Və zənnuni iz zəhəbə muğazibən fəzənnə ən lən nəqdirə ələyh, fənada fiz zulumati ən la ilahə illa ənt, subhanəkə inni kuntu minəz zalimin,
Zənnunu (balığ yoldaşı Yunus ibn Mətanı) – onun qəzəbli halda (qövmünün arasından çıxıb) getdiyi zamanı (da yada sal)! O, Bizim onu heç vaxt sıxıntıya salmayacağımızı güman etdi. Amma (iş o yerə çatdı ki, o, üç zülmət – gecənin, dənizin dibinin və balığın qarnının) qaranlıqlar(ı) içində səsləndi: “(Ey Allah!) Səndən başqa məbud yoxdur, Sən (bütün eyib və nöqsanlardan) pak və uzaqsan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam.