Duxan surəsi
Duxan surəsinin fəziləti
“Duxan” surəsinin oxunuşunun savabı:
“Səvabul-əmal” və “Məcməul-bəyan” kitablarında İmam Baqir (ə)-ın belə buyurduğu nəql olunmuşdur: “Hər kəs “Duxan” surəsini öz vacib və müstəhəb namazlarında oxusa, Allah taala Qiyamət günü onu amanda olanlardan qərar verərək, ona öz ərşinin kölgəsində yer verəcək, həmçinin ondan asan hesab çəkərək əməl dəftərini sağ əlinə verəcəkdir.”
Bu surənin 3-cü ayəsində qeyd olunan “mübarək gecə”dən məqsəd Qədr gecəsidir.
Bu gecənin mübarək və fəzilətli olmasının səbəbi Qurani-kərimin həmin gecədə nazil olması, mələklərin, xüsusilə Cəbrailin yer üzünə nazil olub, insanların bir ilinin müqəddəratını həll etmələridir. “Kafi” və Əli ibn İbrahimin təfsir kitabında Əhli-beytdən (ə) gəlib çatan rəvayətlərdə də buna işarə edilmişdir. Belə ki, dini və dünyəvi mənfəətlərin vasitəsi olan Qurani-kərim həmin gecə nazil olmuşdur. Həmçinin bu gecənin bərəkətindən biri də Allah taalanın insanlara bir il ərzində verəcəyi ruzi və nemətini həmin gecədə bölməsidir.
29-cu ayə: “Onlardan ötrü nə göy, nə də yer ağladı.” Yəni Fironun və onun tərəfdarları çirkin əməl sahibləri olduğundan, onların ölümünə görə heç kəs qəmgin olmadı. El arasında bunun əksi olaraq deyirlər ki, filankəsin ölümünə görə yer-göy, daş-divar ağladı, belə bir ifadəni həmin şəxsin saleh əməl sahibi olduğu üçün işlədirlər.
37-ci ayə: Bu ayədə qeyd olunan “Tübbə” ifadəsi Yəmənin padşahı Əsəd ibn Məlika Hümeyrin ləqəbidir ki, şərqə və qərbə hökmranlıq etmiş, həzrət Peyğəmbərdən (s) yeddi yüz, yaxud min il öncə yaşamışdır. O, Mədinə şəhərindən keçəndə, oranın elmli şəxslərindən eşitmişdi ki, ora sonuncu peyğəmbərin (hicrətdən sonra) məskəni olacaqdır. Rəvayətə görə, o, bir məktub yazır və Mədinə əhalisindən olan Mötəmidi adlı bir şəxsə tapşırıb, həzrət peyğəmbərə çatdıracağını göstəriş verir. Mötəmidin də iyirmi birinci nəslindən olan Əbu Əyyub Ənsari həmin məktubu peyğəmbərə (s) çatdırır. Bəzi təfsir kitablarında işarə edildiyi kimi, ola bilsin ki, Səba əhli onun qövmü olsun. Allah daha yaxşı bilir!
| Ayə | Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|---|
| № | Bismillahir rəhmanir rəhim | Bağışlayan və mehriban Allahın adı ilə | بسم الله الرحمن الرحيم |
| 1 | Ha mim | Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimlik və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.) | حم |
| 2 | Vəl kitabil mubin | And olsun bu aydın və aydınlaşdırıcı kitaba ki, | وَالْكِتَابِ الْمُبِينِ |
| 3 | İnna ənzəlnahu fi ləylətin mubarəkətin inna kunna munzirin | Biz onu (bir yerdə) çox bərəkətli bir gecədə (Qədr gecəsində) nazil etdik. Çünki Biz (Öz ənənəvi qanunlarımıza əsasən) həmişə (aləmdəkiləri) qorxudan olmuşuq. | اِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةٍ مُّبَارَكَةٍ اِنَّا كُنَّا مُنذِرِينَ |
| 4 | Fiha yufrəqu kullu əmrin həkim | Həmin gecə bütün möhkəm işlər (ilin hadisələri, o cümlədən gələn Qədr gecəsinə kimi Quranın nazil olması) bir-birindən ayrılır (və icraçı məmurlara çatdırılır). | فِيهَا يُفْرَقُ كُلُّ أَمْرٍ حَكِيمٍ |
| 5 | Əmrən min indina inna kunna mursilin | Bizim tərəfimizdən qaynaqlanan bir iş! Çünki Biz həmişə (mələkləri yaradılış işlərini idarə etmək və peyğəmbərləri şəriət işlərini çatdırmaq üçün) göndərən olmuşuq. | أَمْرًا مِّنْ عِندِنَا اِنَّا كُنَّا مُرْسِلِينَ |
| 6 | Rəhmətən min rəbbikə innəhu huvəs səmiul əlim | Rəbbinin mərhəmətin(in tələblərin)ə xatir. Çünki (ehtiyacı olanların söz və əməl istəklərini) eşidən və (onların ehtiyaclarını) bilən Odur. | رَحْمَةً مِّن رَّبِّكَ اِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ |
| 7 | Rəbbis səmavati vəl ərzi və ma bəynə-huma in kuntum muqinin | (O,) göylərin, yerin və o ikisinin arasında olanların Rəbbidir, əgər inanansınızsa! | رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا إِن كُنتُم مُّوقِنِينَ |
| 8 | La ilahə illa huvə yuhyi və yumitu rəbbukum və rəbbu abaikumul əvvəlin | Ondan başqa bir məbud yoxdur. (Yalnız O,) dirildir və öldürür. O, həm sizin Rəbbiniz, həm də ata-babalarınızın Rəbbidir. | لَا إِلَهَ إِلَّا هُوَ يُحْيِي وَيُمِيتُ رَبُّكُمْ وَرَبُّ آبَائِكُمُ الْأَوَّلِينَ |
| 9 | Bəl hum fi şəkkin yəl`əbun | Lakin onlar (iman gətirmək əvəzinə tovhid və məad barəsində) şəkk-şübhə içərisində və (öz dünyaları ilə) oyuna məşğuldurlar. | بَلْ هُمْ فِي شَكٍّ يَلْعَبُونَ |
| 10 | Fərtəqib yəvmə tə`tis səmau biduxanin mubin | Buna görə də (qiyamətin müqəddiməsi olaraq) göyün aşkar tüstü gətirəcəyi günü gözlə. | فَارْتَقِبْ يَوْمَ تَأْتِي السَّمَاء بِدُخَانٍ مُّبِينٍ |
| 11 | Yəğşən nasə haza əzabun əlim | O bütün insanları bürüyəcək. (Və deyiləcək:) «Bu ağrılı bir əzabdır.» | يَغْشَى النَّاسَ هَذَا عَذَابٌ أَلِيمٌ |
| 12 | Rəbbənəkşif ənnal əzabə inna mu`minun | (Hamı belə deyəcək:) «Ey Rəbbimiz! Bu əzabı bizdən dəf et ki, biz iman əhliyik.» | رَبَّنَا اكْشِفْ عَنَّا الْعَذَابَ اِنَّا مُؤْمِنُونَ |
| 13 | Ənna ləhumuz zikra vəqəd caəhum rəsulun mubin | Onlar üçün haradan və necə öyüd-nəsihət ola bilər, halbuki onlara (peyğəmbərliyi) aydın və (həqiqətlərə) aydınlıq gətirən elçi gəlmişdi?! | أَنَّى لَهُمُ الذِّكْرَى وَقَدْ جَاءهُمْ رَسُولٌ مُّبِينٌ |
| 14 | Summə təvəlləv ənhu və qalu muəllimun məcnun | Sonra onlar üz döndərərək dedilər: «O, (dediyi sözlərdə başqaları tərəfindən) öyrədilmiş və (onları Allaha nisbət verən) dəlidir.» | ثُمَّ تَوَلَّوْا عَنْهُ وَقَالُوا مُعَلَّمٌ مَّجْنُونٌ |
| 15 | İnna kaşiful əzabi qəlilən innəkum aidun | Biz indi həmin əzabı (dünyadakılardan) bir az dəf edirik (və xatırladırıq) ki, siz mütləq (bir müddətdən sonra axirət əzabına) qayıdacaqsınız. | اِنَّا كَاشِفُو الْعَذَابِ قَلِيلًا اِنَّكُمْ عَائِدُونَ |
| 16 | Yəvmə nəbtişul bətşətəl kubra inna muntəqimun | (Həmin əzab kafirləri) ən böyük və ən ağır bir tərzdə əhatə edəcəyimiz gün (olacaqdır). Çünki Biz intiqam alanıq. | يَوْمَ نَبْطِشُ الْبَطْشَةَ الْكُبْرَى اِنَّا مُنتَقِمُونَ |
| 17 | Və ləqəd fətənna qəbləhum qəvmə fir`əvnə və caəhum rəsulun kərim | Həqiqətən Biz onlardan qabaq Fironun qövmünü sınadıq və onlara möhtərəm bir peyğəmbər gəldi. | وَلَقَدْ فَتَنَّا قَبْلَهُمْ قَوْمَ فِرْعَوْنَ وَجَاءهُمْ رَسُولٌ كَرِيمٌ |
| 18 | Ən əddu iləyyə ibadəllahi inni ləkum rəsulun əmin | (Və onlara dedi) ki: «Allahın bəndələrini (zülmə məruz qalmış İsrail övladlarını) mənə qaytarın. Həqiqətən mən sizin üçün etibarlı bir peyğəmbərəm. | أَنْ أَدُّوا إِلَيَّ عِبَادَ اللَّهِ إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ |
| 19 | Və ən la tə`lu əlallahi inni atikum bisultanin mubin | Və (digər bir tapşırıq) budur ki, Allaha qarşı təkəbbür göstərməyin. Çünki mən sizə aşkar bir dəlil-sübut gətirmişəm. | وَأَنْ لَّا تَعْلُوا عَلَى اللَّهِ إِنِّي آتِيكُم بِسُلْطَانٍ مُّبِينٍ |
| 20 | Və inni uztu birəbbi və rəbbikum ən tərcumun | Və əlbəttə, mən sizin məni qovmağınızdan, yaxud nalayiq sözlər deməyinizdən, yaxud daşlamağınızdan və ya öldürməyinizdən özümün və sizin Rəbbinizə pənah apardım. | وَإِنِّي عُذْتُ بِرَبِّي وَرَبِّكُمْ أَن تَرْجُمُونِ |
| 21 | Və in ləm tu`minu li fə`təzilun | Əgər mənə iman gətirmirsinizsə, onda məndən uzaqlaşın və məni tək qoyun.» | وَإِنْ لَّمْ تُؤْمِنُوا لِي فَاعْتَزِلُونِ |
| 22 | Fədəa rəbbəhu ənnə haulai qəvmun mucrimun | (Lakin onun dəvətinin onlara xeyiri olmadı.) Buna görə də öz Rəbbini çağırdı ki: «Bunlar (o qədər) günahkar bir tayfadırlar (ki, hamılıqla ölümə layiqdirlər).» | فَدَعَا رَبَّهُ أَنَّ هَؤُلَاء قَوْمٌ مُّجْرِمُونَ |
| 23 | Fəəsri biibadi ləylən innəkum muttəbəun | (Dedik:) «Belə isə Mənim bəndələrimi gecə yola çıxart. Çünki siz təqib edilirsiniz. | فَأَسْرِ بِعِبَادِي لَيْلًا اِنَّكُم مُّتَّبَعُونَ |
| 24 | Vətrukəl bəhrə rəhvən innəhum cundun muğrəqun | Və (elə ki, dənizi sənin üçün yardıq və ondan keçdin) qoy dənizdəki geniş yol qalsın (və fironçular da həmin yola daxil olsunlar). Çünki şübhəsiz onlar qərq olunmağa məhkum bir ordudurlar.» | وَاتْرُكْ الْبَحْرَ رَهْوًا اِنَّهُمْ جُندٌ مُّغْرَقُونَ |
| 25 | Kəm tərəku min cənnatin və uyun | Onlar (özlərindən sonra) nə qədər bağlar və bulaqlar qoyub getdilər. | كَمْ تَرَكُوا مِن جَنَّاتٍ وَعُيُونٍ |
| 26 | Və zuruin və məqamin kərim | Və necə əkinlər və gözəl, nemət dolu mənzil və yerlər! | وَزُرُوعٍ وَمَقَامٍ كَرِيمٍ |
| 27 | Və nə`mətin kanu fiha fakihin | Və necə də sevinib şad olduqları eyş-işrətlər. | وَنَعْمَةٍ كَانُوا فِيهَا فَاكِهِينَ |
| 28 | Kəzalikə və əvrəsnaha qəvmən axirin | (Bəli,) belə idi. Biz başqa bir tayfanı onların hamısının varisi etdik. | كَذَلِكَ وَأَوْرَثْنَاهَا قَوْمًا آخَرِينَ |
| 29 | Fəma bəkət ələyhimus səmau vəl ərzu və ma kanu munzərin | Beləliklə onlara nə göy və yer ağladı və nə də (əzab nazil olan zaman) möhlət tapdılar. | فَمَا بَكَتْ عَلَيْهِمُ السَّمَاء وَالْأَرْضُ وَمَا كَانُوا مُنظَرِينَ |
| 30 | Və ləqəd nəccəyna Bəni İsrailə minəl əzabil muhin | Həqiqətən Biz İsrail övladlarına o alçaldıcı əzabdan (oğlanlarının başının kəsilməsi, qızlarının isə nökər kimi saxlanılmasından) nicat verdik. | وَلَقَدْ نَجَّيْنَا بَنِي إِسْرَائِيلَ مِنَ الْعَذَابِ الْمُهِينِ |
| 31 | Min fir`əvnə innəhu kanə aliyən minəl musrifin | Firondan (onun əlindən)! Həqiqətən o, həddini aşanların itaətsiz təkəbbürlülərindən idi. | مِن فِرْعَوْنَ اِنَّهُ كَانَ عَالِيًا مِّنَ الْمُسْرِفِينَ |
| 32 | Və ləqədixtərnahum əla ilmin ələl aləmin | Həqiqətən Biz onları (ləyaqətlərini) bilərək aləmdəkilərdən (zəmanələrinin insanlarından) üstün etdik. | وَلَقَدِ اخْتَرْنَاهُمْ عَلَى عِلْمٍ عَلَى الْعَالَمِينَ |
| 33 | Və atəynahum minəl ayati ma fihi bəlaun mubin | Və onlara ayə və möcüzələrin (əsa, ağ əl, dənizin yarılması, düşmənlərin məhvi, Tövratın nazil olunması, bildirçin və qüdrət halvası, kölgə salan bulud kimi) aşkar imtahan (yaxud aşkar nemət) olanını verdik. | وَآتَيْنَاهُم مِّنَ الْآيَاتِ مَا فِيهِ بَلَاء مُّبِينٌ |
| 34 | İnnə haulai ləyəqulun | Əlbəttə bunlar (Qüreyş kafirləri) deyirlər: | اِنَّ هَؤُلَاء لَيَقُولُونَ |
| 35 | İn hiyə illa məbtətunəl ula və ma nəhnu bimunşərin | «Həyatın (və insan varlığının) sonu yalnız ilk ölümdür (dünyadakı ölümdür) və biz heç vaxt dirildilməyəcəyik. | إِنْ هِيَ إِلَّا مَوْتَتُنَا الْأُولَى وَمَا نَحْنُ بِمُنشَرِينَ |
| 36 | Fə`tu biabaina in kuntum sadiqin | Buna görə də əgər (qiyamət iddiasında) doğruçusunuzsa, bizim atalarımızı (dirildib) gətirin.» | فَأْتُوا بِآبَائِنَا إِن كُنتُمْ صَادِقِينَ |
| 37 | Əhum xəyrun əm qəvmu tubbəin vəlləzinə min qəblihim əhləknahum innəhum kanu mucrimin | (Say və güc baxımından) onlar daha yaxşı (və artıq)dırlar, yoxsa (Yəmənin qüdrətli şahlarından olmuş) Tubbə tayfası və (Ad və Səmud kimi) onlardan qabaq olmuş kəslər? Onların hamısını məhv etdik. Çünki onların hamısı günahkar idilər. | أَهُمْ خَيْرٌ أَمْ قَوْمُ تُبَّعٍ وَالَّذِينَ مِن قَبْلِهِمْ أَهْلَكْنَاهُمْ اِنَّهُمْ كَانُوا مُجْرِمِينَ |
| 38 | Və ma xələqnəs səmavati vəl ərzə və ma bəynəhuma laibin | Biz göyləri, yeri və o ikisinin arsında olanları oyun-oyuncaq (olaraq və boş yerə) yaratmamışıq. | وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ |
| 39 | Ma xələqlahuma illa bil həqqi və lakinnə əksərəhum la yə`ləmun | Biz o ikisini yalnız haqq olaraq (uca və ağılın qəbul etdiyi bir məqsəd üçün) yaratmışıq, lakin onların çoxu bilmir. | مَا خَلَقْنَاهُمَا إِلَّا بِالْحَقِّ وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ |
| 40 | İnnə yəvməl fəsli miqatuhum əcməin | Şübhəsiz, «ayırma» günü (Allahın haqq hökm çıxaracağı və haqqın batildən, möminin kafirdən, ədalətlinin fasiqdən ayrılacağı gün) onların hamısının vəd edilmiş vaxtıdır. | اِنَّ يَوْمَ الْفَصْلِ مِيقَاتُهُمْ أَجْمَعِينَ |
| 41 | Yəvmə la yuğni məvlən ən məvlən şəy`ən və la hum yunsərun | Heç bir dost və yoldaşın öz dost və yoldaşından heç bir zərəri dəf etməyəcəyi və onlara kömək olunmayacaq bir gün! | يَوْمَ لَا يُغْنِي مَوْلًى عَن مَّوْلًى شَيْئًا وَلَا هُمْ يُنصَرُونَ |
| 42 | lla mən rəhiməllahu innəhu huvəl əzizur rəhim | Allahın rəhm etdiyi kəs istisna olmaqla. Çünki qüdrətli və mehriban Odur. | إِلَّا مَن رَّحِمَ اللَّهُ اِنَّهُ هُوَ الْعَزِيزُ الرَّحِيمُ |
| 43 | İnnə şəcərətəz zəqqum | Şübhəsiz, (Cəhənnəmin dibində bitən və budaqları onun bütün təbəqələrinə çatan) Zəqqum ağacı | اِنَّ شَجَرَةَ الزَّقُّومِ |
| 44 | Təamul əsim | peşəsi günah olan kəsin yeməyidir. | طَعَامُ الْأَثِيمِ |
| 45 | Kəlmuhli yəğli fil butun | O qarınlarda qaynayan əridilmiş mis kimidir. | كَالْمُهْلِ يَغْلِي فِي الْبُطُونِ |
| 46 | Kəğəlyil həmim | Qaynar suyun qaynaması kimi! | كَغَلْيِ الْحَمِيمِ |
| 47 | Xuzuhu fə`tiluhu ila səvail cəhim | Onu tutun və zorla cəhənnəmin ortasına çəkin. | خُذُوهُ فَاعْتِلُوهُ إِلَى سَوَاء الْجَحِيمِ |
| 48 | Summə subbu fəvqə rə`sihi min əzabil cəhim | Sonra başının ortasından bütünlüklə əzab və işkəncə olan qaynar su tökün. | ثُمَّ صُبُّوا فَوْقَ رَأْسِهِ مِنْ عَذَابِ الْحَمِيمِ |
| 49 | Zuq innəkə əntəl əzizul kərim | (Və deyin:) «Dad ki, doğrudan da sən həmin qüdrətli və möhtərəmsən!» | ذُقْ اِنَّكَ أَنتَ الْعَزِيزُ الْكَرِيمُ |
| 50 | İnnə haza ma kuntum bihi təmtərun | Bu, sizin, barəsində şübhə etdiyinizdir (həmin əzabdır). | اِنَّ هَذَا مَا كُنتُم بِهِ تَمْتَرُونَ |
| 51 | İnnəl muttəqinə fi məqamin əmin | Həqiqətən təqvalılar (xəstəlik, qəm-qüssə, qocalıq və ölümdən) amanda olan bir yerdə olacaqlar. | اِنَّ الْمُتَّقِينَ فِي مَقَامٍ أَمِينٍ |
| 52 | Fi cənnatin və uyun | Bağların və çeşmələrin arasında. | فِي جَنَّاتٍ وَعُيُونٍ |
| 53 | Yəlbusunə min sundusin və istəbrəqin mutəqabilin | Nazik və qalın ipək paltarlar geyinəcək, (ünsiyyətdə olub söhbət etmək üçün) bir-birləri ilə üz-üzə oturacaqlar. | يَلْبَسُونَ مِن سُندُسٍ وَإِسْتَبْرَقٍ مُّتَقَابِلِينَ |
| 54 | Kəzalikə və zəvvəcnahum bihurin in | (Onların halı) belədir. Və onları hurul-eyn (ağ bədənli və iri gözlü cənnət qadınları) ilə evləndirərik. | كَذَلِكَ وَزَوَّجْنَاهُم بِحُورٍ عِينٍ |
| 55 | Yəd`unə fiha bikulli fakihətin aminin | Orada (zərər-ziyanından və zavala uğramasından) xatircəm halda bütün növ meyvələrdən istəyərlər. | يَدْعُونَ فِيهَا بِكُلِّ فَاكِهَةٍ آمِنِينَ |
| 56 | La yəzubunə fihəl məvtə illəl məvtətəl ula və və vəqahum əzabəl cəhim | Onlar (dünyadan Bərzəx aləminə keçmək vasitəsi olan) birinci ölümdən (və Bərzəx aləmindən qiyamətə keçmək vasitəsi olan ikinci ölümən) başqa orada ölümü dadmayacaqlar. (Allah) onları (həmişəlik olaraq) Cəhənnəm əzabından qoruyur. | لَا يَذُوقُونَ فِيهَا الْمَوْتَ إِلَّا الْمَوْتَةَ الْأُولَى وَوَقَاهُمْ عَذَابَ الْجَحِيمِ |
| 57 | Fəzlən min rəbbikə zalikə huvəl fəvzul əzim | (Bu,) sənin Rəbbin tərəfindən olan bir lütfdür. Bu həmin böyük qurtuluş və uğurdur. | فَضْلًا مِّن رَّبِّكَ ذَلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ |
| 58 | Fəinnəma yəssərnahu bilisanikə ləlləhum yətəzəkkərun | Həqiqətən Biz bunu (Quranı) sənin dilində asanlaşdırdıq (onu ərəbcə, sənin dilini ona yatan və zehnini onun təlimləri ilə tanış etdik ki,) bəlkə onlar (sənin qövmün) ibrət götürdülər. | فَاِنَّمَا يَسَّرْنَاهُ بِلِسَانِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ |
| 59 | Fərtəqib innəhum murtəqibun | Buna görə də (onlar ibrət götürmədikləri üçün onlara əzab gəlməsini) gözlə ki, əlbəttə onlar da (əzab) gözləyirlər. | فَارْتَقِبْ اِنَّهُم مُّرْتَقِبُونَ |
