Ziyarətnamə: Mədain Came məscidi
Cənab Salmanın hərəminin yaxınlığında “Mədain Came məscidi” yerləşir və bu məscidin imam Həsən Əskəriyə (ə) mənsub olduğunu deyirlər. Lakin məlum deyildir ki, o həzrət, bu məscidin tikilməsini göstəriş vermişdir, yoxsa orada namaz qılmışdır. Bunu qeyd etməkdə məqsədim budur ki, siz, əziz zəvvarlar bu müqəddəs məsciddə də 2 rəkət təhiyyət namazını qılmaqdan məhrum qalmayasınız.
