İslam aylarının əməlləri: Mübarək Ramazan ayının 1000 rəkətlik namazı
Mübarək Ramazan ayının gecələri ərzində 1000 rəkət namaz qılın. Bu namazın qılınma qaydası barədə müxtəlif hədislər vardır, lakin Əli ibn Mehranın İmam Cavaddan (ə) nəql etdiyi və böyük alimlərin əksəriyyətinin qəbul etdikləri hədisdə belə buyurulur:
Ramazan ayının 1-ci və 2-ci ongünlüyündə hər gecə 20 rəkət (iki rəkət — iki rəkət) namaz qılın: onun 8 rəkətini məğrib namazından sonra və 12 rəkətini işa namazından sonra qılın. Ramazan ayının 3-cü ongünlüyündə hər gecə 30 rəkət namaz qılın: onun 8 rəkətini məğrib namazından sonra və 22 rəkətini işa namazından sonra qılın. Bunlar birlikdə 700 rəkət edir. 300 rəkəti isə Qədr gecələrində qılın, yəni 19-cu gecədə 100 rəkət namaz qılın (öncədən məğrib və işa namazlarından sonra 20 rəkəti də qılmalıdır), 21-ci gecədə 100 rəkət namaz qılın (qeyd olunun 30 rəkət də öncədən qılınmalıdır), 23-cü gecədə 100 rəkət namaz qılın (qeyd olunan 30 rəkət də öncədən qılınmalıdır). Beləliklə, 1000 rəkət namaz tamamlanır.[1] Möminlərə tövsiyə olunur ki, imkan daxilində bu namazı unutmasınlar.
Mənbə:
[1] Seyid ibn Tavus — İqbal, səh 11
