-tə`məlunə mən huvə fi zəlalin mubinDe: «O (sizi tovhidinə dəvət etdiyim kəs bütün varlıq aləminə) rəhmət bəxş edən Allahdır, Ona iman gətirdik və Ona təvəkkül etdik. Beləliklə, tezliklə kimin açıq-aşkar bir azğınlıqda olduğunu biləcəksiniz».قُلْ هُوَ الرَّحْمَنُ آمَنَّا بِهِ وَعَلَيْهِ تَوَكَّلْنَا فَسَتَعْلَمُونَ مَنْ هُوَ فِي ضَلَالٍ مُّبِينٍ
30Qul ərəəytum in əsbəhə maukum ğəvrən fəmən yə`tikum bimain məinDe: «Mənə xəbər verin görüm, əgər sizin (çeşmələrdə, quyularda və çaylarda olan) suyunuz yerə hopsa (Allahdan başqa), kim sizə axar su gətirə bilər?!»قُلْ أَرَأَيْتُمْ إِنْ أَصْبَحَ مَاؤُكُمْ غَوْرًا فَمَن يَأْتِيكُم بِمَاء مَّعِينٍ

Читайте также: