Qədr surəsi

Print Friendly, PDF & Email

Qədr surəsinin fəziləti
İmam Sadiq (ə)-ın belə buyurduğu nəql olunur: “Hər kəs bu surəni vacib namazlarının ardında oxusa, Allah tərəfindən olan carçı belə nida edər: “Allah taala sənin bütün günahlarını bağışladı. İndi isə yenidən başla!”.

AyəTranskripsiyaTərcüməƏrəbcə
Bismillahir rəhmanir rəhim Bağışlayan və mehriban Allahın adı iləبسم الله الرحمن الرحيم
1İnna ənzəlnahu fi ləylətil qədr Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik (Quran bütünlüklə, bir dəfəyə, feyz mənbəyindən birinci səmaya, yaxud Peyğəmbərin mübarək qəlbinə Qədr gecəsində nazil oldu. Sonra isə 23. il ərzində tədriclə birinci göydən Peyğəmbərin mübarək qəlbinə və Peyğəmbərin mübarək qəlbindən də ümmətə çatdırıldı). اِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ
2Və ma ədrakə ma ləylətul qədr Sən nə bilirsən ki, Qədr gecəsi nədir? وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ
3Ləylətul qədri xəyrun min əlfi şəhr Qədr gecəsi min aydan daha xeyirlidir. لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ
4Tənəzzəlul məlaikətu vər ruhu fiha biizni rəbbihim min kulli əmr O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər. تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍ
5Səlamun hiyə hətta mətləil fəcr O gecə dan yeri sökülənə qədər hamı salamatlıqda və (Allahın) rəhmət(in)də olar. Və (o gecə mələklərin yer üzündəki məsumu və saleh bəndələri) salamlama gecəsidir.سَلَامٌ هِيَ حَتَّى مَطْلَعِ الْفَجْرِ

Читайте также: