TAM Rəcəb ayında yerinə yetirilən Ummi Davud əməli
Ummi Davud əməli:
Rəcəb ayın on beşinci gününün ən mühüm əməllərindən biri “Ummi-Davud” əməlidir. Əllamə Məclisi qeyd edir ki, bu əməli Şeyx Səduq, Şeyx Tusi və Seyid ibn Tavus mötəbər sənədlərlə nəql etmişlər.[1] Bu əməl istəklərin həyata keçməsi, qəm-qüssənin aradan qalxması, çətinliklərin həlli və zalımın zülmünün dəf edilməsində olduqca təsirlidir. (Əllamə Məclisi “Zadul-məad”da qeyd edir ki, bu dua dəfələrlə sınanmışdır.)
Bu duanın Ummi Davud adlanmasının səbəbi belədir:
Davud ibn Həsənin (İmam Həsən Müctəbanın (ə) oğul nəvəsi) anası Fatimə İmam Sadiqin (ə) dayəsi olmuşdur. O, İmam Sadiqə (ə) Davuda verdiyi süddən vermişdir (yəni onlara eyni vaxtda süd vermişdir). Məhəmməd ibn Abdullah ibn Həsən Mədinə şəhərində qiyam etdikdə Mənsur Dəvaniqi onların üstünə qoşun göndərir. Qoşun qiyamı yatırıb Məhəmmədi və onun qardaşı İbrahimi qətlə yetirir, Abdullah ibn Həsən də daxil olmaqla bir dəstə seyidi həbs edib İraqın zindanına aparır. Həmin dəstənin arasında Davud da var imiş. Davudun anası deyir:
Övladımın həbs edilməsindən bir müddət keçdikdən və ondan heç bir xəbər gəlmədikdən sonra mən çox pərişan oldum. Daim ağlayıb dua edirdim, övladımın xilas olması üçün salehlərdən və din qardaşlarından da dua etmələrini istəyirdim. Amma heç bir dəqiq xəbər ala bilmirdim: bəzən Davudun öldüyünü xəbər verirdilər, bəzən də onun sağ olduğunu deyirdilər. Mənim qəm-qüssəm günü-gündən artırdı və artıq onu görəcəyimə ümidimi itirmişdim. Günlərin biri eşitdim ki, İmam Sadiq (ə) xəstələnibdir. Onu görmək üçün yanına getdim. Ayağa qalxıb qayıtmaq istədikdə İmam Sadiq (ə) məndən soruşdu: “Davuddan nə xəbər var?” Mən Davudun adını eşitdikdə ağladım və dedim: “Sənə fəda olum, Davud İraqda zindandadır. Mən artıq onu görəcəyimə ümidimi itirmişəm. Sizdən istəyirəm ki, onun üçün dua edəsiniz, o sizin süd qardaşınızdır.” İmam Sadiq (ə) buyurdu: “Nə üçün “İstiftah” duasından, “İcabət” və “Nəcah” duasından[2] qafilsən. Bu elə bir duadır ki, Allahın icabət qapılarını açır, mələklər onun pişvazına çıxır və dua edənə duasının qəbul olunduğunu müjdə verirlər. Hər kim bu duanı oxusa, onun mükafatı Cənnətdir.”
Mən soruşdum: “Bu dua necədir və necə oxunur?”
İmam Sadiq (ə) buyurdu: “Rəcəb ayı yaxınlaşır. Bu ay çox dəyərli aydır və dualar bu ayda qəbul olunur. Rəcəbin 13, 14 və 15-i oruc tut.” İmam (ə) sözünün davamında bu duanın əməllərini bəyan etdi və axırda buyurdu: “Bu dua çox dəyərli duadır və Allahın əzəmətli adlarını əhatə edir. Hər kim onu oxusa, istəyi həyata keçər.”
Davudun anası deyir: “O həzrət duanı mənə yazdı. Mən onu evə apardım və yerinə yetirdim. Rəcəbin 16-cı gecəsi iftar və ibadət etdikdən sonra yatdım. Yuxuda Həzrət Rəsulallahı (s) gördüm. O həzrət mənə Cənnəti və günahlarımın bağışlanmasını müjdə verdikdən sonra övladımın azad olub geri dönəcəyini də müjdə verdi. Bir neçə gün keçmədi ki, oğlum azad olub izzət və ehtiramla mənim yanıma qayıtdı. Necə azad olduğunu və azadlığına səbəb olan hadisələri mənim üçün danışdı.”[3]
Ummi-Davud əməlinin qaydası:
Şeyx Tusinin “Misbahul-mutəhəccid” kitabına istinadən (səh.808) bu əməlin qaydası belədir:
Rəcəb ayının 13, 14 və 15-ci günlərini oruc tut. On beşinci gün zöhrə yaxın qüsl et. Zöhr olduqda zöhr və əsr namazlarını qıl, rüku və səcdələri layiqincə yerinə yetir. Yaxşı olar ki, Ummi-Davud əməlini xəlvət bir məkanda – heç kimin sənə mane olmayacağı və səninlə danışmayacağı bir məkanda — yerinə yetirəsən. Namazları qılıb qurtardıqdan sonra üzü qibləyə əyləşdiyin halda aşağıdakı surələri oxu:
a) 100 dəfə «Həmd» surəsin,
b) 100dəfə «Tövhid» surəsin,
c) 10 dəfə «Ayətəl-kürsi» ayələrin
d) «Ənam», «İsra», «Kəhf», «Loğman», «Yasin», «Saffat», «Fussilət», «Şura», «Duxan», «Fəth», «Vaqiə», «Mulk», «Qələm (Nun)» surələri və «İnşiqaq» surəsindən başlayaraq Quranın sonuncu surəsinədək.
Surələri oxuduqdan sonra üzü qibləyə əyləşdiyin vəziyyətdə bu duanı oxu:
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Sədəqəllahul əzimulləzi la ilahə illa huvəl həyyul qəyyum, zul cəlali vəl ikram, ər rəh-manur rəhimul həlimul kəri-mulləzi ləysə kəmislihi şəy`, və huvəs səmiul bəsirul xəbir, şəhidəllahu ənnəhu la ilahə illa hu, vəl məlaikətu və ulul ilmi qaimən bil qist, la ilahə illa huvəl əzizul həkim, və bəlləğət rusuluhul kiram, və ənə əla zalikə minəş şahidin, Əllahum-mə ləkəl həmdu və ləkəl məcdu və ləkəl izzu və ləkəl fəxr, və ləkəl qəhru və ləkən ni`mətu və ləkəl əzəməh, və ləkər rəhmətu və ləkəl məhabətu və ləkəs sultan, və ləkəl bəhau və ləkəl imtinan, və ləkət təsbihu və ləkət təqdisu və ləkət təhlilu və ləkət təkbir, və ləkə ma yura və ləkə ma la yura və ləkə ma fəvqəs səmavatil ula, və ləkə ma təhtəs səra və ləkəl ərəzunəs sufla, və ləkəl axirətu vəl u`la, və ləkə ma tərza bihi minəs sənai vəl həmdi vəş şukri vən nə`ma, Əllahummə səlli əla Cəbrəilə əminikə əla vəhyikə vəl qəviyyi əla əmrik, vəl mutai fi səmavatik, və məhalli kəramatikəl mutəhəmmili likə-limatikən nasiri liənbiyaikəl mudəmmiri liə`daik, Əlla-hummə səlli əla Mikailə mələki rəhmətik, vəl məxluqi lirə`fətikə vəl mustəğfiril mui-ni liəhli taətik, Əllahummə səlli əla İsrafilə hamili ərşikə və sahibis suril muntəzir, liəmrikəl vəcilil muşfiqi min xifətik, Əllahummə səlli əla hə-mələtil ərşit tahirin, və ələs səfərətil kiramil bərərətit təy-yibin, və əla məlaikətikəl kira-mil katibin, və əla məlaikətil cinani və xəzənətin nirani və mələkil məvti vəl ə`van, ya zəl cəlali vəl ikram, Əllahummə səlli əla əbina Adəmə bədiə fitrətikəlləzi kərrəmtəhu bisu-cudi məlaikətikə və cənnətək, Əllahummə səlli əla ummina Həvvaəl mutəhhərəti minər ricsil musəffati minəd dənəsil mufəzzələh, minəl insil mutə-rəddidəti bəynə məhallil qudsi, Əllahummə səlli əla Habilə və Şəysin və İdrisə və Nuhin və Hudin və Salih, və İbrahimə və İsmailə və İshaqə və Yə`qubə və Yusufə vəl Əsbat, və Lutin və Şuəybin və Əyyubə və Musa və Harunə və Yuşəə və Mişa vəl Xizr, və Zil qərnəyni və Yunusə və İlyasə vəl Yəsəə və Zil kifli və Talutə və Davud, və Suləymanə və Zəkəriyya və Şə`ya və Yəhya, və Turəxə və Mətta və İrmiya və Həyquq, və Daniyalə və Uzəyrin və İsa və Şəm`un, və Circisə vəl həva-riyyinə vəl ətba, və Xalidin və Hənzələtə və Luqman, Əlla-hummə səlli əla Muhəmmədin və ali Muhəmməd, vərhəm Muhəmmədən və ali Muhəm-məd, və barik əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləy-tə və rəhimtə və barəktə əla İbrahimə və ali İbrahim, innəkə həmidun məcid, Əlla-hummə səlli ələl əvsiyai vəs suədai vəş şuhəda, və əimmətil huda, Əllahummə səlli ələl əbdali vəl əvtadi vəs suyyahi vəl ubbadi vəl muxlisinə vəz zuhad, və əhlil ciddi vəl ictihad, vəxsus Muhəmmədən və əhlə bəytihi biəfzəli sələvatik, və əczəli kəramatik, və bəlliğ ruhəhu və cəsədəhu minni tə-hiyyətən və səlama, və zidhu fəzlən və şərəfən və kərəma, hətta tubəlliğəhu ə`la dərəcati əhliş şərəfi minən nəbiyyinə vəl mursəlin, vəl əfazilil muqər-rəbin, Əllahummə səlli əla mən səmməytu və mən ləm usəmmi min məlaikətikə və ənbiyaik, və rusulikə və əhli taətik, və əvsil sələvati iləyhim və ila ərvahihim, vəc`əlhum ixvani fikə və ə`vani əla duaik, Əlla-hummə inni əstəşfiu bikə iləykə və bikərəmikə ila kərəmikə və bicudikə ila cudik, və birəhmətikə ila rəhmətik, və biəhli taətikə iləyk, və əs`əlu-kəllahummə bikulli ma səələkə bihi əhədun minhum, min məs`ələtin şərifətin ğəyri mər-dudəh, və bima dəəvkə bihi min də`vətin mucabətin ğəyri muxəyyəbəh, ya Əllahu ya Rəhmanu ya Rəhimu ya Hə-limu ya Kərim, ya Əzimu ya Cəlilu ya Munilu ya Cəmilu ya Kəfil, ya Vəkilu ya Muqilu ya Muciru ya Xəbiru ya Munir, ya Mubiru ya Məniu ya Mudilu ya Muhilu ya Kəbir, ya Qədiru ya Bəsiru ya Şəkuru ya Bərru ya Tuhr, ya Tahiru ya Qahiru ya Zahiru ya Batinu ya Satir, ya Muhitu ya Muqtəridu ya Həfizu ya Mutəcəbbiru ya Qərib, ya Vədudu ya Həmidu ya Məcidu ya Mubdiyyu ya Muid, ya Şəhidu ya Muhsinu ya Mucmilu ya Mun`imu ya Mufzil, ya Qabizu ya Basitu ya Hadi ya Mursilu ya Murşid, ya Musəddidu ya Mu`ti ya Maniu ya Dafiu ya Rafi, ya Baqi ya Vaqi ya Xəllaqu ya Vəhhabu ya Təvvab, ya Fəttahu ya Nəffahu ya Murtah, ya mən biyədihi kullu miftah, ya Nəffau ya Rəufu ya Ətufu ya Kafi ya Şafi, ya Muafi ya Mukafi ya Vəfiyyu ya Muhəymin, ya Əzizu ya Cəbbaru ya Mutəkəbbiru ya Səlamu ya Mu`min, ya Əhədu ya Səmədu ya Nuru ya Mudəb-biru ya Fərd, ya Vitru ya Quddusu ya Nasiru ya Munisu ya Bais, ya Varisu ya Alimu ya Hakimu ya Badi ya Mutəal, ya Musəvviru ya Musəllimu ya Mutəhəbbibu ya Qaimu ya Daim, ya Əlimu ya Həkimu ya Cəvadu ya Bariu ya Barr, ya Sarrun ya Ədlun ya Fasilu ya Dəyyanu ya Hənnan, ya Mən-nanu ya Səmiu ya Bədiu ya Xəfiru ya Muğəyyir, ya Naşiru ya Ğafiru ya Qədimu ya Musəhhilu ya Muyəssir, ya Mumitu ya Muhyi ya Nafiu ya Raziqu ya Muqtədir, ya Mu-səbbibu ya Muğisu ya Muğni ya Muqni ya Xaliq, ya Rasidu ya Vahidu ya Haziru ya Cabiru ya Hafiz, ya Şədidu ya Ğiyasu ya Aidu ya Qabiz, ya mən əla fəstə`la fəkanə bil mənzəril ə`la, ya mən qərubə fədəna və bəudə fənəa, və əliməs sirrə və əxfa, ya mər iləyhit tədbiru və ləhul məqadir, və ya mənil əsiru ələyhi səhlun yəsir, ya mən huvə əla ma yəşau qədir, ya mursilər riyahi ya faliqəl isbah, ya baisul ərvahi ya zəl cudi vəs səmah, ya raddə ma qəd fat, ya naşirəl əmvatu ya camiəş şətat, ya raziqə mən yəşau biğəyri hisab, və ya failə ma yəşau kəyfə yəşa, və ya zəl cəlali vəl ikram, ya həyyu ya qəyyum, ya həyyən hinə la həyy, ya həyyu ya muhyiəl məvta, ya həyyu la ilahə illa əntə bədius səmavati vəl ərz, ya ilahi və səyyidi səlli əla Mu-həmmədin və ali Muhəmməd, vərhəm Muhəmmədən və alə Muhəmməd, və barik əla Mu-həmmədin və ali Muhəmməd, kəma səlləytə və barəktə və rahimtə (tərəhhəmtə) əla İb-rahimə və ali İbrahim, innəkə həmidun məcid, vərhəm zulli və faqəti və fəqri vənfiradi və vəhdəti, və xuzui bəynə yədəy-kə və`timadi ələyk, və təzərrui ilək, əd`ukə duaəl xaziiz zəlilil xaşiil xaifil muşfiqil bais, əl məhinil həqiril caiil fəqiril aizil mustəciril muqirri bizənbih, əl mustəğfiri minhul mustəkini lirəbbih, duaə mən əsləmtəhu siqətuh (nəfsuh), və rəfəzəthu əhibbətuh, və əzumət fəciətuh, duaə həriqin həzinin zəifin məhinin baisin mustəkinin bikə mustəcir, Əllahummə və əs`-əlukə biənnəkə məlik, və ən-nəkə ma təşau min əmrin yəkun, və ənnəkə əla ma təşau qədir, və əs`əlukə bihurməti hazəş şəhril həram, vəl bəytil həram, vəl bələdil həram, vər rukni vəl məqam, vəl məşairil izam, və bihəqqi nəbiyyikə Muhəmmədin ələyhi və alihis səlam, ya mən vəhəbə li Adəmə Şəysən və li İbrahimə İsmailə və İshaq, və ya mən rəddə Yusufə əla Yə`qub, və ya mən kəşəfə bə`dəl bəlai zurrə Əyyub, ya raddə Musa əla um-mihi və zaidəl Xizri fi ilmih, və ya mən vəhəbə li Davudə Su-ləyman, və li Zəkəriyya Yəhya, və li Məryəmə İsa, ya hafizə bintə Şuəyb, və ya kafilə vələdi ummi Musa (ən validətih), əs`ə-lukə ən tusəlliyə əla Mu-həmmədin və ali Muhəmməd, və ən təğfirə li zunubi kulləha, və tucirəni min əzabikə və tucibə li rizvanək, və əmanəkə və ihsanəkə və ğufranəkə və cinanək, və əs`əlukə ən təfukkə ənni kullə həlqətin bəyni və bəynə mən yu`zini, və təftəhə li kullə babin və tuləyyinə li kullə sə`b, və tusəhhilə li kullə əsirən və tuxrisə ənni kullə natiqin bişərr, və təkuffə ənni kullə bağin və təkbitə (ənni) kullə əduvvin li və hasid, və təmnəə minni kullə zalim, və təkfiyəni kullə aiqin yəhulu bəyni və bəynə hacəti, və yuhavilu ən yufərriqə bəyni və bəynə taə-tik, və yusəbbitəni ən ibadətik, ya mən əlcəməl cinnəl mutə-mərridin, və qəhərə utatəş şəyatini və əzəllə riqabəl mutə-cəbbirin, və rəddə kəydəl mutəsəllitinə ənil mustəz`əfin, əs`əlukə biqudrətikə əla ma təşa, və təshilikə lima təşau kəyfə təşa, ən təc`ələ qəzaə hacəti fima təşa. | Böyük Allah doğru buyurmuşdur; o Allah ki, Ondan başqa heç bir tanrı yoxdur. O, diri, qəyyum, calal və kəramət sahibidir; bağışlayan, mehriban, həlim və kərimdir, Onun misli və tayı-bərabəri yoxdur. O, eşidən, bilən, görən və hər şeydən xəbərdardır. Allah şəhadət verir ki, Ondan başqa heç bir tanrı yoxdur. Mələklər və elm sahibləri də buna şəhadət verirlər. O ədaləti bərqərar edəndir. Ondan başqa heç bir tanrı yoxdur. O, izzət və hikmət sahibidir. Onun əziz elçiləri bunları çatdırdı və mən də onlara şəhadət verənlərdənəm. İlahi, həmd və böyüklük, izzət və fəxr, qəhr və nemət, əzəmət və rəhmət, heybət və hakimiyyət, ucalıq və bəxşiş, paklıq və müqəddəslik, yeganəlik və böyüklük, görünənlər və görünməyənlər, uca səmaların üstündə və yerin altında olanlar, aşağı yerlər, dünya və axirət, Sənin bəyəndiyin həmd, səna, şükür və nemətlər yalnız Sənə məxsusdur. İlahi, vəhyinin əmanətdarı, əmrinə itaətdə qüdrətli, səmalarında və kəramətinin nazil olduğu yerlərdə itaət olunan, kəlmələrini əxz edib qoruyan, peyğəmbərlərinə kömək edən, düşmənlərini həlak edən Cəbrailə salam yetir! İlahi, rəhmət mələyin, məhəbbətini (məxluqata) çatdırmaq üçün xəlq olunan və itaət əhli üçün məğfirət diləyin onlara kömək edən Mikayıla salam yetir! İlahi, ərşini daşıyan, sur sahibi, əmrinin intizarında olan və Sənin xofundan qorxan İsrafilə salam yetir! İlahi, Sənin ərşini daşıyan pak-pakizə mələklərə, böyük və xeyirxah səfirlərə, (insanların əməllərini) yazan əziz mələklərinə, cənnət mələklərinə, cəhənnəmin keşikçilərinə, ölüm mələyinə və onun köməkçilərinə salam yetir, ey calal və ikram sahibi! İlahi, babamız Adəmə – misilsiz xilqətinə, mələklərin səcdə etməsi ilə ucaltdığın və cənnətini mübah etdiyin şəxsə salam yetir! İlahi, zahiri və batini çirkinliklərdən pak-pakizə, insanların fəzilətlisi, müqəddəs məkanlara gedib-gələn nənəmiz Həvvaya salam yetir! İlahi, Habil, Şeys, İdris, Nuh, Hud, Saleh, İbrahim, İsmail, İshaq, Yəqub, Yusif, Yəqubun övladları, Lut, Şüeyb, Əyyub, Musa, Harun, Yuşə, Mişa, Xızır, Zülqərneyn, Yunus, İlyas, Yəsə, Zilkifl, Talut, Davud, Süleyman, Zəkəriyya, Şəya, Yəhya, Turəx, Mətta, İrmiya, Həyquq, Danyal, Üzeyir, İsa, Şəmun, Circis, həvarilər və onların ardıcılları, Xalid, Hənzələ və Loğmana salam yetir! İlahi, İbrahim və onun övladlarına salam və rəhmət göndərdiyin, bərəkət verdiyin kimi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə də salam yetir, Məhəmməd və Məhəmmədin Əhli-beytinə rəhm et, Məhəmməd və Məhəmmədin Əhli-beytinə bərəkət ver! Həqiqətən, Sən, tərifəlayiq və böyüksən. İlahi, vəsilər, səadətlilər, şəhidlər və hidayət imamlarına salam yetir! İlahi, salehlər zümrəsinə, (cəmiyyəti islah edən) böyük şəxsiyyətlərə, Allah yolunun yolçularına (və yaxud oruc tutanlara) abidlərə, ixlaslı bəndələrə, zahidlərə və ictihad (rəy) sahiblərinə salam yetir! Ən fəzilətli salamlarını, ən dəyərli kəramətlərini Məhəmməd və Məhəmmədin Əhli-beytinə məxsus et və bizim tərəfimizdən də onun (pak) ruhu və cəsədinə salam və salavat göndər. Onun fəzilət, şərəf və kəramətini o qədər artır ki, (onu) şərəf əhlinin, peyğəmbərlərin, “mürsəl” peyğəmbərlərin, ən fəzilətli və Allah dərgahına ən yaxın bəndələrin ən yüksək dərəcəsinə çatdırasan. İlahi, Öz mələklərin, peyğəmbərlərin, “mürsəl” peyğəmbərlərin və itaət əhlindən adlarını çəkdiyim və çəkmədiyim şəxslərin hamısına salam yetir, mənim salamımı onlara və onların ruhlarına çatdır və onları Sənin yolunda mənə qardaş, Sənə dua etməkdə köməkçilərim təyin et! İlahi, mən Səni, Sənin Öz dərgahına, kərəmini Öz kərəminə, ehsanını Öz ehsanına, rəhmətini Öz rəhmətinə və Sənə itaət edənləri Sənə şəfaətçi (vasitəçi) edirəm. İlahi, onlardan hər birinin Səndən istədiyi şərəfli və rədd olunmayan, qəbul olunan və ümidləri üzməyən duasını (mən də) Səndən istəyirəm. Ey Allah, ey bağışlayan, ey mehriban, ey həlim, ey kərim, ey böyük, ey ulu, ey bəxşiş edən, ey gözəl, ey qəyyum, ey vəkil, ey güzəşt edən, ey pənah verən, ey hər bir şeydən xəbərdar olan, ey işıqlandıran, ey həlak edən, ey məqamı uca olan, ey idarə edən, ey əvəz edən, ey böyük, ey qadir, ey görən, ey şükür edənlərə savab verən, ey xeyirxah, ey pak, ey pakizə, eyqəhr edən, ey zahir, ey batin, ey günahları örtən, ey hər bir şeyə əhatəsi olan, ey iqtidar sahibi, ey qoruyan, ey, ey (məxluqata) yaxın, ey mehriban, ey tərifəlayiq, ey şövkət sahibi, ey vücuda gətirən, ey qaytaran, ey şahid, ey ehsan edən, ey gözəllik verən, ey nemət verən, ey artıran, ey alan, ey genişləndirən, ey hidayət edən, ey göndərən, ey yolgöstərən, ey qüvvətləndirən, ey əta edən, ey qarşısını alan, ey dəf edən, ey ucaldan, ey baqi, ey saxlayan, ey yaradan, ey əvəzsiz bəxşiş edən, ey tövbələri qəbul edən, ey fəth edən, ey bağışlayan, ey fayda verən, ey hər bir işin açarı əlində olan, ey mənfəət verən, ey mehriban, ey şəfqətli, ey kifayət edən, ey şəfa edən, ey sağlamlıq verən, ey mükafat verən, ey vəfadar, ey qoruyan, ey izzət sahibi, ey qüdrət sahibi, ey təkəbbür sahibi, ey salam (sağlamlıq verən), ey əmin-amanlıq verən, ey bir olan, ey ehtiyacsız, ey nur, ey idarə edən, ey tək, ey yeganə, ey müqəddəs, ey yardım edən, ey munis, ey ölüləri qaldıran, ey bəndələrin varisi, ey alim, ey hakim, ey bələdçi, ey yüksək, ey (məxluqata) surət verən, ey sağlamlıq verən, ey dost, ey qaim, ey əbədi, ey hər şeyi bilən, ey hikmət sahibi, ey bəxşiş sahibi, ey yaradan, ey xeyirxah, ey şadlıq verən, ey adil, ey ayıran, ey cəza verən, ey nemət verən, ey əta edən, ey eşidən, ey yaradan, ey sığınacaq verən, ey kömək edən, (ey dəyişdirən,) ey nəşr edən, ey bağışlayan, ey qədim, ey asan tutan, ey asanlaşdıran, ey öldürən, ey dirildən, ey fayda verən, ey ruzi verən, ey iqtidar sahibi, ey səbəb salam, ey fəryada yetən, ey ehtiyacsız edən, ey var-dövlət verən, ey xaliq, ey gözətçi, ey bir olan, ey hazır, ey əvəz verən, ey qoruyan, ey möhkəm, ey fəryada yetən, ey sərvət verən , ey alan, ey məqamı yüksək olan və uca nəzər sahibi, ey yaxın və daha yaxın olan, ey uzaq və daha uzaq olan, ey gizli və aşkar işlərdən xəbərdar olan, ey işləri idarə edən, ey ölçülərin Ona məxsus olduğu və ey çətinliklərin Ona asan olduğu kəs, ey hər bir şeyə qadir olan, ey küləkləri göndərən, ey sübhləri açan, ey ruhları qaldıran, ey ehsan və bəxşiş sahibi, ey əldən çıxanları geri qaytaran, ey ölüləri dirildən, ey dağınıqları toplayan, ey istədiyinə saysız-hesabsız ruzi verən, ey istədiyini istədiyi kimi yerinə yetirən, ey calal və kəramət sahibi, ey diri, ey qəyyum, ey heç kimin diri olmadığı vaxt diri olan, ey ölüləri dirildən, ey Səndən başqa heç bir tanrı olmayan diri! Sən yerləri və göyləri yaradansan, ey mənim məbudum və mövlam, İbrahim və onun övladlarına salam, bərəkət və rəhmət göndərdiyin kimi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə də salam yetir, Məhəmməd və Məhəmmədin Əhli-beytinə də rəhm et, Məhəmməd və Məhəmmədin Əhli-beytinə də bərəkət ver! Həqiqətən, Sən tərifəlayiq və böyüksən. (İlahi,) mənim zəlil, əliboş, fəqir, yalqız, tək-tənhalığıma, Sənin dərgahındakı təvazökarlığıma, Sənə etimad və ah-nalə etməyimə rəhm et. Səni (təvazökar, zəlil, təslim, qorxan, pərişan, dəyərsiz, kiçik, ac, fəqir, sığınacaq axtaran, günahlarını etiraf edən, Səndən məğfirət istəyən, Rəbbinin dərgahında ah-nalə edən bir bəndə və etimad etdiyi dostlarının vasitəsilə bəla və müsibətə düçar olan, dostlarından ayrılıb tək qalan və müsibətləri böyük olan bir şəxs kimi Səndən istəyir və qəm-qüssə içində yanan, zəif, zəlil, dəyərsiz, pərişan, kimsəsiz və Sənə sığınan bir kəsin duası kimi dua edirəm! İlahi, Səndən istəyirəm və həqiqətən, Sən maliksən, Sənin istədiyin hər bir iş (dərhal) vücuda gəlir, Sən istədiyin iyin hər bir işə qadirsən. Səndən istəyirəm və Sənə and verirəm bu hörmətli (Rəcəb) ayını, hörmətli evini (Kəbəni), hörmətli şəhərini (Məkkəni), “Rükn” və “Məqam”ını və böyük şüar və məkanlarının haqqını! Sənə and verirəm Öz peyğəmbərin Məhəmmədin haqqını – ona və onun Əhli-beytinə salam olsun! Ey Adəmə Şeysi, İbrahimə İsmailə İshaqı əta edən, ey Yusifi Yəquba qaytaran, ey Yəqubun bəladan sonra qəm-qüssəsini aradan qaldıran, ey Musanı öz anasının qucağına qaytaran, ey Xızırın elmini artıran, ey Davuda Süleymanı, Zəkəriyyaya Yəhyanı, Məryəmə İsanı əta edən, ey Şüeybin qızını (Musanın zövcəsi) qoruyan, ey Musanın anasının oğlunu Öz himayəsinə alan! Səndən istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, mənim bütün günahlarımı bağışla, mənə əzabından aman ver, Öz razılığımı, amanını, ehsanını, məğfirətini və cənnətlərini mənə əta et! Səndən istəyirəm ki, mənimlə mənə əziyyət verən şəxsin arasındakı ədavət halqasını və mənim üçün hər bir qapını aç, hər bir çətinliyi mənə asan et, mənim əleyhimə şər danışan hər bir kəsi lal et, hər bir zalımı məndən dəf et, mənim hər bir düşmənimi və mənə həsəd edəni zəlil et, hər bir zalımı (onun zülmünü) məndən uzaqlaşdır, mənimlə hacətim arasında mane olan, Sənə itaət arasında fasilə salmağa çalışan və məni Sənə ibadətdən saxlayan hər bir maneə qarşısında mənə kifayət et! Ey üsyankar cinləri cilovlayan, həddini aşıb təkəbbür edən şeytanlara qəhr edən, zalımların boynunu əyib xar edən və (zülmkar) hakimlərin zəiflərə qarşı məkrli tədbirlərini (ifşa edib) dəf edən! (İlahi,) istədiyinə şamil olan qüdrətinə və istədiyini istədiyin kimi asanlaşdırdığına xatir, Səndən istəyirəm ki, mənim hacətimin rəva olunmasını istədiklərində qərar verəsən! | صَدَقَ اللَّهُ الْعَظِيمُ الَّذِي لا إِلَهَ إِلا هُوَ الْحَيُّ الْقَيُّومُ ذُو الْجَلالِ وَ الْإِكْرَامِ الرَّحْمَنُ الرَّحِيمُ الْحَلِيمُ الْكَرِيمُ الَّذِي لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَ هُوَ السَّمِيعُ الْعَلِيمُ الْبَصِيرُ الْخَبِيرُ شَهِدَ اللَّهُ أَنَّهُ لا إِلَهَ إِلا هُوَ وَ الْمَلائِكَةُ وَ أُولُوا الْعِلْمِ قَائِما بِالْقِسْطِ لا إِلَهَ إِلا هُوَ الْعَزِيزُ الْحَكِيمُ وَ بَلَّغَتْ رُسُلُهُ الْكِرَامُ وَ أَنَا عَلَى ذَلِكَ مِنَ الشَّاهِدِينَ اللَّهُمَّ لَكَ الْحَمْدُ وَ لَكَ الْمَجْدُ وَ لَكَ الْعِزُّ وَ لَكَ الْفَخْرُ وَ لَكَ الْقَهْرُ وَ لَكَ النِّعْمَةُ وَ لَكَ الْعَظَمَةُ وَ لَكَ الرَّحْمَةُ وَ لَكَ الْمَهَابَةُ وَ لَكَ السُّلْطَانُ وَ لَكَ الْبَهَاءُ وَ لَكَ الامْتِنَانُ وَ لَكَ التَّسْبِيحُ وَ لَكَ التَّقْدِيسُ وَ لَكَ التَّهْلِيلُ وَ لَكَ التَّكْبِيرُ وَ لَكَ مَا يُرَى وَ لَكَ مَا لا يُرَى وَ لَكَ مَا فَوْقَ السَّمَاوَاتِ الْعُلَى وَ لَكَ مَا تَحْتَ الثَّرَى وَ لَكَ الْأَرَضُونَ السُّفْلَى وَ لَكَ الْآخِرَةُ وَ الْأُولَى وَ لَكَ مَا تَرْضَى بِهِ مِنَ الثَّنَاءِ وَ الْحَمْدِ وَ الشُّكْرِ وَ النَّعْمَاءِ اللَّهُمَّ صَلِّ عَلَى جَبْرَئِيلَ أَمِينِكَ عَلَى وَحْيِكَ وَ الْقَوِيِّ عَلَى أَمْرِكَ وَ الْمُطَاعِ فِي سَمَاوَاتِكَ وَ مَحَالِّ كَرَامَاتِكَ الْمُتَحَمِّلِ لِكَلِمَاتِكَ النَّاصِرِ لِأَنْبِيَائِكَ الْمُدَمِّرِ لِأَعْدَائِكَ اللَّهُمَّ صَلِّ عَلَى مِيكَائِيلَ مَلَكِ رَحْمَتِكَ وَ الْمَخْلُوقِ لِرَأْفَتِكَ وَ الْمُسْتَغْفِرِ الْمُعِينِ لِأَهْلِ طَاعَتِكَ اللَّهُمَّ صَلِّ عَلَى إِسْرَافِيلَ حَامِلِ عَرْشِكَ وَ صَاحِبِ الصُّورِ الْمُنْتَظِرِ لِأَمْرِكَ الْوَجِلِ الْمُشْفِقِ مِنْ خِيفَتِكَ اللَّهُمَّ صَلِّ عَلَى حَمَلَةِ الْعَرْشِ الطَّاهِرِينَ وَ عَلَى السَّفَرَةِ الْكِرَامِ الْبَرَرَةِ الطَّيِّبِينَ وَ عَلَى مَلائِكَتِكَ الْكِرَامِ الْكَاتِبِينَ وَ عَلَى مَلائِكَةِ الْجِنَانِ وَ خَزَنَةِ النِّيرَانِ وَ مَلَكِ الْمَوْتِ وَ الْأَعْوَانِ يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ اللَّهُمَّ صَلِّ عَلَى أَبِينَا آدَمَ بَدِيعِ فِطْرَتِكَ الَّذِي كَرَّمْتَهُ بِسُجُودِ مَلائِكَتِكَ وَ أَبَحْتَهُ جَنَّتَكَ اللَّهُمَّ صَلِّ عَلَى أُمِّنَا حَوَّاءَ الْمُطَهَّرَةِ مِنَ الرِّجْسِ الْمُصَفَّاةِ مِنَ الدَّنَسِ الْمُفَضَّلَةِ مِنَ الْإِنْسِ الْمُتَرَدِّدَةِ بَيْنَ مَحَالِّ الْقُدْسِ اللَّهُمَّ صَلِّ عَلَى هَابِيلَ وَ شَيْثٍ وَ إِدْرِيسَ وَ نُوحٍ وَ هُودٍ وَ صَالِحٍ وَ إِبْرَاهِيمَ وَ إِسْمَاعِيلَ وَ إِسْحَاقَ وَ يَعْقُوبَ وَ يُوسُفَ وَ الْأَسْبَاطِ وَ لُوطٍ وَ شُعَيْبٍ وَ أَيُّوبَ وَ مُوسَى وَ هَارُونَ وَ يُوشَعَ وَ مِيشَا وَ الْخِضْرِ وَ ذِي الْقَرْنَيْنِ وَ يُونُسَ وَ إِلْيَاسَ وَ الْيَسَعِ وَ ذِي الْكِفْلِ وَ طَالُوتَ وَ دَاوُدَ وَ سُلَيْمَانَ وَ زَكَرِيَّا وَ شَعْيَا وَ يَحْيَى وَ تُورَخَ وَ مَتَّى وَ إِرْمِيَا وَ حَيْقُوقَ وَ دَانِيَالَ وَ عُزَيْرٍ وَ عِيسَى وَ شَمْعُونَ وَ جِرْجِيسَ وَ الْحَوَارِيِّينَ وَ الْأَتْبَاعِ وَ خَالِدٍ وَ حَنْظَلَةَ وَ لُقْمَانَ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ ارْحَمْ مُحَمَّدا وَ آلَ مُحَمَّدٍ وَ بَارِكْ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ كَمَا صَلَّيْتَ وَ رَحِمْتَ [وَ تَرَحَّمْتَ] وَ بَارَكْتَ عَلَى إِبْرَاهِيمَ وَ آلِ إِبْرَاهِيمَ اِنَّكَ حَمِيدٌ مَجِيدٌ اللَّهُمَّ صَلِّ عَلَى الْأَوْصِيَاءِ وَ السُّعَدَاءِ وَ الشُّهَدَاءِ وَ أَئِمَّةِ الْهُدَى اللَّهُمَّ صَلِّ عَلَى الْأَبْدَالِ وَ الْأَوْتَادِ وَ السُّيَّاحِ وَ الْعُبَّادِ وَ الْمُخْلِصِينَ وَ الزُّهَّادِ وَ أَهْلِ الْجِدِّ وَ الاجْتِهَادِ وَ اخْصُصْ مُحَمَّدا وَ أَهْلَ بَيْتِهِ بِأَفْضَلِ صَلَوَاتِكَ وَ أَجْزَلِ كَرَامَاتِكَ وَ بَلِّغْ رُوحَهُ وَ جَسَدَهُ مِنِّي تَحِيَّةً وَ سَلاما وَ زِدْهُ فَضْلا وَ شَرَفا وَ كَرَما حَتَّى تُبَلِّغَهُ أَعْلَى دَرَجَاتِ أَهْلِ الشَّرَفِ مِنَ النَّبِيِّينَ وَ الْمُرْسَلِينَ وَ الْأَفَاضِلِ الْمُقَرَّبِينَ اللَّهُمَّ وَ صَلِّ عَلَى مَنْ سَمَّيْتُ وَ مَنْ لَمْ أُسَمِّ مِنْ مَلائِكَتِكَ وَ أَنْبِيَائِكَ وَ رُسُلِكَ وَ أَهْلِ طَاعَتِكَ وَ أَوْصِلْ صَلَوَاتِي إِلَيْهِمْ وَ إِلَى أَرْوَاحِهِمْ وَ اجْعَلْهُمْ إِخْوَانِي فِيكَ وَ أَعْوَانِي عَلَى دُعَائِكَ اللَّهُمَّ إِنِّي أَسْتَشْفِعُ بِكَ إِلَيْكَ وَ بِكَرَمِكَ إِلَى كَرَمِكَ وَ بِجُودِكَ إِلَى جُودِكَ وَ بِرَحْمَتِكَ إِلَى رَحْمَتِكَ وَ بِأَهْلِ طَاعَتِكَ إِلَيْكَ وَ أَسْأَلُكَ اللَّهُمَّ بِكُلِّ مَا سَأَلَكَ بِهِ أَحَدٌ مِنْهُمْ مِنْ مَسْأَلَةٍ شَرِيفَةٍ غَيْرِ مَرْدُودَةٍ وَ بِمَا دَعَوْكَ بِهِ مِنْ دَعْوَةٍ مُجَابَةٍ غَيْرِ مُخَيَّبَةٍ يَا اللَّهُ يَا رَحْمَانُ يَا رَحِيمُ يَا حَلِيمُ يَا كَرِيمُ يَا عَظِيمُ يَا جَلِيلُ يَا مُنِيلُ يَا جَمِيلُ يَا كَفِيلُ يَا وَكِيلُ يَا مُقِيلُ يَا مُجِيرُ يَا خَبِيرُ يَا مُنِيرُ يَا مُبِيرُ يَا مَنِيعُ يَا مُدِيلُ يَا مُحِيلُ يَا كَبِيرُ يَا قَدِيرُ يَا بَصِيرُ يَا شَكُورُ يَا بَرُّ يَا طُهْرُ يَا طَاهِرُ يَا قَاهِرُ يَا ظَاهِرُ يَا بَاطِنُ يَا سَاتِرُ يَا مُحِيطُ يَا مُقْتَدِرُ يَا حَفِيظُ يَا مُتَجَبِّرُ يَا قَرِيبُ يَا وَدُودُ يَا حَمِيدُ يَا مَجِيدُ يَا مُبْدِئُ يَا مُعِيدُ يَا شَهِيدُ يَا مُحْسِنُ يَا مُجْمِلُ يَا مُنْعِمُ يَا مُفْضِلُ يَا قَابِضُ يَا بَاسِطُ يَا هَادِي يَا مُرْسِلُ يَا مُرْشِدُ يَا مُسَدِّدُ يَا مُعْطِي يَا مَانِعُ يَا دَافِعُ يَا رَافِعُ يَا بَاقِي يَا وَاقِي يَا خَلاقُ يَا وَهَّابُ يَا تَوَّابُ يَا فَتَّاحُ يَا نَفَّاحُ يَا مُرْتَاحُ يَا مَنْ بِيَدِهِ كُلُّ مِفْتَاحٍ يَا نَفَّاعُ يَا رَءُوفُ يَا عَطُوفُ يَا كَافِي يَا شَافِي يَا مُعَافِي يَا مُكَافِي يَا وَفِيُّ يَا مُهَيْمِنُ يَا عَزِيزُ يَا جَبَّارُ يَا مُتَكَبِّرُ يَا سَلامُ يَا مُؤْمِنُ يَا أَحَدُ يَا صَمَدُ يَا نُورُ يَا مُدَبِّرُ يَا فَرْدُ يَا وِتْرُ يَا قُدُّوسُ يَا نَاصِرُ يَا مُونِسُ يَا بَاعِثُ يَا وَارِثُ يَا عَالِمُ يَا حَاكِمُ يَا بَادِي يَا مُتَعَالِي يَا مُصَوِّرُ يَا مُسَلِّمُ يَا مُتَحَبِّبُ يَا قَائِمُ يَا دَائِمُ يَا عَلِيمُ يَا حَكِيمُ يَا جَوَادُ يَا بَارِئُ يَا بَارُّ يَا سَارُّ يَا عَدْلُ يَا فَاصِلُ يَا دَيَّانُ يَا حَنَّانُ يَا مَنَّانُ يَا سَمِيعُ يَا بَدِيعُ يَا خَفِيرُ يَا مُعِينُ [مُغَيِّرُ] يَا نَاشِرُ يَا غَافِرُ يَا قَدِيمُ يَا مُسَهِّلُ يَا مُيَسِّرُ يَا مُمِيتُ يَا مُحْيِي يَا نَافِعُ يَا رَازِقُ يَا مُقْتَدِرُ [مُقَدِّرُ] يَا مُسَبِّبُ يَا مُغِيثُ يَا مُغْنِي يَا مُقْنِي يَا خَالِقُ يَا رَاصِدُ يَا وَاحِدُ يَا حَاضِرُ يَا جَابِرُ يَا حَافِظُ يَا شَدِيدُ يَا غِيَاثُ يَا عَائِدُ يَا قَابِضُ يَا مَنْ عَلا فَاسْتَعْلَى فَكَانَ بِالْمَنْظَرِ الْأَعْلَى يَا مَنْ قَرُبَ فَدَنَا وَ بَعُدَ فَنَأَى وَ عَلِمَ السِّرَّ وَ أَخْفَى يَا مَنْ إِلَيْهِ التَّدْبِيرُ وَ لَهُ الْمَقَادِيرُ وَ يَا مَنِ الْعَسِيرُ عَلَيْهِ سَهْلٌ يَسِيرٌ يَا مَنْ هُوَ عَلَى مَا يَشَاءُ قَدِيرٌ يَا مُرْسِلَ الرِّيَاحِ يَا فَالِقَ الْإِصْبَاحِ يَا بَاعِثَ الْأَرْوَاحِ يَا ذَا الْجُودِ وَ السَّمَاحِ يَا رَادَّ مَا قَدْ فَاتَ يَا نَاشِرَ الْأَمْوَاتِ يَا جَامِعَ الشَّتَاتِ يَا رَازِقَ مَنْ يَشَاءُ بِغَيْرِ حِسَابٍ وَ يَا فَاعِلَ مَا يَشَاءُ كَيْفَ يَشَاءُ وَ يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ يَا حَيُّ يَا قَيُّومُ يَا حَيّا حِينَ لا حَيَّ يَا حَيُّ يَا مُحْيِيَ الْمَوْتَى يَا حَيُّ لا إِلَهَ إِلا أَنْتَ بَدِيعُ السَّمَاوَاتِ وَ الْأَرْضِ يَا إِلَهِي وَ سَيِّدِي صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ ارْحَمْ مُحَمَّدا وَ آلَ مُحَمَّدٍ وَ بَارِكْ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ كَمَا صَلَّيْتَ وَ بَارَكْتَ وَ رَحِمْتَ [تَرَحَّمْتَ] عَلَى إِبْرَاهِيمَ وَ آلِ إِبْرَاهِيمَ اِنَّكَ حَمِيدٌ مَجِيدٌ وَ ارْحَمْ ذُلِّي وَ فَاقَتِي وَ فَقْرِي وَ انْفِرَادِي وَ وَحْدَتِي وَ خُضُوعِي بَيْنَ يَدَيْكَ وَ اعْتِمَادِي عَلَيْكَ وَ تَضَرُّعِي إِلَيْكَ أَدْعُوكَ دُعَاءَ الْخَاضِعِ الذَّلِيلِ الْخَاشِعِ الْخَائِفِ الْمُشْفِقِ الْبَائِسِ الْمَهِينِ الْحَقِيرِ الْجَائِعِ الْفَقِيرِ الْعَائِذِ الْمُسْتَجِيرِ الْمُقِرِّ بِذَنْبِهِ الْمُسْتَغْفِرِ مِنْهُ الْمُسْتَكِينِ لِرَبِّهِ دُعَاءَ مَنْ أَسْلَمَتْهُ ثِقَتُهُ [نَفْسُهُ] وَ رَفَضَتْهُ أَحِبَّتُهُ وَ عَظُمَتْ فَجِيعَتُهُ دُعَاءَ حَرِقٍ حَزِينٍ ضَعِيفٍ مَهِينٍ بَائِسٍ مُسْتَكِينٍ بِكَ مُسْتَجِيرٍ اللَّهُمَّ وَ أَسْأَلُكَ بِأَنَّكَ مَلِيكٌ وَ أَنَّكَ مَا تَشَاءُ مِنْ أَمْرٍ يَكُونُ وَ أَنَّكَ عَلَى مَا تَشَاءُ قَدِيرٌ وَ أَسْأَلُكَ بِحُرْمَةِ هَذَا الشَّهْرِ الْحَرَامِ وَ الْبَيْتِ الْحَرَامِ وَ الْبَلَدِ الْحَرَامِ وَ الرُّكْنِ وَ الْمَقَامِ وَ الْمَشَاعِرِ الْعِظَامِ وَ بِحَقِّ نَبِيِّكَ مُحَمَّدٍ عَلَيْهِ وَ آلِهِ السَّلامُ يَا مَنْ وَهَبَ لِآدَمَ شَيْثا وَ لِإِبْرَاهِيمَ إِسْمَاعِيلَ وَ إِسْحَاقَ وَ يَا مَنْ رَدَّ يُوسُفَ عَلَى يَعْقُوبَ وَ يَا مَنْ كَشَفَ بَعْدَ الْبَلاءِ ضُرَّ أَيُّوبَ يَا رَادَّ مُوسَى عَلَى أُمِّهِ وَ زَائِدَ الْخِضْرِ فِي عِلْمِهِ وَ يَا مَنْ وَهَبَ لِدَاوُدَ سُلَيْمَانَ وَ لِزَكَرِيَّا يَحْيَى وَ لِمَرْيَمَ عِيسَى يَا حَافِظَ بِنْتِ شُعَيْبٍ وَ يَا كَافِلَ وَلَدِ أُمِّ مُوسَى [عَنْ وَالِدَتِهِ] أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَغْفِرَ لِي ذُنُوبِي كُلَّهَا وَ تُجِيرَنِي مِنْ عَذَابِكَ وَ تُوجِبَ لِي رِضْوَانَكَ وَ أَمَانَكَ وَ إِحْسَانَكَ وَ غُفْرَانَكَ وَ جِنَانَكَ وَ أَسْأَلُكَ أَنْ تَفُكَّ عَنِّي كُلَّ حَلْقَةٍ بَيْنِي وَ بَيْنَ مَنْ يُؤْذِينِي وَ تَفْتَحَ لِي كُلَّ بَابٍ وَ تُلَيِّنَ لِي كُلَّ صَعْبٍ وَ تُسَهِّلَ لِي كُلَّ عَسِيرٍ وَ تُخْرِسَ عَنِّي كُلَّ نَاطِقٍ بِشَرٍّ وَ تَكُفَّ عَنِّي كُلَّ بَاغٍ وَ تَكْبِتَ [عَنِّي] كُلَّ عَدُوٍّ لِي وَ حَاسِدٍ وَ تَمْنَعَ مِنِّي كُلَّ ظَالِمٍ وَ تَكْفِيَنِي كُلَّ عَائِقٍ يَحُولُ بَيْنِي وَ بَيْنَ حَاجَتِي وَ يُحَاوِلُ أَنْ يُفَرِّقَ بَيْنِي وَ بَيْنَ طَاعَتِكَ وَ يُثَبِّطَنِي عَنْ عِبَادَتِكَ يَا مَنْ أَلْجَمَ الْجِنَّ الْمُتَمَرِّدِينَ وَ قَهَرَ عُتَاةَ الشَّيَاطِينِ وَ أَذَلَّ رِقَابَ الْمُتَجَبِّرِينَ وَ رَدَّ كَيْدَ الْمُتَسَلِّطِينَ عَنِ الْمُسْتَضْعَفِينَ أَسْأَلُكَ بِقُدْرَتِكَ عَلَى مَا تَشَاءُ وَ تَسْهِيلِكَ لِمَا تَشَاءُ كَيْفَ تَشَاءُ أَنْ تَجْعَلَ قَضَاءَ حَاجَتِي فِيمَا تَشَاءُ |
| Transkripsiya | Tərcümə | Ərəbcə |
|---|---|---|
| Əllahummə ləkə səcədtu və bikə amənt, fərhəm zulli və faqəti vəctihadi, və təzərrui və məskənəti və fəqri iləykə ya rəbbi. | İlahi, yalnız Sənin üçün səcdə etdim və yalnız Sənə iman gətirdim. Mənim zəlilliyimə, fəqirliyimə, əliboşluğuma, çalışqanlığıma, ah-naləmə, çarəsizliyimə və Sənə möhtac olmağıma rəhm et, ey Rəbbim! | اللَّهُمَّ لَكَ سَجَدْتُ وَ بِكَ آمَنْتُ فَارْحَمْ ذُلِّي وَ فَاقَتِي وَ اجْتِهَادِي وَ تَضَرُّعِي وَ مَسْكَنَتِي وَ فَقْرِي إِلَيْكَ يَا رَبِّ |
Mənbə:
[1] Zadul-məad, s.21.
[2] “İstiftah” sözünün mənası “kömək və qələbə istəmək” deməkdir. “Nəcah” sözünün mənası “qələbə” deməkdir (Biharul-ənvar, c.81, s.376).
[3] Zadul-məad, s.21-24 (xülasəsi); İqbal, s.658.
