İslam aylarının əməlləri: Zilhiccə ayının sonuncu gecəsi
Zilhiccə ayının axırıncı günü:
Bu gün İslami qəməri təqvimin axırıncı günüdür. Buna görə də Mərhum Seyid ibn Tavus nəql edir ki, bu gündə 2 rəkət namaz qıl: hər rəkətdə bir dəfə «Həmd» surəsini, 10 dəfə «İxlas» surəsini və 10dəfə «Ayətəl-kürsi» ayələrini oxu. Namazı qılıb qurtardıqdan sonra de:
| Tranksripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Ey Allahım, bu ildə Sənin qadağan etidiyin və razı olmadığın əməllərdən yerinə yetirdiyim, mənim unutduğum və Sənin isə unutmadığın, Sənə qarşı cürət etdikdən sonra məni Özünə tərəf qayıdışa (tövbəyə) çağırdığın əməllərə görə, | اَللَّهُمَّ مَا عَمِلْتُ فِى هٰذِهِ السَّنَةِ مِنْ عَمَلٍ نَهَیْتَنِى عَنْهُ وَ لَمْ تَرْضَهُ، وَ نَسِیتُهُ وَ لَمْ تَنْسَهُ، وَ دَعَوْتَنِى اِلَى التَّوْبَةِ بَعْدَ اجْتِرَائِى عَلَیْکَ | |
| Ey Allahım, Səndən bağışlanma diləyirəm, elə isə, onları bağışla; məni Sənə yaxınlaşdıran əməllərdən yerinə yetirdiklərimi məndən qəbul et və ümidimi Özündən qırma, ey Kərim | اَللَّهُمَّ فَاِنِّى اَسْتَغْفِرُکَ مِنْهُ فَاغْفِرْ لِى؛ وَ مَا عَمِلْتُ مِنْ عَمَلٍ یُقَرِّبُنِى اِلَیْکَ فَاقْبَلْهُ مِنِّى، وَ لَا تَقْطَعْ رَجَآئِى مِنْکَ، یَا کَرِیمُ |
Bu namazı şəmsi təqvimin axırıncı günü «qəsdi-istihbab» (müstəhəb olma niyyəti ilə) qılmaq tövsiyə olunur.
Mənbə:
[1] Seyid ibn Tavus — İqbal, səh 530
