Əla surəsi

Print Friendly, PDF & Email

Əla surəsinin fəziləti
Şeyx Səduq İmam Sadiq (ə)-dan belə rəvayət edir: “Hər kəs bu surəni vacib, ya nafilə namazlarında oxusa, Qiyamət günü ona deyilər: “Cənnətin hər hansı qapısından istəyirsən, daxil ol!”

AyəTranskripsiyaTərcüməƏrəbcə
Bismillahir rəhmanir rəhim Bağışlayan və mehriban Allahın adı iləبسم الله الرحمن الرحيم
1Səbbihismə rəbbikəl ə`la Ən üstün və uca olan Rəbbinin adını pak və müqəddəs tut! (Dillə Onun paklığına sitayiş et, qəlblə Onu hər bir eyb və nöqsandan pak bil və Ona məxsus adları Ondan başqasına aid etmə, o adları təhrif etmə və nalayiq yozumlar etmə.) سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى
2Əlləzi xələqə fəsəvva O kəs ki, (hər bir varlığı) xəlq etdi və (onun tərkib hissələrini yaradılışındakı əsl məqsədə uyğun olaraq) qaydaya saldı (nizamladı). الَّذِي خَلَقَ فَسَوَّى
3Vəlləzi qəd dərə fəhəda Və o kəs ki, (hər bir məxluq üçün kəmiyyət və keyfiyyət baxımından) bir əndazə (ölçü) qoydu, beləliklə də (onları öz kamilliklərinə doğru) yönəltdi. وَالَّذِي قَدَّرَ فَهَدَى
4Vəlləzi əxrəcəl mər`a O kəs ki, (yerin köksündən) otlaq çıxartdı. وَالَّذِي أَخْرَجَ الْمَرْعَى
5Fəcəələhu ğusaən əhva (Al-əlvan rənglərə boyandıqdan) sonra onu qara rəngli quru çör-çöpə döndərdi. فَجَعَلَهُ غُثَاء أَحْوَى
6Sənuqriukə fəla tənsa (Ya Peyğəmbər!) Tezliklə sənə (bütün Quranı – əzəli elmdə və Lövhi-Məhfuzda olan əsl tənzimi ilə) oxudarıq, belə ki, əsla unutmazsan. سَنُقْرِؤُكَ فَلَا تَنسَى
7İlla ma şaəllahu innəhu yə`ləmul cəhrə və ma yəxfa Allahın istədiyindən başqa (ki, əsla istəməz də, lakin Onun qüdrəti daim məhfuzdur), həqiqətən, O, aşkar olanı da, gizli olanı da bilir. إِلَّا مَا شَاء اللَّهُ اِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَى
8Və nuyəssirrukə lil yusra Və səni (dəvətdə və hidayətdə olan) ən asan yol üçün hazır və müyəssər edərik. وَنُيَسِّرُكَ لِلْيُسْرَى
9Fəzəkkir in nəfəətiz zikra Əgər öyüd-nəsihət fayda verəcəksə (onlara) öyüd-nəsihət ver, فَذَكِّرْ إِن نَّفَعَتِ الذِّكْرَى
10Səyəzzəkkəru mən yəxşa (Allahdan) qorxmaq qabiliyyətinə malik olan şəxs tezliklə öyüd-nəsihət alacaqdır. سَيَذَّكَّرُ مَن يَخْشَى
11Və yətəcənnəbuhəl əşqa Ən bədbəxt şəxs (və Allahdan qorxmayan), ondan (öyüd-nəsihətdən) uzaqlaşar. وَيَتَجَنَّبُهَا الْأَشْقَى
12Əlləzi yəslən narəl kubra O kəs ki, ən böyük oda girəcək və yanacaqdır. الَّذِي يَصْلَى النَّارَ الْكُبْرَى
13Summə la yəmutu fiha və la yəhya Sonra isə orada nə (həqiqətən,) öləcək və nə də (rahat) yaşayacaqdır. ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَى
14Qəd əfləhə mən təzəkka Həqiqətən, nicat tapdı (o kəs) ki, özünü (fəsadlı əqidələrdən, əxlaqi rəzalətlərdən və çirkin əməllərdən) pak etdi, təkamülə yetişdi və zəkat verdi.قَدْ أَفْلَحَ مَن تَزَكَّى
15Və zəkərəsmə rəbbihi fəsəlla Və öz Rəbbinin adını zikr etdi və namaz qıldı.وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّى
16Bəl tu`sirunəl həyatəd dunya Lakin (siz o nicatın sorağına getmirsiniz), əksinə, siz dünya həyatını üstün tutursunuz. بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ الدُّنْيَا
17Vəl axirətu xəyrun və əbqa Halbuki axirət daha xeyirli və daha baqidir. وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَى
18İnnə haza ləfis suhufil ula Həqiqətən, bu (deyilənlər: mənəvi paklıq və nicat, öyüd – nəsihət və namaz, dünyanı axirətdən üstün tutma) bütün keçmiş səmavi kitablarda yazılmışdır. اِنَّ هَذَا لَفِي الصُّحُفِ الْأُولَى
19Suhufi İbrahimə və Musa İbrahimin və Musanın kitablarında.صُحُفِ إِبْرَاهِيمَ وَمُوسَى

Читайте также: