TAM Cümə günündə qılınan iki müstəhəb namaz

Print Friendly, PDF & Email

1-ci müstəhəb namaz: Harisi Həmdani həzrət Əmirəlmöminin Əli ibn Əbu Talibdən (ə) rəvayət etmişdir ki, imkan daxilində Cümə günü aşağıdakı qaydada 10 rəkət (2 rəkət- 2 rəkət) namaz qıl. Onun rüku və səcdələrini tamamilə yerinə yetir və hər 2 rəkətdən bir 100 dəfə de: “Subhanəllahi və bihəmdih”.

2-ci müstəhəb namaz: İmam Sadiqdən (ə) mötəbər sənədlə nəql olunmuş rəvayətdə cümə günü qılınan nafilələrdən biri haqqında belə oxuyuruq: “Cümə günü 2 rəkət namaz qılıb onun rəkətlərində “İbrahim” “Hicr” surələrini oxuyan şəxs, heç vaxt pərişan olmaz, dəlilik və başqa heç bir bəla ona yetişməz.”

Mənbə:
Şeyx Abbas Qumi — Məfatihul-cinan kitabı

Читайте также: