TAM İmam Səccaddan (ə) çərşənbə axşamı gününün duası
İmam Səccadın (ə) buyurduğu bu dualar – həftənin günlərinin duaları – kiçik olsalar da, ali məzmuna malikdirlər. Heç şübhəsiz, ruhunu bu mənalar ilə yetişdirən fərd səadətə qovuşar. Hamıya, xüsusilə də cavanlara bu duaları oxumağı tövsiyə edirik. Bu dualar Əllamə Məclisinin “Biharul-ənvar” kıtabının 87-ci cildində qeyd olunubdur.
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Bismillahir rəhmanir rəhim. | Bağışlayan və mehriban Allahın adi ilə! | بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |
| Əlhəmdulillahi vəl həmdu həqquhu kəma yəstəhiqquhu həmdən kəsira, | Həmd Allaha məxsusdur və Ona layiq olduğu kimi Onun çoxluca haqqıdır. | الْحَمْدُ لِلَّهِ وَ الْحَمْدُ حَقُّهُ كَمَا يَسْتَحِقُّهُ حَمْدا كَثِيرا |
| və əuzu bihi min şərri nəfsi, innən nəfsə ləəmmarətun bis sui, illa ma rəhimə rəbbi | Sığınıram Allaha öz nəfsimin şərindən – həqiqətən nəfs pisliyə sövq edir, məhz Allahımın rəhm etdiyindən başqa! | وَ أَعُوذُ بِهِ مِنْ شَرِّ نَفْسِي اِنَّ النَّفْسَ لَأَمَّارَةٌ بِالسُّوءِ إِلا مَا رَحِمَ رَبِّي |
| və əuzu bihi min şərriş şəytanilləzi yəziduni zənbən ila zənbi, | Sığınıram Allaha günah üstə günah artıran şeytanın şərindən; | وَ أَعُوذُ بِهِ مِنْ شَرِّ الشَّيْطَانِ الَّذِي يَزِيدُنِي ذَنْبا إِلَى ذَنْبِي |
| və əhtərizu bihi min kulli cəbbarin facirin və sultanin cair, və əduvvin qahir, | Ona sığınıram hər günahkar asinin, sitəmkar hakimin və qəzəbli düşmənin şərindən! | وَ أَحْتَرِزُ بِهِ مِنْ كُلِّ جَبَّارٍ فَاجِرٍ وَ سُلْطَانٍ جَائِرٍ وَ عَدُوٍّ قَاهِرٍ |
| Əllahumməc`əlni min cundikə fəinnə cundəkə humul ğalibun, | Allahım, məni Öz dəstəndən qərar ver ki, məhz Sənin dəstən qalib olanlardır; | اللَّهُمَّ اجْعَلْنِي مِنْ جُنْدِكَ فَاِنَّ جُنْدَكَ هُمُ الْغَالِبُونَ |
| vəc`əlni min hizbikə fəinnə hizbəkə humul muflihun, | Allahım, məni Öz ordundan qərar ver ki, məhz Sənin ordun nicat tapanlardır; | وَ اجْعَلْنِي مِنْ حِزْبِكَ فَاِنَّ حِزْبَكَ هُمُ الْمُفْلِحُونَ |
| vəc`əlni min əvliyaikə fəinnə əvliyaəkə la xəvfun ələyhim və la hum yəhzənun, | məni övliyalarından qərar ver ki, yalnız övliyaların üçün qorxu yoxdur, onlar qəm-qüssə bilməzlər! | وَ اجْعَلْنِي مِنْ أَوْلِيَائِكَ فَاِنَّ أَوْلِيَاءَكَ لا خَوْفٌ عَلَيْهِمْ وَ لا هُمْ يَحْزَنُونَ |
| Əllahummə əslih li dini fəinnəhu ismətu əmri, | Allahım, dinimi islah et ki, din mənim işlərimi qoruyur; | اللَّهُمَّ أَصْلِحْ لِي دِينِي فَاِنَّهُ عِصْمَةُ أَمْرِي |
| və əslih li axirəti fəinnəha daru məqərri, və iləyha min mucavərətil liami məfərri, | axirətimi islah et ki, daimi mənzilim, lənətlənmişlərdən qaçacağım yer oradadır; | وَ أَصْلِحْ لِي آخِرَتِي فَاِنَّهَا دَارُ مَقَرِّي |
| vəc`əlil həyatə ziyadətən li fi kulli xəyr, | mənim üçün həyatı hər xeyirdə artım səbəbi buyur; | وَ إِلَيْهَا مِنْ مُجَاوَرَةِ اللِّئَامِ مَفَرِّي وَ اجْعَلِ الْحَيَاةَ زِيَادَةً لِي فِي كُلِّ خَيْرٍ |
| vəl vəfatə rahətən li min kulli şərr, | ölümü hər bir şərdən asudəlik qərar ver! | وَ الْوَفَاةَ رَاحَةً لِي مِنْ كُلِّ شَرٍّ |
| Əllahummə salli əla Muhəmmədin xatəmin nəbiyyin, və təmami iddətil mursəlin, | Allahım, salam yetir peyğəmbərlərin sonuncusu, elçilər sırasını tamamlayan Muhəmmədə (s), | اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ خَاتَمِ النَّبِيِّينَ وَ تَمَامِ عِدَّةِ الْمُرْسَلِينَ |
| və əla alihit təyyibinət tahirin, və əshabihil muntəcəbin, | onun pak-pakizə Əhlibeytinə və seçilmiş səhabələrinə! | وَ عَلَى آلِهِ الطَّيِّبِينَ الطَّاهِرِينَ وَ أَصْحَابِهِ الْمُنْتَجَبِينَ |
| və həbli fis suləsai səlasən la tədə` li zənbən illa ğəfərtəh, | Çərşənbə axşamı mənə üç nemət əta et: bütün günahlarımı bağışla, | وَ هَبْ لِي فِي الثُّلَثَاءِ ثَلاثا لا تَدَعْ لِي ذَنْبا إِلا غَفَرْتَهُ |
| və la ğəmmən illa əzhəbtəh, və la əduvvən illa dəfə`təh, | bütün pərişanlıqları məndən uzaqlaşdır, bütün düşmənlərimi dəf et; | وَ لا غَمّا إِلا أَذْهَبْتَهُ وَ لا عَدُوّا إِلا دَفَعْتَهُ |
| bi bismillahi xəyril əsma, bismillahi rəbbil ərzi vəs səma, | adların ən üstünü olan Allah adıyla, yer və göyün Rəbbinin adıyla, | بِبِسْمِ اللَّهِ خَيْرِ الْأَسْمَاءِ بِسْمِ اللَّهِ رَبِّ الْأَرْضِ وَ السَّمَاءِ |
| əstədfiu kullə məkruhin əvvəluhu səxətuh, | başlanğıcı Onun qəzəbi ilə olan hər pislikdən uzaq dayanıram | أَسْتَدْفِعُ كُلَّ مَكْرُوهٍ أَوَّلُهُ سَخَطُهُ |
| və əstəclibu kullə məhbubin əvvəluhu rizah, | və başlanğıcı Allahın razılığı olan hər xeyir işi özümə doğru çəkirəm. | وَ أَسْتَجْلِبُ كُلَّ مَحْبُوبٍ أَوَّلُهُ رِضَاهُ |
| fəxtim li minkə bil ğufran, ya vəliyyəl ehsan | Allahım, işimi öz tərəfindən bağışlanma ilə başa çatdır; ey ehsan sahibi! | فَاخْتِمْ لِي مِنْكَ بِالْغُفْرَانِ يَا وَلِيَّ الْإِحْسَانِ |
Mənbə:
Əllamə Məclisi — Biharul-ənvar, c 87, səh 187, hədis 27
