TAM Rəcəb ayının on üçüncü günü — Rəcəb ayı, 13-cü gün
Rəcəb ayının 13-ü günü Əmirəlmöminin Əlinin (ə) mövlud gününə təsadüf edir və «əyyamul-beyz»in birinci günüdür. Bu günü və sonrakı iki günü oruc tutmağın çox böyük savabı vardır.[1] «Ummi-Davud» əməlini yerinə yetirmək istəyən kəs bu üç günü oruc tutmalıdır.
Mənbə:
[1] Seyid ibn Tavus — İqbal, səh 656
