TAM İmam Səccaddan (ə) çərşənbə gününün duası

Print Friendly, PDF & Email

İmam Səccadın (ə) buyurduğu bu dualar – həftənin günlərinin duaları – kiçik olsalar da, ali məzmuna malikdirlər. Heç şübhəsiz, ruhunu bu mənalar ilə yetişdirən fərd səadətə qovuşar. Hamıya, xüsusilə də cavanlara bu duaları oxumağı tövsiyə edirik. Bu dualar Əllamə Məclisinin “Biharul-ənvar” kıtabının 87-ci cildində qeyd olunubdur.

TranskripsiyaTərcüməƏrəbcə
Bismillahir rəhmanir rəhim.Bağışlayan və mehriban Allahın adı ilə.بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
Əlhəmdu lillahilləzi cəələl ləylə libasən vən nəvmə subata, Həmd olsun (insanlar üçün) gecəni libas, yuxunu asayiş, الْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَ اللَّيْلَ لِبَاسا وَ النَّوْمَ سُبَاتا
və cəələn nəharə nuşura, gündüzü təlaş və hərəkət səbəbi qərar verən Allaha! وَ جَعَلَ النَّهَارَ نُشُورا
ləkəl həmdu ən bəəstəni min mərqədi, və ləv şi`tə cəəltəhu sərməda, Sitayiş Sənə məxsusdur ki, məni yataqdan qaldırdın və istəsəydin yuxumu həmişəlik edərdin; لَكَ الْحَمْدُ أَنْ بَعَثْتَنِي مِنْ مَرْقَدِي وَ لَوْ شِئْتَ جَعَلْتَهُ سَرْمَدا
həmdən daimən la yənqətiu əbəda, və la yuhsi ləhul xəlaiqu ədada, elə bir sitayiş ki, daimidir, qırılmazdır və insanlar onu hesablaya bilməz. حَمْدا دَائِما لا يَنْقَطِعُ أَبَدا وَ لا يُحْصِي لَهُ الْخَلائِقُ عَدَدا
Əllahummə ləkəl həmdu ən xələqtə fəsəvvəytə və qəddərtə və qəzəytə və əməttə və əhyəyt, Sitayiş Sənə məxsusdur ki, yaratdın, ödədin, ölçüyə saldın, ötürdün, öldürdün, diriltdin, اللَّهُمَّ لَكَ الْحَمْدُ أَنْ خَلَقْتَ فَسَوَّيْتَ وَ قَدَّرْتَ وَ قَضَيْتَ وَ أَمَتَّ وَ أَحْيَيْتَ
və əmrəztə və şəfəytə və afəytə və əbləyt, və ələl ərşistəvəyt, və ələl mulkihtəvəyət, xəstələndirdin, şəfa verdin, sağlam etdin, çətinliyə saldın, ərşi hökmün altına aldın, varlığı əhatə etdin. وَ أَمْرَضْتَ وَ شَفَيْتَ وَ عَافَيْتَ وَ أَبْلَيْتَ وَ عَلَى الْعَرْشِ اسْتَوَيْتَ وَ عَلَى الْمُلْكِ احْتَوَيْتَ
əd`ukə duaə mən zəufət vəsilətuh, vənqətəət hiylətuh, Səni bir şəxsin çağırışı ilə çağırıram ki, vasitəsi gücdən düşmüş, çarəsi kəsilmiş, أَدْعُوكَ دُعَاءَ مَنْ ضَعُفَتْ وَسِيلَتُهُ وَ انْقَطَعَتْ حِيلَتُهُ
vəqtərəbə əcəluh, və tədani fid dunya əməluh, vəştəddət ila rəhmətikə faqətuh, ölümü yaxınlaşmış, dünya arzusu azalmış, rəhmətinə çox möhtac olmuş, وَ اقْتَرَبَ أَجَلُهُ وَ تَدَانَى فِي الدُّنْيَا أَمَلُهُ وَ اشْتَدَّتْ إِلَى رَحْمَتِكَ فَاقَتُهُ
və əzumət litəfritihi həsrətuh, və kəsurət zəllətuhu və əsrətuh, və xəlusət li vəchikə təvbətuh, süstlükdə əfsusu və öz təqsiri böyümüş, büdrəməsi artmış, dərgahına tövbəsi xalis olmuşdur. وَ عَظُمَتْ لِتَفْرِيطِهِ حَسْرَتُهُ وَ كَثُرَتْ زَلَّتُهُ وَ عَثْرَتُهُ وَ خَلُصَتْ لِوَجْهِكَ تَوْبَتُهُ
fəsalli əla Muhəmmədin xatəmin nəbiyyin, və əla əhli bəytihit tahirin, Salam yetir peyğəmbərlərin sonuncusu Muhəmməd və onun pak Əhlibeytinə! فَصَلِّ عَلَى مُحَمَّدٍ خَاتَمِ النَّبِيِّينَ وَ عَلَى أَهْلِ بَيْتِهِ الطَّيِّبِينَ الطَّاهِرِينَ
vərzuqni şəfaətə Muhəmmədin salləllahu ələyhi və alih, Muhəmməd səlləllahu ələyhi və alihi və səlləmin şəfaətini mənə ruzi et, وَ ارْزُقْنِي شَفَاعَةَ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ
və la təhrimni suhbətəhu innəkə əntə ərhəmur rahimin, məni onunla yoldaşlıqdan mərhum etmə ki, Sən rəhm edənlərin ən rəhmlisisən! وَ آلِهِ وَ لا تَحْرِمْنِي صُحْبَتَهُ اِنَّكَ أَنْتَ أَرْحَمُ الرَّاحِمِينَ
Əllahumməqzi li fil ərbəai ərbəənic`əl quvvəti fi taətik, və nəşati fi ibadətikə Allahım, çərşənbə günü mənim dörd arzumu yerinə yetir: gücümü Sənə itaətdə, sevincimi Sənə ibadətdə, اللَّهُمَّ اقْضِ لِي فِي الْأَرْبَعَاءِ أَرْبَعا اجْعَلْ قُوَّتِي فِي طَاعَتِكَ وَ نَشَاطِي فِي عِبَادَتِكَ
və rəğbəti fi səvabik,və zuhdi fima yucibu li əlimə iqabik, rəğbətimi gözəl mükafatında, pəhrizimi mənə ağrılı əzab olacaq şeylərdə qərar ver ki, وَ رَغْبَتِي فِي ثَوَابِكَ وَ زُهْدِي فِيمَا يُوجِبُ لِي أَلِيمَ عِقَابِكَ
innəkə lətifun lima təşa.həqiqətən, Sən istədiyinlə müdara edirsən!اِنَّكَ لَطِيفٌ لِمَا تَشَاءُ

Mənbə:
Əllamə Məclisi — Biharul-ənvar, c 87, səh 200, hədis 33

Читайте также: