İslam aylarının əməlləri: Zilqədə ayının iyirmi üçüncü günü və İmam Rzanın (ə) şəhadəti — zilqədə ayı, 23-cü gün
Bir rəvayətə görə, 203-cü ildə İmam Rzanın (ə) şəhadəti baş vermişdir. O həzrəti uzaqdan və yaxından ziyarət etmək sünnədir. Seyid ibn Tavus «İqbal» kitabında belə yazır: «Bəzi əcəm (qeyri-ərəb) səhabələrimizin kitablarında belə gördüm ki, mövlamız İmam Əli ibn Musa Rzanın (ə) zilqədə ayının 23-də yaxından və uzaqdan məşhur və qeyri-məşhur ziyarətnamələri ilə ziyarət etmək müstəhəbdir».
