Allahın ismi-əzəmi
Seyid Əlixan Şirazi (r) ”Kəlimut-təyyib” kitabında belə buyurur:- Allahın İsmi-əəzəmi odur ki, əvvəli “Allah”, axırı “Huvə” olsun. Hərflərinin nöqtəsi yoxdur, oxunuşu istər hərəkə qoyulsun, istərsə də qoyulmasın eynidir. Quranda bu cür ayə beş surədə gəlmişdir; ”Bəqərə”, “Ali-İmran”, “Nisa”, “Taha” və “Təğabun” surələrində. Məğribli Şeyx deyir:- “Hər kəs bu ayələrəri üstündə gəzdirsə və hər gün on bir dəfə onları oxusa, mütləq irili-xırdalı çətinlikləri asanlaşar, inşaAllah Təala.”
O beş ayə belədir:
| Surə, ayə | Tranksripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|---|
| Bəqərə surəsi, 255-257-ci ayələr | Əllahu la ilahə illa huvəl həyyul qəyyum, la tə`xuzuhu sinətun və la nəvmun ləhu ma fis səmavati vəl ərz, mən zəlləzi yəşfəu indəhu illa biiznih, yə`ləmu ma bəynə əydihim və ma xəlfənum, və la yuhitunə bişəy`in min ilmihi illa bima şa, vəsiə kursiyyuhus səmavati vəl ərzi və la yəuduhu hifzuhumz, və huvəl əliyyul əzim (255). La ikrahə fid din, qəd tabəyyənər ruşdu minəl ğəyy, fəmən yəkfur bit tağuti və yu`min billahi fəqədistəm-səkə bil urvətil vusqa lənfisamə ləha, vəllahu səmiun əlim (256). Əllahu vəliyyullə-zinə amənu yuxricuhum minəz zulumzti ilən nur, vəlləzinə kəfəru əvliyauhumut tağut, yuxricunəhum minən nuri iləz zulumat, ulaikə əshabun nari hum fiha xalidun (257). | 255. Tək olan Allahdır ki, Ondan başqa bir məbud yoxdur! (Öz za¬¬tı ilə var olan) diri və (varlıq aləmini) bərqərar saxlayan qadir və əbə¬¬didir. Onu əsla nə mürgü tutar, nə də yuxu! (Yaradılış, qorumaq, ida¬¬rə etmək və yox etmək Onun istəyindən asılı olduğu üçün) göylərdə və yerdə olanların hamısı (göylər və yer də daxil olmaqla) Ona məx¬susdur. İzni olmadan Onun hüzurunda kim vasitəçilik və şəfaət (bu dün¬ya¬da səbəblərlə nəticələr arasında qeyri-ixtiyari vasitəçilik, o dün¬yada isə əməllərin cəzasının ləğvi və savabların artırılması üçün olan ixti¬ya¬ri şəfaət) edə bilər?! İnsanların qarşısında olanı da, arxaların¬da olanı da (dünyanın keçmiş və gələcək hadisələrini) bilir və onlar Onun el¬min-dən Onun istədiyindən başqa heç bir şeyi bilə bilməzlər. Onun (səl¬tənət və rübubiyyət) kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları (göy¬ləri və yeri) qoruyub saxlamaq Onun üçün çətin və yorucu de¬yil¬dir. O, çox uca və böyükdür. 256. Dində (əqidənin əsasalarında) məcburiyyət yoxdur (çünki, daxili inanc və etiqadlar zorla qəbul etdirilə bilməzlər və dəlil-sübuta tabedirlər). Şübhəsiz, (bu Quran vasitəsilə) hidayət yolu azğınlıqdan (seçilib) aydınlaşmışdır. Buna görə də, kim azğın və itaətsizə (şeytan və onun ardıcıllarına) kafir olub Allaha iman gətirsə, doğrudan da heç vaxt qırılmayan möhkəm bir dəstəkdən yapışmışdır. Allah eşidən və biləndir. 257. Allah iman gətirənlərin dostu və başçısıdır. Onları (nadanlıq, küfr və itaətsizliklik) qaranlıqlar(ın)dan (elm, iman və təqva) nu¬r(un)a tərəf çıxarır. Kafir olanların başçıları isə azğın və itaətsizlərdir ki, onları (hidayət) nur(un)dan (azğınlıq) zülmətlər(in)ə tərəf çıxarır¬¬lar. Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar. | اللّهُ لاَ إِلَـهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ لاَ تَأْخُذُهُ سِنَةٌ وَلاَ نَوْمٌ لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ مَن ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلاَ يُحِيطُونَ بِشَيْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالأَرْضَ وَلاَ يَؤُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ (255) لاَ إِكْرَاهَ فِي الدِّينِ قَد تَّبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِيعٌ عَلِيمٌ (256) اللّهُ وَلِيُّ الَّذِينَ آمَنُواْ يُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّوُرِ وَالَّذِينَ كَفَرُواْ أَوْلِيَآؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَى الظُّلُمَاتِ أُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ (257) |
| Ali İmran surəsi, 2-4-cü ayələr | Əllahu la ilahə illa huvəl həyyul qəyyum, nəzzələ ələykəl kitabə bil həqqi musəddiqən lima bəynə yədəyh, və ənzələt Təvratə vəl İncilə min qəblu hudəl lin nasi və ənzələl Furqan | Sənə özündən əvvəlkiləri (səmavi kitabları) təsdiq edən kitabı (Quranı) haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O endirdi. Daha öncə insanları hidayət etmək üçün Furqanı da O nazil etdi | اللَّهُ لا إِلَهَ إِلا هُوَ الْحَيُّ الْقَيُّومُ نَزَّلَ عَلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقا لِمَا بَيْنَ يَدَيْهِ وَ أَنْزَلَ التَّوْرَاةَ وَ الْإِنْجِيلَ مِنْ قَبْلُ هُدًى لِلنَّاسِ وَ أَنْزَلَ الْفُرْقَانَ |
| Nisa surəsi, 87-ci ayə | Əllahu la ilahə illa huvə, ləyəcməənnəkum ila yəvmil qiyaməti la rəybə fih, və mən əsdəqu minəllahi hədisa | Allahdan başqa heç bir tanrı yoxdur. Olacağına şübhə edilməyən qiyamət günü hamınızı (bir yerə), əlbəttə, O toplayacaqdır. Allahdan daha doğru danışan kim ola bilər?! | اللَّهُ لا إِلَهَ إِلا هُوَ لَيَجْمَعَنَّكُمْ إِلَى يَوْمِ الْقِيَامَةِ لا رَيْبَ فِيهِ وَ مَنْ أَصْدَقُ مِنَ اللَّهِ حَدِيثا |
| Taha surəsi, 8-ci ayə | Əllahu la ilahə illa huvə ləhul əsmaul husna | Allahdan başqa heç bir tanrı yoxdur. Ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur! | اللَّهُ لا إِلَهَ إِلا هُوَ لَهُ الْأَسْمَاءُ الْحُسْنَى |
| Təğabun surəsi, 13-cü ayə | Əllahu la ilahə illa huvə və ələllahi fəlyətəvəkkəlil mu`minun | Allahdan başqa heç bir tanrı yoxdur. Buna görə də möminlər ancaq Allaha təvəkkül etsinlər! | اللَّهُ لا إِلَهَ إِلا هُوَ وَ عَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ |
