Dua: Zifaf gecəsinin (evlilik gecəsinin) namazı və duası

Print Friendly, PDF & Email

İslamın baxışında izdivac və ailə qurmaq müqəddəs və mühüm bir işdir. Hədislərdə bu işin müxtəlif mərhələləri üçün bir sıra qaydalar, dua və namazlar bəyan olunmuşdur ki, onun mənəvi tərəfi nəzərdən qaçırılmasın və günaha yol verilməsin.
İzdivac işində hədislərdə bəyan olunan tövsiyələrdən biri də zifaf gecəsinin (evlilik gecəsi) xüsusi namazı və duasıdır. Belə ki, İmam Baqir (ə) buyurur: «Gəlini sənin yanına gətirəndə, dəstəmaz al, 2 rəkət namaz qıl və ona de ki, dəstəmaz alıb 2 rəkət namaz qılsın. Sonra özün də Allaha həmd-səna edib, Muhəmməd və Ali Muhəmmədə salavat göndər, dua et və gəlinlə birlikdə otağa daxil olanlara da söylə ki, «Amin!» – desinlər. Sonra bu duanı[1] oxu»

TranskripsiyaTərcüməƏrəbcə
Əllahummərzuqni ilfəha və vuddəha və rizaha, və ərzini biha vəc`mə bəynəna biəhsənictima, və anəsi i`tilaf, İlahi, onun ülfət, mehribanlıq və razılığını mənə nəsib et, məni ondan razı sal, aramızda yaxşı birlik və gözəl ünsiyyət yarat! اللَّهُمَّ ارْزُقْني اِلْفَهَا وَ وُدَّهَا وَ رِضَاهَا، وَ اَرْضِني بِهَا، وَاجْمَعْ بَيْنَنَا بِاَحْسَنِ اجْتِمَاعٍ، وَ َانَسِ ايتِلافٍ
fəinnəkə tuhibbul həlalə və təkrəhul həram.Həqiqətən, Sən halalı bəyənir, haramı isə xoşlamırsan.فَاِنَّكَ تُحِبُ الْحَلالَ، وَ تَكرَهُ الْحَرَامَ

İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, zifaf gecəsi gəlin otağına daxil olanda, onun saçlarının qabaq hissəsindən tutub, üzü qibləyə çevir və de[2]:
TranskripsiyaTərcüməƏrəbcə
Əllahummə biəmanətikə əxəztuha, və bikəlimatikəstəhləltuha,İlahi, Sənin əmanətdarlığınla onu aldım və Sənin sözlərinlə onu özümə halal etdim! اللَّهُمَّ بِاَمَانَتِكَ اَخَذْتُهَا، وَ بِكَلِمَاتِكَ اسْتَحْلَلْتُهَ
fəin qəzəytə li minha vələdən fəc`əlhu mubarəkən təqiyyən min şiəti ali Muhəmməd, və la təc`əl liş şəytani fihi şirkən və la nəsiba.Elə isə, əgər ondan mənə bir övlad nəsib etsən, onu mübarək, təqvalı və Muhəmmədin Əhlibeytinin şiələrindən qərar ver, şeytanı ona şərik etmə və ondan faydalandırma!فَاِنْ قَضَيْتَ لي مِنهَا وَلَداً، فَاجْعَلْهُ مُبَارَكاً تَقِيّاً مِنْ شيعَةِ آلِ مُحَمَّدٍ، وَلا تَجْعَلْ لِلشَّيْطَانِ فيهِ شِرْكاً وَ لانَصيب

Qeyd: Təəssüflər olsun ki, nadan insanlar ailə həyatının təməli qoyulduğu zifaf gecəsini günaha bulaşdırır, həmin ailədən xeyir və bərəkəti uzaqlaşdırırlar. Tövsiyə olunur ki, imanlı insanlar ədəb və hörmətlə əmr bil-məruf və nəhy ənil-munkər etsinlər.

Mənbələr:
[1] Şeyx Kuleyni — Usuli-kafi, c 5, səh 500, hədis 1
[2] Şeyx Kuleyni — Usuli-kafi, c 5, səh 500, hədis 2

Читайте также: