TAM İmam Səccaddan (ə) şənbə gününün duası

Print Friendly, PDF & Email

İmam Səccadın (ə) buyurduğu bu dualar – həftənin günlərinin duaları – kiçik olsalar da, ali məzmuna malikdirlər. Heç şübhəsiz, ruhunu bu mənalar ilə yetişdirən fərd səadətə qovuşar. Hamıya, xüsusilə də cavanlara bu duaları oxumağı tövsiyə edirik. Bu dualar Əllamə Məclisinin “Biharul-ənvar” kıtabının 87-ci cildində qeyd olunubdur.

TranskripsiyaTərcüməƏrəbcə
Bismillahir rəhmanir rəhim.Bağışlayan və mehriban Allahın adı ilə.بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
Bismillahi kəlimətul mu`təsimin, və məqalətil mutəhərrizin,Pənah aparanların sözü və danışığı olan Allahın adı ilə! بِسْمِ اللَّهِ كَلِمَةِ الْمُعْتَصِمِينَ وَ مَقَالَةِ الْمُتَحَرِّزِينَ
və əuzu billahi təala min cəvril cairin, və kəydil hasidin, Sitəmkarların zülmündən, həsəd aparanların pis fikrindən, وَ أَعُوذُ بِاللَّهِ تَعَالَى مِنْ جَوْرِ الْجَائِرِينَ وَ كَيْدِ الْحَاسِدِينَ
və bəğyiz zalimin, zalımlarındüşmənçiliyindən uca Allah pənah aparır وَ بَغْيِ الظَّالِمِينَ
və əhməduhu fəvqə həmdil hamidin, və sitayiş edənlərin sitayişindən üstün bir sitayişlə Ona sitayiş edirəm. وَ أَحْمَدُهُ فَوْقَ حَمْدِ الْحَامِدِينَ
Əllahummə əntəl vahidu bila şərik, vəl məliku bila təmlik, Allahım, Sənsən şəriksiz yeganə, ehtiyacsız padşah (ki, bu padşahlığı bir başqası verməmiş),اللَّهُمَّ أَنْتَ الْوَاحِدُ بِلا شَرِيكٍ وَ الْمَلِكُ بِلا تَمْلِيكٍ
la tuzaddu fi hukmikə və la tunazəu fi mulkik, Sənin fərmanın qarşısında ziddiyyət olmaz, hakimiyyətində keşməkeş baş verməz,لا تُضَادُّ فِي حُكْمِكَ وَ لا تُنَازَعُ فِي مُلْكِكَ
əs`əlukə ən tusalliyə əla Muhəmmədin əbdikə və rəsulik, Səndən istəyirəm salam yetirəsən bəndən və rəsulun Muhəmmədə (s)! أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ عَبْدِكَ وَ رَسُولِكَ
və ən tuziəni min şukri nu`makə ma təbluğu bi ğayətə rizak, Mənə nemətlərin müqabilində şükür yolunu elə öyrədəsən ki, məni Sənin son həddə razılığına çatdırsın,وَ أَنْ تُوزِعَنِي مِنْ شُكْرِ نُعْمَاكَ مَا تَبْلُغُ بِي غَايَةَ رِضَاكَ
və ən tuinəni əla taətik, və luzumi ibadətikə vəstihqaqi məsubətikə bilutfi inayətik, Sənə itaətdə, ibadətinə ardıcıllıqda, lütfünlə mükafatına çatmaqda mənə kömək göstərəsən, وَ أَنْ تُعِينَنِي عَلَى طَاعَتِكَ وَ لُزُومِ عِبَادَتِكَ وَ اسْتِحْقَاقِ مَثُوبَتِكَ بِلُطْفِ عِنَايَتِكَ
və tərhəməni bisəddi (və suddəni) ən məasik, həyatda ikən günahdan uzaqlığı mərhəmət edəsən, وَ تَرْحَمَنِي بِصَدِّي [وَ صُدَّنِي‏] عَنْ مَعَاصِيكَ
və əhyəytəni və lima yənfəuni ma əbqəytəni, dünya həyatında saxladığın müddətdə xeyrimə olacaq işlərdə müvəffəq edəsən; مَا أَحْيَيْتَنِي وَ تُوَفِّقَنِي لِمَا يَنْفَعُنِي مَا أَبْقَيْتَنِي
və ən təşrəhə bikitabikə sədri, öz kitabın (Qurani-Kərim) vasitəsilə köksümü genişləndirəsən, وَ أَنْ تَشْرَحَ بِكِتَابِكَ صَدْرِي
və təhuttə bitilavətihi vizri, onu oxumaqla günahlarımı yuyasan, وَ تَحُطَّ بِتِلاوَتِهِ وِزْرِي
və təmnəhənis səlamətə fi dini, və nəfsi mənə denim və canımda sağlamlıq əta edəsən,وَ تَمْنَحَنِي السَّلامَةَ فِي دِينِي وَ نَفْسِي
və la tuhişə bi əhlə unsi,həmdəmlərimi mənə qorxulu etmə وَ لا تُوحِشَ بِي أَهْلَ أُنْسِي
və tutimmə ihsanəkə fima bəqiyə min umri, və qalan ömrümdə mənə ehsanını sona çatdır, وَ تُتِمَّ إِحْسَانَكَ فِيمَا بَقِيَ مِنْ عُمْرِي
kəma əhsəntə fima məza minhu ya ərhəmər rahimin.necə ki, keçmişdə ehsan etmisən; ey mehribanların mehribanı!كَمَا أَحْسَنْتَ فِيمَا مَضَى مِنْهُ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Mənbə:
Əllamə Məclisi — Biharul-ənvar, c 87, səh 152, hədis 11

Читайте также: