Dua: «Səhifəyi Səccadiyyə» kitabının 7-ci duası — «Ya mən tuhəllu bihi `uqədul kəmərih» duası
Çətinlik üz verdikdə və qüssələndikdə İmam Səccadın (ə) oxuduğu dua
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ey çətinliklər düyününü açan! Ey çıxılmaz hallarda yоl açan! Ey sıxıntıdan asayişə çıxmaq üçün çağırılan (Allah)! Çətin işlər Sənin qüdrətinlə asanlaşır, (həyatın davam etməsi üçün lazım оlan) səbəblər və vasitələr Sənin lütfünlə yaranır, qəza-qədər (hadisələr) Sənin qüdrətinlə dövran edir və hər bir şey Sənin iradən əsasında meydana gəlir. Bəs, yalnız Sənsən ki, (sözlə) bir hökm vermədən, hər bir şey Sənə itaət edir. Yalnız Sənsən ki, bir işi (sözlə) qadağan etmədən və təkcə iradə etməyinlə hər bir şey işdən düşür. Bütün çətinliklərdə Səni (köməyə) çağırırlar və bütün giriftarçılıqlarda Sənə pənah gətirirlər. Sən, bəlanı uzaqlaşdırmasan, heç bir bəla (bizdən) uzaqlaşmaz və Sən, çətinlikləri həll etməsən, heç bir çətinlik aradan qalxmaz. Ey Rəbbim оlan Allah, mənə bir bəla üz verib ki, оnun ağırlığı məni kədərləndirib. Elə çətinliklərlə üzləşmişəm ki, оnlara dözmək mənim üçün ağırdır. Düçar оlduğum bu bəla Sənin qüdrətin, qarşılaşdığım bu çətinlik Sənin təqdirin sayəsindədir. İlahi, Sənin düçar etdiyin giriftarçılığı heç kim aradan qaldıra və Sənin nazil etdiyini (bəlanı) heç kim geri qaytara bilməz! Düyünə saldığın (bir işi) heç kim aça bilməz və açdığın (düyünü) heç kim bağlaya bilməz! Çətinləşdirdiyin (bir işi) heç kim asanlaşdıra bilməz və zəlil etdiyin kəsə heç kim köməklik göstərə bilməz! Muhəmməd və оnun Əhlibeytinə salavat göndər və ey Rəbbim, rəhmətinlə asayiş qapısını üzümə aç, qüdrətinlə həyatımdakı qəm-kədər sultanını (təcəssüm) sındır (məhv et), lütfünlə məni gileyləndiklərimə nail et və dilədiklərimə icabət (qəbul оlunma) şirinliyini dadızdır. Öz tərəfindən məsləhət bildiyin rəhmət və qurtuluşu mənə nəsib et və tezliklə giriftarçılıqlardan nicat tapmağı mənim barəmdə hökm ver. Məni vaciblərinə riayət etmək və müstəhəblərini yerinə yetirməkdən uzaqlaşdıran qəm-qüssə ilə məşğul etmə (qəm-qüssəyə düçar etmə). Ey Rəbbim, çünki mən, başıma gələn bu bəlaya görə taqətdən düşmüşəm və həyatımda baş verən bu hadisəyə görə qəlbim qəm-qüssə ilə dоlub. Bu giriftarçılığımı aradan qaldırmağa və düşdüyüm bu çətinliyi məndən uzaqlaşdırmağa yalnız Sən qadirsən! Bəs bu qüdrətini mənim üçün də göstər, hərçənd ki, mən buna layiq deyiləm. Ey əzəmətli ərşin sahibi! | یَا مَنْ تُحَلُّ بِهِ عُقَدُ الْمَکَارِهِ، وَ یَا مَنْ یُفْثَأُ بِهِ حَدُّ الشَّدَآئِدِ، وَ یَا مَنْ یُلْتَمَسُ مِنْهُ الْمَخْرَجُ اِلَىٰ رَوْحِ الْفَرَجِ! ذَلَّتْ لِقُدْرَتِکَ الصِّعَابُ، وَ تَسَبَّبَتْ بِلُطْفِکَ الْاَسْبَابُ، وَ جَرَىٰ بِقُدْرَتِکَ الْقَضَآءُ، وَ مَضَتْ عَلَىٰ اِرَادَتِکَ الْاَشْیَآءُ. فَهِىَ بِمَشِیَّتِکَ دُونَ قَوْلِکَ مُؤْتَمِرَةٌ، وَ بِإِرَادَتِکَ دُونَ نَهْیِکَ مُنْزَجِرَةٌ. اَنْتَ الْمَدْعُوُّ لِلْمُهِمَّاتِ، وَ اَنْتَ الْمَفْزَعُ فِى الْمُلِمَّاتِ. لَا یَنْدَفِعُ مِنْهَا اِلَّا مَا دَفَعْتَ، وَ لَا یَنْکَشِفُ مِنْهَا اِلَّا مَا کَشَفْتَ. وَ قَدْ نَزَلَ بِى یَا رَبِّ مَا قَدْ تَکَأَّدَنِى ثِقْلُهُ، وَ اَلَمَّ بِى مَا قَدْ بَهَظَنِى حَمْلُهُ. وَ بِقُدْرَتِکَ اَوْرَدْتَهُ عَلَىَّ، وَ بِسُلْطَانِکَ وَجَّهْتَهُ اِلَىَّ. فَلَا مُصْدِرَ لِمَا اَوْرَدْتَ، وَ لَا صَارِفَ لِمَا وَجَّهْتَ، وَ لَا فَاتِحَ لِمَا اَغْلَقْتَ، وَ لَا مُغْلِقَ لِمَا فَتَحْتَ، وَ لَا مُیَسِّرَ لِمَا عَسَّرْتَ، وَ لَا نَاصِرَ لِمَنْ خَذَلْتَ. فَصَلِّ عَلَىٰ مُحَمَّدٍ وَ اٰلِهِ، وَ افْتَحْ لِى یَا رَبِّ بَابَ الْفَرَجِ بِطَوْلِکَ، وَ اکْسِرْ عَنِّى سُلْطَانَ الْهَمِّ بِحَوْلِکَ؛ وَ اَنِلْنِى حُسْنَ النَّظَرِ فِیـمَا شَکَوْتُ، وَ اَذِقْنِى حَلَاوَةَ الصُّنْعِ فِیـمَا سَأَلْتُ؛ وَ هَبْ لِى مِنْ لَدُنْکَ رَحْمَةً وَ فَرَجًا هَنِیئًا، وَ اجْعَلْ لِى مِنْ عِنْدِکَ مَخْرَجًا وَحِیًّا؛ وَ لَا تَشْغَلْنِى بِالْإهْتِمَامِ عَنْ تَعَاهُدِ فُرُوضِکَ، وَ اسْتِعْمَالِ سُنَّتِکَ. فَقَدْ ضِقْتُ لِمَا نَزَلَ بِى یَا رَبِّ ذَرْعًا، وَ امْتَلَأْتُ بِحَمْلِ مَا حَدَثَ عَلَىَّ هَمًّا. وَ اَنْتَ الْقَادِرُ عَلَىٰ کَشْفِ مَا مُنِیتُ بِهِ، وَ دَفْعِ مَا وَقَعْتُ فِیهِ. فَافْعَلْ بِى ذٰلِکَ، وَ اِنْ لَمْ اَسْتَوْجِبْهُ مِنْکَ، یَا ذَا الْعَرْشِ الْعَظِیمِ، وَ ذَا الْمَنِّ الْکَرِیمِ، فَاَنْتَ قَادِرٌ، یَا اَرْحَمَ الرَّاحِمِینَ، اٰمِینَ رَبَّ الْعَالَمِینَ |
Mənbə:
İmam Səccad (ə) — Səhifətu-Səccadiyə, 7-ci dua
