Kafirun surəsi

Print Friendly, PDF & Email

Kafirun surəsinin fəziləti
Bu surəni vacib və nafilə namazların ardında oxumaq barədə çoxlu hədislər nəql olunmuşdur və onu oxumaq Quranın dördən birinə bərəbərdir.

AyəTranskripsiyaTərcüməƏrəbcə
Bismillahir rəhmanir rəhim
Bağışlayan və mehriban Allahın adı iləبسم الله الرحمن الرحيم
1Qul ya əyyuhəl kafirun De: «Ey kafirlər (ey Məkkə müşrikləri və bütpərəstləri),قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ
2La ə`budu ma tə`budun Mən sizin ibadət etdiyiniz şeyə əsla ibadət etmərəm.لَا أَعْبُدُ مَا تَعْبُدُونَ
3Və la əntum abidunə ma ə`bud Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz,وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ
4Və la ənə abidun ma əbədtum Və nə də mən əsla sizin ibadət etdiyinizə ibadət edənəm.وَلَا أَنَا عَابِدٌ مَّا عَبَدتُّمْ
5Və la əntum abidunə ma ə`bud Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz.وَلَا أَنتُمْ عَابِدُونَ مَا أَعْبُدُ
6Ləkum dinukum vəliyə din Sizin dininiz sizə məxsusdur, mənim dinim də mənə məxsusdur (hələ ki, cihad hökmü gələnədək döyüş tərk olunmuşdur)».لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ

Читайте также: