İslam aylarının əməlləri: Mübarək Ramazan ayının iyirmi birinci gecəsinin duası — Ramazan ayı, 21-ci gecənin duası

Print Friendly, PDF & Email

Bu mübarək ayın 21-ci gecəsində oxunan dua belədir: 
Bu dualardan biri də müsnəd hədislə Şeyx Kuleyninin «Usuli-kafi» kitabında, Şeyx Mufidin «Muqənə`ə» kitabında və mürsəl hədislə Şeyx Kəf`əminin «Misbah»da nəql olunmuşdur ki, birinci gecədə (yəni axırıncı onluğun ilk gecəsində, 21-ci gecədə) deyirsən[1]:

TranskripsiyaTərcüməƏrəbcə
Ya mulicəl ləyli fin nəhar, və mulicən nəhari fil ləyl, və muxricəl həyyi minəl məyyit, və muxricəl məyyiti minəl həyy, ya raziqə mən yəşau biğəyri hisab, ya Əllahu ya rəhman, ya Əllahu ya rəhim, ya Əllahu ya Əllahu ya Əllah, ləkəl əsmaul husna vəl əmsalul ulya, vəl kibriyau vəl ula, əs`əlukə ən tusalliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təc`ələsmi fi hazihil ləyləti fis suəda, və ruhi məəş şuhəda, və ihsani fi illiyyinə və isaəti məğfurəh, və ən təhəbə li yəqinən tubaşiru bihi qəlbi, və imanən yuzhibuş şəkkə ənni, və turziyəni bima qəsəmtə li, və atina fid dunya həsənətən və fil axirəti həsənəh, və qina əzabən naril həriq, vərzuqni fiha zikrəkə və şukrək, vər rəğbətə iləykə vəl inabətə vət təvfiq, lima vəffəqtə ləhu Muhəmmədən və alə Muhəmməd, ələyhi və ələyhimus səlam.Ey gecəni gündüzə, gündüzü də gecəyə daxil edən, dirini ölüdən, ölünü də diridən çıxaran! Ey istədiyinə saysız-hesabsız ruzi verirsən! Ey Allah, ey bağışlayan! Ey Allah, ey mehriban! Ey Allah, ey Allah, ey Allah! Gözəl adlar, ali məsəllər, böyüklük və nemətlər yalnız Sənə məxsusdur. Səndən istəyirəm ki, Muhəmməd və Muhəmmədin Əhlibeytinə salam göndərəsən, bu gecə adımı (əbədi) səadətə çatanlar və ruhumu şəhidlər sırasında, ehsanımı “İlliyyin”də və günahlarımı bağışlanmış qeyd edəsən. Mənə qəlbimlə birbaşa rabitədə olan yəqin (dərəcəsi), şəkki aradan qaldıran iman əta edəsən və məni qismət etdiklərinə razı salasan. Bizə dünya və axirətdə yaxşılıq əta edəsən, bizi cəhənnəmin yandırıcı əzabından saxlayasan, bu gecə məni zikrinə, şükrünü yerinə yetirməyə, Sənə rəğbətli olmağa, tövbəyə, Muhəmməd və Muhəmmədin Əhlibeytinə əta etdiyin müvəffəqiyyətə nail edəsən!یَا مُولِجَ اللَّیْلِ فِى النَّهَارِ، وَ مُولِجَ النَّهَارِ فِى اللَّیْلِ، وَ مُخْرِجَ الْحَىِّ مِنَ الْمَیِّتِ، وَ مُخْرِجَ الْمَیِّتِ مِنَ الْحَىِّ! یَا رَازِقَ مَنْ یَشَآءُ بِغَیْرِ حِسَابٍ! یَا اَللهُ یَا رَحْمٰـنُ، یَا اَللهُ یَا رَحِیمُ! یَا اَللهُ یَا اَللهُ یَا اَللهُ! لَکَ الْاَسْمَآءُ الْحُسْنَىٰ، وَ الْاَمْثَالُ الْعُلْیَا، وَ الْکِبْرِیَآءُ وَ الْاٰلَآءُ. اَسْئَلُکَ اَنْ تُصَلِّىَ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ، وَ اَنْ تَجْعَلَ اسْمِى فِى هٰذِهِ اللَّیْلَةِ فِى السُّعَدَآءِ، وَ رُوحِى مَعَ الشُّهَدَآءِ، وَ اِحْسَانِى فِى عِلِّیِّینَ، وَ اِسَآئَتِى مَغْفُورَةً؛ وَ اَنْ تَهَبَ لِى یَقِینًا تُبَاشِرُ بِهِ قَلْبِى، وَ اِیمَانًا یُذْهِبُ الشَّکَّ عَنِّى، وَ تُرْضِیَنِى بِمَا قَسَمْتَ لِى؛ وَ اٰتِنَا فِى الدُّنْیَا حَسَنَةً، وَ فِى الْاٰخِرَةِ حَسَنَةً، وَ قِنَا عَذَابَ النَّارِ الْحَرِیقِ؛ وَ ارْزُقْنِى فِیهَا ذِکْرَکَ وَ شُکْرَکَ، وَ الرَّغْبَةَ اِلَیْکَ وَ الْإِنَابَةَ، وَ التَّوْفِیقَ لِمَا وَفَّقْتَ لَهُ مُحَمَّدًا وَ اٰلَ مُحَمَّدٍ عَلَیْهِ وَ عَلَیْهِمُ السَّلَامُ

Mənbələr:
[1] Şeyx Kuleyni – Usuli-kafi, c 4, səh 160,
Şeyx Tusi – Misbahul-mutəhəccid, səh 628

Читайте также: